Məhkəmə qərarları › İş №2(102)-5715/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5715/2022

22.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5715/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktı, vərəsəlik, qanun üzrə vərəsəlik, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanun üzrə X19 şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3764/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X11 xx.xx.2020-ci il tarixində Dərbənd şəhərində ölmüşdür.

2. İddiaçı1 mərhum X3 bacısı Sanayeva Rəhilənin oğludur. İddiaçı2 mərhumun bacısı, iddiaçılar İddiaçı4 və İddiaçı3 isə mərhumun bacısı X9 uşaqlarıdır. Mərhumə, Cavabdeh1 bacısı olmuşdur.

3. X14 daşınmaz miras əmlakı Qusar şəhəri, T.İsmayılov küçəsində yerləşən 43 saylı fərdi yaşayış evindən, ünvan 3-dən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. 4. xx.xx.2020-ci il tarixli Qanun üzrə X19 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X3 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan qardaşı Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X5 verilmiş **********12- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən istifadədə olan 0,02217 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 329,35 kv.metr, yaşayış sahəsi 60,4 kv.metr, yardımçı sahəsi 127 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə mərhum X5 məxsus 4 otaq (y/s – 60,4 kv.metr) hissəsindən ibarətdir. 5. xx.xx.2021-ci il tarixli Qanun üzrə X19 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X3 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan qardaşı Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,0143 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 64,2 0 kv.metr olan fərdi yaşayış evindən ibarətdir.

6. Cavabdeh1 xx.xx.1948-ci il tarixində Qusar rayonunda anadan olmuşdur.

7. Onun valideynləri qrafasında atası “X15” anası “X6” qeyd edilmişdir.

8. X16 xx.xx.2007-ci il tarixində Bakı şəhərində ölmüşdür.

9. X20 (Validənin, Muxtarın, Rəhilə və Fəridənin bacısı) xx.xx.2009-cu il tarixində Bakı şəhərində ölmüşdür.

10. İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və həmin evin kommunal ödənişləri onun tərəfindən ödənilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə qarşı – Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakına dair Cavabdeh1 verilmiş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evi iddiaçının mərhum xalası X3 xüsusi mülkiyyətində olmuşdur. X11 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və 2 saylı Bakı Cavabdeh2 Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-cı il qeydiyyat tarixli, 929 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. X3 vəfatından sonra həmin əmlaklar digər vərəsələrin xəbəri və mə lumatı olmadan X3 qardaşı X17 tərəfindən tək vərəsə kimi 2 saylı Bakı Cavabdeh2ndə notariat ofisində onun adına sənədləşdirilmişdir. X3 digər qanuni vərəsələri, yəni iddiaçıların göstərilən notariat əməliyyatlarından xəbəri və məlumatı olmamışdır. Halbuki, həmin əmlaklar iddiaçıların istifadəsində və faktiki olaraq idarəetmələrində olmuşdur. Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evindən ibarət miras əmlakının qəbuluna dair Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə isə ona qanun üzrə X19 şəhadətnamə verilmiş və nəzərdə tutulan miras əmlakına tam hissədə pay müəyyənləşdirilmişdir. Həmçinin, Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarə t miras əmlakının qəbuluna dair o, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə isə ona qanun üzrə X19 şəhadətnamə verilmiş və nəzərdə tutulan miras əmlakına tam hissədə pay müəyyənləşdirilmişdir. X3 yeganə qanuni vərəsəsi Cavabdeh1 deyildir. X2 və X7 birgə nikahdan Cavabdeh1, X11, X21, X12 və X13 adlı 5 övladı dünyaya gəlmişdir. Onlardan yalnız 3 övladı - X11, X12 və X21 vəfat etmişdir. Lakin, Cavabdeh1 miras əmlakının qəbuluna dair ərizədə bacısı Sanayeva (Cəfərova) Fəridə Şahbaz qızını, mərhum X10 övladları İddiaçı4 və İddiaçı3, X1 övladı İddiaçı1 Şahbaz oğlunu qanuni vərəsə qismində göstərməyərək, yalnız özünü yeganə qanuni vərəsə kimi qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən qəsdən iddiaçıların qan uni vərəsə olma faktı 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisindən gizlədilmişdir və bunun nəticəsində iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. X1 vərəsəsi olaraq iddiaçı yəni Həsənov X23 rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq onu idarə etdirdiyini nümayiş etdirmişdir. Belə ki, iddiaçı həmin evdə uşaqlığından bəri daimi olaraq yaşayır. Yəni iddiaçının xalasının övladı olmadığı üçün həmin Nizami rayonunda yerləşən, həm də Qusar rayonunda yerləşən əmlakları faktiki olaraq iddiaçıya bağışlamışdır. Bunu iddiaçının bütün qohumları da təsdiqləyə bilərlər. Lakin, həmin əmlakların faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsi, orada daimi olaraq yaşamağı faktı tamamilə gözardı edilmişdir. O cümlədən digər vərəsələrdə həmin evlərin idarə edilməsində və qorunub saxlanılmasında iştirak etmişlər. Həmçinin iş materiallarından da göründüyü kimi, notariat kontoru iddiaçılara qarşı qərəzli olmuş, vərəsə qismində mövcudluqları faktı ümumiyyətlə araşdırılmamışdır. Notariat orqanı mülki qanunvericiliyin normalarının tələblərini pozaraq vərəsələrin dairəsini müəyyən etməyərək tam miras əmlaka qanun üzrə X19 şəhadətnamə vermişdir ki, nəticədə bu iddiaçıların hüquqlarının pozulması ilə nəticələnmişdir. Bunun hüquqi nəticəsi olaraq isə cavabdeh əsassız olaraq miras əmlaka dair öz adına çıxarış almışdır. Yəni iddiaçılar həyatda ola-ola vərəsələr sırasında göstərilməmişdir.

13. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (hakim Lalə Rəhimli) xx.xx.2022-ci il tarixli, 2(011)-473/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

14. Biri nci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar miras qoyan Validə Sanayevanın qanun üzrə vərəsələri olsalar da, lakin onlar miras qoyan öldükdən sonra 6 ay müddətində notariat ofisinə müraciət etmədiklərinə görə, 6 aylıq müddətin ötürülməsinə dair isə hər hansı üzrlü səbəbi təsdiq edən sübutu və həmçinin göstərilən müddətdə miras əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamalarına və mirasın qəbul edilməsini şəksiz nümayiş etmələrinə dair mötəbər sübutları məhkəməyə təqdim etmədiklərinə görə, miras həmin vərəsələr tərəfindən qəbul edilmiş sayıla bilməz. Digər tərəfdən, həmin şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin X19 şəhadətnamələr etibarsız hesab edilmədiyind ən, iddia qeyd edilən hissədə də təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 1133, 1145, 1146, 1151.1, 1243, 1246-cı və Mülki Prossesual Məcəllənin 14.2, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayıl ır. Qeyd olunan normadan göründüyü kimi, mirasın qəbulunun iki forması mövcuddur: Rəsmi və ya qeyrirəsmi üsulu. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddiaçı tərəfindən mirasın qəbulu faktı inkar olunur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Məhkəmə qətnaməsində miras əmlakı iddiaçılar tərəfindən qəbul edilmiş sayılmamışdır. Lakin qeyd olunan hallar əsaslandırılmamışdır. İddiaçı bildirir ki, miras əmlak hesab olunan Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evi faktiki olaraq İddia çı1 tərəfindən qəbul edildiyi nümayış etdirilmişdir. Belə ki, o, həmin miras əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İş materiallarına əlavə olunmuş Qusar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa, o cümlədən qonşular tərəfindən verilmiş ərizəyə əsasən müəyyən olunur ki, iddiaçı həqiqətən də uzun müddətdir ki, həmin ünvanda yaşayır. Göstərilən sənədlərdən əlavə iş materiallarına əlavə edilən, qazın, işığın və suyun ödəniş qəbzlərindən göründüyü kimi həmin ödənişlər iddiaçı tərəfindən həyata keçirilir və bu ödəmələr bu gün də tərəfindən edilir. Hətta xalasının vəfatından sonra qızıl-zinət əşyaları da miras olaraq iddiaçıda qalmışdır. Bugün həmin əmlakın Cavabdeh1 tərəfindən faktiki olaraq qəbul e dilməsi və idarə etməsi hansı sənədlə öz əksini tapır. İşin digər bir halıda ondan ibarətdir ki, xx.xx.2020-cı il qeydiyyat tarixli, 929 nömrəli ölüm haqqında şəhadətnamədən göründüyü kimi mərhum X11 Azərbaycan Respublikasında yox Dağıstan Respublikasının Dərbənd şəhərində vəfat etmişdir. Həmin vaxtı pandemiya ilə əlaqədar olaraq sərhədlər bağlı olduğu üçün İddiaçı2 mərhum bacısı X8 dəfn etmişdir. Onun vəfatından sonra bəzi qızıl-zinət əşyaları da miras olaraq ona qalmışdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üç ün tədbirlər görür. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3764/2022 nömrəli iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisində Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakına dair Cavabdeh1 verilmiş müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi **********) və ünvan 5 ünvanın da yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi **********) ləğv edilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyasının mövqeyinə görə, X3 yeganə qanuni vərəsəsi Cavabdeh1 deyildir. X2 və X7 birgə nikahdan Cavabdeh1, X11, X21, X12 və X13 adlı 5 övladı dünyaya gəlmişdir. Onlardan yalnız 3 övladı - X11, X12 və X21 vəfat etmişdir. Lakin, işin materiallarından görünür ki, Cavabdeh1 miras əmlakının qəbuluna dair ərizədə bacısı Sanayeva (Cəfərova) Fəridə Şahbaz qızını, mərhum X10 övladları İddiaçı4 və İddiaçı3, X1 övladı İddiaçı1 Şahbaz oğlunu qanuni vərəsə qismində göstərməyərək, yalnız özünü yeganə qanuni vərəsə kimi qeyd etmişdir.

20. Məhkəmə k ollegiyasının iclasında isə Cavabdeh1, bacısı uşaqlarının vərəsə olmadıqlarını hesab etdiyindən bu məzmunda ərizəni təqdim etdiyini, İddiaçı1 isə daima ünvan 5 ünvanında yaşadığını və xalası rəhmətə getdikdən sonra hər-hansı notariat hərəkətlərinin aparılmalı olduğunu bilmədiyini bildirmişdir.

21. Vərəsələrin dairəsini yoxlamaq notariusun vəzifəsi olduğu halda, notarius vərəsələrin dairəsini yoxlamadan, miras əmlaklara dair yeganə vərəsə kimi Cavabdeh1 hesab edərək, qanun üzrə X19 şəhadətnamələr vermişdir. İddiaçı isə mərhum xalasının ölümü ilə ondan qalmış mirası (qızıl-zinət əşyalarını və ünvan 5) faktiki qəbul etmişdir.

22. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, mərhum X3 vərəsəsi olaraq iddiaçı yəni Həsənov X23 rayonu, Tofiq İsmayılov küçəsi 43 saylı fərdi yaşayış evindən ibar ət miras əmlakı faktiki olaraq onu idarə etdirdiyini nümayiş etdirmişdir. Belə ki, iddiaçı həmin evdə uşaqlığından bəri daimi olaraq yaşayır və cavabdeh iddiaçının bununla bağlı dəlilini təsdiq etməsə də, təkzib etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası Həsənov X23 rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki qəbulu barədə izahatını bu izahatın işin digər sübutları ilə tamamlandığı üçün (notarial qaydada ərizə, nümayəndəliyin arayışı, ödəniş qəbzləri, digər iddiaçıların izahatları və s.) inandırıcı saymışdır.

23. Məhkəmə kollegiyası Validə Sanayevadan qalmış qızıl-zinət əşyalarının qəbuluna dair hissədə qeyd etmişdir ki, təqdim edilən qızıl-zinət əşyalarının Validə Sanayevaya aid olmamasına dair cavabde h tərəfin dəlillərini inandırıcı saymır və bu izahatı digər vərəsələrin vərəsəlik hüquqları olmalarına baxmayaraq miras əmlakdan pay almamaları üçün verilmiş izahat kimi qiymətləndirir və iddiaçı tərəfin izahatlarını daha inandırıcı sayır. Belə ki, cavabdeh daima olaraq Validə Sanayeva ilə birgə yaşamayaraq onda hansı qızılların olmasını dəqiq bilə bilməzdi. Digər iddiaçılar İddiaçı1 Şahbaz oğlu isə uşaqlıqdan Validə Sanayeva ilə yaşadığından və İddiaçı2 isə onun doğma bacısı olduğundan mərhumənin hansı qızıl-zinət əşyalarının ona məxsus olmasını daha yaxşı bilirlər. Həmçinin, Validə Sanayevanın bacısı olan digər İddiaçı2 bir cüt sırğanı qəbul etsə də bu miras əmlakı tam və ya qismən qəbul etmə kimi qiymətləndirilə bilməz.

24. Miras əmlaklara dair vərəsələrdən biri kimi Cavabdeh1 qanun üzr ə X19 şəhadətnamələr onun payına uyğun olaraq verilməli olduğu halda, qanun üzrə X19 şəhadətnamələr qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən, onların əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatlar da ləğv olunmalıdır

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 159.2, 1243, 1255, 1318, 1322-ci, Mülki Prosessual Məcəllənin 107, 119.1, 384, 385-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli və xx.xx.2014-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh1 (vəkili Vəkil3) kassasiya şikayəti verərək, qətnaməsinin tam ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 28. - Məhkəmə iclasında suallara cavab verən İddiaçı1 bildirmişdir ki, o, Bakı şəhərində anadan olub, Bakı şəhərində qeydiyyatda olmaqla işləyir, uşaqları Bakı şəhərində anadan olublar və Bakı şəhərinin məktəblərindən birində oxuyurlar. Belə olan halda, iddiaçının xalasından miras qalmış Qusar rayonu, Tofiq İsmayılov küçəsi 43 saylı fərdi yaşayış evində yaşaması mümkün deyildir. Lakin bu hallara məhkəmə kollegiyası düzgün hüquqi qiymət verməmişdir. 29. - İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçılar mirasın açıldığını bildiyi halda onu qəbul etməmişlər və mirasın açılması barədə xəbərdar olmalarına baxmayaraq bu halları iki ay müddətində mübahisələndirməyə hüquqları olduğu halda bunu həmin müddət ərzində etməmişlər. Bununla da Qanunun bu norması da pozulmasına baxmayaraq məhkəmə kollegiyası bu xüsusatlara diqqət yetirməmiş, lazımi hüquqi qiymət verməmişdir. 30. - İddiaçıların o, cümlədən İddiaçı1 hazırki iddianın qaldırılmasında subyektiv hüququ olmamışdır. Belə ki, hazırki iş üzrə o, özünü ikinci növbəli vərəsə kimi təqdim edir, lakin iddiaçıların vərəsə kimi tanınmaları barədə məhkəməyə kifayət qədər sübut təqdim olunmamışdır. 31. - Məhkəmə kollegiyası qətnamə ilə Cavabdeh1 adına verilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ləğv etmişdir. Halbu ki, həmin ünvanda yerləşən daşınmaz əmlak əvvəllər, yəni miras açılana qədər Cavabdeh1 və mərhumə V.Sanayevanın paylı mülkiyyətində olmuşdur və Cavabdeh1 mülkiyyətində olan paya iddiaçıların heç bir tələbi ola bilməzdi və təmin də oluna bilməzdi, lakin məhkəmə iddia tələbindən kənara çıxaraq çıxarışı bütövlükdə ləğv etməklə qanunsuzluğa yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

33. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

34. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bi lərlər.

35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

36. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

37. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 38. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

39. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

41. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxış ının hədləri

51. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

52. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3764/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

56. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddiaçının subyektiv hüququnun olmamasını və sair dəlilləri göstərsə də, kassasiya instansiyası məhkəməsi bu pozuntuların konkret olaraq hansı formada göstərildiyi əsaslandırılmadığından, onun bu dəlilləri ilə razılaşmır.

57. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mərhum X3 vərəsəsi olaraq Həsənov X23 rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq onu idarə etdirdiyini, həmin evdə uşaqlığından bəri daimi olaraq yaşamağı ilə nümayiş etdirmişdir. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçılard an yalnız İddiaçı1 xalası Validə Sanayevadan qalan Qusar şəhərindəki miras əmlakı qəbul etdiyi müəyyən edilmişdir. Bu hallar işdə olan sübutlarla əskini tapmışdır.

58. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh1 miras əmlaklara dair qanun üzrə X19 şəhadətnamə verilməsi ilə bağlı notariat orqanına müraciət edərkən ərizələrində Mülki Məcəllənin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olmadığını göstərmişdir. O, apellyasiya baxışı zamanı da qeyd etmişdir ki, bacısı uşaqlarını ikinci növbə vərəsə hesab etdiyindən notariat orqanına digər vərəsələrin olmadığını bildirmişdir. Notariat ofisi Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, digər vərəsələrin dairəsi müəyyən etməmişdir. Bu hal isə digər vərəsələrin hüquqlarını pozmuşdur. Ona görə də, apellyasiya məhkəməsi qanun üzrə X19 şəhadətnamələri etibarsız hesab etməklə, onların əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatların ləğv olunması barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur.

59. Həmçinin, cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də odur ki, İddiaçı1 Bakı şəhərində anadan olub, Bakı şəhərində qeydiyyatda olmaqla işləyir, uşaqları Bakı şəhərində anadan olublar və Bakı şəhərinin məktəblərindən birində oxuyurlar. Belə olan halda, iddiaçının xalasından miras qalmış Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evində yaşaması mümkün deyildir.

60. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, cavabdeh tərəf bu dəlili irəli sürərkən, yalnız iddiaçının izahatına əsaslanmışdır. Apellyasiya baxışı zamanı isə iddiaçı yuxarıda qeyd edilənlərdən əlavə izahatında bildirmişdir ki, Bakı şəhərində anadan olduqdan sonra körpə yaşlarında ailəsi Qusar rayonuna, mübahisəli evə gəlmiş və o, həmin vaxtdan mübahisəli evdə yaşamışdır.

61. Cavabdeh digər dəlilində göstərir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın tam ləğv olunmasının düzgün olmamışdır və bu hissədə məhkəmə tələbdən kənara çıxmışdır.

62. Bununla bağlı qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixdə verilmiş çıxarış məhz mirasın qəbulu ilə bağlı şəhadətnamənin qeydə alınması ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən həmin şəhadətnamə etibarsız hesab edildiyindən onun əsasında verilmiş ç ıxarış da ləğv olunmalıdır. Çıxarışın göstərilən vəziyyətdə ləğv olunması isə cavabdehin bundan əvvəl qeydə alınmış hüquqlarının ləğv olunması və ya hər hansı əsasla qüvvədən düşməsinə səbəb olmur.

63. Məhkəmə kollegiyası işin hallarını, tərəflərin qarşılıqlı izahatlarını, təqdim edilmiş düzünə və yanakı sübutları araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

64. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş ə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3764/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar