Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5720/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya qaydasında tam yoxlanılmış məhkəmə aktından apellyasiya şikayətinin yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 qarşı müqavilənin etibarsiz he sab edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1956/2022 nömrəli iş üzrə 24 avqust 2022-ci il tarixli qərardadından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında 5 dekabr 2022-ci il tarixli yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə il ə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına dair RX seriyalı ******* N-li, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və eyni zamanda ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-il tarixli 4090 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-859/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh1 apellyasiya şikayəti verərə k, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3227/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abbasov və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və məhkəmə aktı maraqlarına toxunan şəxs qismində Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsi qətnamədən ayrı-a yrılıqda apellyasiya şikayətləri vermişlər.
6. Apellyasiya instansiya məhkəməsinin 2(105)-1956/2022 nömrəli iş üzrə 24 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov və Z.Məmmədov) hər iki apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
7. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən bir dəfə iş üzrə digər Cavabdeh1 apellyasiya şikayəti vermiş və qətnamənin qanuniliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanılaraq şikayətin təmin edilməməsi barədə xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllən in tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli qərardadına əsasən bir tərəfin şikayəti əsasında yoxlanılmış məhkəmə aktının digər tərəfin şikayəti üzrə yenidən yoxlanılması yolverilməzdir.
8. Birinci instansiya məhkəməsi hər iki apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli Qərardadının tələblərinə əməl etməmiş, həmin qərardadın tələbini pozaraq apellyasiya şikayətlərini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəm əsinə göndərmişdir. Çünki iş üzrə Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, həmin apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(105)-3227/2021 nömrəli qətnaməsi çıxarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 366.2-ci maddəsinə və “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli Qərardadında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazı n dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
10. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək, apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsinin xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı icrası məhkəmələr üçün məcburi olmayan tövsiyə xarakterli aktdır və məhkəmə qərar qəbul edərkən yalnız normativ hüquqi akta əsaslana bilər. Apellyasiya instansiyası məhkəməsinin isə qəbul etdiyi qərarı heç bir normativ hüquqi aktla əsaslandıra bilməmişdir. MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azə rbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Sumqayıt Apellyasiya Məhkəməsi isə qeyd edilən normativ və normativ xarakterli aklara deyil, həmin kateqoriyaya daxil olmayan Ali Məhkəmənin qərardadına əsasən qərar qəbul etmişdir.
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (Vəkil Allahverdi qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək idarənin apellyasiya şikayətinə baxılması üçün mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk dəfə xx.xx.2021-ci il tarixdə İdarəyə daxil olduğundan xx.xx.2021-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il qətnaməsi İdarəyə göndərilməmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qeyrimümkün saymaqla MPM ilə müəyyən edilmiş məhkəmə aktından şikayət vermə hüququnu pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Kassasiya şi kayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
15. Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
16. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
17. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətindədir.
18. Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəm ə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2005-ci il 25 yanvar tarixli Qərarı
19. Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mö vqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 08 iyun tarixli Qərarı
20. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilibedilməməsini yoxlamalıdır. 21....məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir.
22. M.İbrahimovanın şikayətindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış və həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edən yeni qətnamə çıxarmışdır. İşə baxan Bakı Apellyasiya Məhkəməsi bir-birini təkzib edə n iki qətnamə ilə hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyət həddini aşmışdır. Halbuki məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Belə ki, mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli Qərardadı
23. Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır (bənd 41).
24. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir (bənd 42).
25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük m əsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir (bənd 43). Kassasiya baxışının hə dləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadı verilmiş kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması xahiş edildiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadı özündə MPM-in 361-ci və 366.1-ci maddələrinin düzgün tətbiqinə dair kassasiya instansiyası məhkəməsinin müvafiq kollegiyalarına daxil olan bütün hakimlərinin vahid hüquqi mövqeyini əks etdirir. Bu baxımdan həmin maddələrin tətbiqi zamanı digər məhkəmələrin qeyd olunan hüquqi mövqelərlə razılaşması məsələnin hər hansı hüquqa əsaslanmadan həll olunması kimi qiymətləndirilə bilməz.
30. Əksinə MPM-in 418.6-cı maddəsinə müvafiq olaraq məhkəmə aktının bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olması və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətinin kifayət qədər əsaslandırılmaması həmin məhkəmə aktının ləğvi əsası kimi çıxış edir.
31. Eyni zamanda nəzərə alınmalıdır ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadında ifadə edilmiş hüquqi mövqelər M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 08 iyun tarixli Qərarında apellyasiya şikayətlərinin mümkünlüyü ilə bağlı ifadə edilmiş hüquqi mövqelər əsasında formalaşdırılmışdı r və MPM-in 13.7-ci maddəsinə, habelə Konstitusiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən həmin mövqelərin qüvvəsi yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1956/2022 nömrəli iş üzrə 24 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən sax