Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-572/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(105)-1424/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixdə Cavabdeh-MMC ilə İddiaçı arasında bağlanmış 81 nömrəli Əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" fərdi şirkətinə əsas iş yeri olaraq "Su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis" vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.1. bəndinə əsasən, bu Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə 27 mart 2018-ci ildən 27 iyun 2018ci il tarixədək 3 (üç) ay müddətinə bağlanmışdır və müqavilənin müddəti qurtardıqda xitam verilir. Həmin müqavilənin 4.1. bəndinə əsasən “İşçi"yə hər ay 265 (vergi və digər icbari ödənişlər daxil) manat əmək haqqı ödənilir. 2. 31.03.2020-ci il tarixli, 42 saylı əmri ilə ölkə ərazisində elan olunmuş xüsusi rejim dövründə (31 mart 2020- ci il -20 aprel 2020-ci il) tikinti sahələrində təcili və təxirəsalınmaz işlərin görülməsi ilə əlaqədar bir sıra işçilər kimi İddiaçı da işə cəlb olunmuşdur. 3. 01.07.2004-cü il tarixdə doldurulmuş 00485526 nömrəli əmək kitabçasının əsasən, iddiaçı xx.xx.2018-ci ildə Cavabdeh MMC-də su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
4. Ödəniş kartından çıxarışdan görünür ki, iddiaçıya məxsus karta xx.xx.2020-ci il tarixdə 849.93 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 1403 manat,xx.xx.2021-ci il tarixdə 418,46 manat, olmaqla, cəmi 6670,93 manat məbləğində pul mədaxil olunmuşdur.
5. Ödəniş kartından xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı məxsus kartdan xx.xx.2020-ci il tarixdə 849.93 manat, xx.xx.2021-ci il tarixdə 453.00 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 384.53 manat, xx.xx.2021-ci il tarixdə 1403 manat, xx.xx.2021-ci il tarixdə 427.17 manat, xx.xx.2021-ci il tarixdə 418.46 manat, dövr üzrə 7935.19 manat məxaric olmuşdur. 6. xx.xx.2021-ci il tarixli “İnzibati xəta haqqında” iş üzrə icraatın başlanması barədə Qərara əsasən, Amirjanov Phakhr barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 7. xx.xx.2020-ci il tarixli X1 edilməsi ilə bağlı X2 əsasən, İddiaçı Cavabdeh MMC-də Mə şğulluq təsnifatı üzrə: Layihəçi, şəhər infrastrukturu, Əmək müqaviləsi üzrə: Su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, müqavilənin bağlanma tarixi xx.xx.2018-ci il müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2018-ci il, işçinin aylıq əmək haqqı 934 manat, əvvəlki əmək haqqı 330 manat təşkil edir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdehndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı tərəfinizdən təqdim olunmuş əmək haqqı kartınız a dair bank çıxarışından və izahatınızdan müəyyən edilmişdir ki, müəssisə tərəfindən Sizə müxtəlif aylar üzrə əmək haqqı ödənilməmişdir. Bu səbəbdən tərəflərindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, əmək haqlarının ən qısa zamanda hesablanaraq ödənilməsi ilə bağlı müəssisənin rəhbərliyinə tərəflərindən müvafiq məktub göndərilmişdir. Bildirilmişdir ki, müraciətinizin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh rəhbərliyinə tərəflərindən xx.xx.2021-ci il tarixli, **********5 saylı məktub göndərilm iş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirilmişdir ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacaqdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə tərəflərindən baxış keçirilərkən onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətin qurtarması) əsasən xitam verildiyi müəyyən edilmişdir. Razılaşmadığı təqdirdə məhkəməy ə müraciət etmək hüququ vardır.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-759/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Amirjanov Phakhri tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Amirjanov Phakhri barəsində qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş materialları yenidən araşdırılması üçün Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir.
10. Abşeron rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1524/2022 saylı Qərarı ilə şikayət təmin edilməmiş, Dövlət Vergi Xidmə tinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarla müəyyən edilir ki, Amirjanov Phakhri “Qara çay" MMC-nin direktoru olaraq tikinti-quraşdırma işlərini həyata keçirmək yolu ilə sahibkarlıq fəaliyyətini həyata keçirərkən, maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda,.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1,1, 16.1.4 və sair maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyada olduğu vergi orqanına təqdim etdiyi bəyənnamələrə gəlirlər və xərclər barədə bilə- bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin ünvan 3 ünvanda yerləşən baş ofisində su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsində işləmiş İddiaçı münasibətdə 11595.76 manat məcburi dövlət sosial sığorta haqları, 463.83 manat işsizlikdən sığorta haqları, 120.66 manat icbari tibbi sığorta haqları, 1590.12 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, ümumilikdə az miqdarda olmaqla 13770.37 manat dövlət büdcəsinə ödənilməli olan məbləği ödəməkdən yayındığı üçün İnzibati Xətalar Məcəlləsinin 460-cı mad dəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2021-cı il tarixdə Amirjanov Phaktari "Qara Çay” MMC-nin direktoru vəzifəsində işləyərkən vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə az miqdarda 13.770,37 manat məbləğində sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmışdır. Bununla bağlı Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X4 İXM-nin 460-cı maddəsi ilə təqsirli bilinərək 9.639,25 manat cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ola bilsin ki, İdarəyə yaxınlaşmış və şifahi izahat vermişdir, lakin bu prose s rəsmiləşdirilməmişdir. Qeyd olunanlar, Amirjanov Phakhri, İddiaçı izahatları, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi və toplanmış sənədlərlə təsdiq olunur. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən bir neçə növ hüquqi məsuliyyətə səbəb olur. Hüquqi məsuliyyətin növləri hüquq münasibətlərinin xarakterindən asılıdır. 11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2018-ci il tarixli 81 saylı Əmək müqaviləsinə 2 saylı Əlavədən görünür ki, iddiaçıya hər ay 330 manat məbləğində əmək haqqı ödənilmişdir. 12. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il, xx.xx.2018 -ci il tarixli, 81 saylı Əmək müqaviləsinə 3 saylı Əlavədən görünür ki, işçiyə hər ay 934 manat əmək haqqı ödənilmişdir. 13. xx.xx.2021-ci il tarixli "xxxx" Fərdi Şirkətinin Təsisçisinin Qərarından görünür ki, xx.xx.2021-ci il tarixdən "xxxx" Fərdi Şirkətinin fəaliyyətinin dayandırılması, işçilərə xx.xx.2021-ci il tarixdən əmək haqqının hesablanmasının dayandırılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçının cavabdehə qarşı son haqq-hesabın ödənilməsi (əmək və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməmiş 14.875 manat əmək haqqı məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 5.312 manat kompen sasiya məbləğinin, əmək haqqı gec ödənildiyi üçün hesablanmış 23.842,50 manat faiz məbləğinin, məhkəməyə müraciət üçün çəkdiyi 750 manat məbləğində xərcin, 50 manat məbləğində mediasiya xidmət haqqının, cəmi 44.829,50 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 27 mart 2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. İddiaçıya veriləcək aylıq əmək haqqı məbləği bütün vergi və s. məcburi ödənişlər çıxıldıqdan sonra 1700 manat razılaşdırılmışdır. Razılaşdırılmış əmək haqqının 850 manat hissəsi iddiaçıya əmək haqqı kartına köçürülməklə, 850 manat hissəsi isə qeyri-rəsmi formada nağd şək ildə ödənilirdi. O, xx.xx.2021-ci il tarixədək müəssisədə həmin vəzifədə çalışmışdır. Əvvəllər aylıq əmək haqqı onunla razılaşdırılmış formada ona ödənilmişdir. Lakin 2020-ci ilin oktyabr ayından etibarən əmək müqaviləsinə xitam verilmə tarixinədək, yəni 12 aylıq dövr ərzində nağd formada verilməli olan əmək haqqı məbləği, 10.200 manat pul vəsaiti ona ödənilməmişdir. Həmçinin, 5,5 ay ərzində əmək haqqı kartına köçürülməli olan 4.675 manat pul vəsaiti ona ödənilməmişdir. İddiaçı cavabdehdə çalışdığı 3 il 6 ay ərzində 133 gün ödənişli məzuniyyət hüququ yaranmışdır. Lakin, keçən dövr ərzində cəmi 38 gün ödənişli məzuniyyət hüququndan istifadə etmişdir. 95 gün istifadə edilməmiş məzuniyyət günü qalmışdır. Həmin günlərin əvəzi olaraq ona 5.312 manat kompensasiya ödənilməli idi. 27 sentyabr 2021 -ci il tarixdə cavabdeh ilə olan əmək müqaviləsinə xitam verilsə də, iddiaçı ilə son haqq-hesab aparılmamış, nə ona ödənilməmiş 14.875 manat əmək haqqı məbləği, nə də istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 5.312 manat kompensasiya ödənişi iddiaçıya verilməmişdir. Cavabdeh tərəfindən son haqq-hesab olaraq iddiaçıya ödənilməli olan 14.875 manat əmək haqqı, həmçinin istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 5.312 manat kompensasiya ödənişinin ona verilməsinə məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Həmçinin, əmək haqqının gec ödənildiyi üçün hesablanmış 23.842,50 manat faiz məbləği iddiaçıya ödənilməlidir.
16. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən ona ödənilməmiş, əmək müqaviləsində qeyd edilmi ş aylıq 850 manatla hesablanmış 18.631,62 manat əmək haqqı məbləğinin, cavabdeh tərəfindən ona ödənilməmiş, qeyri-rəsmi olduğu təsdiq edilmiş aylıq 850 manatla hesablanmış 10.200 manat məbləğində qeyri-rəsmi əmək haqqı məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq həm rəsmi, həm də qeyri-rəsmi əmək haqqı əsasında hesablanmış 5.312 manat kompensasiya məbləğinin; rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 10.710 manat, qeyri-rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 3.102 manat, cəmi 13.812 manat faizin; məhkəməyə müraciət üçün çəkdiyi 750 manat xərcin, 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1217 saylı ekspert rəyinə əsasən, iddiaçının cavabdehdə işlədiyi xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə əmək haqqı üzrə bank hesabından çıxarışlar, tabel uçot vərəqələri, əmək haqqı hesablanmasına dair cədvəllər öz əksini tapmamışdır. Ekspert qarşısında qoyulmuş sualları nəzərə alaraq xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində cavabdeh tərəfindən iddiaçıya aylıq əmək haqqı hər ay 850 manat olmaqla ümumilikdə ödənilməli olan əmək haqqının məbləği 35.811,84 manat (42 ay 4 gün x 850 manat) müəyyən edilir. Ekspert qarşısında qoyulmuş sual üzrə aylıq əmək haqqı hər ay 850 manat olmaqla qeyd edilən dövr üzrə ümumilikdə ödənilməli olan 35.811,84 manat əmək haqqından iş materiallarında olan bank məlumatlarına əsasən iddiaçının əmə k haqqı üzrə bank hesabı kartına xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 17.180,22 manat ödənişlər edildiyi müəyyən edilir.
18. Bundan başqa hər ay ödənilməli olan, lakin ödənilməyən əmək haqqı üçün gecikmə günlərinin sayına uyğun olaraq hər ay üçün ayrı-ayrılıqda gecikmiş gün üçün əmək haqqının 1% məbləğinin cəmi 10.710 manat (850,0 x 1% x 1260 gün) müəyyən edilir.
19. Eyni zamanda iddiaçının istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850 / 30.4 x 95gün) müəyyən edilir.
20. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-148/2023 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilərək, cavabdehdən nağd ödəniş olaraq 10.200 manat, əmək haqqı hesabından 3.529,07 manat, məzuniyyət pul u olaraq 2.656,24 manat olmaqla, cəmi 16.385,31 manat və 139,16 manat dövlət rüsumuna görə pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin qeyri-rəsmi aylıq 850 manat hesablamış 10.200 manat qeyrirəsmi əmək haqqı məbləği hissəsini əsaslı hesab edir. Belə ki, iddiaçının izahatından və işin materiallarında olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını dəyişdirilmədən saxlanılmış Abşeron Ryon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1524/2022 saylı Qərarı ilə və işin digər materialları ilə işin bu halı təsdiq olunur.
22. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə qeyrirəsmi əmək haqqı kimi verilən cəmi 10.200 manat pul tutulmalı və bu hissədə iddia təmin edilməlidir.
23. Məhkəmə, iddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq həm rəsmi, həm də qeyri-rəsmi əmək haqqı əsasında hesablanmış 5.312 manat kompensasiya məbləği hissəsində qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyindən görünür ki, iddiaçının istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850 / 30.4 x 95 gün) müəyyən edilir. İddiaçıya qeyri rəsmi verilən əmək haqqı tərəflər arasında bağlanan əmək müqaviləsi ilə tənzimlənmədiyindən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə 2.656,24 manat pul tutulmalıdır.
24. Məhkəmə, iddia tələbinin rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 10.710 manat, qeyri-rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 3.102 manat, cəmi 13.812 manat faizin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, işin materiallarında olan cavabdehin təsisçilərinin 16 aprel 2021-ci il tarixli Qərarının surətindən görünür ki, 16 aprel 2021-ci il tarixdən cavabdeh təşkilat fəaliyyətini dayandırmışdır. Qanunvericiliyin tələbinə görə işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından as ılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. İşin müəyyən edilən hallarından görünür ki, cavabdeh tərəfindən işçilərə, o cümlədən iddiaçıya əmək haqları müəyyən edilmiş qaydada deyil, gecikdirmələrlə tam olmayaraq verilmişdir. Bu hal əmək haqqlarının cavabdehin iradəsindən asılı olmayan hallara görə gecikdirilməsi kimi qiymətləndirilir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi cərimə borcu hissəsində əsassızdır və təmin edilməməlidir.
25. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə, Əmək Məcəlləsinin 135, 140, 144.2, 172.4, 172.5, 296.4-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi sübutlar, həmçinin aparılmış ekspertiza rəyinə əsasən ona məhkəmə qərarında qeyd olunandan demək olar ki, 2 dəfədən də çox ödəniş verilməli idi. Lakin hakim qərar qəbul edərkən nə təqdim etdiyi sübutları, nə də ekspert rəyini düzgün qiymətləndirməmişdir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhkəməyə müraciət etməklə bağlı çəkdiyi 750,00 manat məbləğində xərcin də cavabdehdən tutulması hissəsini heç bir əsas təqdim etmədən təmin etməmişdir. İş üzrə keçirilmiş məhkəmə-müha sibatlıq ekspertizası nəticəsinə dair tərtib edilmiş ekspert rəyində cavabdeh tərəfindən ona əmək müqaviləsində göstərilən əmək haqqı məbləği, yəni 850 azn əmək haqqı üzrə hesablanmış ödənilməmiş əmək haqqı məbləği gec ödənildiyi üçün faiz məbləği, eyni zamanda istifadə edilməmiş məzuniyyətə görə ümumilikdə 31997,62 manat məbləğində pulun ona ödənilməli olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilən zaman bu rəy, həmçinin məhkəməyə təqdim etdiyi digər sübutlar nəzərə alınmamış, qeyrirəsmi əmək haqqı üzrə 10.200 manat, rəsmi əmək haqqı üzrə 3529,07 manat, istifadə edilməmiş məzuniyyət gününün əvəzi olaraq 2656,24 manat olmaqla cəmi 16385,31manat və 139,16 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilmişdir. Bu isə pozulmuş hüquqlarının bə rpası üçün kifayət deyildir. Cavabdehdən işlədiyi, haqqı olan əmək haqqını və qanunvericiliyin ona verdiyi imkanlar çərçivəsində təzminat məbləğlərini tələb edir. İddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, sığortanın mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. İddiaçının əlilliyinə əsas olan vəziyyət (amputasiya) hərbi xidmət dövründə yaranmışdır.
28. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır k i, ekspert rəyində qeyd olunan850 manat aylıq əmək haqqı ümumiyyətlə mövcud olmamışdır. Elektron sistemdən çıxarılmış əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərində də iddiaçının aylıq əmək haqqı məbləğlərinin xx.xx.2018-ci il tarixə 265 manat, xx.xx.2018-ciil tarixə 265 manat, xx.xx.2019- cu il tarixə 330 manat, xx.xx.2020-ci il tarixə 934 manat olduğu aydın görünür və cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçının əmək haqqının 850 manat olması ilə bağlı iddia ərizəsinə sübut əlavə edilməmişdir. İddiaçının qeyri-rəsmi əmək haqqının 850 manat olması iddiası əsassızdır. Çünki iddiaçının əmək haqqı rəsmi olmaqla kart hesabı vasitəsilə ödənilmişdir. İş üzrə təyin olunmuş ekspertiza nəticəsində ekspertin verdiyi qərarında düzgün olmadığı tərəfimizdən bildirilmi ş və təkrar ekspertiza keçirilməsi barədə vəsatət də verilmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Ekspert rəyində iddiaçının rəsmi əmək haqları üzrə hesablamalar aparmaq əvəzinə heç yerdə qeyd olunmayan 850 manat əmək haqqı ilə hesablamalar apararaq rəy vermişdir. Rəydə bu 850 manatın hardan peyda olduğu, niyə iddiaçının rəsmi əmək haqqları olan 265 manat, 330 manat, 934 manatla deyil, məhz 850 manatla hesablama aparmağını da əsaslandırmamışdır. Göstərilənlərdən aydın olur ki, məhkəmədə iddiaçının mövqeyi üstün tutulmuş, işin obyektiv həllinə səy göstərilməmiş, yuxarıda qeyd etdiyi hallar aydınlaşdırılmamış, nəticədə heç bir əsası olmayan qanunsuz qətnamə qəbul olunmuşdur.
30. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1424/2023 saylı, xx.xx.2023-cü il tarixli qətn aməsi ilə (hakimlər- F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.E.Rəhimli, İ.K. Dəmirov) tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-148/2023 saylı qətnaməsi qismən- cavabdehdən nağd ödəniş olaraq 10.200 manat və əmək haqqı hesabından 3.529,07 manat pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən əmək haqqına görə 18.631,62 manat pulun tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci in stansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qismən əsaslı hesab etsə də, cavabdehdən nağd ödəniş olaraq 10.200 manatın və əmək haqqı hesabından 3.529,07 manat pulun alınmasına dair iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir.
32. Belə ki, cavabdehdən əmək haqqına görə 18.631,62 manat pulun tutularaq iddiaçıya ödənilməlidir. İddiaçıya ödənilməli əmək haqqı məbləğinin onunla bağlanmış əmək müqavilələrində düzgün göstərilmədiyi, əmək haqqının faktiki olaraq 850 manata razılaşdırıldığı mülki iş materiallarında olan sübutlarla müəyyən edilmişdir. Ekspert rəyinə əsasən isə müəyyən olunur ki, iddiaçıya ödənilməmiş əmək haqqının məbləği 18.631,62 manat təşkil edir (35811,84-17180,22=18631,62). İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq 2021-ci ildə Əmək Müf əttişliyinə müraciət etmiş, onun müraciəti əsasında araşdırmalar aparılmış və iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı əmək haqqı ilə bağlı iddia irəli sürmək üçün iddia müddətini ötürməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
34. Lakin, iddiaçının Əmək Məcəlləsinin prinsiplərinə əsaslanmayan, qeyri-rəsmi razılaşmaya əsaslanan qeyri-rəsmi əmək haqqı ilə bağlı tələbini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən, əmək münasibətləri- əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olar aq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məzuniyyət puluna görə 2656,24 manat pulun tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyindən göründüyü kimi iddiaçının istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850/30.4 x 95 gün) müəyyən edilir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 10.710 manat, qeyri-rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 3.102 manat, cəmi 13.812 manat məbləğində faizin tutulması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edib.
37. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin vəkil xərci hissəsində sübut təqdim edilmədiyindən əsassız hesab etmiş və bu hissədə iddianı təmin etməmişdir.
38. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 135-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə,140-cı maddənin 3-cü bəndinə,144-cü maddənin 2,3,4cü bəndlərinə, 154-cü maddənin 1, 2-ci bəndlərinə, 172-ci maddələrinin 1, 2, 5, 6-cı bəndlərinə, 296-cı maddənin 4-cü bəndinə istinad etməklə əsaslandırmışdır. Kas sasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1424/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində qeyd olunan 850 manat aylıq əmək haqqı ümumiyyətlə mövcud olmamışdır. Elektron sistemdən çıxarılmış əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərində də iddiaçının aylıq əmək haqqı məbləğlərininxx.xx.2018-ci il tarixə 265 manat, xx.xx.2018-ci il tarixə 265 manat, xx.xx.2019- cu il tarixə 330 manat, xx.xx.2020-ci il tarixə 934 manat olduğu aydın görü nür və cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçının əmək haqqının 850 manat olması ilə bağlı iddia ərizəsinə sübut əlavə edilməmişdir. İddiaçının qeyri-rəsmi əmək haqqının 850 manat olması iddiası əsassızdır. Çünki iddiaçının əmək haqqı rəsmi olmaqla kart hesabı vasitəsilə ödənilmişdir. İş üzrə təyin olunmuş ekspertiza nəticəsində ekspertin verdiyi qərarında düzgün olmadığı tərəfimizdən bildirilmiş və təkrar ekspertiza keçirilməsi barədə vəsatət də verilmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Ekspert rəyində iddiaçının rəsmi əmək haqları üzrə hesablamalar aparmaq əvəzinə heç yerdə qeyd olunmayan 850 manat əmək haqqı ilə hesablamalar apararaq rəy vermişdir. Rəydə bu 850 manatın hardan peyda olduğu, niyə iddiaçının rəsmi əmək haqqları olan 265 manat, 330 manat, 934 manatla deyil, məhz 850 manatla hesablama aparmağını da əsaslandırmamışdır. Tərəfimizdən verilmiş apellyasiya şikayətində bu halların qeyd edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi bu halları heç araşdırmamış, bizim apellyasiya şikayətimizə demək olar ki, heç əhəmiyyət verməmiş, yalnız iddiaçının apellyasiya şikayəti üzrə araşdırma apararaq, onun mənafeyinə uyğun qətnamə qəbul etmişdir. Hesab ediblər ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyin pozulması ilə nəticələnmiş qətnamə qəbul etmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya proses hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzər tutulan Ali Məhkəm ənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olmuşdur ki, bu da qətnamən ləğv edilməsi üçün əsasdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı kassasiya şikayətlərinə qarşı etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, ona veriləcək aylıq əmək haqqı məbləği bütün vergi və s. məcburi ödənişlər çıxıldıqdan sonra 1700 manat razılaşdırılmışdır. Razılaşdırılmış əmək haqqının 850 manat hissəsi mənə əmək haqqı kartına köçürülməklə, 850 manat hissəsi isə qeyri-rəsmi formada nağd şəkildə ödənilmişdir. Ona ödənilməli əmək haqqı məbləğinin mənimlə bağlanmış əmək müqavilələrində düzgün göstərlmədiyi, əmək haqqımın faktiki olaraq 850 manata razılaşdırıldığı iş materiallarında olan sübutlarla müəyyən edilmişdir. Ekspert rəyinə əsasən isə müəyyən olunur ki, mənə ödənilməmiş əmək haqqının məbləği 18.631,62 manat təşkil edir (35.811,84-17180,22=18.631,62). Cavabdeh tərəfdən ona mənəvi və maddi ziyan dəyib və vətəndaş hüquqları kobud şəkildə pozulub. 4 ildir ki, o əmək haqqını və son haqq hesabını cavabdehdən ala bilmir. Odur ki, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1424/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
42. Maddə
135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətini verilməməsi qadağandır.
2. İşçi müvaf iq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
43. Maddə
140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
44. Maddə
144. İstifadə edilməmiş məzuniyyətlər üçün pu l əvəzinin verilməsi2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cımaddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
45. Maddə
154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə mü əyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
46. Maddə
172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədə n az olmayan müddətdə verilməlidir.
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək ha qqı ödənilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işə götürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə i mkanı olmadığı hallara şamil edilmir.
47. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
59. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
60. Belə ki, iddiaçı iddia edir ki, ona veriləcək aylıq əmək haqqı məbləği bütün vergi və s. məcburi ödənişlər çıxıldıqdan sonra 1700 manat razılaşdırılmışdır. Razılaşdırılmış əmək haqqının 850 manat hissəsi ona əmək haqqı kartına köçürülməklə, 850 manat hissəsi isə qeyri-rəsmi formada nağd şəkildə ödənilmişdir.
61. İşdə olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2021ci il tarixli qərarın surətindən görünür ki, Amirjanov Phak hri izahatında bildirmişdir ki, cavabdehin qanuni təmsilçisidir və iddiaçı xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək cavabdehdə mühəndis işləmişdir. İddiaçının əmək müqaviləsində 850 manat əmək haqqı alması göstərilmişdir və hazırda cavabdehin iddiaçıya 4.000 manat borcu qalmış və bu cavabdehin maddi durumu ilə əlaqədardır.
62. Həmçinin qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 3(012)-1524/2022 saylı qərarı ilə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilir ki, Amirjanov Phakhri cavabdehin qanuni təmsilçisi olaraq tikinti-quraşdırma işlərini həyata keçirmək yolu ilə sahibk arlıq fəaliyyətini həyata keçirərkən, maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1,1, 16.1.4, 16.1.6-cı və sair maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində cavabdehin ünvan 4 ünvand a yerləşən baş ofisində su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsində işləmiş iddiaçıya münasibətdə 11.595,76 manat məcburi dövlət sosial sığorta haqları, 463,83 manat işsizlikdən sığorta haqları, 120,66 manat icbari tibbi sığorta haqları, 1.590,12 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, ümumilikdə az miqdarda olmaqla 13.770,37 manat dövlət büdcəsinə ödənilməli olan məbləği ödəməkdən yayındığı üçün İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.
63. Birinci instansiya məhkəməsi bir illik iddia müddətini əsas götürərək və iddiaçıya bir il ərzində ödənilməli olan 10.200 manat əmək haqqı məbləğindən iddiaçının əmək haqqı kartına xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək, cəmi 6.670,93 manat məbləğində pul mədaxil olunduğunu nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 3.529,07 manat əmək haqqına görə pul vəsaiti tutulması qənaətinə gəlmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin bu tələb üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehdən əmək haqqına görə 18.631,62 manat alınaraq iddiaçıya ödənilməlidir.
65. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, təqdim edilmiş mülki iş materialları və ekspert qarşısında qoyulmuş sualları nəzərə alınaraq xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində cavabdeh tərəfindən iddiaçıya aylıq əmək haqqı hər ay 850 manat olmaqla, ümumilikdə ödənilməli olan əmək haqqının məbləği 35.811,84 manat (42 ay 4 gün x 850 manat) məbləğində müəyyən edilir. Ekspert qarşısında qoyulmuş sual üzrə aylıq əmək haqqı hər ay 850 manat olmaqla qeyd edilən dövr üzrə ümumilikdə ödənilməli olan 35.811,84 manat əmək haqqından iş materiallarında olan bank məlumatlarına əsasən iddiaçının əmək haqqı üzrə bank hesabı kartına xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 17.180,22 manat məbləğində ödənişlər edildiyi müəyyən edilir.
66. Eyni zamanda iddiaçının istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850/30.4 x 95 gün) məbləğində müəyyən edilir.
67. Göründüyü kimi iddiaçıya ödənilməli əmək haqqı məbləğinin onunla bağlanmış əmək müqavilələrində düzgün göstərilmədiyi, əmək haqqının faktiki olaraq 850 manata razılaşdırıldığı iş materiall arında olan sübutlarla müəyyən edilmişdir. Ekspert rəyinə əsasən isə müəyyən olunur ki, iddiaçıya ödənilməmiş əmək haqqının məbləği 18631,62 manat təşkil edir (35811,84-17180,22=18631,62).
68. Azərbaycan Respublikası Əmək Məcəlləsinin- Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri adlanan 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
69. İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq 2021-ci ildə Əmək Müfəttişliyinə müraciət etmiş, onun müraciəti əsasında araşd ırmalar aparılmış və iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
70. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
71. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı əmək haqqı ilə bağlı iddia irəli sürmək üçün iddia müddətini ötürməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi).
72. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin məzuniyyət puluna görə 2.656,24 manat pulun tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, iddiaçının istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850/30.4 x 95 gün) məbləğində müəyyən edilir.
73. Cavabdeh kassasiya şikayətində iddiaçının aylıq əmək haqqının 850 manat deyil, əmək müqaviləsi üzrə 2018-ci ildə 265 manat, 2019-cu ildə 330 manat, 2020-ci ildə 934 manat olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
74. Belə ki, əvvəla cavabdehin qanuni təmsilçisi Phakhri Amirjanov istintaq orqanınd a verdiyi izahatında təsdiq etmişdir ki, iddiaçının aylıq əmək haqqı 850 manat olmuşdur.
75. Digər tərəfdən, işdən görünür ki, 09 dekabr 2021-cı il tarixdə Phaktari Amirjanov cavabdehin qanuni təmsilçisi işləyərkən, məhz iddiaçıya münasibətdə vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər, xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə az miqdarda 13.770,37 manat sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəməkdən yayındığına görə Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 460-cı maddəsi ilə təqsirli bilinərək 9.639,25 manat məbləğində cərimə edilmişdir. Sonradan vergi orqanının sözügedən qərarı məhkəmə qaydasında mübahisələn dirilsə də, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1524/2022 saylı Qərarı ilə şikayət təmin edilməmişdir.
76. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərini də araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(105)-1424/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.