Məhkəmə qərarları › İş №2(102)-57/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-57/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-57/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X1 (qanuni nümayəndəsi X9) və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Şəmkir rayonu 1 saylı Notariat Ofisi və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edildikləri) iş üzrə QƏRARİ Açar sözlər: təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1316/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabd eh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı1 Namaz qızı iddiaçı X1 nənəsi, X2 anasıdır. Səmiylə Məmmədova isə X1 bibisi, eyni zamanda qəyyumu və qanuni nümayəndəsidir.

2. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 ər-arvaddırlar. 3. xx.xx.2014–cü il tarixli etibarnamə ilə İddiaçı1 Namaz qızı bütün əmlakını idarə etməyi, sərəncam verməyi, habelə digər hüquqları xx.xx.2024-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. 4. 30.01.2015–ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 Namaz qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 5. xx.xx.2015-ci il tarixli alqı–satqı müqaviləsi ilə (bundan son ra – mübahisəli alqı-satqı müqaviləsi), İddiaçı1 Namaz qızının nümayəndəsi Cavabdeh1 sözügedən torpaq sahəsinin 0.0798 ha hissəsini 5.000 manata əri Cavabdeh2 satmış, sonuncu isə xx.xx.2015-ci il tarixdə həmin əmlaka mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirmişdir. 6. 26.07.2016-cı il tarixli vəsiyyətnamə ilə, X3 bütün əmlakını nəvəsi X4 vəsiyyət etmişdir.

7. İddiaçı1 Namaz qızı xx.xx.2019-cu ildə ölmüşdür.

8. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2606/2020 nömrəli xx.xx.2020–ci il tarixli qətnaməsi ilə, iddiaçılar X5, X2 və X11 cavabdehlər Cavabdeh2, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum İddiaçı1 Namaz qızının mülkiyyətində olmuş 0.2033 ha həyətyanı torpaq sahəsinin 0.0798 ha hissəsinə dair xx.xx.2015–ci il tari xli 4Ə–159 reyestr nömrəli alqı–satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, 0.0798 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2015–ci il tarixli Çıxarışın qismən, yəni həmin torpaq sahəsinin yarısına münasibətdə ləğv edilməsi, 4x5 metr sahəsi olan mağaza binasının cavabdehin vəsaiti hesabına bərpa edilməsi və cavabdeh tərəfindən özbaşına kəsilmiş meyvə ağaclarına görə vurulmuş 20.000 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar X1 (qanuni nümayəndəsi Səmiylə Məmmədova) və X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış mübahisəli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, İddiaçı1 Namaz qızının vəfatından sonra məlum olmuşdur ki, Cavabdeh1 iddiaçıya məxsus olan torpaq sahəsinin 0.0798 ha hissəsini alqı–satqı müqaviləsi əsasında digər Cavabdeh2 satmışdır. Həqiqətən iddiaçının və qanuni nümayəndəsinin torpaq sahəsinin sənədləşməsindən sonra onun bir hissəsini, yəni kiçik bir mağazanın inşa edilməsi üçün 5x4, yəni 20 kv.m ölçüdə satmaq fikri olsa da, mübahisəli torpaq sahəsinin 0.0798 ha hissəsini satmaq niyyətləri olmamış və alqı-satqı ilə bağlı ona heç bir məbləği pul verilməmişdir. Satıcı qismində çıxış edən Cavabdeh1 digər Cavabdeh2 arvadıdır ki, bu hal öz növbəsində əqdin etibarsızlığına gətirib ç ıxarır, yəni həmin alqı–satqı müqaviləsi əhəmiyyətsiz əqddir.

11. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2797/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X10 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsinə dair iş üzrə icraata xitam verilmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-20967/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı iddiaçı X6 münasibətdə dəyişdirilmədən saxlanılmış, iddiaçı X1 (qanuni nümayəndəsi X9) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsinə dair iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir.

13. Şəmkir Rayon Məhkəməsinin, 2(076)-375/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim T.Musayev).

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəllər alqı–satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmasına baxmayaraq, hazırkı işdə X9 əvvəlki iddiasından fərqli olaraq azyaşlı İddiaçı1 iddiaçı qismində, Cavabdeh1 isə cavabdeh qismində işə cəlb etmişdir. Lakin buna baxmayaraq, yəni iş üzrə müxtəlif iddiaçı və cavabdeh işə cəlb edilsə də, həmçinin iddiaçı əvvəlki tələbində cavabdehlər arasında bağlanmış mübahisəli alqı-satqı müqaviləsinin qismən etibarsızlığını, hazırkı tələbində isə ümumilikdə qeyd olunan müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsinə dair qətnamə çıxarılmasını tələb etsə də, iddiaçının əvvəlki iddias ı da eyni predmet və eyni əsasla üzrə olmuş, yəni iddiaçının əvvəlki iddia tələbi ilə hazırki iddia tələbinə dair mübahisəli alqısatqı müqaviləsi eyni müqavilədir və əvvəlki iddia tələbinə baxılarkən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılıq məsələsinə hüquqi qiymət verilmişdir. Əvvəlki iddia tələbi ilə hazırki iddia tələbinə dair mübahisəli alqı–satqı müqaviləsi eyni müqavilədir və əvvəlki iddia tələbinə baxılarkən tərəflər arasında bağlanmış alqı–satqı müqaviləsinin etibarlılıq məsələsinə hüquqi qiymət verilmiş və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Odur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidə n sübut edilmir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, X9 əvvəllər eyni cavabdehlərə qarşı əqdin qismən etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Hal-hazırda isə iddiaçılardan biri X10 əvvəlki məhkəmə çəkişməsində tərəf qismində iştirak etməmiş, iddiaçı və ya cavabdeh olmamışdır. Mübahisə edilən müqavilə onun hüquqlarını pozduğundan o, iddiaçı qismində məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, sözügedən müqavilənin etibarlı olmasına dair qanuni qüvvəsini almış qətnamə mövcuddur və bu əsasla hazırkı iddiaçını məhkəməyə müraciət edərək öz maraqlarını qorumaq məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmişdir. Digər tərəfdən, məhkəmə əhəmiyyətsiz əqdin məhkəmə qətnaməsi ilə əhəmiyyətli olduğu qənaətinə gəlmişdir, hərçənd ki, heç bir məhkəmə əhəmiyyətsiz əqdi əhəmiyyətli hesab etmək hüququna malik deyildir, bu mövqe Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Belə ki, həmin qərarda qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlü yündə etibarsız əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Hazırki qətnamə ilə məhkəmə iddiaçının hüquqlarını digər iddiaçılarla eyniləşdirərək məhdudlaşdırmış və mübahisə predmeti olan əqdin əvvəlki iddiaçılara münasibətdə etibarlı hesab edilməsini iddiaçıya aid etmişdir. Bununla bağlı qeyd edilir ki, mübahisə edilən əqdin etibarlı olmasına dair hər hansı qətnamə mövcud deyildir. Halbuki iddiaçı müstəqil formada iddia qaldırmaq hüququna malikdir və onun bu hüququ diglərlərinin hüquqları ilə məhdudlaşdırıla bilməz. İşin hallarından da göründüyü kimi, cavabdehlər arasında nikah münasibətləri mövcuddur. Belə olan halda ərlə arvad arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında əmlakın ərin mülkiyyətinə keçməsi əslində həmin mülkiyyətin arvad tərəfindən ələ keçirilməsidir. Çünki Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə olan halda etibarnamə əsasında çıxış edən təmsilçi Cavabdeh1 özü barəsində əqd bağlamış olur ki, bu da qanuna ziddir. KM Plenum qərarından görünən odur ki, istənilən halda fərz etsək ki, tərəflər arasında belə mübahisə olmuşdur və buna dair yekun qərar var bunlar heç bir halda əhəmiyyətsiz əqdin etibar edilməsi üçün əsas ola bilmir. Lakin hazırki qərarla məhkəmə əhəmiyyətsiz əqdi başqa tərəflər arasında olmuş mübahisəyə dair qanuni qüvvəsini almış qərar ilə etibarlı əqd hesab etmiş olur ki, bu da həm Mülki Məcəlləyə, həm də yuxarıda qeyd edilmiş KM qərarına ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə ilk öncə X7 iddiaçı kimi təqdim edir, daha sonra isə etiraf edir ki, tərəflər eyni tərəflər deyil, sadəcə iddia predmeti eyni olduğundan iddia rədd edilməlidir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1316/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən 0.0798 hektar torpaq sahəsinin Cavabdeh2 satılmasına dair mübahisəli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməsi qət edilmişdir. (hakimlər L.Süleymanovun sədrliyi və məruzəsi ilə, İ.Həsənov və Ş.Rzaquliyevdən ibarət tərkibdə)

19. Məhkəmə ko llegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu iş üzrə İddiaçı1 birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi üçün istinad etdiyi əvvəlki iş üzrə işdə iştirak edən şəxs olmamışdır.

20. Bundan başqa, mülki qanunvercilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Cavabdehlər arasında nikah münasibətləri m övcud olmaqla, ər-arvad olmalarına baxmayaraq, müvafiq etibarnamə əsasında aralarında alqı-satqı müqaviləsi bağlamış və bununla da, təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamışdır. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə olan halda etibarnamə əsasında çıxış edən təmsilçi Cavabdeh1 özü barəsində əqd bağlaması mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

21. Məhk əmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 337, 359, və 362.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh2 (vəkil X8) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi xx.xx.2015-ci ildə başlansa da, iddia tələbi 2023-cü ildə, yəni 8 il sonra qaldırılmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələbinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticə lərinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi məhkəmə kollegiyası şikayətə baxarkən işin bu halına da hüquqi qiymət verməmişdir. Bundan əlavə, cavabdeh mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Bu mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli, “**********” qeydiyyat nömrəli reyestrdən çıxarışla qeydə alınmışdır. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehin qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur.

24. Kassasiya şikayətinin digər dəlilinə görə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradənin ifadə olunmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanması na dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqlarımüəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

25. Kassator hesab etmişdir ki, hazırkı işin halları Plenum qərarında göstərilən işin hallarından tamamilə fərqlidir. Çünkü hazırkı işdə təmsil olunanın təmsilçilikdə ən üstün müdafiəyə malik olmaqla təmsil edən tərəfindən onun qanuni maraqları tam şəkildə təmin edilmişdir. Beləki, işin hallarından da göründüyü kimi iddiaçının nənəsi olmuş mərhum İddiaçı1 mülkiyyətində olan 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini faktiki olaraq Cavabdeh2 satmışdır. Müqavilədə alqı-satqının dəyəri 5.000 manat məbləğində göstərilsədə, əslində 20.000 ABŞ dolları məbləğində olmuşdur. Bu hal tərəflərin əv vəlki məhkəmə çəkişmələri zamanı tam təsdiqini tapmışdır. İşin halından göründüyü kimi, həmçinin Plenum qərarında göstərilən işin halından fərqli olaraq mərhum İddiaçı1 Namaz qızıCavabdeh1 etibarnamə verərkən etibarnaməni məhz mübahisəli torpaq sahəsinin alqısatqısı üçün vermiş və bunu da arzu etmişdir. Təmsil edən Cavabdeh1 isə təmsil olunan İddiaçı1 Namaz qızından xəbərsiz heç bir artıq hərəkət etməmişdir. Apellyasiya məhkəmə kolleqiyası işin bu halına düzgün hüquqi qiymət verməmişdir.

26. Bundan başqa, məhkəmə qətnamə çıxararkən göstərilən bu prosessual normanın da tələbini də pozmuşdur. Beləki, məhkəmə tərəfləri yetərincə dinləməmiş, tərəflərin dəlillərini lazımınca araşdırmamış, sadəcə tərəflərin nümayəndələrinin vermiş olduqları izahatlarla kifayətlənmiş, cavabdehin sübutlarının araş dırılmasında, şahidlərinin dindirilməsində maraqlı olmamış, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsində olduğu kimi işə baxarkən məhkəmə iclaslarında tərəflərin şəxsən özlərinin iştirakının təmin etməsi üçün heç bir tədbir görmədiyindən tərəflərin qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini, dolayısıyla yuxarıda göstərilən maddi hüquq normasının tələblərini pozmuşdur.

27. Digər tərəfdən məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 375.2-ci maddələrini tətbiq etməli olduğu halda bunu etməmiş nəticədə tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin əsassız olduğu üçün təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.

30. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər o la bilər.

32. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

33. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

34. Maddə 360.

1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

35. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

36. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. İş üzrə iddiaçının tələbi miras qoyan İddiaçı1 öz mülkiyyətində olan torpaq sahəsinin 0.0798 ha hissəsini təmsilçisi Cavabdeh1 vasitəsilə Cavabdeh2 satması barədə xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız sayılması barədədir.

47. Apellyasiya məhkəməsi iddianı o əsasla təmin etmişdir ki, təmsilçi Cavabdeh1 ilə alıcı Cavabdeh2 nikahda olmuşlar və bu səbəbdən təmsilçinin özü barəsində əqd bağlaması qadağ ası pozulmuşdur (§ 20).

48. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apelyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir.

49. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (§ 32).

50. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın irad əsinə uyğun hesab edilir.

51. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

52. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.

53. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır (§ 35).

54. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə ə sasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

55. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı (§ 33-34).

56. Apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən yuxarıda qeyd edilən halları göz önündə tutmamış, işin müəyyən edilmiş halları üzrə bu konteksdə hüquqi dəyərləndirmə aparmamışdır.

57. Halbuki, təmsil olunan İddiaçı1 öz mülkiyyətində olan torpaq sahəsindən bir hissəsini Cavabdeh2 satmaq istəyinin olması barədə iş materiallarında məlumatlar mövcuddur.

58. Əvvəla, Səmiylə Məmmədova və başqalarının Cavabdeh2 qarşı daha əvvəl qaldırdıqları iddiada alqı-satqı müqaviləsi və reyestr qeydinin tamamı deyil, satılmış torpaq sahəsinin yarısı mübahisələndirilmişdi. İddianın əsası kimi həm də ona istinad olunmuşdu ki, Cavabdeh1 təmsil olunan İddiaçı1 nümayəndəsi kimi müqavilədə satıcını təmsil edərək torpağı öz ərinə satmağa dair müqaviləyə etdiyi imzanın da hüquqi qüvvəsi ola bilməz. Həmin iddia rədd edilmiş və məhkəmə aktı qanuni qüvv əsini almışdır (§ 9-11).

59. Bundan əlavə, eyni şəxsin - Səmiylə Məmmədovanın da iddiaçı olduğu hazırkı işdə (ona münasibətdə icraata xitam verilmişdir) 20 kv.m. sahənin Cavabdeh2 satılması fikrinin olduğu qeyd edilir (§ 13).

60. İşdən o da görünür ki, mübahisə olunan müqavilə xx.xx.2015-ci ildə bağlanmış, onun əsasında 0.0798 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmış, satıcı İddiaçı1 isə xx.xx.2019-cu ildə ölmüşdür.

61. Müqavilə bağlandıqdan sonra İddiaçı1 yaşadığı dörd il ərzində qonşuluğunda yerləşən torpaq sahəsinin cavabdehə satılmasına hansısa formada etiraz etməsini və əqdi mübahisələndirməsini işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etməmişlər. İş materiallarından müqavilə ilə bağlı məhkəmə mübahisəsinin İddiaçı1 ölümündən son ra başladığı görünür (əvvəlki mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci ildə qəbul edilmişdir).

62. Yuxarıdakı məlumatlar işığında təmsil olunan İddiaçı1 xx.xx.2014–cü il tarixli etibarnaməni Cavabdeh2 arvadı Cavabdeh1 hansı məqsədlə verməsi, həmin vəkalətlə 0.0798 ha torpaq sahəsinin Cavabdeh2 satılması üçün müvafiq rəsmiləşdirmə aparılmasının hədəflənib-hədəflənmədiyi, başqa sözlə, təmsil olunan İddiaçı1 təmsilçi Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqaviləni sonuncunun əri Cavabdeh2la bağlamasına açıq və ya örtülü formada əvvəlcədən razılığının olub-olmaması, yaxud sonradan bəyənməsi, bu kontekstdə tərəflərin əvvəlki və sonrakı davranışlarının nədən ibarət olması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir.

63. Buna baxmayaraq apellyasiya məhkəməsi t ərəfindən həmin xüsusatlar üzrə araşdırma aparılmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələbinə uyğun şəkildə əsaslandırılmamışdır (§ 19-20).

64. Mübahisəyə bu qaydada hüquqi qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalandığı, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

66. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyas iya baxışına göndərilməlidir.

67. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə, o cümlədən hazırkı iş üzrə iddia ərizəsində tələbin əsası kimi istinad olunan hallara qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Mə hkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1316/2023 nömrəli, 22.06. 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar