Məhkəmə qərarları › İş №2(102)-573/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-573/2020

27.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-573/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İsgəndərov Akif Əsgər oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Yaqubov) xx.xx.2019-cu il tarixli, 2(011)-****/2019 nömrəli qətnamə si ilə İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışınski, Z.Əliyev, R.Eyvazov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdehqarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ********* ******* saylı mənzilinin azyaşlı nəvələri X5 və X3 bağışlanması barədə onunla Cavabdeh arasında Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddianın əsasını cavabdehin iddiaçını müqavilə bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd bağlamağa yanlış təsəvvür yaratması təşkil edir. Belə ki, cavabdeh iddiaçının keçmiş gəlini olmuş, iddiaçının oğlu ilə ailəli olduğu zaman R1 adlı bir şəxslə sevgi münasibətləri qurmuş, artıq iddiaçının oğlu ilə yaşamayacağını, onunla boşanacağını dəqiq bilmiş, bu üzdən iddiaçını ona məxsus mənzili öz uşaqlarına bağışlamağa vadar etmişdir. Cavabdeh iddiaçının əsaslarını qəbul etməyərək, müqavilənin bağlanması üçün iddiaçını aldatmadığını, həmin müqaviləsinin Rusiya Federasiyasında dünyaya gələn ikinci övladı üçün mənzil almaq məqsədilə bağlanmasını göstərərək, əslində müqavilənin uydurma müqavilə olmasına istinad etmişdir. Belə olduqda, apellyasiya instansiyası məhkəməsi iddianı cavabdehin izahatına əsasən yoxlamalı, bununla əlaqədar ətraflı araşdırma aparmalı idi. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun gəlməyən, maddi və prosessual hüquq normalarının pozu ntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili X10 və 3-cü şəxs Bakı şəhəri 18 saylı Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegi yasının iclasında Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri 18 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ************ saylı mənzilinin 1/2 his səsini hədiyyə alan X5, digər 1/2 hissəsini isə hədiyyə alan X1 mülkiyyətinə vermişdir. Notarius tərəfindən müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir X2 notariat kontoruna ünvanladığı ərizəsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, *************** saylı mənzilinin bağışlanmasına razılığını, gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələbinin olmayacağını bildirmişdir Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən***** seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, ******************** saylı mənzili xx xxxx 2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə X5 və 1/2 hissədə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Əqdin bağlanması zamanı münasibətlərin etibarlılığı müqavilənin etibarsızlığına dəlalət etmir və iddiaçının sonradan aldanılmasını görərək yanlış addım atması əqdin ləğvinə yönəlik tələbin irəli sürülməsi üçün əsas ola bilər. Münasibətlərin mahiyyəti bağışlamaqdan imtina hüququnun həyata keçirilməsi məsələlərinə toxunur. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir və qanunvericiliklə m üəyyən edilmiş halların sübuta yetirilməsi bağışlamanı ləğv etmək barədə iddia tələbinin irəli sürülməsini mümkün edir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarına əməl etməklə qətnamə qəbul etmiş və qənaətini düzgün olaraq əsaslandırmışdır ki, müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi halın olmaması ilə yanaşı, onun etibarsız hesab edilməsini məhkəmə qaydasında mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddətlər də keçmişdir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanılmış istənilən əqd 1 ay ərzində, digər hallarda isə 1 il ərzində mübahisələndirilə bilər. İndiki halda isə əqdin bağlanmasından 3 il yarımdan artıq vaxt keçmişdir ki, bu da iddiaçı tərəfindən əqdin etibarsızlığını tələb etmək üçün onu mübahisələndirmək müddətinin ötdüyünü göstərir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə müba hisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq pr insipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keç məsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar