Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5709/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(103)4345/2019 saylı qətnaməsindən cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, XXX rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(007)-3506/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hak im E.A.Nuriyev) İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər) qarşı “əşyaları ilə birlikdə mənzildən çıxarılma, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzilin təhvil verilməsi” barədə ilk iddia ərizəsi təmin, cavabdeh X1 iddiaçıya qarşı “mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, cavabdehlərin özlərinə məxsus olan əşyaları ilə birlikdə Bakı şəhəri, XXX rayonu, XXX küçəsi 96 saylı evin 19-cu mənzilindən çıxarılmaları, mənzilin iddiaçıya təhvil verilməsi, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilib. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(103)4345/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, XXX rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdehlər qətnamədən kassasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdehlərə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlərin əşyaları ilə birlikdə ona məxsus olan Bakı şəhəri, XXX rayonu, XXX küçəsi 96 saylı evin 19-cu mənzilindən çıxarılmaları, cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzilin ona təhvil verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh XXX isə İddiaçı və Bakı şəhəri, 12 saylı Notariat Kontoruna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, XXX rayonu, XXX küçəsi 96 saylı evin 19-cu mənzilinə dair notarial qaydada bağlanmış 13 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə ye ni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili XXX kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdeh XXX, vəkili XXX, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri, 12 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İd diaçı vəkili XXXun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli mənzilin XXXnın mülkiyyətində olmasına, sonuncunun verdiyi etibarnaməyə əsasən Cavabdeh3 həmin mənzili İddiaçı satmasına, mənzilin sonunc unun mülkiyyətində olmasına, cavabdehlər iddiaçının iradəsinə zidd mənzildə yaşamaqla sonuncunun mülkiyyətində olan mənzil üzərində hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmalarına, XXXnın qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətini ötürməsinə və beləliklə də ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4. 146, 373-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq nor malarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, İddiaçı iddia edir ki, Bakı şəhəri, XXX küçəsi 96 saylı evin 19-cu mənzilini XXXnın etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 50.000.000 manata (AZM) satın alıb. Mənzil daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə adına qeydə alınıb. Yaxından tanıdığı və etibar etdiyi cavabdehlərə bir müddət həmin mənzildə yaşamalarına razılıq verib. Lakin hazırda mənzili satıb Mehman Köçərliyə olan 80.000 manat borcunu ödəmək üçün mənzili boşaltmalarını tələb etsə də, cavabdehlər mənzildən və qeydiyyatdan çıxmaqdan imtina edir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə 13 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsinin və mənzilin mülkiyyət hüququ üzrə onun adına qeydə alınmasına dair 21 fevral 2007-ci il tarixli Çıxarışın surətlərini təqdim edib. Cavabdeh XXX isə iddia edir ki, mübahisəli mənzil X6ya məxsus olub. Əri Cavabdeh3 2004-cü ildə kredit götürmək üçün “xxxx” ASC Nəsimi filialının müdiri İddiaçı müraciət edib, sonuncu ona 10.000 ABŞ dolları kredit verəcəyini öhdəsinə götürüb və bunun əvəzində sözügedən mənzilin banka ipoteka qoyması barədə razılığa gəliblər. Bundan sonra X6 banka gedərək 3 faizlə götürdüyü 10.000 ABŞ dolları kredit borcunun qaytarılmasının təmin edilməsi üsulu kimi mənzilin bankın xeyrinə ipoteka qoyması barədə 13 avqust 2004-cü il tarixli yazılı iltizam verib. X6 və o, alqı-satqı müqaviləsinin bağlanmasından məlumatsız olub. Belə ki, X6 əri Cavabdeh3 adına etibar namə verib və sonuncu həmin etibarnaməyə əsasən mənzilə dair İddiaçıla ipoteka müqaviləsi əvəzinə, alqı-satqı müqaviləsi bağlayıb. Həmin vaxt əri Cavabdeh3 mənzili banka girov qoyduğunu bildirib. Qeydiyyatda olduğu üçün mənzilin ipoteka qoyulmasına yazılı razılıq verib. Bankdan götürdükləri 10.000 ABŞ dolları kredit borcunu 16 mart 2009-cu il tarixdə geri qaytarıblar. Alqı-satqı müqaviləsi saxta olmaqla İddiaçı mənzilin alqı-satqısı zamanı müqavilədə göstərilən 50.000.000 (AZM) manat pulu onlara verməyib və bu gün də ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. Cavabdeh XXX tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə şahidlərin ifadələrini təqdim edib. Göründüyü kimi sözügedən mənzilə dair iddiaçı ilə XXX arasında 13 avqust 2004-cü il tarixli alqı-s atqı müqaviləsi bağlansa da, sonuncu həmin müqavilə üzrə mənzili faktiki olaraq iddiaçının sahibliyinə, istifadəsinə verməyib və son 15 ildir ki, mənzildə fasiləsiz və etirazsız olaraq cavabdehlər yaşayır. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə XXXnın ötən 15 il müddət ərzində mənzili iddiaçının sahibliyinə, istifadəsinə verməməsinin səbəblərini aydınlaşdırmadan, iddiaçının mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) XXXya və ya onun etibarnamə üzrə təmsilçisi Cavabdeh3 ödəyib-ödəməməsini araşdırmadan, iddiaçının ilk iddianı “hüquqların dövlət qeydiyyatı haqqında” 21 fevral 2007-ci il tarixli Çıxarışa istinad edərək qaldırdığı halda, reyestrdə aparılmış qeydin məzmununun həqiqiyliyini və tamamlığını yoxlamadan, bu barədə sübutları məhkəməyə təqdim etməyi iddiaçıya təklif etmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Mülki Məcəllənin 567-ci maddəsinin mənasına görə, alqı-satqı müqaviləsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 140-cı maddəsinin mənasına görə, reyestrin məzmununun həqiqilyi və tamamlığı prezumpsiyası o, vaxt qüvvədə sayılır ki, reyestrin məzmununun həqiqilyi və tamamlılığı sübuta yetirilmiş olsun. Hazırki işdə, alqı-satqı müqaviləsi əsasında iddiaçının xeyrinə reyestrdə aparılmış qeydin qüvvədə olmasına dair heç bir mötəbər yazılı sübut yoxdur. Belə ki, iddiaçı mənzilin mülkiyyətində olmasına dair məhkəməyə 14 avqust 2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş 21 fevral 2007-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın surətini təqdim etsə də, onun xeyrinə reyestrdə aparılmış qeydin hazırda da qüvvədə olması mülki iş materialları ilə təsdiq olunmur. Əksinə, işdən görünür ki, 15 avqust 2007-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən İddiaçı mənzilini təmir etmək üçün 6 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 38.475 manat kredit verilib. Sonradan İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Bakı şəhəri, XXX rayon məhkəməsinin 09 aprel 2008-ci il tarixli qətnaməsi ilə “xxxx” KB ASC-nin İddiaçı qarşı “ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, satışdan əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi” barədə iddiası təmin edilərək, İddiaçı əsas borca görə 38.475 manat, faiz borcuna görə 1.250 manat kredit borcunun tutulub “xxxx” KB ASC ödənilməsi qət edilib. Bundan sonra 21 avqust 2008-ci il tarixdə qətnamə üzrə icra vərəqəsi verilib və ilkin satış qiyməti 48.000 manat müəyyən edilməklə mənzilin açıq hərraca çıxarılması barədə borclu İddiaçı və tələbkar “xxxx” KB ASC-nə yazılı bildiriş göndərilib. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilir ki, burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqə t prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş böl güsü Roma hüququnun “da mihi faktum, dabo tibi ius” (mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm) prinsipinə əsaslanır. Eləcə də Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Apellyasiya instansiyası məhkəməsi, qətnamənin icrası qaydasında sözügedən mənzilin hərracda satılıb-satılmamasını, mənzilin mülkiyyətçisinin dəyişib-dəyişməməsini, bu barədə reyestr xidmətində müvafiq dəyişikliyin aparılıb-aparılmamasını və ümumiyyətlə hazırki iddianı qaldırmaq üçün iddiaçının müvafiq suby ektiv hüquqa malik olub-olmamasını aydınlaşdırmadan, ilk iddia ərizəsinin əsaslı olması qənaətinə gəlmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Digər tərəfdən XXX qarşılıqlı iddia ərizəsində iddia edir ki, mənzilə dair bağlanmış alqısatqı müqaviləsi saxtadır və həmin müqavilə tərəflərin həqiqi niyyətlərini əks etdirmir. Əslində, həmin müqavilə yalan əqd olmaqla başqa əqdi, yəni Cavabdeh3 2004-cü ildə “xxxx” ASC-nin Nəsimi filialının müdiri İddiaçıdan aldığı 10.000 ABŞ dolları kredit borcunun qaytarılmasının təmin edilməsi üsulu kimi ipoteka qoyulub. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan halları üzrə heç bir araşdırma aparmadan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373-cü maddələrinin və digər maddi hüquq normalarının tələb lərinə istinad edib, XXXnın hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş iddia müddətini ötürməsi qənaətinə gəlmişdir. Əvvəla, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməklə iddia müddəti ilə kəsici müddəti biri-birindən fərqləndirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində etibarsız əqdlər üzrə müddətlər nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 354.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi qeyd olunan maddədə nəzərdə tutulan bir illik müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq e dilir və bu müddət iddia müddəti sayılmır. Mülki Məcəllənin 354.2-ci maddəsinin mənasına görə, maraqlı şəxs o, vaxt bir il ərzində əqdi mübahisə edə bilər ki, əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gün ona məlum olsun. Hazırki işdən görünür ki, XXX iddia edir ki, o və X6 sözügedən alqı-satqı müqaviləsindən məlumatsız olmuşlar və yalnız ilk iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqavilə ilə tanış olduqdan sonra onlara məlum olub ki, mübahisəli mənzilə dair əri Cavabdeh3lə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanıb və guya iddiaçı həmin müqavilə üzrə Cavabdeh3 50.000.000 manat (AZM) pul ödəyib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktik i hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilib. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilm əsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(103)4345/2019 saylı qətn aməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5709/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5709/2019
27.09.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver