Məhkəmə qərarları › İş №2(102)-5713/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5713/2019

16.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5713/2019 16.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Hacıyeva Səbirə Sabir qızının iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətna mənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, atanın birgə əmlakdakı payının ayrılması və vərəsənin miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Tağıyeva, iş 2(006)-497/2018) iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-13215/2018) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pözuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Hacıyeva Səbirə Sabir qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq nor malarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsin xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisə nin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli, 2(006)- 1679/20 08 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və X2 İddiaçı, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə, Bakı şəhər 22 saylı Dövlət Notariat Kontoruna və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilmiş; mübahisəli mənzilin 18.07.1996-cı il tarixdə X1 adına özəlləşdirilməsi və həmin özəlləşdirmə əsasında X1 adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhər 22 saylı Dövlət Notariat Kontoru tərəfindən 09 avqust 2007-ci il tarixdə X1 vəfatından sonra X3 və İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Ba kı şəhər 22 saylı Dövlət Notariat Kontoru tərəfindən 07 avqust 2008-ci il tarixdə X2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında X3 və İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, mübahisəli mənzil üzrə kirayə müqaviləsinin Cavabdeh1 ilə davam etdirilməsi və həmin mənzil üzrə Cavabdeh1 ilə kirayə müqaviləsinin bağlanılmasının Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilmiş və dəyişdirilmədən saxlan ılaraq qanuni qüvvəyə minmişdir. Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında mənzilə mülkiyyət hüququ əldə etmiş və 09.12.2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, onu Cavabdeh2 27545 manata satmışdır. Baxılan iş üzrə iddiaçı cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakdan payının ayrılmasını və vərəsəlik hüququnun tanınmasını tələb edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin iş də iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən və həmin qətnaməyə qədər qəbul olunmuş məhkəmə qərarlarından görünür ki, İrina Yuryevnanın verdiyi iddianın predmeti və əsasları başqa, bizim verdiyimiz iddianın predmeti və əsasları başqadır. ” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Cavabdeh1mn iddiası əsasında işə baxmış məhkə mələr müəyyən etmişlər ki, mübahisəli mənzil 1996-cı ildə iddiaçının anası X1 adına özəlləşdirilərkən Cavabdeh1mn və X2 razılıqları alınmayıb. Ona görə də məhkəmələr mənzilin özəlləşdirilməsini, X1 adına mülkiyyət hüququ ilə qeydə alınmasını və onun ölümündən sonra verilmiş vərəsəlik hüquqları haqqında şəhadətnamələri etibarsız hesab etmişlər. Məhkəmələr, həmin iş üzrə həmçinin belə qənaətə gəlmişlər ki, Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olduğundan, mənzil kirayə müqaviləsi qanunvericiliyin tələbləri baxımından miras qoyanın birinci növbəli vərəsələri ilə deyil, Cavabdeh1 ilə davam etdirilməli və onunla mənzil kirayə müqaviləsinin bağlanması yeri icra hakimiyyəti orqanına həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 82.3-cü maddəsin ə müvafiq olaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....iddiaçı isə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktları mübahisələndirir və onların yenidən sübut olunmasını tələb edir.”. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar