Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-57/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; lizinq müqaviləsi; lizinq obyektinin sığortası; sığorta fəaliyyətindən irəli gələn mübahisələr; könüllü sığortadan irəli gələn mübahisə; sığorta ödənişi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dai r Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4259/2024 nömrəli iş üzrə 17 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC (satıcı) ilə İddiaçı1 (alıcı) arasında bağlanmış Avtomobil alqı-satqısı üzrə xx.xx.2022-ci il tarixli, B-077- SA-22 saylı müqaviləyə əsasən MMC "Skoda Super B” markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili dəyəri tam ödənilənədək İddiaçı1 istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra onun mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və q aydada ödəməyi öhdəsinə götürür.
2. Sözügedən avtomobil "Bakı Sığorta” ASC tərəfindən xx.xx.2025-ci il tarixədək kasko növü üzrə sığortalanmış və bu barədə xx.xx.2022-ci il tarixli, ********** saylı Avtomobillərin tam sığortası üzrə Sığorta Şəhadətnaməsi tərtib edilmişdir. 3. xx.xx.2023-cü il tarixdə göstərilən avtonəqliyyat vasitəsinin də iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı Bəkir Eyvazlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və “Nissan Maxima” markalı 10-CK125 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisədə təqsirli bilinərək ona Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 4. “Skaz AutoHouse" servisin xx.xx.2023-cü il tarixli Təmir aktına əsasən "Skoda Super B” markalı, **-JD-*** dövlət qeydiyyat nişan avtomobilə vurulmuş ziyan 7532 manat, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən isə 1200 manat təşkil edir. 5. "xxxx" ASC tərəfindən İddiaçı1 Asif oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, MMC ilə “Bakı Sığorta" ASC arasında xx.xx.2022-ci il tarixdə ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Avtomobilin sürücüsü olan İddiaçı1 tərəfindən 25.10 2023-cü il tarixdə “Bakı Sığorta" ASC-yə ünvanlanmış müraciətə əsasən, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə sığorta hadi səsinə uğradığı bildirilmişdir. Hadisə yerində aparılmış araşdırmalardan müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər vuran tərəf hesab olunan "Nissan Muxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil "Atərsığorta” ASC tərəfindən "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. AR Mülki Məcəlləsinin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Qanunvericiliyin qeyd edilən normasının tələblərinə müvafiq qaydada "Nissan Maxima” markalı, ** CK ** * dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 1152,74 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə ki, “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx"xxxx"ASC”-yə xx.xx.2023-cü il tarixli məktubla muüraciət edilərək məbləğlə razılaşmış və 1152,74 manat məbləğində sığorta ödənişinin "Skaz Autohouse” MMC-nin hesabına köçürülməsini xahiş etmişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müva fiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-cı maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Qeyd edilənlərə əsasən bildirir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hesablanmış zərər məbləği qanunvericiliyə müvafiq qaydada həyata keçirilmiş və mütənasiblik qaydasında sığorta ödənişi edilmişdir. Mülki Məcəllənin 935.1.7ci maddəsinə asasan əmlakın sığortası üzrə sığortalı, sığorta olunan va ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması halında, həmçinin zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Qeyd edilənlərə əsasən “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı ərizəçiyə "xxxx" ASC tərəfindən göstərdiyi məbləğdə ödəniş edilməsi imkan xaricindədir.
6. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçı "Skaz AutoHouse” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə “Bakı Sığorta" ASC arasında xx.xx.2022-ci il tarixdə ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Avtomobilin sürücüsü olan İddiaçı1 tərəfindən 25.10 2023-cü il tarixdə “Bakı Sığorta" ASC-yə ünvanlanmış müraciətə əsasən, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə sığorta hadisəsinə uğradığı bildirilmişdir. Hadisə yerində aparılmış araşdırmalardan müəyyən edilmişdir ki, 25.1. 2027-ci il tarixdə vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər vuran tərəf hesab olunan "Nissan Maxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil "Azərsığorta” ASC tərəfindən "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən uçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 927.2-ci və 927.2.1-ci maddəsinə əsasan zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla pul şəklində faydalanan şəxsə ödənilə bilər. "Skoda Super B" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC tərəfindən “Azərsığorta" ASC-yə xx.xx.2023-cü il tarixli məktubla müraciət edilərək məbləğlə razılaşmış və 1152,74 (min yüz əlli iki manat, yetmiş dörd qəpik) manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin hesabına köçürülməsi xahiş edilmişdir və bundan sonra Mülk Məcəllənin istinad edilən normalarına müvafiq qaydada dəymiş zərər ‘‘ Skaz Autohouse” MMC-yə ödənilmişdir. Mütləq şəkildə sığorta ödənişinin alınmalı olması barədə əməkdaşın təkid etməsi ilə bağlı pretenziya məktubunda qeyd edilənlərlə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Qanunvericiliyin qeyd edilən normasının tələblərinə müvafiq qaydada “Nissan Maxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 1152,74 manat məbləğində sığorta ödənişi edilmişdir və əməkdaşın mütləq şəkildə sığorta ödənişinin alınmalı olması barədə təkidi tam qanuni olmuşdur. Bununla yanaşı, məhkəmənin nəzərinə çatdırır ki, sığorta hadisəsi nəticəsində “Skaz Autohouse" MMC-yə məxsus olan “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı "Mercedes Benz C180” markalı, ** HA *** dövlət nömrə nişanlı avtomobilə də zərər dəymişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər bi rinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-cı maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Həmin qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həm sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Qeyd edilənlərlə yanaşı, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun un 56-cı maddəsinin hamin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulmasının faktı bir sığorta hadisəsi hesab edildiyini, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləğinin icbari sığorta məbləğindən artıq ola bilmədiyini göstərmişdir. Qeyd edilənlərə əsasən “Skoda Super B” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı İddiaçı2 MMC-yə cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi imkan xaricindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar 8500 manat maddi ziyanın ödənilməmiş qalan 7300 manat məbləğində pulun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93 manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, X7 Müqaviləsinin tələbinə əsasən Lizinq alan Lizinq predmeti olan əmlakın sığortalanmasını öz öhdəliyinə götürür və əmlak korlandıqda və ya tam məhv olduqda Lizinq verən yararlanmalıdır. Baş ver miş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 mülkiyyətində olan "Skoda Super B” markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsi məqsədi ilə "xxxx" ASC-yə müraciət edilmiş və həmin şirkət tərəfindən nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 1200 manat müəyyən edilmiş və 1152.74 manat ödənilmişdir. Lakin bu məbləğ “Skaz AutoHouse" MMC-yə vurulmuş maddi ziyanın çox az hissəsini təşkil edir. İddiaçı1 və ‘'Skaz AutoHouse" MMC qüsur aktında müəyyən edilən məbləğlə razılaşmadığından, ona vurulmuş real maddi ziyanı müəyyənləşdirmək üçün “X4” şirkətinə müraciət edilmişdir. Həmin şirkətin 029/23 saylı rəyinə əsasən “Skaz AutoHouse" MMC-nə vurulmuş maddi ziyan 8500 manat təşkil edir. Bu səbəbdən 07 yanvar 202 4-cü il və xx.xx.2024-çü il tarixlərdə "xxxx" ASC-yə İddiaçı1 və "xxxx" MMC tərəfindən pretenziyalar göndərilmiş və qalan ödənilməmiş vəsait tələb edilmişdir. Lakin "xxxx" ASC-nin İdarə Heyətinin üzvü tərəfindən pretenziyalara cavab olaraq qanuni əsas olmadan tələb olunan vəsaitin ödənilməsindən imtina edilmişdir. "xxxx" ASC pretenziyada 20 noyabr 2023-cü il tarixli məktubla məbləğlə razılaşmasını, 1152.74 manatın qəbul edilməsini və subyektiv hüququn olmamasını əsas gətirmişdir. 11 yanvar 2024-cü il tarixdə iddiaçı tərəfindən göndərilmiş pretenziyaya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-yə 20 noyabr 2023-cü il tarixdə müraciət edilərək məbləğlə razılaşmış və 1152,74 manat məbləğində sığorta ödənişini qəbul etmisiniz”. Qeyd edir ki, həmin məbləği qəbul etmək maddi ziyanın həcmi ilə r azılaşmaq anlamına gəlmir. Belə ki, "xxxx" ASC-nin əməkdaşı Ləman adlı şəxs “Skoda SuperB” markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı1 israrla kasko sığorta məbləğini almaq üçün mütləq icbari sığortadan sığorta ödənişini almalı olduğunu bildirmişdir. İddiaçı1 Ləman adlı şəxslə onun istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə whatsApp mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Bununla bağlı whatsapp yazışmaları və mətnlər mövcuddur.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-779/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmənin qənaəti belə olmuşdur ki, "xxxx" ASC-də nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığ ortası üzrə sığortalanmış "Nissan Maxima” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ara məsafəsini düz seçmədiyi üçün idarə etdiyi avtomobilin qabaq hissəsi ilə “Mersedes Benz C180” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurduqda, həmin avtomobil də, qarşısında hərəkət edən “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymişdir. “Nissan Maxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında “Sk az Autohouse" MMCyə 1152,74 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, iddiaçı “Skaz Autohouse" MMC-nin avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən müəyyən olunmuş 1152,74 manat məbləğlə razı olmamaq hüququ olmuş, lakin o həmin məbləği mübahisələndirməmiş və həmin məbləği almışdır.
11. Məhkəmə gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4, 6.7, 7, 16.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2, 931ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
12. Qətnamədən İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayət i verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırmaq üçün heç bir maddi norma tətbiq etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatını sübut kimi qəbul etməmişdir. MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur. Heçbir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qiymətləndirmə hesabatına şübhə etdiyi halda real ziyanı müəyyənləşdirmək üçün ekspert rəyinin alınması üçün qərardad qəbul edə bilərdi. Məhkəmə xx.xx.2023-cü il tarixli məktubla 1152,74 manat sığorta ödənişinin alındığını qeyd edir və iddiaçının maddi ziyanın həcmi ilə razılaşdığını bildirir. Halbuki iş materiallarında həmin məktub m övcud deyil. Həmin məbləği qəbul etmək, maddi ziyanın həcmi ilə razılaşmaq deyil. Belə ki, "xxxx" ASC-nin əməkdaşı Ləman adlı şəxs “Şkoda SuperB” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı1 israrla kasko sığorta məbləğini almaq üçün mütləq icbari sığortadan sığorta ödənişini almalı olduğunu bildirmişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi Qətnamədə 20 noyabr 2023-cü il tarixli məktuba istinad edərək İddiaçı2 MMC tərəfindən "xxxx" ASC-yə müraciət edilərək ziyanla razılaşmış və 1152,74 manat sığorta ödənişinin ödənilməsinə razılıq verilmişdir. 06 may 2024-cü il tarixdə iş materialları ilə tanış olarkən 20 noyabr 2023-cü il tarixli məktubun iş materiallarınd a olmadığı müəyyən olunmuşdur. Məhkəmə iş materialında olmayan sənədə istinad etməklə MPM-nin 217.4-cü maddəsinin tələbini pozmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4259/2024 nömrəli iş üzrə 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə (A.İmanov (sədrliyi və məruzəsi ilə), hakimlər M.Məmmədov və F.Talışinski) İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 7300 manat (yeddi min üç yüz) məbləğində pulun alınaraq İddiaçı2 MMC-yə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən sığorta ödəniş indən imtina edilməsi ədalətsiz olmuşdur. Belə ki, cavabdeh "xxxx" ASCnin istinad etdiyi müddəalar mülki prosessual qanunvericiliyin təməl prinsiplərinə və sığorta fəaliyyəti üzrə formalaşmış işgüzar adətlərə uyğun deyil.
16. Kollegiya birinci instansiya məhkəməsinin istinad etdiyi və cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı təqdim etdiyi etirazda mövqeyini əsaslandırdığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 931-ci maddəsinə münasibətdə bildirmişdir ki, qeyd olunan normaya əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir va ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Lakin qeyd olunan maddədə o da istisna edilmir ki, bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Kollegiya hesab edir ki, dispozitiv norma əsasında sığortaçı üçün müəyyən davranış imkanının nəzərdə tutulması sui-istifadə hallarına yol açmamaqla bərabər, sığortalının hüquqlarının pozulması ilə nəticələnməməlidir.
17. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan normanın tələblərinə əməl olunmuşdur. İddiaçı tərəfindən ilk növbədə icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsi üçün müraciət olunması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı icbari sığorta müqaviləsi üzrə təklif olunan sığorta ödənişinin qəbu l edilməsinin dəymiş zərərin tam məbləği ilə razılaşma kimi qəbul olunmasındadır. Kollegiya qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-cı maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Həmin qanunun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart sığorta məbləği 5000 manat müəyyən olunmuşdur.
18. Kollegiya həmçinin bildirmişdir ki, yuxarıda qeyd olunan normaların tələblərinə uyğun olaraq, icbari sığorta müqaviləsi bağlanmış sığortaçı ("xxxx" ASC) tərəfindən iddiaçıya “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 1152,74 manat məbləğində sığorta ödənişi edilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən hazırkı mübahisə ilə bağlı olan yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində yalnız “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməmiş, eyni zamanda "Mercedes Benz C180” markalı, ** HA *** dövlət nömrə nişanlı avtomobilə də zərər dəymişdir. Qanunvercilikdə təsbit olunmuş icbari sığorta ödənişi ilə bağlı 5000 manat vəsait baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkənlərin hər birinə mütənasib qaydada ödənildiyindən, avtomobilə dəymiş zərərin icbari sığorta ödənişi ilə əhatə olunmayan hissəsi ilə bağlı İddiaçı2 MMC-nin könüllü sığorta müqaviləsinə əsasən cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinin olması əsaslıdır.
19. Kollegiya avtomobilə dəymiş zərərin məbləği ilə bağlı bildirmişdir ki, iş materiallarında olan “X4” şirkətinin təqdim etdiyi 029/23 saylı qiymətləndirmə hesabatına əsasən “Skaz AutoHouse" MMC-nə vurulmuş maddi ziyan 8500 manat təşkil edir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən maddi ziyanın həcmi mübahisələndirilməmiş, qeyd olunan qiymətləndirmə rəyini təkzib edəcək hər hansı sübut iş materiallarında müəyyən olunmamışdır. Ona görə də həmin rəy dəymiş zərərin məbləğinə dair əsas sübut kimi qəbul olunmalıdır.
20. Kollegiya İddiaçı1 münasibətdə hesab edir ki, maddi ziyanın ödənilməsi tələbinin əsası müqavilə münasibətlərindən irəli gəlir. Müqavilə münasibətlərinin tərəfləri iddiaçı “Skaz AutoHouse" MMC və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti olduğundan İddiaçı1 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 883.1, 922.1, 922.2, 922.3, 925.1, 925.2, 926.1, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublika sı Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 nömrəli Qərarının 19.2, 19.3, 19.6, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı2 MMC "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək məbləğlə razılaşmış və 1152.74 manat məbləğində sığorta ödənişinin İddiaçı2 MMC-nin hesabına köçürülməsini xahiş etmişdir və bundan sonra Mülki Məcəll ənin istinad edilən normalarına müvafiq qaydada dəymiş zərər İddiaçı2 MMC-yə ödənilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən məsələyə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyi nəzərə alındığı halda “icbari sığorta” müqaviləsi üzrə sığorta ödənişinin məbləği də qanunvericilikdə müəyyən olunmuş son həddi (5000 (beş min) manat) aşmalıdır. Bu isə qanunvericiliyin kassasiya şikayətində qeyd olunan normalarının tələblərinə tamamilə ziddir. Lakin apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. 25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü i l tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulmasının faktı bir sığorta hadisəsi hesab edildiyini, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləğinin icbari sığorta məbləğindən artıq ola bilmədiyini göstərmişdir. Qanunvericiliyin qeyd edilən normalarından da müəyyən olunur ki, icbari sığorta ödənişi tam olaraq ödənilmədiyi və bu məsələ öz həllini tapmadığı halda “əmlak sığortası” üzrə ödəni şin edilməsi imkan xaricindədir.
26. İddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatını tərtib edən “X2” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsində yerləşdirilmiş müstəqil ekspertlər siyahısında yer almamışdır və müvafiq fəaliyyətin aparılması üçün səlahiyyətə malik deyil.
27. Qanunvericiliyin qeyd edilən normalarından müəyyən olunur ki, İddiaçı2 MMC-nin müqavilə üzrə sığortalı, faydalanan, zərəri müəyyən edən, təmir edən və iddiaçı olması qeyri-mümkündür. Bu baxımdan məsələyə yanaşdıqda iddiaçının özü-özünə mal satıb, iş görüb, xidmət göstərməsi nəticəsində gəlir əldə etmək niyyətini müəyyən etmiş olarıq.
28. Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" ASC-nin X1 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair məhkəmə işində İddiaçı2 MMC tərəfində n verilmiş xx.xx.2023-cü il tarixli təmir aktında ** PU *** dövlət nömrə nişanlı, 2022-ci il buraxılışlı “Skoda Rapid” markalı avtomobilin ehtiyat hissələrinin dəyəri ilə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun İddiaçı2 MMC-yə ünvanlandığı xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildirilmiş dəyər arasında kəskin fərq təşkil etmişdir. Qeyd edilən kəskin fərqlə bağlı "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, BS-K-24/1331 saylı sorğusuna cavab olaraq İddiaçı2 MMC xx.xx.2023-cü il tarixli təmir aktında olan qiymətlərin müxtəlif dövrlərdə fərqli olduğu qeyd edilməklə formal qaydada cavablandırılmışdır. Lakin, hamı üçün bəllidir ki zaman keçdikdə ehtiyat hissələrini qiyməti azalmır, əksinə artır.
29. Qeyd olunan hallar da İddiaçı2 MMC tərəfindən verilən rəylərin yalnız MMC-nin öz maraq larına uyğun olaraq tərtib edildiyini və iddiaçının öz hüquqlarından sui-istifadə edərək formal tərtib edilən rəylər əsasında əsasssız gəlir əldə etmək niyyətinin olduğunu bir daha təsdiq edir.
30. Lakin apelyasiya instansiyası məhkəməsi bu halı da nəzərə almamış, iddiaçı tərəfindən təqdim edilmiş rəyi əsas götürərək, yuxarıda göstərilən maddi hüquq normaları ilə yanaşı “İcbari sığortalar haqqında” Qanunun 6.4, 6.5 və 6.7 maddələrini də düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34. Maddə 14.2.6. mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
35. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tə ləb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
38. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə 883.1. sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
40. Maddə 922.1. sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslə rə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
41. Maddə 922.2. sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
42. Maddə 922.3. sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
43. Maddə 925.1. sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
44. Maddə 925.2. sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.
45. Maddə 926. sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
46. Maddə
931. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 nömrəli Qərarı
47. Bənd 19.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
48. Bənd 19.3. zərəri qiymətləndirən şəxs sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları Qaydaların 19.4-cü bəndi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.
49. Bənd 19.6. sığortaçı sığorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydad a əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində yalnız “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməmiş, eyni zamanda "Mercedes Benz C180” markalı, ** HA *** dövlət nömrə nişanlı avtomobilə də zərər dəyməsi, qanunvercilikdə təsbit olunmuş icbari sığorta ödənişi ilə bağlı 5000 manat vəsait baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkənlərin hər birinə mütənasib qaydada ödənilməsi müəyyən edilmiş, cavabdehin sığorta ödənişindən imtinasının əsassız olması təsdiqini tapmışdır, cavabdeh bunu təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq avtomobilə dəymiş zərərin icbari sığorta ödənişi ilə əhatə olunmayan hissəsi ilə bağlı İddiaçı2 MMC-nin könüllü sığorta müqaviləsinə əsasən cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbini əsaslı hesab etmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanmış, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir.
61. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqə dardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona g örə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4259/2024 nömrəli iş üzrə 17 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.