Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5736/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3159/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 29 dekabr 2010-cu il tarixdə Cavabdeh1 MMC şirkəti ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 şirkəti ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin inşasını 31 dekabr 2012-ci il tarixə kimi tamamlayıb İddiaçı təhvil vermək, sonuncu isə mənzilin dəyərini ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər. Mənzilin dəyəri İddiaçı tərəfindən şirkətə tam ödənilmişdir. 21 iyul 2013-cü il tarixdə İddiaçı (investor), Cavabdeh3 (vəkil olunan) və şirkət arasında hüquq və öhdəliklərin ötürülməsi üzrə üçtərəfli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı şirkətə 415.310 manat ödəməklə aldığı 4 otaqlı mənzilə dair hüquq və öhdəliklərini Cavabdeh3 ötürmüşdür. 21 iyul 2013-cü il tarixdə şirkətlə Cav abdeh3 arasında həmin mənzilə dair yeni müqavilə bağlanmışdır. 27 dekabr 2019-cu il tarixdə Cavabdeh3 həmin mənzilə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin mart ayında İddiaçı Cavabdeh1 MTK-ya və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyərini tam ödəməklə aldığı mənzili bacısı qızı Lamiyə Nağıyevanın ailə qurması ilə əlaqədar yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə 21 iyul 2013-cü il tarixli müqaviləyə əsasən mənzili vəkil olaraq müəyyən etdiyi bacısı qızının əri Cavabdeh3 əvəzsiz istifadəyə verməsini, lakin sonuncunun ona məlumat ver mədən 28 oktyabr 2019-cu il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışına əsasən mənzilə mülkiyyət hüququnu bildirən Dövlət Reyestrindən Çıxarış almasını, Cavabdeh3 bacısı qızı ilə boşandığından mənzilin onun adına sənədləşdirilməsinə etiraz etməsini əsas göstərməklə 21 iyul 2013-cü il tarixli müqavilənin etibarsız sayılması və Cavabdeh3 adına verilmiş Çixarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qətnamə çıxarılana qədər İddiaçı iddia tələbinin əsasını dəyişərək 21 iyul 2013cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək ləğv edilməsini və Cavabdeh3 adına mənzilə dair verilmiş Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: İ.Ş.Rüstəmli) iddia təmin edilərək 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə və Cavabdeh3 adına verilmiş 27 dekabr 2019-cu il tarixli Çıxarış ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh3 apellyasiya şikayəti verərək onunla hüquq və öhdəliklərin ötürülməsinə dair müqavilənin bağlanmasını və həmin müqavilənin tərəflərin könüllü iradəsinə uyğun bağlanmasını, iddianın qanunda müəyyən olunmuş iddia müddətinin ötürülməklə qaldırılmasını, müqavilənin ləğv edilməsi üçün qanuni əsasların olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 2(103)-3159/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh3 kassasiya şikayəti verərək tərəflər arasında bağlanmış 21 iyul 2013cü il tarixli müqavilənin əvəzsiz istifadə müqaviləsi olmamasını, məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən, qanunun qüvvəsini düzgün tətbiq etmədən nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni ape llyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə üçüncü şəxs N qızı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3159/2020 saylı, 19 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh3 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmi ş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2 Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421. 2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.1 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Ma ddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianı əsaslı hesab edərkən İddiaçı mübahisəli mənzilin tam dəyərini ödəməklə mənzilə faktiki mülkiyyət hüququ əldə etməsini, Cavabdeh3 mənzilin dəyərini iddiaçıya ödəməsini sübuta yetirə bilməməsini, tərəflər arasında əslində əmlakın əvəzsiz istifadəyə verilməsi barədə müqavilənin bağla nmasını əsas göstərmiş və gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvəzsiz istifadə müqaviləsində yaranan münasibətləri tənzimləyən normalarına və həmin Məcəllənin 404-cü maddəsinə əsaslanmışdır. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilmədən və qanunun qüvvəsi düzgün tətbiq edilmədən çıxarılmaqla maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İş materiallarından görünür ki, İddiaçı 2020-ci ilin mart ayında məhkəməyə təqdim etdiyi iddia ərizəsində mübahisəli mənzilə dair Cavabdeh3lə 21 iyul 2013-cü il tarixli müqavilənin bağlanmasının səbəbini bacısı qızı X1 Nağıyevlə ailə qurması ilə, həmin müqavilənin etibarsız sayılması ba rədə iddia qaldırmasının səbəbini isə onların boşanması ilə izah etmişdir. (i/v 4-7) İstər həmin iddia ərizəsində və istərsə də işin 1-ci cildinin 182-184-cü səhifəsində olan iddianın əsasının dəyişdirilməsi barədə ərizəsində onların arasında əslində əvəzsiz istifadə müqaviləsinin bağlanmasını iddia edərək dəyişdirilmiş iddia tələbində onların arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddianı həmin əsasla təmin edib 21 iyul 2013-cü il tarixli müqaviləni ləğv edərkən Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarını müəyyən edən 421 və 423-cü maddələrinin müddəalarını nəzərə almamış və müqavilənin ləğvinin mümkünlüyünə həmin normaların tələbləri ba xımından qiymət verməmişdir. Mülki Məcəllənin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.(421.1) Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (421.2) Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adə tlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.(423.1) Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. (423.2) Qanunun həmin normasından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə onun əhəmiyyətli dərəcədə pozulması baş verdikdə pozula bilər. İşdə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən heç bir sübut yoxdur. Cavabdeh3 İddiaçı bacısı qızı ilə boşanması isə, müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz. Tərəflər arasında bağlanmış bir müqavilənin başqa müqavilə kimi təfsir edilməklə ləğv edilməsi imkanı mülki qanunvericilikdə nəzərdə tutulmadığından, hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək ləğv edilməsi qanuni sayıla bilməz. Məhkəmə göstərilən əsasla müqaviləni ləğv edərkən heç bir konkret normaya istinad etməmiş və həmin nəticəsini qanunun tələbinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, qanun yalnız yalan əqdə münasibətdə tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydaların tətbiqini m üəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər əslində hüquq və vəzifələrin ötürülməsi barədə deyil, əvəzsiz istifadə müqaviləsi bağlamışlar. Həmin nəticəyə gələrkən məhkəmə yalnız iddiaçının bu barədə olan izahatına və mənzilin dəyərinin onun tərəfindən ödənilməsinə əsaslanmışdır. İşdən göründüyü kimi Cavabdeh3 göstərilənlərlə razılaşmamış və onlar arasında əvəzsiz istifadə müqaviləsinin bağlanmasını qəti inkar etmişdir. İşdə olan sübutlar məhkəmənin həmin nəticəsini inkar edir. Göstərilən vəziyyətdə, məhkəmənin həmin nəticəyə gəlməsi əsassız olmuşdur. İşdən görünür ki, tərəflər arasında müqavilə onların könüllü razılığı ilə bağlanmış və iddiaçı məhkəməyə bunun əksini təsdiq edən sübutları təqdim etməmişdir. Bundan başqa, iddiaçının əvəzsiz istifadə müqaviləsini bağlamasına mane ola n hər hansı bir halın olması işdən görünmür. Məhkəmənin iddianı təmin edərkən qüvvəsini tətbiq etdiyi Mülki Məcəllənin 732, 735, 736, 737-ci maddələri isə tərəflər arasında həqiqətən də əvəzsiz istifadə müqaviləsinin bağlanması nəticəsinə gəlmək üçün əsas verməmişdir. İşdən görünür ki, iddiaçı hüquq və öhdəliklərin ötürülməsi barədə müqaviləni və cavabdehin adına olan mənzilə dair Reyestrdən Çıxarışı mübahisələndirsə də, şirkətlə Cavabdeh3 arasında bağlanmış 21 iyul 2013-cü il tarixli müqaviləni mübahisələndirməmiş və onun ləğvini tələb etməmişdir. Halbuki mübahisəli mənzilə dair cavabdehin adına Reyestrdən Çıxarışın verilməsi üçün həmin müqavilə əsas olmuşdur. Həmin müqavilədə Cavabdeh3 investor kimi göstərilmiş və həmin müqavilənin 2.3-cü bəndində şirkət əmlakın tikintisini 30 iyun 201 3-cü il tarixə kimi tamamlayıb investora (Cavabdeh3 nəzərdə tutulur) təhvil vermək barədə öhdəlik götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə görə əmlakın alış qiymətini təşkil edən 415.310 manat 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən həyata keçirilmişdir. Eləcə də, həmin müqavilənin 5-ci bəndində tərəflərin, yəni şirkətin və Cavabdeh3 (investor) öhdəlikləri müəyyən olunmuşdur. Müqavilənin 7.1.1 və 7.1.2-ci bəndinə əsasən bu müqavilə belə verilmə və ya ötürülmədən sonra tam qüvvəsini və təsirini saxlamaqda davam edir və hər hansı məhdudiyyət qoyulmadan, təhvil-təslim şərtləri və s. daxil olmaqla yeni investor bu müqavilədə nəzərdə tutulmuş investorun bütün hüquqları və öhdəliklərini öz üzərinə götürür. Müqavilənin 10.1 və 10.2-ci bəndlərinə görə bu müqavilə tərəflər arasında bu mövzu ilə bağlı hər hansı əvvəlki razılaşmaları (yazılı və şifahi) əvəz edir və Şirkət ilə İnvestor arasında əldə edilmiş razılıq əsasında imzalanır (10.1) və bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və bu müqaviləyə uyğun olaraq ona xitam verilmədiyi halda əsaslı tamamlama tarixindən sonra qüvvəsini saxlayır, belə ki, bu müqavilədə nəzərdə tutulmuş hüquqlar və öhdəliklər davam edən xarakterə malik hüquqlar və öhdəliklərdir. Hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin bağlandığı gün şirkətlə yeni investor kimi Cavabdeh3 arasında bağlanmış yuxarıda göstərilən müqavilə tərəflər arasında bağlanmış üçtərəfli müqavilənin əvəzsiz istifadə müqaviləsi olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsini tam təkzib edir. Kollegiya hesab edir ki, işin yuxarıda göstərilən halları mübahisənin düzgün həlli üçün əhəmiyyətli olduğundan işə təkrar apellyasiya qaydasında baxılarkən həmin hallar nəzərə alınmalı, qanunun tələbinə müvafiq olaraq qiymətləndirilməli və mübahisənin qanuni və ədalətli həlli təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3159/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5736/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5736/2021
03.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver