Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5712/2019 09.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Xələfov İlqar Rəhim oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi ilə, Cavabdeh2, Cavabdeh3, onların vəkili Əlizadə Əmirulla Əlibaxış oğlunun iştirakları ilə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsindən birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolle giyasının 03 aprel 2019-cu tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeyriyaşayış sahəsinin sökülərək əvəzinə yeni inşa olunmuş binada qeyri-yaşayış sahəsinin verilməsi, yeni sahə verilənədək kirayə haqqı verilməsi və cavabdehlərin əmlak hüquqlarına xitam verilməklə qeyri-yaşayış sahəsindən çıxarılması tələblərinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, iş № 2(009)-3050/2018) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan Bakı şə həri, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi sökülərək, əvəzində İddiaçı MMC tərəfindən ünvan 1 ünvanda inşa olunmuş binanın birinci mərtəbəsindən (0 səviyyə) onlara 344,4 kv.m-lik sahənin verilməsi və yeni sahə birgə mülkiyyətçilərə verilənədək aylıq 2000 manat vermə şərti ilə cavabdehlərin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və onların həmin qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn iş № 2(103)-2514/2019) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3050/2018 saylı mülki iş üzrə qəbul etdiyi 27 noyabr 2018-ci il tarixli qətnaməsi iddiaçılara veriləcək qeyri-yaşayış sahəsinin ünvanına aid hissədə dəyişdirilmiş, qeyri-yaşayış sahəsimim Bakı şəhəri, ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasından verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiy a şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili Əlizadə Əmirulla Əlibaxış oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi b arədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası m əhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən sahəsi 344,4 kv.m olan qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindədir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 26 avqust 2016-cı il tarixli 117 saylı “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” sərəncamına əsasən Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Bayıl qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 1-3 mərtəbəli yaşayış binasının söküntüsü İddiaçı MMC tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə sahəsi 0,5 ha olan ərazi çox mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə u yğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin “xxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi və s. qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 08 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş 15.05.2017-ci il tarixli obyektin tikintisinə 1 №-li İcazəyə əsasən İddiaçı MMC-yə ünvan 4 ünvanda qəzalı vəziyyətində olan yaşayış evlərinin ərazisində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının s osial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında göstərilmişdir ki, Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər Rayon İcra Hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1 779 mənzildən ibarət 131 yaşayış binasının..., habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şər aitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan çöküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi ü çün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması və digər işləri həyata keçirilməsi tapşırılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövləti tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırkı işdə cavabdehlərin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi cavabdehlərin mülkiyyət hüququna xitam verilməsini nəzərdə tutduğundan mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşay ış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən İddiaçı MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında da göstərmişdir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (PapachelasYunanıstana qarşı iş). Cavabdehlərin istifadə üçün yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan sahədən çıxarılması ilk növbədə onların üçün həyati vacib məsələdir. Hansı ki, onlar qeyri-yaşayış sahəsini boşaltdıqları halda, mülkiyyətlərində olan qeyriyaşayış sahəsinin ümumi sahəsinə bərabər qeyri-yaşayış sahəsinin verilməsi, sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC də bu vəzifəsini ye rinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə müxtəlif təkliflər etmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin təsiri dairəsinə düşür və dövlətin pozitiv öhdəliyini təşkil edir. Pozitiv öhdəliklər belə bir tələblə bağlıdır ki, dövlətlər yurisdiksiyaları altında olan şəxslərin həyatlarının mühafizəsi üçün qəti tədbirlər görməlidirlər. Bu hüququn həyata keçirilməsinə isə dövlət təminatı vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Hazırkı işdə də işin mübahisəsiz halı kimi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, qəzalı vəziyyətdə olması müəyyən edilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılması ilə onların təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarının müdafiəsi üzrə dövlətin üzərinə qoyulmuş pozitiv öhdəliyin icrası təmin edilmiş olur. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlərin mülkiyyətində olan qeyri-yaşayış sahəsi 72-74 saylı ünvanda deyil, 76 saylı ün vanda 1-ci mərtəbədə yerləşir, ümumi sahəsi 344,4 kv.m təşkil edir və həmin qeyriyaşayış sahəsinin bir hissəsinin yarımzirzəmidə və ya zirzəmidə yerləşməsi müəyyən olunmur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə artıq inşa olunmuş 72-74 saylı ünvanda yerləşən binada deyil, məhz cavabdehlərin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 76 saylı ünvanda tikiləcək binada qeyri-yaşayış sahəsi verilməlidir. Həmçinin apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mülkiyyətində olan əmlak 1-ci mərtəbədə yerləşdiyindən və ümumi sahəsi 344,4 kv.m təşkil etdiyindən, həmin əmlakın əvəzinə verilməli olan əmlak da eyni göstəricilərə cavab verməli və əvvəlki əmlaka uyğun olmalıdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təklif olunan aylıq əmlak kirayə haqqı kifayət qədər azdır və hazırkı bazar qiymətlərinin tələblərinə cavab vermir. Belə ki, cavabdehlərin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin şəhərin mərkəzi rayonunda yerləşməsini və həmin binada digər mülkiyyətçilərlə bağlanmış müqavilələri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehlərə təklif olunan aylıq kirayə haqqı ədalətli İ məbləğ deyildir. Həmin kirayə haqqının 2000 manat məbləğində müəyyən edilməsi isə həm işin hallarına uyğundur, həm də ədalətlidir və bu səbəbdən cavabdehlərə yeni qeyriyaşayış sahəsi təhvil verilənədək iddiaçı tərəfindən ödənilməli olan kirayə haqqı 2000 manat məbləğində müəyyən edilməlidir ki, birinci instansiya məhkəməsi düzgün olar aq həmin nəticəyə gəlmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mülkiyyətindəki qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə eyni ölçüdə qeyri-yaşayış sahəsinin verilməsi qərara alındığından, cavabdehlərin mübahisəli qeyri- yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və onların həmin qeyri- yaşayış sahəsindən çıxarılmaları barədə tələblər də əsaslıdır. Cavabdeh1 və qeyriləri kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdirlər ki, “iddianın predmeti bizim adımıza olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının sökülərək əvəzinə ünvan 2 ünvanında inşa olunmuş binanın 1-ci mərtəbəsindən (-0 səviyyə də) 114,2 kvadrat metrlik sahəni və zirzəmi sahəsindən isə 230,2 kv.m. (-3,80 səviyyə) sahənin verilməsi və yeni sahənin birgə mülkiyyətçilərə verilənədək aylıq 1000 manat verilməsi şərti ilə cavabdehin əmlak hüquqlarına xitam verilməklə qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi iddia tələbi üzrə kənara çıxaraq, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının sökülərək əvəzinə ünvan 2 ünvanında inşa olunmuş binanın 1-ci mərtəbəsindən (-0 səviyyədə) 114,2 kvadrat metrlik sahəni və zirzəmi sahəsindən isə 230,2 kv.m. (-3,80 səviyyə) sahənin verilməsini xahiş etdiyi halda, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşa yış sahəsinin sökülərək, əvəzində İddiaçı MMC tərəfindən ünvan 2 ünvanda inşa olunmuş binanın birinci mərtəbəsindən (0 səviyyə) onlara 344,4 kv.m-lik sahənin verilməsi qənaətinə gəlmişdir. İddiaçı həm birinci mərtəbədən (114,2 kvadrat metrlik sahə), həm də zirzəmidən (230,2 kv.m.) qeyri-yaşayış sahəsi verilməli olmasını göstərdiyi halda, birinci instansiya məhkəməsi birinci mərtəbədən 344,4 kv.m-lik sahə verməklə tələbdən kənara çıxmışdır. Bununla da iddiaçının tələb etmək barədə hüququnu da özü realizə edərək, başqa bir sahəni bizlərə verməklə iddia tələbdən kənara çıxmışdır. Birincisi, apellyasiya instansiya məhkəməsi nəzərə almır ki, özünün də istinad etdiyi, Nazirlər Kabinetinin məlum qərarında və Səbail RİH başçısının sərəncamında mülkiyyətçilərin hüquqlarına zor gücünə alınması nəz ərdə tutulmamışdır. Həm beynəlxalq qanunvericiliyə, konustitsion prinsiplərə, həm də mülkiyyət sahəsində qanunvericiliyə əsasən heç kim mülkiyyət hüququna toxuna bilməz. Qeyd edilən Sərəncamın icrası da qarşılıqlı razılaşma əsasında olmalıdır. İkincisi, apellyasiya instansiyası məhkəməsi görürdü ki, bizim əmlakımız artıq məhkəmə gedişində dağıdılıb, məhkəmələrin qərardadlarına (söküntünün dayandırılması barədə) məhəl qoyulmayıb. Belə olan halda kollegiya hansı tənasüblü müdaxilədən danışa bilərdi?! Üçüncüsü, apellyasiya instansiyası məhkəməsinə iddiadan kənara çıxmaq üçün heç kim səlahiyyət verməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi iddia tələbindən ikinci dəfə də kənara çıxmasına, iddiaçı 1000 manat məbləğində pul yeni qeyriyaşayış sahəsi ver ilənədək təklif etdiyi, həmin təklifin qaldırılması barədə ərizə vermədiyi (qətnamədə göstərilməməsi iddiaçının belə bir təklif verməməsini ehtiva edir) halda, 2000 manat məbləğində pulun ödənilməli olması qənaətinə gəlmişdir.