Məhkəmə qərarları › İş №2(102)-5691/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5691/2019

05.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5691/2019 05.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Əsəd Abdulla oğlu və Dəmirov İlqar Kamaloğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə. İddiaçi İddiaçı oglunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim;N.A.Bağırov 2(009)-2707/2018) iddia qism ən təmin edilmiş, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196.1 kv.m olan mənzildə 26.04.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri yəni, “Podraçı” aşağıdakı tikinti quraşdırma işlərini (binanın bütün dəmir-beton və hörgü-suvaq işləri, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəziin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılmas ı və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasosstansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmiş, ilkin iddianın qalan hissədə təmin edilməmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğvi, ödənilmiş məbləğin qaytarılması» barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn; 2(103)-4474/2019) ilk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddaçı İddiaçı cavabdehi Cavabdeh MTK-ya qarşı ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 5 ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzillə bağlı bağlanmış 26.04.2012-ci il tarixli müqavilə üzrə Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi,mənzilin onun istifadəsinə verilməsi,müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin qaz,su,elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının,mənzilin ona təhvil verilməsinin,mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi,216000 manat (72ayX3000manat)əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (72ayX1000manat),30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk iddiası rədd edilmişdir. İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 2012-ci il tarixli müqavilənin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqli iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsi və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, Cavabdeh MTKdan İddiaçı xeyrinə 108.643 manat (yüz səkkiz min yüz qırx üç ) manat məbləğində pulun tutulması qət edilmişdir. İşin halları İddiaçı İddiaçı - Cavabdehnə qarşı «müqav ilə şərtlərinə əməl edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, əldən çıxmış gəlirin və mənəvi ziyan» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzillə bağlı bağlanmış 26.04.2012-ci il tarixli müqavilə üzrə Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməyin, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216000 manat (72ayX3000manat) əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (7 2ayX1000manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki onunla Cavabdeh MTK arasında 26.04.2012-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kooperativin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzilin hər 1 kv.metr ücün 707 manat, cəmi 138643 manat pulu payçı kimi Cavabdeh MTK-ya 6 ay müddətində ödəməyi, Cavabdeh MTK isə həmin mənzili tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yerinə yetirməklə, binanın bütün dəmir-beton və hörgü suvaq işlərini, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanı fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasos stansiyalarının quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması, ərazinin abadlaşdırılmasının üzərinə götürmüşdür.Müqavilə üzrə tərəfindən ödənilmiş 138643 manat pul vəsaiti Cavabdeh MTK-nın kassasına mədaxil edilmiş və bu barədə ona 192 saylı,26.04.2012-c i il tarixli kassa mədaxil qəbzi verilmişdir. Müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməyinə baxmayaraq Cavabdeh MTK ötən 6 ildən artıq müddət ərzində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2-ci bəndində göstərilən yuxarıda qeyd edilən işləri görməmiş, binada yaşayış üçün zəruri olan şərait yaratmamış, mənzili ona təhvil verməmiş, mənzilin təmiri işlərinə baxmağa icazə verməmişdir. ünvan 1 ünvanının yzxınlığında yerləşən (Milli Məclisin ətrafı, dəniz görünüşlü), eyni sahəli mənzillərin aylıq kirayə qiyməti təxmini 3000 manat təşkil edir və mənzil ona təhvil verilmədiyi üçün 6 il (72-ay) grzində əldə edə biləcəyi həmin gəlirdən məhrum olmuşdur. Bununla bağlı Cavabdeh MTK-ya pretenziya edərək 26.04.2012-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini, mü qavilənin 2-ci bəndində göstərilən işləri görməyi, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitləri yaratmağı, mənzili ona təhvil verməyi, mənzilin təmiri işlərinə başlamağa icazə verməyi və 216000 manat pul vəsaitini (72 ay x 3000 manat) ona ödəməyi xahiş etmişdir. Etdiyi pretenziyaya Cavabdeh MTK tərəfindən cavab verilməmiş, göstərilən işlər yerinə yetirilməmişdir. Bununla əlaqədar dəfələrlə zəng etməyimə baxmayaraq, telefonlara cavab verməmişdir. Bu səbəbdən stres keçirməyimlə əlaqədar əsəb sistemim pozulmuş, insult olmuşdur. Cavabdehin bu hərəkətləri nəticəsində xəstələnmişdir. Bu səbəbdən mənəvi və maddi ziyan çəkmişdir. Çəkdiyi mənəvi ziyanı hər ay üçün 1000 manat dəyərləndirir. Mülki Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Cavabdeh Cavabdeh - cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın təmin olunmaması, Cavabdeh MTK Mənzili Tikinti Kooperativi ilə qarşılıqlı iddiada cavabdeh İddiaçı arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqavilənin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nın 26 Aprel 2012-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək və ya iddiaçını n hüquqlarını pozmaq, onun mənzildən istifadə etməsinə maneə yartmaq kimi ona qarşı qanunsuz hərəkətləri etmək niyəti olmayıb. Bildirir ki, qarşılıqlı iddiada cavabdeh İddiaçı bu iddianı məhkəməyə verməklə əsassız varlanmaq niyətindədir. Belə ki, əslində qarşlıqlı iddiada cavabdeh İddiaçı qarşılıqlı iddiada iddiaçı “xxxx” MTK-nın rəhbərliyinə faizlə 120.000 manat pul verib. Qarşılıqlı razılaşmaya əsasən MTK rəhbərliyi tərəfindən isə həmin məbləğin əvəzinə mübahisəli mənzilin dəyəri olan 138.643 manatın İddiaçı qaytarılması nəzərdə tutulub. Buna görə də qarşılıqlı iddiada cavabdeh X4 26 aprel 2012ci il tarixli müqavilə və 138.643 manat pulun ödənilməsi barədə olan 192 saylı 26 Aprel 2012-ci il tarixli kassa mədaxil qəbzi görüntü olaraq yazılıb. Sonradan isə İddiaçı MTK rəhbərliyinə verdiyi 120.000 pul vəsaitinin əvəzinə 150.000 manat pulun qaytarılmasını tələb edib. MTK rəhbərliyi tərəfindən ayrı-ayrı vaxtlarda İddiaçı 20.000 manat və 10.000 manat qaytarılıb. İddiaçı 10.000 ona qaytarılması barədə MTK-ya qəbz verib və bildirib ki, 150.000 manat pulun ona verilməyəcəyi təqdirdə onunla MTK arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqavilənin və 138.643 manat pulun ödənilməsi barədə 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin əslinin qaytarmayacaq. MTK rəhbərliyi İddiaçı 90.000 manat pulun ona qaytarılmasını, onun isə mənzilə dair sənədlərin əslinin MTK-ya qaytarılmasını dəfələrlə tələb etsdə də İddiaçı bundan imtina edib. 26 Aprel 2012ci il tarixli müqavilə və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin əsli qarşılıqlı iddiada cavabdehdə qaldığı üçün o bu fürsətdən istifadə edərək əsassız varlanmaq istəyib və bu iddianı məhkəmədə qaldırıb. Sual yaranır ki, 138.643 manat pulun 6 ay müddətində Cavabdeh MTK-ya ödəməsi nəzərdə tutulduğu halda necə oldu ki, müqavilə bağlanan gün İddiaçı mənzilin dəyərini tam ödəyib? Sual yaranır ki, əgər həqiqətən mübahisəli mənzilin dəyəri tam ödənilməklə İddiaçı tərəfindən Cavabdeh MTKdan alınmışdırsa onda o nə üçün mənzili vaxtında deyil 6 ildən sonra tələb edir ? İddiaçı Cavabdeh MTK-nın payçısı və üzvü olmayıb, deyil, bu barədə cəmiyyətin ümumi yığıncağının qərarı və üzvlük kitabçası mövcud deyil. Digər tərəfdən İddiaçı 216 000 manat əldən çıxmış gəlirin və 72.000 manat mənəvi ziyanın tələb edilməsi və qanunsuz və əsassızdır. Belə ki, İddiaçı məxsus olmayan və dəyərini tam ödəmədiyi halda hazırda MTK-dan 216.000 manat əldən çıxmış gəlirin və 72 000 manat mənəvi ziyanın tələb edilməsi sübut edir ki. İddiaçı bu iddianı yalnız əsassız varlanmaq niyəti ilə məhkəmədə qaldırıb. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın rədd edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbində qeyd olunan dəlillərə dair ədalətli yanaşma olmamış, həmin hallar obyektiv araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmiş dir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, şikayətintəminedilməsi barədə qərar çıxarılmasını xahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan 26.04.2012-ci il tarixdə payçı İddiaçı ilə “xxxx” MTK (podratçı adlandırılacaq) arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən tam sahəsi 196.1 kv.m olan mənzili (sahəsinin dəyəri hər kv.m üçün 707 manat olmaqla) İddiaçı satmağı, İddiaçı isə ona düşən həmin mənzilə görə 138643(yüz otuz səkkiz min altı yüz qırx üç) manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın maliyyə arayışında göstərmişdir ki, Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən kooperativ yaşayış binasının 5-ci mərtəbəsində yerləşən tam sahəsi 196.1 kv.m olan mənzilin dəyəri 138.643 (yüz otuz səkkiz min, altı yüz qırx üç) manat İddiaçı tərəfindən ödənilmiş və onun Cavabdeh MTK-ya borcu qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, podrat müqaviləsinin digər əmlakın mülkiyyətə verilməsi ilə bağlı əvəzli müqavilələrdən fərqi ondadır ki, podrat müqaviləsinin predmetini- yəni nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsi (məsələn hazırkı vəziyyətdə nəticə mənzil olmaqla, işin görülməsi isə həmin mənzilin tikilməsidir) podratçı tərəfindən yaradılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsin ə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1 -ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425-ci maddəsinə əsasən mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərlə və ya adətlər irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -385.1 -ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona İmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiy i və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə itində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh MTK arasında müqavilə bağlanılmaqla, İddiaçı həmin müqavilə üzrə öhdəliyin dəyərini tam şəkildə Cavabdeh MTK-ya ödəmişdir. Cavabdeh MTK özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Ababsqulu Abbaszadə küçəsində 0,06 ha torpaq sahəsi və onun üzərində olan, habelə gələcəkdə inşa ediləcək bina və tikililərlə bağlı ipoteka və sonrakı ipoteka müqavilələri bağladığı halda, ipoteka saxlayan “xxxx” ASC-nin razılığı olmadan, iddiaçı ilə podrat müqavilələri bağlamışdır. Belə ki, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2011 -ci il tarixli, 2(82)-71/2011 saylı qətnaməsindən görünür ki, “xxxx” ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh MTK-dan iddiaçı “xxxx” ASC-nin xeyrinə ******* ABŞ dolları əsas kredit borcu, 29.11.2010-cu il tarixinə hesablanmış 94398,82 manat faiz borcu, 208097,28 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 1689496,10 ABŞ dolları ödəniş anında Milli Bankın məzənnəsi ilə manatla tutulması, tutmanın Cavabdeh MTK-ya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində 0,06 ha torpaq sahəsinə və onun üzərində olan tikililərə yönəldilməsi, torpaq sahəsi və tikililərin açıq hərracda satılaraq bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi və.s qət olunmuşdur. Cavabdeh MTK tərəfində n 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2011 -ci il tarixli, 2(82)- 71/2011 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 iyun 2011 -ci il tarixli, 21(103)-352/2011 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 iyun 2011 -ci il tarixli, 2-1(103) -352/2011 saylı qətnaməsindən verilmiş kassasiya şikayəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2011-ci il tarixli, 2-1(102)-487/2011 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktlarından görünür ki, 19 iyul 2006-cı il tarixli 30 saylı və 31 iyul 2007-ci il tarixli, 33 saylı kredit müqavilələri üzrə kredit öhdəliklərinin təmin edilməsi üçün Cavabdeh MTK ilə “xxxx” ASC arasında müvafiq olaraq 19.07.2006-cı il tarixli, 30 saylı ipoteka müqaviləsi və 31.07.2007-ci il tarixli, 33 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqavilələrinin şərtlərinə görə kooperativə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində 0,06 ha torpaq sahəsi və onun üzərində olan, habelə gələcəkdə inşa ediləcək bina və tikililər ipoteka və sonrakı ipoteka ilə yüklü edilmiş, ipoteka və sonrakı ipoteka müqavilələri Bakı şəhəri, 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və DƏDRX-nin Bakı şəhəri ərazi idarəsində qeydiyyata alınmış, bu barədə müvafiq olaraq 22.07.2006-cı il tarixli, MN seriyalı, ******* saylı və 08.08.2007ci il tarixli MN seriyalı, ******* saylı ç ıxarışlar alınmışdır. Podrat müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır, yəni podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi- hazırkı halda mənzili tikməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, Cavabdeh MTK mənzilləri tikib İddiaçı təhvil verməyi, Fikrəti Ramiz isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüş və mənzilin qiymətini tam olaraq ödəmişdir. Mübahisəli mənzillərə ipoteka predmeti olaraq tutma yönəldilməsi haqqında qüvvədə olan məhkəmə qətnaməsi olduğu halda, Cavabdeh MTK İddiaçılə 26 aprel 2012-ci il tarixdə ipoteka saxlayan olan “xxxx” ASC-nin yazılı razılığını almadan həmin mənzil barəsində sərəncam verməklə, etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd olan podrat müqavil ələri bağlamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 -ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Həmin Qanunun 31.1.1-ci maddəsinə əsasən ipoteka predmetinə bu Qanunun 30cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını təl əb edə bilər. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək düzgün olaraq həmçinin hesab etmişdir ki, 26 aprel 2012-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən, müqavilələr üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, İddiaçı mübahisəli mənzil üzrə ödədiyi 138.643 manat puldan 108.643 manat pul İddiaçı qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətə ndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsu b olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılm ası və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağlrlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbin rədd edilməsi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, cavabdehin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində ziyan çəkməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmadığından, ilk iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, ilk iddia üzrə İddiaçı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Beləliklə Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmə klə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar