Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5708/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, gecə vaxtı iş rejiminə görə haqqın ödənilməsi və s. tələblər) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlamış və sonuncu Meyvə-tərəvəz satışı şöbəsində inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 2. 01 iyul 2020-ci il tarixdə Cavabdeh MMC-nin əmri ilə həmin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bizim Market MMC-nin 01 iyul 2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi, 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə 20.01.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, 1 sentyabr 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının a lınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 20.01.2010-cu ildə Badamdar qəsəbəsindəki Cavabdeh adı ilə fəaliyyət göstərən supermarket şəbəkəsində satıcı kimi əmək müqaviləsi bağlayaraq işə başlamışdır. Faziləsiz olaraq 01.07.2020-ci ilə kimi Cavabdeh MMCdə müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra 01.08.2013-cü il tarixdən 18.06.2016-cı il tarixədək ”Bizim Market” MMC-də inzibatçı menecer marketinq üzrə mütəxəssis, 19.11.2016-ci il tarixdən 01.07.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satın alma mütəxəssisi vəzifəsində işləmişdir. Hər ayin sonunda Cavabdeh MMC-nin maliyyə şöbəsində ayın hesablaşmasını aparırmışlar. Bu ilin aprel ayının hesablaşmasını təhvil verdikdən sonra Cavabdeh MMC-də Satınalma departamentinin müdiri X ona bildirmişdir ki, növbəti aydan yəni ki, 2020-ci ilin may ayından o və xx, x işdən azad edəcəkdir. Cavabdeh MMC-nin sahibkarıC1 onlarla bağlanmış əmək müqaviləsinə xitam vermək istəyir. Gələn aydan meyvə tərəvəzin satın alınması yeni işçilər xx, XXX tərəfindən aparılacaq. İddiaçı, Cavabdeh MMC-də Satınalma departamentinin müdiri Xə bildirmişdir ki, onların aqibəti necə olacaq, o ailəlidir, bir az yaşlı övladı, xəstə təqaüdçü anası onun himayəsindədir. Cavabdeh MMC-də Satınalma departamentinin müdiri Xdə demişdir ki, o və digər 3 nəfər işçi özü könüllü ol araq işdən çıxmaqla bağlı ərizə verməsələr, onları 70ç maddəsiylə işdən qovacaqlar. İddiaçı və digər işçilər işini davam etdirərək “Meyvəli Bazar- da gündəlik saat 18:00-dan səhər saat 08:00-a kimi iş yerində olmuşlar. 21.05.2020-ci il tarixində yenidən o, xx, X1, X2, X3 Cavabdeh MMC-nin Xətai rayonu, Xudu Məmmədov 1c ünvanında yerləşən ofisində İRD-nin müdiri Dəyanətin qəbuluna gəlmişlər. Onları İRD-nin işçiləri C1 və C2 qəbul etdi, onlara yenidən işdən çıxmaqla bağlı könüllü ərizələrini yazmağı təklif etdilər. Ərizəni yazmadıqları təqdirdə sahibkar onları işdən nə yolla olur-olsun qovacağını bildirdi. İddiaçı onlara AR Əmək Məclləsinin 69.7-ci maddəsini xatırladaraq qanunsuz əməllərinə son verməsini bildirmişdir. Onlar ofisdən ayrıldıqdan sonra Əmək Müfəttişliyinin 142- qaynar xəttinə z əng vuraraq, ofisdə olmuş hadisə ilə bağlı məlumat verərək, şikayətlərini bildirmişlər. Şikayətdən sonra bir müddət 20 gün ərzində işdən çıxartmaq məsələsi bağlandı. İddiaçı və digər iş yoldaşları işlərinə davam edərək əmək funksiyalırını yerinə yetirərək əmək haqlarını almışdır. 10.06.2020-ci il tarixində iddiaçını və xxi yenidən ”Bizim Marketin” baş ofisinə dəvət edərək, bildirmişlər ki, barmaq izlərini baş ofisin keçid turnikesində tanıtdırsınlar və əvvəlki kimi də “Meyvəli Bazar”-daki anbarda meyvə-tərəvəz alqı-satqısı işini davam etdirsinlər. İddiaçı 2016-cı il tarixindən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Hər kəs bilir ki, meyvə-tərəvəz bazarı topdan satışı gecə saatlarda olur. Onlar bildirdilər ki, onların əmək müqavi ləsində iş saatı səhər 09:00-dan axşam saat 18:00-a kimidir. Onu neçə ildir ki, Cavabdeh MMC-nin rəhbərliyi qanunsuz olaraq gecə işlətmiş və əmək haqqına olan əlavələrini ödəməmişdir. İddiaçı 10.06.2020-ci il tarixinə kimi, əmək müqaviləsində qeyd olunan iş saatı haqqındakı qeydi düzgün bilməmişdir. Bu günə kimi də, onda əmək müqaviləsinin surəti yoxdur və ona rəsmi şəkildə təqdim olunmayıb. 24 iyul 2020-ci ildə o Cavabdeh MMC-yə Əmək müqaviləsini, əlavələr və dəyişiklər, Satın alma mütəxəssisinin vəzifə təlimatını, “Bizim Market" MMC-nin daxili intizam qaydalari haqqında nizamnamənin məktubla rəsmi qaydada istəmişdir. Bu günə kimi cavab almamışdır. 19.06.2020-ci il tarixində İRD-nin işçisi onun cib telefonuna zəng vuraraq onun barəsində verilmiş xəbərdarlıq və töhməti (BM-03/K) məktubu ilə sürətli poçt vasitəsiylə göndərdiyini bildirmişdir. Məktub ona çatdırılmamışdır. İddiaçı 17.06.2020-ci il tarixindən 30.06.2020-ci ilə kimi səhhəti ilə əlaqədar müalicə almışdır. Bakı Şəhəri Səhiyyə İdarəsinin 34 saylı poliklinikasının əmək fəaliyyətinin olmamasina dair 802015 sayli sənədi var. 01.07.2020-ci il tarixində o Baş Ofisdə olan zaman BM-03/K mətkubunu ona rəsmi qaydada təqdim etmişlər. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, 12.06.2020-ci il tarixində xəbərdarlıq barədə məktubda işə qeydiyyat cihazına uçota düşmədiyi bildirmişdir. Ona 16 iyul 2020-ci ildə verilmiş töhmətlə bağlı sənədi alandan sonra onlara da qalan sənədin surətinə “izahat yazmaqdan imtina etmişdir” yazısının yalan olmasını qeyd etmişdir. Onun 11.06.2020-ci ildə Baş Ofisə dəvət olunmağı ilə bağlı heç bir məktubun və ya teleqramın olmasına dair sənəd məktuba əlavədə görməmişdir. O, 11.06.2020-ci il təxirində qeydiyyat cihazından uçota düşməməklə bağlı, izahatı alınmamışdır. Onun izahat yazmaqdan imtina etməyimlə də, bağlı heç bir akt tərtib olunmamışdır. Cavabdeh MMC-də işlədiyi 10 il ərzində heç vaxt xəbərdarliq və ya töhmət almamışdır. Satıcı kimi əmək fəaliyyəti dövründə işinə məsuliyyət və nizamintizamına görə vəzifələrə təyin olunmuşdur, nümunəvi işçi kimi “Bizim Market" MMC-nin Badamdar qəsəbəsindəki supermarketə müdir təyin olunmuşdur. O hüquqlarını tələb edərək ona qarşı qanunsuzluğa son qoymağı tələb etmişdir. Ona bildirmişdir ki, ona heç bir məzuniyyət düşmür, onu işdən qovurlar. İddiaçı 02.07.2020-ci il tarixində poçt vasitəsi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağli məktubu almışdır.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasından görünür ki, İddiaçı 01 avqust 2013-cü il tarixində fərdi sahibkar X3 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. 28 yanvar 2016-cı il tarixdə İddiaçı ilə fərdi sahibkar X6 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 19 noyabr 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 01 iyul 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh MMC ilə 18 iyun 2016-cı il tarixdə əmək müqaviləsi bağlamış və Cavabdeh MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Həmin tarixə kimi isə İddiaçı müxtəlif fərdi sahibkarlarla əmək müqaviləsi bağlamışdır. İddiaçının əmək müqaviləsi bağladığı əvvəlki işəgötürənləri (daha dəqi q biri: X6) Cavabdeh MMC-nin təsisçisi olmuşdur və hazırda da Cavabdeh MMC-nin təsisçisidir. Lakin hüquqi şəxs təsisçisinin, təsisçi də hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır. İddiaçı 18 iyun 2016-cı il tarixdən etibarən əmək hüquqlarının pozulması, əmək stajının əmək kitabçasında qeyd olunmaması, həmçinin DSMFyə məcburi dövlət sosial sığorta haqları üzrə ayırmaların edilməməsi üçün məsuliyyət daşıyır və birbaşa cavabdeh şəxsdir, 18 iyun 2016-cı ildən əvvəlki tarixlər üçün Cavabdeh MMC-nin öhdəliyi, məsuliyyəti müəyyən edilə bilməz. İddiaçıya məxsus əmək kitabçasında görünür ki, iddiaçı əmək fəaliyyətinə 01 avqust 2013-cü il tarixində başlanmışdır və buna qədər iddiaçının işləməsi barədə əmək kitabçasında qeydiyyat aparılmamışdır. Əmək kitabçasından o da görünür ki, işçi İddia çı ilə işəgötürən Cavabdeh MMC arasında 18 iyun 2016-cı il tarixdə ilkin əmək müqaviləsi bağlanmış, iddiaçının buna qədər Cavabdeh MMC-nin təsisçisi olmuş X6 ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Yəni, iddiaçının əmək fəaliyyəti bir işəgötürənlə əmək müqaviləsinə xitam verilərək başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması qaydasında davam etdirilmişdir. İşçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixində qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Digər tərəfdən, Cavabdeh MMC 30 iyun 2005-ci il tarixdə ilkin dövlət qeydiyyatına alınmışdır. Hüquqi baxımından o yalnız hüquqi şəxsin yenidən təşkil olunması qaydasında (ayrılma, bölünmə, qoşulma, birləşmə v ə çevrilmə) qaydasında yaradıldıqda hüquqi sələfi olan hüquqi şəxsin öhdəliklərinə görə ona bölünmə balansı və ya təhvil aktı əsasında keçən əmlak həddində məsuliyyət daşıya bilərdi. Hazırkı mübahisə üzrə isə belə hal mövcud deyildir. 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi tələbləri üzrə Cavabdeh MMC cavabdeh deyildir. Çünki, həmin tarixlərdə İddiaçı Cavabdeh MMC-nin işçisi olmamışdır. Odur ki, İddiaçı Cavabdeh MMC-dən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kitabçasına qeyd olunmasını və DSMF-yə ayırmaların edilməsini tələb edə bilməz. Hesab edirlər ki, İddiaçı Cavabdeh MMC-yə qarşı qaldırdığı iddia bir neçə tələbdən ibarət olduğundan iddia tələbinin “2 0.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi” hissələrinə münasibətdə Cavabdeh MMC-nin iş üzrə əsl cavabdehlə əvəz edilməsi prosessual hüquq baxımından mümkün olmayacaqdır. Bu zaman məhkəmə iddia tələbini parçalamalı və hər iddia tələbi üzrə ayrı cavabdehi müəyyən etməlidir. Odur ki, iddia tələbi 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi” hissələrində iş üzrə əsl cavabdehə yönəldilmədiyindən Cavabdeh MMCyə münasibətdə rədd edilməli və iddiaçıya həmin iddia tələbləri üzrə əsl cavabdehin müəyyən edilərək ona qarşı yenidən müstəqil iddia qal dırması hüququ izah olunmalıdır. Həmçinin qeyd edir ki, İddiaçı 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi tələbləri üzrə də iddia müddətini ötürmüş, hüququnun pozulduğunu bilməli olduğu ən yaxın tarix olan 2013-cü ilin avqust ayından həmin halı mübahisələndirməli olduğu halda mübahisələndirməmişdir. Cavabdehin nümayəndəsi İddiaçı Cavabdeh MMC-yə qarşı 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi barədə iddia tələbləri əsl cavabdehə yönəlmədiyindən iddia tələbləri həmin hissədə Cavabdeh MMC-yə münasibətdə rədd edilməsini xahiş etmişdir. H əmçinin iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı 01.07.2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi və sentyabr 2016-cı il tarixindən 01.07.2020-ci il tarixinədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanması barədə iddia tələbləri üzrə iddia müddətinin tətbiq edilməsi və iddia müddəti ötürüldüyündən iddia tələblərini həmin hissələrdə rədd edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) 03 fevral 2021-ci il tarixli, 2(011)307/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən işçi İddiaçı barəsində daha öncə də intizam tənbeh tədbirlərinin tətbiq edildi yini, 12.06.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə töhmət” intizam tənbehlərinin tətbiq edildiyini nəzərə alaraq, məhkəmə belə qənaət gəlir ki, işəgötürən Cavabdeh MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab edilməlidir. İddiaçının barəsində tətbiq edilmiş intizam tənbehi tədbirləri ilə əlaqədar iddiaçı izahat verməkdən imtina etmiş, bu hal Cavabdeh MMC-nin müvafiq vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş aktlarla rəsmiləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin 01.07.2020-ci il tarixli, 456/X nömrəli əmrinin ləğv edilməsi ilə bağlı iddia rədd edilməlidir. Məhkəmə iddianın 20.01.2010-c i ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeydi, DSMF-na 20.01.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi hissəsində nəzərdən keçirərək hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasından görünür ki, İddiaçı 01 avqust 2013-cü il tarixində fərdi sahibkar X3 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. 28 yanvar 2016-cı il tarixdə İddiaçı ilə fərdi sahibkar X6 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Da ha sonra iddiaçı ilə olan əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 19 noyabr 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 01 iyul 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi 18 iyun 2016-cı il tarixdə bağlanılmış və iddiaçı Cavabdeh MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. X2 ilə işəgötürən Cavabdeh MM C arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixində qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Odur ki, İddiaçı Cavabdeh MMC-dən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kitabçasına qeyd olunmasını və DSMF-na 20.01.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi tələbi ilə bağlı Cavabdeh MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir. Odur ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın 01.09.2016-cı il tarixdən 01.07.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, mü lki işin məhkəmə araşdırması zamanı iddiaçının 01.09.2016-cı il tarixdən 01.07.2020-ci il tarixlərində gecə saatlarında işlədiyinə dair məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmədiyinə görə iddia bu hissədə rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 18 may 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin x saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəm ə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, 456/X Əmrin ləğv edilməsi, əmək kitabçasında qeydlərin dəyişdirilməsi, əmək stajının 20.01.2010-ci ildən hesablanması, 01.09.2016-ci ildən 01.07.2020-ci ilə kimi gecə növbəsi üçün əmək haqqının düzgün hesablanaraq, habelə 10.000 manat mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində heç bir maddi və normanın tələbinə istisna etmədən işin halları və mübahisəli halları araşdırmadan cavabdeh tərəfin məhkəmədə iştirakın təmin etmədən verilmiş şikayətin sübut etmə yükünü işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyin və əsaslığın əsas göstərici olduğun nəzərə almadan Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmışdır. Belə ki, apellyasiya və birinci instansiya məhkəmələri tərəfindən iddiaçının dəlilərinə düzgün hüquqi qiymət verilməmiş, yalnız cavabdeh tərəfinin göstərdiyi sənədlər əsasındə qərar qəbul olunmuşdur. Birinci instansiya məhkəməsində iddiaçının əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmış, vəzifə təlimatı, qeydiyyat uçot kitabı məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin birinci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Mülki işin materiallarında isə ümumiyyətlə, həmin töhmətlərin verilməsinə əsas olmuş halların rəsmiləşd irilməsinə, həmin töhmətlərin verilməsindən qabaq iddiaçıdan izahat alınmasına və ya iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əs aslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “ə” bəndinə əsasən, ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funks iyasını pozması görə işçinin əmək müqaviləsinin xitam verilməsi nəzərdə tutulur. Bu əsasla əmək müqaviləsinə xitam verilməsi aşağıdakı hallarda qanuni sayıla bilər. İşçi üzrlü səbəb olmadan hüquqazidd təqsirli şəkildə onun üzərinə qoyulmuş əmək vəzifələrini yerinə yetirməmiş, və ya laziminca yerinə yetirməmişdir. İşçiyə əvvəllər artıq intizam tənbehi verilmişdir, əmək vəzifələrini yerinə yetirilməməsinə görə intizam tənbehi verildiyi vaxtdan 6 ay keçməmişdir. İşçinin hüquqazidd hərəkəti (hərəkətsizliyi) dedikdə, onun əmək prosesində əmək hüquq normaları ilə nəzərdə tutulmuş davranış qaydalarının pozulmasi başa düşülür. Yuxarıda göstərilən əsaslar üzrə əmək müqaviləsi yalnız işçinin ilk növbədə onun əmək müqaviləsində təsbit edilmiş əmək funksiyasının yerinə yetirmədiyi hallarda yol verilir. Əmək funksiyasi dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirilməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Göründüyü kimi Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması barədə müddəaların heç biri iddiaçıya münasibətdə tətbiq oluna bilməzdi. Eyni zamanda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərimi pozmağımın özünü nədə biruzə verməsi barədə hər hansısa bir araşdırma aparılmamışdır. İddiaçı 20.01.2010-cu ildən 01.07.2020 tarixə kimi işlədiyi dövrdə heç bir intizam pozuntusna yol vermədiyi üçün ƏM 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması barədə müddəaların heç biri iddiaçıya münasibətdə tətbiq oluna bilməz. İddiaçının əmək müqaviləmə x itam verildikdən sonra, əmək kitabçasında aparılan qeyddə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağının qeyd olunması, iddiaçının 10 illik əmək fəaliyyətinə vurulan zərbə, əmək kitabçasına qeyd edilən qara bir ləkədir. Həmin əsasla iddiaçının işdən çıxarıldığı üçün bundan sonra hər hansı bir dövlət orqanında işə qəbul edilməyi də mümkün olmayacaqdır. Çünki bu hal digər işəgötürənlərdə onun işinə məsuliyyətsiz olmağı, öz iş funksiyalarını kobud şəkildə pozmağı təssüratını yaradacqdır. Həmin halları düşünəndə iddiaçı dərin mənəvi sarsıntılar keçirir. İş saatlarının uçotu vəzifəsi qanunla işəgötürənin üzərinə qoyulduğundan işçinin iş vaxtı və iş vaxtından artıq işlənmiş saatları ilə bağlı məlumatları təqdim etmək, eləcə də işçinin iş vaxtı işdə olmadığını sübuta yetirmək vəzifəsini işəgötürən daşıyır. Lakin əmrdə heç bir sübuta istinad edilməmiş, iddiaçının konkret olaraq hansı tarixdə, neçə saat işdə olmamağı qeyd edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulması onu qanuni işindən və gəlirindən məhrum etməsi, əmək haqqını və məzuniyyət təminatlarını realizə etməməsi ciddi qanun pozuntusu olmaqla ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən həm də iddiaçıya ödənilməmiş əmək haqqı, həm istifadə edilməmiş 10 illik əmək məzuniyyətinə görə kompensasiya, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə ic lasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
14. Maddə 11, bənd b). Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.
15. Maddə 68, hissə 1 və
2. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməs i, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
16. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
17. Maddə 166, hissə 1 və
2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli i ş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əmrin ləğv edilməsi, əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə pul yığımının və mənəvi zərərin əvəzinin ödənilməsi hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
26. İddiaçı adına olan 060372 saylı, 01 avqust 2013-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, X4 məxsus əmək kitabçasından görünür ki, 01.08.2013-cü il tarixdə xxla fərdi sahibkar X3 arasında əmək müqaviləsi bağlamış və o, Cavabdeh mağazasına “İnzibati menecer” vəzifəsinə işə qəbul edilmiş, iddiaçı ilə olan əmək müqaviləsinə 28.01.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (tərəflərdən birinin təşəbbüsü əsası ilə) xitam verilmişdir. 28.01.2016-cı il tarixdə xxla fərdi sahibkar X6 arasında əmək müqaviləsi bağlanmış və o, Cavabdeh mağazasına “İnzibati menecer” vəzifəsinə işə qəbul edilmiş, iddiaçı ilə olan əmək müqaviləsinə 18.06.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən xitam verilmişdir. 18.06.2016-cı il tarixdə xxla Cavabdeh MMC arasında əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına “İnzibati menecer” vəzifəsinə işə qə bul edilmiş, 19.11.2016cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, “Satınalma mütəxəssisi” vəzifəsinə keçirilmişdir. X8 ilə olan əmək müqaviləsinə 01 iyul 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
27. İş materiallarında olan, Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri tərəfindən tərtib edilmiş 12.06.2020-ci il tarixli 3 nömrəli “davamiyyət uçotuna düşməməsi üzrə Aktdan görünür ki, Cavabdeh MMC-nin Satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı İyun 11, 2020-ci il və İyun 12, 2020-ci il tarixlərdə davamiyyət qaydasını pozması ilə bağlı qeydiyyata düşməməsinə əsasən əmək fəaliyyəti üzrə qaydaları kobud şəkildə pozduğu müəyyən edilmişdir. Əməkdaş İddiaçı əvvəllər də davamiyyət uçotuna düşməməsi ilə bağlı görüş keç irilmiş şifahi xəbərdarlıq edilmişdir, buna baxmayaraq əməkdaş təkrar davranış qaydalarını pozmaqda davam edir. İddiaçı baş verən hadisələrə münasibət bildirilməsi üçün izahat yazılması tələb olunsa da, işçi izahat yazmaqdan imtina etmişdir.
28. İş materiallarında olan, Cavabdeh MMC-nin direktoru tərəfindən xx ünvanlanmış 12.06.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı 11.06.2020-ci il tarixdə işə davamiyyət qaydalarını pozaraq qeydiyyat cihazına uçota düşməmişdir; işçi uçota düşməməsi ilə bağlı yazılı izahat yazmaqdan imtina etmişdir; İşçinin uçota düşməməsi səbəbi nəzərə alınıb; İşçinin belə pozuntulara yol verməsi birinci hal deyil. Yuxarıdakıları nəzərə alaraq işçi İddiaçı xəbərdarlıq edilmişdir ki, İşçinin uçota düşməməsi sonuncu hal kimi qəbul olunsun; İşçi İddi açı müəssisənin nizam-intizam qaydaların pozulduğuna görə sonuncu xəbərdarlıq edilsin; İşçi bir daha belə xətalar törədərsə, onda ona qarşı tənbeh tədbirləri tətbiq olunacaq; Xəbərdarlıqla işçi tanış edilsin.
29. İş materiallarında olan, Cavabdeh MMC-nin direktorunun 0364/BM-K saylı, 16.06.2020-ci il tarixli Əmrinin surətindən görünür ki, Şirkətin Satınalma mütəxəssisi vəzifəsi üzrə çalışanı X5 qaydasını pozması ilə bağlı qeydiyyata düşməməsi və barəsində əvvəlki xəbərdarlığı nəzərə alaraq və belə halların təkrar olunmaması məqsədi ilə işçiyə 16.06.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
30. İş materiallarında olan, Cavabdeh MMC-nin direktoru tərəfindən xx ünvanlanmış 19.06.2020-ci il tarixli BM-03 /K saylı Xəbərdarlıq Məktubunun surətindən görünür ki, MMC-nin satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı bildirilmişdir ki, 18.06.2016-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə əsasən iş saatı nahar fasiləsi daxil olmaqla 09:00-dan 18:00-dək təyin edilmişdir və o qeyd edilən iş vaxtı üzrə qeydiyyat uçotuna düşərək əmək fəaliyyəti üzrə öhdəliklərini icra etməlidir; Lakin o, qeydiyyat uçotuna düşmür və şirkətin təyin etdiyi vacib təlimatı pozur; Sonuncu görüşlərinə əsasən o qeydiyyat uçotuna düşməyin vacibliyi ilə bağlı xəbərdar edilmişdir və işə gəliş və gediş zamanı davamiyyət uçotuna düşməli idi. Ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir; odur ki, 2 gün müddətində davamiyyət uçotuna düşməməyi ilə ba ğlı iş yerinə gəlməyi və izahat yazaraq baş vermiş intizam pozuntusuna münasibət bildirməyi xahiş olunur.
31. İş materiallarında olan, Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri tərəfindən tərtib edilmiş 01.07.2020-ci il tarixli 4 nömrəli “davamiyyət uçotuna düşməməsiüzrə Aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı İyul 01, 2020-ci il tarixdə davamiyyət qaydasını pozması ilə bağlı qeydiyyata düşməməsinə əsasən əmək fəaliyyəti üzrə qaydaları kobud şəkildə pozduğu müəyyən edilmişdir. Əməkdaş İddiaçı əvvəllər də davamiyyət uçotuna düşməməsi ilə bağlı görüş keçirilmiş şifahi xəbərdarlıq edilmişdir. Həmçinin, 19.06.2020-ci il tarixində təqdim olunmuş 03 nömrəli xəbərdarlıq məktubu barəsində verilən 16.06.2020-ci il tarixli 0364 nömrəli töhmət əmr inə baxmayaraq İddiaçı təkrar davranış qaydalarını pozmaqda davam edir. İddiaçı baş verən hadisələrə münasibət bildirilməsi üçün izahat yazılması tələb olunsa da, işçi izahat yazmaqdan imtina etmişdir.
32. İş materiallarında olan, Cavabdeh MMC-nin direktoru tərəfindən xx ünvanlanmış 02.07.2020-ci il tarixli BM-06/K saylı Xəbərdarlıq Məktubunun surətindən görünür ki, MMC-nin satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı bildirilmişdir ki, onunla 18.06.2016-cı il tarixindən bağlanmış əmək müqaviləsinə 01.07.2020-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən ona sonuncu iş günü sənədlərinin təhvil alması barədə məlumat verilmişdir. Lakin o, son iş günü sənədlərini təhvil götürməsi üçün iş yerinə gəlməmişdir. Onunla razılığı nəzərə alaraq əmək kitabçası, işdən çıxma barədə əmrin surəti və son haqq-hesab ödəniş cədvəli ona təqdim olunur.
33. İş materiallarında olan, Cavabdeh MMC-nin direktorunun 456/X saylı, 01.07.2020-ci il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı MMC-nin Satınalma Departamentinin Satınalma mütəxəssisi 01.07.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” bəndinə istinad edərək, 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi, ona 18.06.2017/2021 iş illəri üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə 88 təqvim günü müqabilində kompensasiya ödənilməsi, İddiaçı iyul ayı üzrə 1 iş günü müqabilində əmək haqqı ödənilməsi əmr edilmişdir.
34. İş materiallarında olan, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 28.10.202 0-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, İddiaçı adına Cavabdeh MMC tərəfindən X1 sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatı təqdim edirlər. Həmçinin məlum edirlər ki, İddiaçı Cavabdeh MMC-də gecə saatlarında işə cəlb edilməsi barədə məlumatlar X11 Xidmətində mövcud olmadığı və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01.2021-ci il tarixədək dayandırıldığından qeyd olunan məsələ ilə bağlı yerində araşdırma aparmaq mümkün olmadığı üçün həmin məlumatın təqdim edilməsi, eyni zamanda 2013-cü ilin 27 dekabr tarixinə q ədər qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması nəzərdə tutulmadığı üçün adı qeyd olunan şəxsin həmin dövrə qədər əmək fəaliyyəti barədə məlumatların təqdim edilməsi imkan xaricindədir.
35. İş materiallarında olan, “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatdan görünür ki, İddiaçı 18.06.2016-cı il tarixli Müqaviləyə əsasən Cavabdeh MMC-də işləmiş, iş vaxtının rejimi 6 günlük iş həftəsi 09:00-18:00, nahar 13:0014:00, əmək haqqı 1.213 manat olmuş, həmin müqaviləyə 01.07.2020-ci il tarixdə xitam verilmişdir.
36. İş materiallarında olan, İddiaçı 2020-ci ilin iyul ayında son haqq-hesab hesabatından görünür ki, əmək haqqına görə 47 manat, məzuniyyət üçün (88 gün) 3.377 manat, 328,40 SMF-yə, 17,12 işsizlik müavinəti çıxıldıqdan sonra, cəmi 3.078,48 manat ödənilmişdir.
37. İş materiallarında olan, Dövlət Sosial Müdafiə Fondunun 13.11.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, sığortaedən Cavabdeh MMC (SUN: **********0) tərəfindən 2007, 2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) və 2017-2019-cu illərin l-İV rübləri, 2020-ci ilin l-lll rübləri üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmişdir. Qeyd olunan sığortaedən tərəfindən 2010-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (Forma B1) və ona əsasən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim olunmamışdır. Əlavə olaraq bildiririk ki, sığortaedən X3 tərəfindən (SUN: **********6) 2013-cü il üzrə təqdim edilən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata (Forma B3) əsasən İddiaçı (SSN: **********054) adı sığortaolunan kimi qeyd olunmuş və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmuşdur. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölməsindən əldə edilən məlumata əsasən 2010-2012-ci illər üzrə hər hansı sığortaedən tərəfindən sığortaolunan İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqqı hesablanmamış və ödənilməmişdir.
38. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən iş çi İddiaçı barəsində əvvəllər də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini və 12.06.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə töhmət” intizam tənbehinin tətbiq edildiyini nəzərə alaraq, işəgötürən Cavabdeh MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin 20.01.2010-ci il tarixdən 2013-cü il tarixə kimi əmək stajının əmək kitabçasında qeydi, DSMF-na 20.01.2010-cu il tarixdən 2013-cü ilədək pul yığımının ödənilməsi hissəsində rədd edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur.
39. İş materiallarında olan iddiaçı xx məxsus əmək k itabçasının surətindən görünür ki, xx 01 avqust 2013-cü il tarixində fərdi sahibkar X3 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən xitam verilmiş, 28 yanvar 2016-cı il tarixdə xxla fərdi sahibkar X6 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və inzibati menecer vəzifəsinə qəbul edilmişdir.
40. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi 18 iyun 2016-cı il tarixdə bağlanmış və iddiaçı əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Tərəflər arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixdə qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır.
41. Apellyasiya məhkəməsi qeyd olunanları nəzərə alaraq, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad edərək bu nəticəyə gəlmişdir ki, mənəvi zərərin əvəzinin tutulması tələbinin də rədd edilməsi əsaslı olmuşdur.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessua l normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
43. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti əmrin ləğv edilməsi, əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə pul yığımının və mənəvi zərərin əvəzinin ödənilməsi hissələrin də təmin edilməməli, qətnamə bu hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Bununla belə Kollegiya hesab edir ki, iddianın gecə saatlarında işə görə əlavələrin ödənilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
46. Apellyasiya məhkəməsi bu tələblə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 01.09.2016-cı il tarixdən 01.07.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı birinci və apelyasiya instansiyası məhkəmələrinə kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir.
47. Kollegiya bu tələblə bağlı nəzərə alır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində gecə saatlarında işlə bağlı qeyd aşkar edilmir.
48. Bununla belə iddiaçı, ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün sa at 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildirdiyi kimi meyvə-tərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əmək haqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir.
49. İddiaçı istinad etdiyi halları təsdiqləyən dəlil kimi şahid ifadələrinə, habelə iş yerindəki kompyuter çıxarışlarına istinad etmişdir.
50. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının iş yoldaşları X14, X10 və X15 bildirmişlər ki, İddiaçı marketdə bir qayda olaraq gecə saatlarında işləmişdir.
51. Bundan əlavə, iş materiallarında olan, meyvə şöbəsinə aid işlə bağlı xeyli sayda kompyuter proqramı çıxarışlarından görünür ki, istifadəçi İddiaçı adının qarşısında müxtəlif gecə saatları qeyd olunmuşdur.
52. Buna baxmayar aq mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr bu tələblə bağlı iddiaçının dəlillərini araşdırmamış, təqdim etdiyi sübutları onların mötəbərliyi, mümkünlüyü və aidedilənliyi ilə bağlı prosessual tələbləri də nəzərə almaqla qiymətləndirməmiş, həmin dəlilləri nə üçün qəbul etmədiklərini əsaslandırmamışlar.
53. Bu hallar isə həmin tələbə münasibətdə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir (§ 19-20).
54. Ona görə də qətnamə gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, həmin hissədə mübahisənin yeni dən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.