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin olaraq aşağıdakıları xahiş etmişdir: “Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 26 avqust 2016-cı il tarixli 117 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə çox mərtəəli bina tikintisi üçün ayrılmış sahədə yerləşən əmlakın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 adlarına olan Bakı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sökülərək əvəzinə həmin ünvanda inşa olunmuş binanın 1-ci mərtəbəsin dən (0 səviyyə) kvadıratına uyğun kvadrat verilməsi şərti ilə cavabdehlərin əmlak hüquqlarına xitam verilməklə qeyriyaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarasınız.” Sonradan iddiaçı iddia tələbini dəyişdirilməsi barədə ərizə ilə müraciət edib iddia tələbində müəyyən dəyişikliklər etsə də apelyasiya instansiyası məhkəməsində keçirilən iclasda yenidən ilkin iddia tələbini müdafiə etmişdir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin iddiaçılara qeyri-yaşayış sahəsinin Bakı şəhəri, ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasından verilməsi və yeni sahə birgə mülkiyyətçilərə verilənədək aylıq 2000 manat vermə şərti ilə cavabdehlərin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və onların həmin qeyri-yaşayış sahəsindən çıxarılması kimi təmi ni iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında öz əksini tapmışdır. Qərarda göstərilir ki, “...dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsə dinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kom pensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Müraciətdə qaldırılan kompensasiya məbləğinin iddianın predmetinə daxil olubolmaması və həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən d əyişdirilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçın ın, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ● ikincisi, iddiaçı məhkəmədən hüquq müna sibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ● üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İd dianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayı la bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunverici liklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompens asiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə al malıdır.” Kassasiya şikayətinin dəlillərindən biri də cavabdehlərin əmlakına, yəni mülkiyyət hüququna müdaxilənin yolverilməzliyi ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi qətnaməsinə tikililərin sökülməsi nəticəsində cavabdehlərin mülkiyyət hüququna müdaxilə məsələsinə də aydınlıq gətirmiş və bildirmişdir ki, cavabdehlərin istifadə üçün yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan sahədən çıxarılması dövlətin pozitiv öhdəliklərindən irəli gəlir və Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İ hissəsində təsbit olunmuş hər kəsin təhlükəsiz yaşamaq hüququnun təmininə xidmət etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsaslı hesab edir. Bununla belə sökülən evlərə görə cavabdehlərə ağlabatan kompensasiyanın verilmə si və ictimai maraqlarla cavabdehlərin mülkiyyət hüququna müdaxilə arasında tarazlığa nail olunması vacib hesab edilməlidir. Məhkəmə kollegiyası sökülən binanın yerində inşa olunan binada cavabdehlərə eyni ölçüdə və eyni şəraitli qeyri-yaşayış sahəsinin, həmçinin aylıq 2000 manat kirayə haqqının verilməsini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi toqquşan maraqlar arasında tarazlığa nail olunmasını təmin etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında, o cümlədən “AQOSİ Birləşmiş Krallığa qarşı”, “Mellaxer Avstriyaya qarşı”, ““X4 A.O.” Belçikaya qarşı”, “Pintsova və Pints Çexiyaya qarşı”, “Lazarev və Lazarev Rusiyaya qarşı”, “N.A.Türkiyəyə qarşı” və s. işlərdə ictimai maraqlarla mülkiyyət hüququna müdaxilə arasında tarazlığın təmin olunması zərur iliyini qeyd etmişdir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarını pozmamış, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq mə hkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5712/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5712/2019
09.08.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver