Məhkəmə qərarları › İş №2(102)-571/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-571/2024

13.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-571/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi, kompensasiya məbləğinin müəyyən edilməsi, kompensasiyanın adekvat olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsində n istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2337/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh kassasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 Mətanət Qəhraman qızı ilə 2002-ci ildə ailə qurmuş, nikahlarını 2006-cı ildə rəsmiləşdirmiş, birgə nikahdan üç övladları doğulmuş, ailə münasibətləri pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.

2. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-368/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X14 və xx.xx.2018-ci il tarixdə doğulmuş X16 ilə birlikdə ünvan 1ndə yerləşən, X11 məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. 3. ünvan 1ndə yerləşən 0.2769 ha torpaq sahəsi ümumi birgə mülkiyyət ilə X2 və İddiaçı, sahəsi 145.70 kv.m olan fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

4. İddiaçı X8 xalasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddianın dəyişdirilməsi barədə ərizə) ilə Gədəbəy rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, ünvan 1ndə yerləşən 145.7 kv.m fərdi yaşayış evi və 0.2769 ha torpaq sahəsindən Cavabdeh (bundan sonra “cavabdeh”) yaşamaq hüququna 7000 manat kompensasiya ödəməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mərhum atası X5 miras qalmış əmlaka vərəsə kimi tanınmış və miras əmlakı qəbul etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 1ndə yerləşən 145.7 kv.m fərdi yaşayış evi və 0.2769 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir.

7. Cavabdeh fərdi evinə köçdüyü gündən iddiaçının rahatlığını əlindən almışdır. Cavabdeh iddiaçının evdə olan bütün əşyalarını sındırmış, onu evindən çıxarmışdır. Cavabdeh iddiaçını torpaq sahəsinə buraxmır, torpağı özü əkib-becərir. Buna görə də, iddiaçı cav abdehin həmin evdən yaşayış hüququna 7000 manat pul ödəməklə, evdən çıxarmasını istəyir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etmişdir.

9. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia verərək, ona və azyaşlı uşaqlarına iddiaçı tərəfindən sonuncuya mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1də yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən, əl damından, hamamından, evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı onun həyat yoldaşı X8 xalasıdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə o və uşaqları hazırda mübahisə predmeti olan fərdi yaşayış ev inə köçürülmüşlər. Onun başqa yerdə yaşamağa evi yoxdur. İddiaçı onun və azyaşlı uşaqlarının bu evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Belə ki, hamamın və əl damının qapılarını bağlayıb, onların mübahisəli evin həmin hissələrindən sərbəst şəkildə istifadə etmələrinə maneə yaradır. Eyni zamanda evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onların maneəsiz istifadələrinə imkan vermir. Bu səbəbdən də hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Çünki onlar uzun müddət bu evdə yaşamış, iddiaçı birgə təsərrüfat idarə etmiş və Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə həmin evə köçürülmüşlər. Onların evin yardımçı sahələrindən və evin yerləşdiyi həyətyanı sahəsindən istifadə hüquqları yaranmışdır.

11. Cavabdeh qarşılıqlı iddia tələbin in hüquqi əsası kimi Mülki Məcəllənin 158-ci maddəsinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən yaşayış sahəsini yerində müayinə etmişdir. Yerində müayinə protokoluna əsasən ev 1 mərtəbəli, kürsülü, 2 otaq və bir şüşəbənddən ibarətdir. Evə bitişik hamam tikilmiş, hamamın qapısı plastik olmaqla örtülü vəziyyətdədir. Həyətdə yardımçı sahə kimi tövlə yerləşir və tövlənin qapısında dəmir qıfıl vardır. Evin həyətyanı sahəsi dəmir torla əhatəyə alınmış və kartof bitkisi əkilmişdir. Cavabdeh həmin sahənin onun tərəfindən əkildiyini bildirmişdir. İddiaçı hamamın onun tərəfindən sonradan tikildiyini bildirmişdir.

13. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-466/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh ünvan 1ndə yerləş ən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə İddiaçı mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh İddiaçı məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması, Cavabdeh İddiaçı qarşı “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə d air qarşılıqlı iddiasının təmin edilməməsi, ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilk iddia tələbi üzrə Cavabdeh aid edilməsi qət edilmişdir. (hakim Marif Kazımov)

14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə tam olaraq iddiaçının mülkiyyətindədir. Cavabdehin mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə hüququnun olması Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş və cavabdehin azyaşlı uşaqları ilə birlikdə həmin mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022 saylı qətnaməsi hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş g eniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğundan, iddiaçının həmin evə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam v ermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün fərdi yaşayış evində istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verib, həmin şəxsin istifadə hüququna xitam vermək hüququnu həyata keçirməkdə haqlıdır.

17. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadən göstərmişdir ki, cavabdeh mübahisəli evdən uzun müddət istifadə etmişdir. Cavabdeh kompensasiya məbləğindən asılı olmayaraq fərdi yaşayış evindən çıxmayacağını bildirmişdir. Bu isə onu göstərir ki, cavabdeh kompensasiya məbləğindən asılı olmayaraq mübahisəli fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsini istəmir.

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahis əli fərdi yaşayış evinə istifadə hüququ olan cavabdehin evdən mülkiyyətçisinin iradəsi ziddinə çıxmaması barədə bildirdikləri izahatlar əsassızdır və heç bir hüquqi əsası olmayan şəxsi mülahizələri olmaqla mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir.

19. Birinci instansiya məhkəməsi kompensasiyanın məbləği ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir.

20. Birinci instansiya məhkəməsi cavabdehə verilməsi təklif olunan kompensasiyanın məbləğinin istifadəçinin hüquqlarına xitam verilməsi ilə adekvat və mütənasibliyi ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlmişdir ki, 7000 manat kompensasiya məbləği mübahisəli ev üçün ağlabatan məbləğdir. Belə ki, evin yerləşdiyi ərazi üzrə torpaq sahəsinin qiyməti və yaşayış evinin tikilməsi üçün 7000 manat nəzərə alınır. Bu da cavabdehin yaşadığı mühit, yer və şəraitə görə davamlı olaraq yaşaması üçün ağlabatan məbləğdir.

21. Birinci instansiya məhkəməsinin qənaətinə görə qeyd olunan kompensasiya mə bləği mülkiyyətçinin hüquqlarının və mənafelərin gözlənilməsi, eləcə də yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzilə oxşar şəraitdə davamlı yaşaması üçün kifayət edir.

22. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ilk iddia tələbi üzrə cavabdehin fərdi yaşayış evindən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi qənaətinə gəlindiyi üçün Cavabdeh həmin evdən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması tələbi əsassız hesab edilməlidir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 228.2, 228.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbay can Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apell yasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli torpaq sahəsi və mülkün yerləşdiyi təsərrüfatda azyaşlı uşaqları ilə birlikdə qeydiyyatdadır. Çıxarılmağına dair qərar verilmiş mülkdə həyat yoldaşı ilə birgə nikah müddətində yeni tikintilər aparmış və hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi 270 kv.m-dən çoxdur. Həmçinin, cavabdeh qarşılıqlı iddia tələbində də, göstərmişdir ki, onun uşaqlarından birinin 18 yaşı var. Məhkəmə isə onu tərəf kimi işə cəlb etməyib. Kompensasiya yalnız cavabdehə təklif olunub. Cavabdehin iki azyaşlı uşağı və yetkinlik yaşına çatmış övladı nəzərə alınmayıb.

26. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya baxışında apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq göstərmişdir o, digər uşaqların hər birinə 700 0 manat olmaqla, cəmi 21.000 manat kompensasiya verilsə, iddia ilə razılaşar. Həm də, evin artırma hissəsinin tikilməsində onun da zəhməti olmuşdir. Bundan başqa, o, həmin evə görə 20.000 manat məbləğində pulu iddiaçıya verə bilər ki, ev ona qalsın. O, ona təklif edilən pul ilə həmin kənddə hazır ev ala bilməz.

27. İddiaçı (qarşılıqlı cavabdeh) apelyasiya baxışında apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, cavabdeh 2007-ci ildə uşaqları qoyub atası evinə getmiş, atasının vəfatından sonra qayıtmışdır. Bir evdə yaşamaları mümkün deyil, o, ağlabatan məbləğdə kompensasiya təklif etmişdir ki, cavabdeh həmin məbləği alaraq evdən çıxsın. Bundan başqa, mübahisə edilən ev köhnə tikili olmaqla, dəyəri 16.000 manat olar ki, cavabdehə kifayət qədər kompensasiya məbləği təklif etmişdir. Ev də 2011-ci ildə anası sağlığında artırma etmişdir ki, bu artırmanın cavabdehə aidiyyət yoxdur.

28. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2337/2023 nömrəli, 16 noyabr 2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev)

29. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1ndə yerləşən 0.2769 ha torpaq sahəsi ümumi birgə mülkiyyət ilə X2 və İddiaçı, sahəsi 145.70 kv.m olan fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının bacısı oğlu X6 arvadı olmuş və onların aralarındakı nikaha xx.xx.202 2-ci il tarixdə xitam verilmişdir. xxx X4 xxx oğluna qarşı evə köçürülmə tələbinə dair məhkəmədə iddia qaldırmış və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022 saylı qətnaməsi ilə tələbi təmin edilərək, iddiaçı Cavabdeh azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X14 və xx.xx.2018-ci il tarixdə doğulmuş X16 ilə birlikdə ünvan 1ndə yerləşən, X9 məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Sözügedən qətnamə icra edilmiş və Cavabdeh uşaqları birlikdə İddiaçı məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülmüşdür.

30. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, cavabdeh məhkəmə qətnaməsi ilə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülmüşd ür. Preyudisiallıq baxımından, həmin qətnamədə cavabdehin sözügedən evdən istifadə hüququnun yaranması işin faktiki halı kimi müəyyən edilməyərək, həmin məsələyə hüquqi qiymət verilməsə də, hazırda həmin qətnamə qüvvədədir. Bu isə cavabdehin mübahisəli evdən istifadə hüququnun olduğunu deməyə imkan verir. Digər tərəfdən, cavabdehin həmin evdən istifadə hüququnun olub-olmaması iddiaçı tərəfindən hazırkı işdə mübahisə edilmir və onunla yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında cavabdeh arasında razılaşma əldə edilmədiyindən iddiaçı cavabdehə 7.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmasını xahiş edir. Buna görə də, cavabdehlə iddiaçı arasında sözügedən evlə bağlı mübahisəli hüquq münasibətlərinə Mülki Məcəlləni n 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabr ayının 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının iddia tələb inin təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Bu zaman nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər t utulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış edilməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan ş əraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

33. Apellyasiya instansiyası məhkəməsi ünvan 1ndə yerləşən evin yerləşmə ərazisini, işə əlavə edilən evin fotoşəkilində onun köhnə ev olmasını və cavabdehin həmin evdən istifadə hüququnun olmasını nəzərə alaraq, hesab etmişdir ki, cavabdehə təklif edilən 7.000 manat cavabdehin mübahisəli evdən istifadə hüququnu ədalətli kompensasiya ed ə biləcək məbləğdir. İddiaçı cavabdehin hüququnun xitamı üçün adekvat məbləğ təklif etmiş və işə baxan birinci instansiya məhkəməsi də mülkiyyətçi ilə istifadə hüququ olan şəxslərin mənafeləri arasında ədalətli tarazlığı qorumaqla ödənilməli olan kompensasiya məbləği ilə düzgün nəticəyə gəlmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ona təklif edilən pulla həmin kənddə hazır ev ala bilməyəcəyi barədə dəlilinə münasibətdə bildirmişdir ki, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. “Müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam veriləcək cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməli və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının təklif etdiyi 7.000 manat məbləğində kompensasiya məbləği cavabdehin başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifa dəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, həmçinin özünə həmin ərazidə yaşayış evi və ya torpaq sahəsi alıb ev tikdirmək imkanı verir. Həmçinin, tərəflərin bir evdə yaşamaları qeyrimümkün olduğundan, ədalətli kompensasiya müqabilində tərəflərin mənzil hüququnu ayrıayrılıqda reallaşdırması iddiaçı ilə yanaşı, cavabdehin də maraqlarına cavab verəcəkdir. Bundan başqa, cavabdeh həmin evə görə 20.000 manat məbləğində pulu iddiaçıya verə biləcəyini və evin ona qalmasını istəmişdir ki, belə olan halda, cavabdehə təklif edilən kompensasiya məbləği də ona ev alınması üçün maddi dəstək kimi çıxış edə bilər.

36. Apellyasiya insatansiyası məhkəməsi gəldiyi nəıticəni Mülki Məcəllənin 228.2-ci maddəsi ilə əsasl andırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti Mülki Məcəllənin 139.1, 152.1 213.1, 215.1-ci maddələri, Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsi, 67-ci maddəsinin 1-ci hissəsi, MPM-in 14.1, 14.2, 77.1, 78.1, 88, 216.2, 217.3, 217.4, 385.1.2, 387.2.4 və 388-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin 130 kv. m. hissəsindən çoxunu cavabdeh keçmiş əri ilə birgə nikah müddətində inşa etmişdir. İddiaçı cavabdehlə bir ailədə heç vaxt yaşamayıb. Mübahisəli evdə iddiaçının heç bir əşyası yoxdur. Cavabdeh iddiaçının mərhum atası və anası tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçürülmüşdür. Uşaqları bu evdə doğulub. Hazırda təsərrüfat cavabdehin adına qeydə alınıb və uşaqları ilə həmin təsərrüfatda qeydiyyatdadırlar. İstifadə etdiyi həyətyanı torpaq sahəsi iddiaçıya deyil, bələdiyyə aiddir. Bələdiyyə mülkiyyətindədir. Cavabdehin həmin torpaq sahəsini almaq və öz adına mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq üçün gözlənilən mülkiyyət hüquqları vardır. Eyni zamanda çıxarılmağına dair qərar verilmiş ev həmin Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. İş materiallarından da göründüyü kimi iddiaçının çıxarılmağını tələb etdiyi torpaq sahəsi mərhum Zəhra ilə iddiaçının paylı mülkiyyət indədir və paylar naturada müəyyən deyil. Məhkəmə qətnaməsi qüvvədə qalarsa, icra məmuru iddiaçının payını naturada necə müəyyən edib, məhkəmə qətnaməsini necə icra edəcəyi məlum deyil. Cavabdehin əri ilə həmin mülkə qoyduğu xərc 20.000 manatdan çoxdur. Bu səbəbdən təklif olunan kompensasiya evin real dəyərindən dəfələrlə aşağıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə m üvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı Yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəs ində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərar ı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarı Kompensasiya institutu istifadəçiyə mə nzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya i nstansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

45. İddia tələbi iddiaçının xüsusi mülkiyyətdə olan evə 7000 manat kompensasiya müqabilində cavabdehlərin istifadə hüququna xitam verilməsi barədədir. Qarşılıqlı iddia isə iddiaçını mülkiyyətində olan evin köməkçi sahələrindən, əl damından, hamamından və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması barədədir.

46. İşin apellyaisya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisədə adı keçən ev iddiaçının mülkiyyətindədir. Apellyasiya məhkəməsi ünvan 1ndə yerləşən həmin evin yerləşmə ərazisini, işə əlavə edilən evin fotoşəkilində onun köhnə ev olmasını nəzərə alaraq iddiaçının cavabdehə təklif etdiyi 7000 manat kompensasiya məbləğini mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına da istinad etmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 29-36-cı bəndlərində əks edi lən mövqeyi ilə razılaşır. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı işin bütün hallarını araşdırmış, kompensasiyanın məbləğini işdəki sübutlara əsasən müəyyən etməklə iddia tələbinə tətbiq edilməli olan maddi hüquq normaları əsasında hüquqi qiymət vermişdir.

49. Həmçinin qarşılıqlı iddia tələbi ilk iddianın rədd edilməsinə yönəldiyindən və ilk iddia təmin edildiyindən, qarşılıqlı iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni omuşdur.

50. Məhkəmə kollegiyası cavabdehin fərdi yaşayış evinin 130 kv. m. hissəsindən çoxunu keçmiş əri ilə birgə nikah müddətində inşa etməsi, iddiaçının cavabdehlə bir ailədə heç vaxt yaşamaması, mübahisəli evdə iddiaçının heç bir əşyasının olmaması və s. bu kimi dəlillərinə münasibətdə qeyd edi r ki, bu dəlillər mülkiyyətçinin kompensasiya müqabilində istifadəçinin hüquqlarına xitam verməsi hüququnu məhdudlaşdıra bilməz.

51. Cavabdehin istifadə etdiyi həyətyanı torpaq sahəsinin iddiaçıya deyil, bələdiyyə mülkiyyətinə aid olması, onun həmin torpaq sahəsini almaq və bununla da öz adına mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq üçün gözlənilən mülkiyyət hüquqlarının olması barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı mübahisədə adı keçən evin tam mülkiyyətçisi olmaqla yanaşı, həm də evin yerləşdiyi 0,2769 ha torpaq sahəsinin X7 ilə ümumi birgə mülkiyyətçisidir.

52. Həmçinin iddiaçının tələb etdiyi torpaq sahəsinin mərhum Zəhra ilə iddiaçının paylı mülkiyyətində olması, payların naturada müəyyən edilməməsi, belə o lan halda, icra məmurunun məhkəmə qətnaməsini necə icra edəcəyinin qeyri-müəyyən olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdehin paylı mülkiyyətçi kimi qeyd etdiyi şəxs Zəhra adlı şəxs yox, yuxarıda qeyd edildiyi kimi X3r. Bundan əlavə, torpaq sahəsinin paylı mülkiyyətdə yox, ümumi birgə mülkiyyətdə olması müəyyən edilib. Mülki Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Bu baxımdan, payların naturada müəyyən edilməməsi barədə dəlilin hər hansı əsası yoxdur.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2337/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar