Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5737/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, ("xxxx" MMC-nin maraqlı şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməsi və zərərin əvəzinin ödənilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı X7 nümayəndəsi və vəkili xx oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 vəkili Vəkil1, Maraqlı şəxs "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli, 267 saylı sərəncamı ilə X Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli sərəncamı ilə “Azərşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha sahəsində yaşayış binalarının tikintisinin layihələşdirilməsinə "xxxx" Şirkətlər Qrupuna icazə verilmiş, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 01.02.2007-ci il tarixli birgə fəaliyyət barədə müqaviləylə isə b u müqavilənin tərəfləri birgə fəaliyyət göstərərək "xxxx"ə ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilib tikintisini təmin etməkdən ötrü "xxxx" MMC-nin malik olduğu vəsaitlər və maliyyə imkanlarından istifadə etməklə kompleksin tikintisini həyata keçirmək barədə razılığa gəlmişlər. 2. “Sahil-D MMC 21.04.2004-cü il tarixdə qeydiyyata alınmış, yeganə təsisçisi 100% payla X5 olmuş, 38-ci Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 noyabr 2007-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən, təsisçi x MMC-nin nizamnamə kapitalındakı payının 45%-ni Cavabdeh2 4,50 manata, 25%-ni Cavabdeh1 2,50 manata, 9%-ni İddiaçı2 0,90 manata, 9%-ni İddiaçı1 0,90 manata, 3%-ni Süleyman Ecevitə 0,30 manata, 9%-ni Ebubekir Mercana 0,90 manata satmış, bununla belə təsisçilərini n tərkibində və payların nisbətində baş vermiş dəyişikliklər müvafiq reyestrdə qeydə alınmamışdır.
3. Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı2, X19, X13 və Süleyman Ecevit arasında “Ortaqlıq müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında ünvan 2şans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün 15.02.2007-ci il tarixli “Ortaklık sözləşməsi” imzalanmışdır.
4. Müqavilənin 1-ci maddəsinə əsasən ortaqlığın Azərbaycanda təsis olunan xşirkətində Cavabdeh1 25 %, Cavabdeh2 45%, İddiaçı2 9%, M.Ali Mercanın 9%, Bülent Mercanın 9%, Süleyman Ecevitin 3% paya sahib olmaları ilə həyata keçiriləc əyi, İddiaçı2, M.Ali Mercanın, Süleyman Ecevitin və Bülent Mercanın "xxxx" MMC-nin rəsmi qaydada ortaq olduqları tarixdən əvvəlki heç bir maddi və mənəvi öhdəlikləri üçün məsuliyyət daşımadıqları müəyyən edilmişdir. Müqavilənin 2-ci maddəsinə əsasən “Ortaklık sözləşməsi”nin məqsədi şirkətin sahibi olduğu yuxarıda adı çəkilən torpaq sahəsində tikinti sahəsi 100.000 m² olmaqla satış üçün nəzərdə tutulan sahə cəmi 75.000 m² olan mənzil və iş yeri inşaatını həyata keçirmək və satmaqdır. Müqaviənin 3-cü maddəsi ilə tikinti sahəsinin ümumi alış məbləği 8.000.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eyni zamanda, müqavilə bağlanan tarixə ərazinin 6.000.000 ABŞ dolları dəyərində olan hissəsinin qiyməti ödənmişdir. Müqavilənin 4-cü maddəsi ilə həmin məbləğin 3.500.000 ABŞ dolları məbləğinin İ ddiaçı2, M.Ali Mercan, Süleyman Ecevit və Bülent Mercan tərəfindən ödənəcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci maddəsinə əsasən 3.500.000 ABŞ dolları məbləğin 500.000 ABŞ dollarının 15.02.2007-ci ildə, 500.000 ABŞ dollarının 22.02.2007-ci ildə, 1.000.000 ABŞ dollarının 06.04.2007-ci ildə, 500.000 ABŞ dollarının 30.06.2007-ci ildə və 1.000.000 ABŞ dollarının 01.12.2007-ci ildə ödənməsi nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı maddəsində tikintinin tamamlanması üçün lazım olan sərmayənin qalan hissəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən ABŞ dolları ilə nağd olaraq ödənəcəyi qeyd olunmuş, 7-ci maddəsində tikintinin ətraf tənzimləmələri ilə birlikdə tam şəkildə 31.03.2009-cu il tarixə qədər tamamlanaraq satılan şəxslərə təhvil verilməsi üçün hazır hala gətiriləcəyi nəzərdə tutulmuşdur. Müqav ilənin 14-cü maddəsində satışlardan əldə edilən gəlirlərin əvvəlcə tikinti xərclərinin maliyyələşməsində istifadə olunacağı, tikinti tamamlandıqdan və inşaat xərcləri ilə əlaqədar bütün ödənişlər həyata keçirildikdən sonra müqavilə tərəflərinin əldə edilən gəlirlərdən payları nisbətində gəlir əldə edəcəkləri qeyd olunmuş, həmçinin 15-ci maddədə satış qiymətlərinin və şərtlərinin gedişata və cari bazar qiymətlərinə uyğun olaraq əlavə protokollarla yazılı qaydada müəyyən ediləcəyi və icra olunacağı öz əksini tapmışdır. Müqavilənin 16-cı maddəsində nəzərdə tutulmuşdur ki, müqavilə ilə müəyyən olunan ortaqlıq müddətində tərəflər paylarını üçüncü şəxslərə sata və ya özgəninkiləşdirə bilməzlər. Həmçinin, Müqavilənin 17-ci maddəsində İddiaçı2, M.Ali Mercanın, Süleyman Ecevitin və Bülent Mercanı n yalnız müqavilənin 4-cü maddəsində nəzərdə tutulan məbləğin (3.500.000 ABŞ dolları) ödənməsi üçün məsuliyyət daşıdıqları öz əksini tapmışdır. Müqavilənin 18-ci maddəsinə əsasən "xxxx" ilə "xxxx" MMC arasında 2007-ci il tarixdə ünvan 3 ünvanında ünvan 2şans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi” üçün bağlanan müqavilədəki bütün maddələrdən və bu müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərin yerinə yetirilməsi üçün "xxxx" MMC-nin iştirakçılarından yalnız Cavabdeh1 və Cavabdeh2 şəxsən məsuliyyət daşıyırlar. Həmin maddədə həmçinin nəzərdə tutulmuşdur ki, İddiaçı2, M.Ali Mercan, Süleyman Ecev it və Bülent Mercan "xxxx" MMC-nin ortaqları olduqlarına görə 18-ci maddədə müəyyən olunan "xxxx" ilə "xxxx" MMC arasında imzalanan müqaviləyə əsasən onlara hər hansı növ zərər dəyməsi halında Cavabdeh1 və Cavabdeh2 bu zərərin əvəzini şirkət nəzdindən kənar, şəxsən öz əmlakları hesabına dərhal kompensasiya edib ödəməyi qəbul etmiş və öhdələrinə götürmüşlər.
5. Sözügedən müqavilənin 4-cü bəndində göstərilən məbləğin 3.500.000 ABŞ dolları İddiaçı2, M.Ali Mercan, Bülent Mercan və Süleyman Ecevit tərəfindən ödənilmişdir.
6. İddiaçılar, məhz 38-ci notariat kontoru tərəfindən təsdiq edilmiş 30 noyabr 2007-ci il tarixli müqaviləyə, eləcə də sözügedən ortaqlıq müqaviləsinə əsaslanmaqla "xxxx" MMC-nin təsisçiləri olduqlarını, ortaqlıq müqaviləsinin şərtlərinə bütünlüklə əməl etdikləri halda, cavab dehlərin götürmüş olduqları öhdəlikləri icra etmədiklərini və nəticədə onlara böyük məbləğdə ziyan vurduqlarını iddia edərək hazırkı iddia tələblərini irəli sürmüş, tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 72.2-ci, 73.3-cü, 73.4-cü, 74.1-ci, 21-ci, 442-ci, 443-cü və 445.7-ci maddələrinə istinad etmişlər.
7. Cavabdehlər və üçüncü şəxs qismində işə cəlb olunmuş MMC isə iddiaya etiraz etmiş və onun təmin olunmamasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2 və X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı2, M.Ali Mercan, Süleyman Ecevit və E.Bülent Mercan arasında bağlanmış 15.02.2007-ci il tarixli “Ortaklık söz leşmesi” üzrə cavabdehlərin üzərlərinə götürdüyü öhdəlikləri icra etməklə müqavilədə göstərilən ölçüdə satış üçün nəzərdə tutulmuş 75.000 (yetmiş beş min) kv.metr mənzil sahəsinin 30 faizi həcmində 22,500 (iyirmi iki min beş yüz) kv.metr mənzillərin və ya onların mövcud bazar qiyməti ilə hesablanmış dəyərinin X20, İddiaçı2 və X10 verilməsi, 2009-cu il tarixdən Mülki Məcəllənin 445.7 maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz 175.000 (yüz yetmiş beş min) ABŞ dolları olmaqla, ümumilikdə 1.575.000 (bir milyon beş yüz yetmiş beş min) ABŞ dolları məbləğində vurulmuş zərərə görə vəsaitin cavabdehlərdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddiaçılar Mülki Məcəllənin 72.2-ci, 73.3-cü, 73.4-cü, 74.1-ci, 21-ci, 442-ci, 443-cü və 445.7-ci m addələrinə istinadla tələblərini belə əsaslandırmışlar ki, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı2, M.Ali Mercan, Süleyman Ecevit və E.Bülent Mercan arasında ünvan 1 ünvanında ünvan 4rşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005- ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 15.02.2007-ci il tarixli “Ortaklık sözleşmesi” imzalanmış, müqavilənin 1-ci maddəsinə əsasən ortaqlığın Azərbaycanda təsis olunan "xxxx" MMC şirkətində Cavabdeh1 25 faiz, Cavabdeh2 45 faiz, İddiaçı2 9 faiz, M.Ali Mercanın 9 faiz, Bülent Mercanın 9 faiz, Süleyman Ecevitin 3 faiz paya sahib olmaları ilə həyata keçiriləcəyi müəyyən edilmiş, eyni zamanda iddiaçıların "x xxx" MMC şirkətinə rəsmi qaydada ortaq olduqları tarixdən əvvəlki dövrə heç biri maddi və mənəvi öhdəliklər üçün məsuliyyət daşımayacaqları razılaşdırılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən “Ortaklık sözleşmesi”nin məqsədi şirkətin sahibi olduğu yuxarıda adı çəkilən torpaq sahəsində tikinti sahəsi 100.000 m2 olmaqla satış üçün nəzərdə tutulan sahə cəmi 75.000 m2 olan mənzil və iş yeri inşaatını həyata keçirmək və satmaqdır. Müqavilənin 3-cü maddəsi ilə tikinti sahəsinin ümumi alış məbləği 8.000.000 ABŞ dolları məbləğində müəyyən edilmiş, müqavilənin 4-cü maddəsi ilə həmin məbləğin 3.500.000 ABŞ dolları məbləğinin iddiaçılar tərəfindən ödənəcəyi nəzərdə tutulmuş, 5-ci maddə ilə isə 3.500.000 ABŞ dolları məbləğin 500.000 ABŞ dollarının 15.02.2007-ci ildə, 500.000 ABŞ dollarının 22.02.200 7-ci ildə, 1.000.000 ABŞ dollarının 06.04.2007-ci ildə, 500.000 ABŞ dollarının 30.06.2007-ci ildə və 1.000.000 ABŞ dollarının 01.12.2007-ci ildə ödənməsi nəzərdə tutulmuşdur. Həmin məbləğlərin ödənişi iddiaçılar tərəfindən həyata keçirilmişdir ki, bu da müqavilədə müvafiq məbləğlərin qarşısında qeyd olunan “ödəndi” qeydi ilə də öz təsdiqini tapır. Müqavilənin 6-cı bəndində tikintinin tamamlanması üçün lazım olan sərmayənin qalan hissəsinin cavabdehlər tərəfindən ABŞ dolları ilə nağd olaraq ödənəcəyi qeyd olunmuş, 7-ci bəndində tikintinin ətraf tənzimləmələri ilə birlikdə tam şəkildə 31.03.2009-cu il tarixə qədər tamamlanaraq satılan şəxslərə təhvil verilməsi üçün hazır hala gətiriləcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 14-cü bəndində satışlardan əldə edilən gəlirlərin əvvəlcə tikinti xərcl ərinin maliyyələşməsində istifadə olunacağı, tikinti tamamlandıqdan və inşaat xərcləri ilə əlaqədar bütün ödənişlər həyata keçirildikdən sonra müqavilə tərəflərinin əldə edilən gəlirlərdən payları nisbətində gəlir əldə edəcəkləri qeyd olunmuş, həmçinin 15- ci bənddə satış qiymətlərinin və şərtlərinin gedişata və cari bazar qiymətlərinə uyğun olaraq əlavə protokollarla yazılı qaydada müəyyən ediləcəyi və icra olunacağı öz əksini tapmışdır. Müqavilənin 16-cı bəndində nəzərdə tutulmuşdur ki, müqavilə ilə müəyyən olunan ortaqlıq müddətində tərəflər paylarını üçüncü şəxslərə sata və ya özgəninkiləşdirə bilməzlər, 17-ci bənddə isə iddiaçıların yalnız müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin ödənməsi üçün məsuliyyət daşıdıqları öz əksini tapmışdır. 4-cü bənddə həmin məbləğ 3.500.000 ABŞ dolları miqdarında müəyyən edilmişdir. Müqavilənin 18-ci bəndində əsasən "xxxx" ilə "xxxx" MMC arasında 2007-ci il tarixdə ünvan 5 ünvanında ünvan 2şans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi” üçün bağlanan müqavilədəki bütün maddələrdən və bu müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərin yerinə yetirilməsi üçün "xxxx" MMC-nin iştirakçılarından yalnız cavabdehlər Cavabdeh1 Hüseyn oğlu və Cavabdeh2 şəxsən məsuliyyət daşıyırlar. Həmin bənddə həmçinin nəzərdə tutulmuşdur ki, iddiaçılar "xxxx" MMC-nin ortaqları olduqlarına görə 18-ci bənddə müəyyən olunan "xxxx" ilə "xxxx" MMC arasında imza lanan müqaviləyə əsasən onlara hər hansı növ zərər dəyməsi halında cavabdehlər bu zərərin əvəzini şirkət nəzdindən kənar, şəxsən öz əmlakları hesabına dərhal kompensasiya edib ödəməyi qəbul etmiş və öhdələrinə götürmüşlər. İddiaçıların onlara dəyən hər növ zərərin kompensasiya edilməsini tələb etmək və iddia qaldırmaq hüquqları mövcuddur. Göstərilən müqavilənin şərtlərinə iddiaçılar tərəfindən bütünlüklə əməl edilsə də, cavabdehlər tərəfindən müqavilənin şərtlərinə əməl edilməməklə iddiaçılara böyük məbləğdə ziyan vurulmuşdur. ünvan 6 ünvanında inşa edilmiş binada mənzillərin əksəriyyətinin satışı həyata keçirilmişdir.
10. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş tə rəfdaşlıq müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Həsən Mərcan, M.Əli.Mərcan, Süleyman Əcəvit, E.Bülənt Mərcanın ünvan 6 ünvanında ünvan 7s müəssisəsinə “Gənclər diskotekasi” və “Kinozal" üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün edilən tərəfdaşlığın şərtləri müəyyən edilmişdir. İddiaçılar məhkəməyə təqdim etdikləri Ortaqlıq Sözləşməsinin 18-ci bəndinə istinad edərək onlara guya dəymiş olan ziyanı cavabdehlərdən tələb edirlər. Lakin həmin maddəni sadəcə diqqətlə oxumaq bu maddədə cavabdehlərin tikiləcək bina kompleksinin yerləşəcəyi torpaq sahəsi ilə bağlı yarana biləcək iddialara və bununla bağlı yaranan ziyana görə şəxsən Cavabdeh 1 və Cavabdeh2 məsuliyyət daşıdığı razılaşdırılıb. Məlum olduğu kimi, “İSR Holding” ilə "xxxx" Company MMC arasında imzalanan Bakı 2007-ci il tarixli müqavilə üzrə heç bir iddia ya pretenziya olmamışdır. Məhkəməyə "xxxx" MMC ilə iddiaçılar arasında mənzillərin payçı haqqı olaraq onlara təqdim edilmiş müqavilələrin surətləri təhvil verilmişdir. Təqdim olunmuş müqavilələrlə müəyyən olunur ki, iddiaçılar pay haqqı olaraq "xxxx" MMC-dən xeyli mənzil almışlar. Bu pay kimi verilən mənzillərin müqavilələrinin hamısı deyil. Bundan əlavə ünvan 6 ünvanında inşa edilmiş binada mənzillərin əksəriyyətinin satışı həyata keçirilmişdir.
11. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək iddianın Cavabdeh2 qarşı olan hissədə rədd edilməsini xahiş edə rək bildirmişdir ki, iddiaçılar öz iddia tələblərini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü ilk növbədə iddiaçının üzərinə düşür. Lakin iddiaçılar iddiasının əsaslı olmasına dair hər hansı bir dəlilə iddia ərizəsində istinad etməmişdir. İddiaçılar iddia ərizəsində qeyd edir ki, cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilməməklə iddiaçılara böyük məbləğdə ziyan vurulmuşdur. İddiaçılar iddia ərizəsində ortaqlıq müqaviləsinin 18-ci bəndinə istinad edir və həmin maddəyə əsasən iddia tələbinin əsaslı olduğunu qeyd edir. Halbuki həmin müqavilənin 18-ci bəndində Cavabdeh2 iddiaçılar qarşısında üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Həmin bənddə qeyd olunur ki, İSR Holding ilə "xxxx" MMC arasında imzalanan Bakı 2007 tarixli və Azərbaycan ünvan 8də ünvan 2şans” müəssisəsinə gənclər diskoteka və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün bağlanılan müqavilədəki bütün maddələrə və bu müqavilədəki bütün öhdəliklərin yerinə yetirilməsinə görə "xxxx" MMC-nin payçılarından yalnız Cavabdeh1 və Cavabdeh2 şəxsən cavabdehdirlər. Həsən Mercan, M.Əli Mercan, Süleyman Ecevit, E.Bülent Mercan, "xxxx" MMC-nin ortaqları olduğundan 18-ci maddədə vurğulanan İSR Holding ilə "xxxx" MMC arasında imzalanan razılaşma ilə hər hansı bir zərərə uğradıqları təqdirdə bu ziyanların Cavabdeh1 və Cavabdeh2 şirkət hesabından deyil, öz şəxsi he sablarından qarşılamağı və ödəməyi qəbul edirlər. Həsən Mercan, M.Əli Mercan, Süleyman Ecevit, E.Bülent Mcrcan onlara dəyən ziyanlara görə hüquqi şəkildə kompensasiya tələb etmək və şikayət etmək haqqına sahibdirlər. İddiaçılar İSR Holding ilə “Sahil İ) Kompani” MMC arasında imzalanan razılaşma ilə hər hansı bir zərərə uğradıqları təqdirdə kompensasiya tələb edə bilərlər. Bundan əlavə iddiaçıların hazırkı iddianı qaldırmaqda ümumiyyətlə hüquqları yoxdur. Belə ki, cavabdehdə olan aktlara əsasən iddiaçılar maliyyə çətinlikləri olduğu üçün 2007-ci ildə ortaklık sözləşməsinə əsasən “Sahil D Kompani’ MMC-yə verdikləri 3 500 000 ABŞ dolları müqabilində F.Bayramov küçəsi 1156 məhəllə ünvanında inşa edilən yaşayış binalarında ümumi sahəsi 10 350 kv.m mənzil sahəsi götürməklə "xxxx" MMCdəki 27% təs isçi payından imtina etmişlər. Bundan əlavə ünvan 6 ünvanında inşa edilmiş binada mənzillərin əksəriyyətinin satışı həyata keçirilmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 02 avqust 2018-ci il tarixli, 2(004)5616/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 12.294.643 manatın, Cavabdeh1 6.830.357 manatın, habelə 1.575.000 manat zərər məbləğinin 1.012.500 manatının Cavabdeh2, 562.500 manatının isə Cavabdeh1 və 30 manat dövlət rüsumunun 19,30 manatının Cavabdeh2, 10,70 manatının Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2, X7 xeyrinə tutulması qət olunmuşdur.
13. Məhkəmə Mülki Məcəllənin 385-ci və 443-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tərəflər 2007-ci il tarixdə birgə hər biri müqavilədə müəyyən olunmuş payda vəsait qoyara q ünvan 8 ünvanında ümumi sahəsi 75.000 kv.m olan yaşayış evi tikintisinə dair razılığa gəlmiş, inşaat sahəsinin alış qiyməti 8.000.000 ABŞ dolları, torpaq sahəsinin qiyməti 6.000.000 ABŞ dolları müəyyən edilmiş, iddiaçılar tərəfindən onların payına düşən sərmayə 3.500.000 ABŞ dolları cavabdehlərə tam ödənilmiş, lakin binanın inşası tamalandıqdan sonra ortaqlıq müqaviləsinin 14-cü maddəsinin tələblərinə cavabdehlər tərəfindən əməl edilməyərək iddiaçılara düşən paylar verilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 16 iyun 2019-cu il tarixli, 2(103)-1698/19 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, habelə maraqlarına toxuna n şəxs qismində "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5616/2018 saylı iş üzrə 02 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin çıxarılmaqla İddiaçı1, İddiaçı2, X7 Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməsi və zərərin əvəzinin ödənilməsi” tələblərinə dair iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, müqavilənin 14-cü bəndində satışlardan əldə edilən gəlirlərin əvvəlcə tikinti xərclərinin maliyyələşməsində istifadə olunacağı, inşaatın tamamlanması və inşaat xərcləri ilə əlaqədar bütün ödənişlərin həyata keçirilməsindən sonra isə tərəflər arasında payları nisbətində bölünəcəyi qeyd olunmuşdur. İddiaçılar isə, Maraqlı şəxs MMC tərəfindən inşa edilmiş yaşayış binasındakı mənzillərin satışından hansı miqdarda gəlir əldə edilməsi, həmin gəlirlərin nə qədərinin inşaat xərclərinə sərf edilməsi, xalis mənfəətin nə qədər olmasını və ən əsası həmin mənfəətdən onlara çatası payın məhz cavabdehlər tərəfindən mənimsənmiş olması barədə hər hansı sübut təqdim edə bilməmişlər. Əksinə cavabdehlərin hər hansısa mənzilə dair müqavilə bağlamış olduqları (satdıqları, pay olaraq ötürdükləri və s.), ümumiyyətlə mənzil satışından onların mənfəət əldə etmiş olduğu iş materialları ilə müəyyən edilmir. Cavabdeh1 və Cavabdeh2 hazırkı iddia tələbləri üzrə cavabdehlik daşıyan şəxslər kimi qəbul edilməsi ümumiyyətlə mümkün deyildir və onların iddiaçılar qarşısında məsuliyyət daşıması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olma mışdır. Nəzərə alınmalıdır ki, onlar da iddiaçılar kimi "xxxx" MMC-nin təsisçiləri olmuşlar. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən isə, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) x nömrəli iş üzrə 03 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X7 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, x saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellya siya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, 15 fevral 2007-ci il tarixli “Ortaqlıq müqaviləsi” yalnız fiziki şəxslər arasında, yəni Cavabdeh1, Cavabdeh2 Səfəralı oğlu, İddiaçı2, M.Ali Mercan, Süleyman Ecevit və E.Bülent Mercan arasında bağlanılmışdır. Yəni həmin müqavilə üzrə Sahil-D MMC müqavilə tərəfi olmamışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi iddiaçıların qoyduqları sərmayə müqabilində cavabdehlərin öz şəxsi əmlakları ilə məsuliyyət daşımaları riskini özündə əks etdirən “Ortaqlıq müqaviləsi” nin 18-ci maddəsinin tələblərinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mənzillərin X2n adına rəsmi ləşdirilməsini MMC-yə və digər təsisçilərə tapşırmasını bildirməsinə dair İddiaçı1 ifadəsi düzgün yazılmamışdır. Əksinə, onun izahatının “səs yazısına”, eləcə də “məhkəmə iclas protokoluna əsasən bu təkzib edilir. O izahatında bildirmişdir ki, xxlə tanışlığı Bakıya gələrkən Adulqadir Aksu vasitəsi ilə olmuş, x heç bir etibarnamə verməmiş, tanışlıqları davam etməmiş, həmin vaxtdan tanışlıqlarına son qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmçinin onunla əsaslandırılmışdır ki, “...məhkəmə kollegiyası apellyasiya şikayətlərinin “iddiaçıların təsis paylarının mənzil olaraq onlara geri verilməsi” ilə bağlı ortaq dəlillərini də inandırıcı hesab edir; iş materiallarına surətləri əlavə edilmiş çoxlu sayda müqavilələrdən aydın olur ki, Maraqlı şəxs MMC-nin həmin dövrdəki direktoru X6 tərəfindən həqiqətən də iddiaçıların və o cümlədən başqa türk vətəndaşı olan xx adlı şəxsin adlarına çoxsaylı mənzillər rəsmiləşdirilmişdir. Həmçinin iş materiallarına X19 ilə Maraqlı şəxs MMC-nin direktoru XX tərəfindən tərtib edilməklə imzalanmış 2011-ci il tarixli akt əlavə edilmiş, həmin aktda X16, İddiaçı2, X11 şirkətdəki 27% payları müqabilində inşa edilən binalardan 10.350 m² yaşayış sahəsi götürdükləri və gələcəkdə həmin evlərin satışında heç bir təmənna və tələb irəli sürülməyəcəkləri qeyd edilmiş, aktın sonunda X19 əlyazısı ilə əlavə etmişdir ki, “mən, X19 Şirkətdən 3 500.000 ABŞ dolları qarşılığında 10.350 m² dairə (mənzil) aldım. Şirkətə heç bir tələbim yoxdur. X19, İddiaçı2, X15 adına imza etdim”. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə a lmamışdır ki, həmin akta görə 10350 m² mənzil sahəsi rəsmi müqavilə əsasında verilməli və bunun müqabilində X22 27% təsisçi payını Cavabdeh2 notarial qaydada satmalı idi. Bunun nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi rəsmi müqavilə əsasında hansı mənzillərin faktiki iddiaçılara təhvil verilməsinə dair sübutların mövcud olub-olmamasını araşdırmamışdır. Bundan əlavə “Ortaqlıq müqaviləsi” nin 7-ci maddəsinə əsasən inşaatın ekoloji nizamnamalarla tamamlanması 31.03.2009-cu il tarixinə nəzərdə tutulsa da, buna vaxtında əməl olunmadığına görə 3.500.000 ABŞ dolları məbləğində sərmayə qoymuş iddiaçıların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra qeyd olunan 27 oktyabr 2011-ci il tarixli aktın tərtib olunduğunu, lakin aktda nəzərdə tutulan 10350 м² sahənin ümumiyyətlə təqdim olunmamasına dair akta imza etmiş iddiaçı İddiaçı1 dəlillərinə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), A.Tanrıverdiyev və V.Sadıqov) 22 aprel 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, x saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.395.000 (üç milyon üç yüz doxsan beş min) ABŞ dolları və 1.575.000 (bir milyon beş yüz yetmiş beş min) ABŞ dolları illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış məbləğinin tutularaq iddiaçılara ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar Ortaqlıq müqaviləsi əsasında Sahil-D MMC tərəfindən həyata keçirilən tikinti işlərinə (torpaq sahəsinin əldə edilməsinə və binaların inşa edilməsinə) ümumilikdə 3.395.000 ABŞ dolları (digər 105.000 ABŞ dolları məbləğ hazırkı iş üzrə iddiaçı olmayan x məxsusdur) məbləğində vəsait sərf etmişlər. Lakin qeyd edilən binaların tikintisindən və onların satılmasından gəlir əldə etməmişlər. Üstəlik, onların sərmayə olaraq qoyduqları məbləğ onlara geri qaytarılmamışdır və nəticədə iddiaçılar ziyana uğramışlar. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
19. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin qismən, “Cavabdeh2 3.39.1000 (üç milyon üç yüz doxsan beş min) ABŞ dolları və 1.575.000 (bir milyon beş yüz yetmiş beş min) ABŞ dolları illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ tutularaq iddiaçılara ödənilməsi” hissəsində ləğv olunması və iddiaçıların iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, id diaçılar İSR Holding itə "xxxx" MMC arasında imzalanan razılaşma ilə hər hansı bir zərərə uğradıqları təqdirdə kompensasiya tələb edə bilərlər. O zaman belə bir sual ortaya çıxır həqiqətən də belə bir zərər varmı? Həmin müqavilə üzrə torpaq sahəsi İSR Holding tərəfindən "xxxx" MMC-yə bina tikilməsi üçün verilmiş, torpaq sahəsində bina tikilmiş və binadakı mənzillərin satışı "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Həmin müqavilə üzrə torpaq sahəsi və binaların satışına dair İSR Holdinq ilə heç bir mübahisə yaranmamışdır və hal-hazırda da həmin mübahisə mövcud deyil. Yəni İSR Holdinglə "xxxx" MMC arasında imzalanmış müqavilə əsasında heç bir zərər vurulmamışdır. Əgər iddiaçılar həmin müqaviləyə istinad edirsə ilk növbədə aşağıdakıları müəyyən etməli idi: İddiaçılara həqiqətən ziyan dəyib mi? İddiaçılar dəyən ziyan məhz həmin müqavilənin şərtlərinin Cavabdeh2 tərəfindən pozulması nəticəsində yaranıbmı? İddiaçılara hansı ziyan hansı şəraitdə dəyib? Həmin ziyanın təsviri və əsaslandırılması. Dəyən ziyanın birbaşa Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində baş verməsi. Vurulmuş zərərin məbləği nə qədərdir? Hər bir iddiaçıya konkret nə qədər məbləğdə ziyan məhz hansı cavabdeh tərəfindən vurulub? Göründüyü kimi, iddiaçılar ortaqlıq müqaviləsinin şərtlərini düzgün təfsir etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə İfadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayi səsini nəzərə alır. İş materialları, cinayət işinin materialları, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 06 iyun 2013cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnamə ilə də müəyyən edilmişdir ki, iddiaçılar və x tərəfindən ödənilən 3 500 00 manat məbləğində pul binanın tikintisinə sərf olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və həmin hal tərəflər üçün preyudisial xarakter daşıyır. Belə olduğu halda hansı borc və ya zərər vurulması münasibətlərindən söhbət gedə bilər və hansı əsasla Cavabdeh2 pul tutulmalıdır? Göründüyü kimi, ortaklıq müqaviləsinə əsasən Cavabdeh2 üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Əsassız varlanmadan isə söhbət gedə bilməz. X19 ilə Maraqlı şəxs MMC arasında 2011-ci il tarixli akt imzalanmışdır. Sözügedən akt iş materiallarında olsa da, məhkəmə həmin akta heç bir hüquqi qiymət verməmişdir. Həmin akta əsasən, X19, İddiaçı2, X15 inşa edilən binalardan 10.350 kv.m yaşayış sahəsi götürərək şirkətdəki 27% payı Cavabdeh2 qaytarırlar. Türk tərəfinə verilən 10.350 kv.m müqavilə əsasında verilir və gələcəkdə həmin evlərin satışında heç bir təmənna və tələb irəli sürülmür. X19 27% təsisçi payını Cavabdeh2 notarius vasitəsi ilə satmağı öz öhdəsinə götürür. Həmin akta X19 tərəfindən əlyazma ilə əlavə edilmişdir ki, “mən, X19 Şirkətdən 3500.000 ABŞ dolları qarşılığında 10.350 kv.m dairə aldım. Şirkətə heç bir tələbim yoxdur. X19, İddiaçı2, X15 adına imza etmişdir”. Bakı Apelyasiya Məhkəməsində 14 may 2019-cu il tarixdə saat 14;30-da keçirilmiş məhkəmə iclasında İddiaçı1 iştirak etmiş və öz izahatında bildirm işdir ki, həqiqətən də 2011-ci il tarixli aktda əlyazma ilə yazılmış yazılar və imza ona məxsusdur, onun tərəfindən yazılmışdır və imzalanmışdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X13 3500.000 ABŞ dollarının əvəzi olaraq 10.350 kv.m sahəsini MMC-dən almışdırlar və heç bir tələblərinin olmadıqlarını bildirmişdirlər (həmin aktın əsli məhkəməyə təqdim olunmuşdur). Bundan əlavə, İddiaçı1 14 may 2019-cu il tarixdə saat 14:30-da keçirilmiş məhkəmə iclasında öz izahatında bildirmişdir ki, xx onun tanışıdır, X2 o Bakıya gətirmişdir, onu Cavabdeh2la, Cavabdeh1la və MMC rəhbərliyi ilə öz səlahiyyətli nümayəndəsi kimi təqdim edərək tanış etmişdir, mənzillərin X2n adına rəsmiləşdirilməsini MMC-nə və digər təsisçilərə tapşırmışdır, bundan öncə Cavabdeh2 X2 tanımamışdır. O v axt MMC-nin təsisçisi Cavabdeh1 mənzilləri Ali Mercana və digər türk təsisçilərə verməkdən imtina etdiyi üçün X23 Şimşəyi güclü və əlaqəli adam kimi Azərbaycan Respublikasına gətirmişdirlər ki, Cavabdeh1 öz haqqını və mənzillərini tələb edib alsın. Ali Mercan məhkəmə iclasında iştirak edərək təsdiq etmişdir ki, mənzillərdən 2-sini o, başqa adama satmışdır. Lakin məhkəmə bu faktlara heç bir hüquqi qiymət verməmişdir. Bundan əlavə, Cavabdeh2, C3 və digər təsisçilərin haqqlarının Cavabdeh1 tərəfindən pozulmasının qarşısının alınması üçün Ali Mercan və digər təsisçilər birlikdə Cavabdeh1 və onun qohumu T.Abdullayevə qarşı məhkəmədə iddia qaldırmışdırlar və həmin mülki işdə onların xeyrinə qətnamə çıxarılmışdır. Hətta S.X12 və türklərə çatacaq payı verməkdən imtina etməsi ilə bağlı İ.X17 vəkili ilə birlikdə Türkiyənin Azərbaycan Respublikasındakı Səfirliyinə gedərək yazılı və video çəkilişlə izahat da vermişdir. Ali Mercan və digər təsisçilərin tələbi x və Cavabdeh1 qarşı yönəldilməlidir. İ,X18 və digər təsisçilər qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçıların ümumiyyətlə hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları olmamışdır. Məhkəmə isə bu hala nəzər yetirməyərək iddianı təmin etmişdir. Belə ki, "xxxx" MMC-nin nizamnaməsinə nəzər yetirsək görərik ki, "xxxx" MMC-nin bir təsisçisi qeyd olunmuş, həmin şəxs isə X3r. Göründüyü kimi, məhkəmə iddiaçıların hansı təsisçi hüquqlarına dair qətnamə qəbul etmişdir? Məhkəmənin işi ətraflı araşdırmamağı bir daha sübut olunur. Bundan əlavə, iddiaçılar və S.Ecevit tərəfindən ödənilməli olan 3 500 000 manat məbləğində pul vaxtında deyil, gecikdirilməklə ödənilmişdir. Tərəflərin razılaşmasına əsasən, əlavə ödənişlər edilməli olduğu halda, iddiaçılar tərəfindən əlavə ödəniş edilməmişdir. Göründüyü kimi, sövdələşmənin şərtlərini məhz iddiaçılar pozmuşdur. Hazırki mübahisə üzrə işin hərtərəfli araşdırılması məqsədi ilə qoyulan vəsaitin, çəkilmiş xərclərin müəyyən edilməsinə dair ekspertiza keçirilməmiş, birtərəfli qiymətləndirmə rəyi əsasında əsassız qətnamə qəbul edilmişdir. Bundan başqa, apellyasiya məhkəməsi qətnaməsində məhz hansı cavabdehdən hansı məbləğdə pulun tutulub hansı iddiaçıya hansı məbləğdə verilməsini də müəyyən etməməkdə səhv hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi hazırkı münasibətlərə həm öhdəlik münasibətləri, həm zərərvurma münasibətlərini tətbiq edərkən maddi hüquq normalarının pozuntu suna yol verilmişdir. Öhdəliyin yaranma əsaslarından biri müqavilə və əsassız varlanmadır. Ortaklıq müqaviləsinə əsasən Cavabdeh2 üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Əsassız varlanmadan isə söhbət gedə bilməz. İddiaçıların Cavabdeh2 qarşı pul tələbinə dair məhkəməyə müraciət etmələrinin heç bir hüquqi əsası yoxdur. Belə ki, tərəflər arasında imzalanmış ortaqlıq müqaviləsinin 18-ci maddəsi ilə Cavabdeh2 iddiaçılar qarşısında hər hansı bir öhdəliyi yaranmamış, mülki hüquq və vəzifələr müəyyənləşdirilən məhkəmə aktları və ya əsassız varlanma halları mövcud olmamışdır.
21. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilərək on unla əsaslandırılmışdır ki, məhkəmə haqlı olaraq “Qeyd edilən iddianın əsaslı olması üçün ilk növbədə inşa edilmiş binaların satışından və icarəsindən gəlir əldə edildiyi, bu gəlirin binanın inşasının başa çatdırılmasına sərf olunan hissəsi başa çatdıqdan sonra qalan qazancın məbləği müəyyən edilməlidir.” qeyd etsə də, (Məhkəmənin gəldiyi bu nəticə Ortaqlıq müqaviləsinin 14-cü maddəsinin tələbləri ilə üst-üstə düşür), lakin abzasın sonunda əmlakların bir hissəsinin cinayət yolu ilə əldən çıxarılmasım əsas gətirərək (Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.08.2015-ci il tarixli qərarı) iddianın inşa edilmiş ümumi yaşayış və iş sahələrinin onların payına uyğun hissəsinin dəyərinin müəyyən edilərək tutulması kimi mübahisənin həllini düzgün hesab etməmişdir. Bu hissədə apellyasiya instansiyası Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəllə ilə təsbit edilmiş müqavilə azadlığı hüququnu pozmuşdur. Eyni zamanda, Ortaqlıq müqaviləsinin digər maddələrini qəbul etdiyi halda, Məhkəmə kollegiyası Ortaqlıq müqaviləsinin 14-cü maddəsini nəzərə almamaq (qəbul etməmək) qərarına gəlmiş və bu yanaşmadan iş üzrə qətnamə qəbul etmişdir və cavabdehlərin hüquqlarını pozmuşdur. “Ortaklık Sözleşmesi”nin 14-cü maddəsinə əsasən, “satışdan əldə olunacaq gəlir hər şeydən əvvəl inşaat maliyyəsi üçün istifadə ediləcək. İnşaatın bitirilməsi və inşaatın maliyyəsi ilə bağlı bütün ödəmələrin tamamlanmasından sonra tərəflər əldə edilən gəlirdən öz hissələrinə müvafiq pay götürəcəkdir. ” Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, “dəymiş ziyanın məbləğini sübutetmə yükü iddiaçıların üzərinə düşsə də, onla r tərəfindən ziyanın həcmi və ya məbləğinin iddia ərizəsində göstərilən şəkildə olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, ümumiyyətlə binaların tikilərək satılmasından gəlirin əldə edilib-edilməməsi kimi hallar sübuta yetirilməmişdir. Bunun ardınca Məhkəmə qeyd edir: “Bütün sadalanan hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların iddia etdikləri şəkildə (ümumi sahəsi 75.000 m2 olan binanın onların 30% təsis payına uyğun olaraq 22.500 m2 hissəsinin və ya bu sahənin mövcud bazar qiyməti üzrə dəyərinin onlara verilməsi) onlara ziyan dəyməsinin hesablanması düzgün olmamışdır”. Halbuki, prosesin gedişində “Ortaklık Sözleşmesi”nin 14-cü maddəsini əsas tutaraq cavabdeh tərəfindən iş üzrə məhkəmə kompleks mühasibatlıq ekspertizası (audit) t əyin edilməsi barədə vəsatət verilmişdir. İşin nəticəsi ilə birbaşa əlaqədar olduğundan həmin sualları kassasiya şikayətinin mətnində Məhkəmənin diqqətinə çatdırılır: “1. ünvan 1 ünvanındakı hündür mərtəbəli yaşayış kompleksinin tam başa çatması üçün nə qədər xərc çəkilmişdir (maya dəyəri nə qədərdir)?
2. Mənzil və qeyri-yaşayış sahələrinin satışından nə qədər gəlir əldə olunmuşdur?
3. Əldə olunmuş gəlirdən iddiaçılar İddiaçı1, İddiaçı2, X10 çatan gəlir məbləği ayrı-ayrılıqda nə qədərdir?” Suallardan göründüyü kimi, ekspertizanın keçirilməsində məqsəd açıq-aşkar “Ortaklık Sözleşmesfnin 14-cü maddəsində göstərilən “İnşaatın bitirilməsi və inşaatın maliyyəsi ilə bağlı bütün ödəmələrin tamamlanmasından sonra tərəflər əldə edilən gəlirdən öz hissələrinə müvafiq pay götürəcəkdir. müddəasının i crası olmuşdur. Lakin, Məhkəmə cavabdehlərin hüquqlarını pozaraq, müqavilə ilə şərtləndrirlmiş maddənin tələblərinin yerinə yetirilməsindən yan keçmişdir. Belə ki, Sözləşmə (müqavilə) üzrə tərəflərin paylan Cavabdeh2 - 45%, Cavabdeh1 - 25%, İddiaçı2 - 9%, İddiaçı1 9%, Süleyman Ecevit 3%, Ebubekir Mercan - 9% olaraq müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, pay (faiz) məbləğləri mülki işin mübahisə olunmayan halıdır. Müəyyən olunmayan və cavablandırılmayan sual çoxmərtəbəli bina kompleksinin tikintisinə və istifadəyə verilməsinə sərf olunmuş tikinti xərclərinin (işçi, fəhlə, mütəxəssis qüvvəsi, müvafiq rəylərin alınması, armatur, kərpic, beton, vergi, lahiyələndirmə, üzləmə materialları, qapılar, pəncərələr, liftlərin alınıması, quraşdırılması və s.) miqdarıdır. Dörd binadan ibarət olan, hər binası bir girişli 17 mərtəbəli bina kompleksi tikilərək sakinlərə təhvil verilmişdir. Bütün mənzillər satılmışdır və yaşayış üçün təhvil verilmişdir. Çoxmərtəbəli bina kompleksinin tikinti xərcləri müəyyən olunduqdan sonra satışdan əldə olunmuş məbləğlərdən çıxmaqla gəliri müəyyən etmək mümkündür. Qeyd olunan xərclərin miqdarını müəyyən etmədən iş üzrə düzgün nəticəyə gəlinməsi mümkünsüzdür. Eyni zamanda nəzərə alınmalıdır ki, gəlirin müəyyən olunması üçün qayda elə ortaqlıq müqaviləsinin özündə tərəflər arasında müəyyənləşdirilmişdir. Gəlir məbləğinin müəyyən edilmədən hazırki iş üzrə apellyasiya instansiyasının qətnaməsi həm iddiaçıların (məsələn, məbləğ daha böyük ola bilərdi), həm də cavabdehlərin hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin Məhkəmə tərəfindən işin əhəmiyyətli h allarına aydınlıq gətirəcək vəsatət təmin olunmamışdır. Qətnamədən göründüyü kimi, maddədə "İSR Holding” ilə "xxxx" Company MMC arasında imzalanan müqavilə üzrə bütün maddələrdən və bu müqavilədəki bütün öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulub. Göstərilən halı həmin maddənin 2-ci cümləsi tamamilə təsdiq edir. Həmin cümlədə məhz “İSR Holding” ilə "xxxx" Company MMC arasında imzalanan müqavilədə hansısa bir zərər çəkmə vəziyyətində (maddi-mənəvi....v.s.) bu ziyanı Cavabdeh1 və Cavabdeh2 şikrət hesabından deyil, şəxsən öz əmlakından dərhal kompensasiya etmələri nəzərdə tutulmuşdur. İddiaçı payçılar, faktiki olaraq torpağı investisiya olaraq yatırmış cavabdeh payçıların üzərinə öz yatırımlarını sığortalamaq üçün əlavə təminat olaraq Cavabdeh1 və Cavabdeh2 şirkət hesabından deyil, şəx sən öz əmlakından dərhal kompensasiya ödəmək öhdəliyini qoymuşlar və cavabdeh payçılar müqavilə imzalanan dövrdə bununla razılaşmışlar. Yalnız üzərində tikinti aparılacaq torpaqla bağlı. Nədənsə, məhkəmə tərkibi bu əhəmiyyətli halı təmamilə başqa cür təqdim etməyə çalışmışlar, yəni bu bənddə göstərilən sanksiyaları "İSR Holding” ilə "Sahil-D” Company MMC arasında imzalanan müqavilədən başqa payçılar arasında bağlamış müqaviləyə də aid etmişlər. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 vəkili Vəkil1 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onların təmin olunmasını xahiş et dilər.
25. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 nümayəndəsi və vəkili xx oğlu kassasiya şikayətlərinə etiraz edərək onların rədd olunmasını xahiş etdi. 26. "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X4 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
28. Maddə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başq a şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərd ə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
34. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
35. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu tə yin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
36. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X2 Qanunu (818):
38. Maddə
96. Kreditor hüququndan qismən və ya tam tamamən istifadə edə bilmədiyi təqdirdə, borclu onun qüsuruna istinad oluna bilməyəcəyini sübuta yetirmədikcə bundan irəli gələn zərərin əvəzini ödəməyə məcburdur. “Qanuni faiz və gecikdirmə faizi haqqında” Türk iyə Cumhuriyyətinin 3095 nömrəli Qanunu:
39. Maddə 4/a – (Ek: 14/11/1990 - 3678/30 md.). Müqavilədə daha yüksək adi və gecikdirmə faizi razılaşdırılmadığı hallarda, xarici valyuta borcunun faizində Dövlət Banklarının həmin xarici valyuta ilə açılmış bir il müddətli depozit hesabına ödədiyi ən yüksək faiz nisbəti tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin yuxarıda qeyd edilən (§ 1-7) faktiki hallarına istinad edərək tərəflərin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçılar, həmçinin hazırkı işdə iddiaçı olmayan X adlı Türkiyə Respublikasının vətəndaşı X-nin təsisiçiləri olaraq binanın tikiləcəyi torpaq sahəsinin alınmasına və tikinti işlərinin aparılmasına ümumilikdə 3.500.000 ABŞ dolları məbləğində sərmayə qoymağa razılaşmışlar və həmin məbləği tam olaraq ö dəmişlər. Həmçinin, iddiaçıların qoymuş olduqları sərmayənin müqabilində hər hansı şəkildə gəlir əldə etməsi iş materialları ilə müəyyən edilmir.
46. Apellyasiya kollegiyası cavabdehlərin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, ortaqlıq müqaviləsinin şərti təkcə İSR Holding ilə Sahil-D MMC arasında bağlanan 2007-ci il tarixli müqaviləyə şamil edilmir. Belə ki, həmin müqavilənin 2-ci maddəsinə görə ortaqlığın məqsədi şirkətin sahibi olduğu 1-ci maddədə olan torpaq sahəsi üzərində emalat sahəsi təxminən ümumi 100.000 kv.m, net satış sahəsi 75.000 kv.m olan yaşayış evi və iş yeri inşaatını həyata keçirmək və satmaqdır. Qeyd edilən müqavilənin şərtləri cavabdehlərin iddia etdiyi kimi dar mənada təfsir edilməməli, müqavilənin məqsədləri baxımından şərh edilməlidir. Müqavilənin məqsə dləri isə, qeyd edildiyi kimi yalnız İSR Holdinqlə bağlanan müqavilənin icra edilməsi deyil, əldə edilmiş torpaq sahəsi üzərində bina inşa etmək və həmin sahəni satmaq olmuşdur. Göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, iddiaçıların öz tələblərinin əsası kimi tərəflər arasında bağlanmış Ortaqlıq müqaviləsinin 18-ci maddəsinə istinad etməsi qanuni olmuşdur.
47. Cavabdehlər, iddiaçıların Sahil-D MMC-dəki təsis paylarının əvəzini hələ 2011-ci il tarixdə aldıqlarını və bu barədə onlarla MMC-nin mərhum direktoru olmuş xx arasında akt imzalanmasını, həmin akta əsasən iddiaçılara onların təsis payından imtina etmələri üçün tikilməkdə olan binalarda ümumilikdə 10.350 kv.m yaşayış sahəsi verildiyini bildirmişlər. Məhkəmə bu dəlili də əsassız hesab edərək bildirmişdir ki, belə bir aktın mövc ud olması özüözlüyündə iddiaçıların həmin yaşayış sahəsini əldə etmələri anlamına gəlmir. Belə ki, iş materiallarına cavabdehlər tərəfindən aktda göstərilən şərtlərə əməl edilməsi və qeyd edilən sahənin iddiaçılara təhvil verilməsi, həmçinin iddiaçıların öz təsis paylarını qarşı tərəfin xeyrinə özgəninkiləşdirməsi barədə hər hansı sənəd əlavə edilməmişdir.
48. Apellyasiya məhkəməsinin qənaətinə görə yuxarıda göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, iddiaçılar həqiqətən də, Ortaqlıq müqaviləsi əsasında Sahil-D MMC tərəfindən həyata keçirilən tikinti işlərinə (torpaq sahəsinin əldə edilməsinə və binaların inşa edilməsinə) ümumilikdə 3.395.000 ABŞ dolları (digər 105.000 ABŞ dolları məbləğ hazırkı iş üzrə iddiaçı olmayan x məxsusdur) məbləğində vəsait sərf etmişlər. Lakin qeyd edilən bi naların tikintisindən və onların satılmasından gəlir əldə etməmişlər. Üstəlik, onların sərmayə olaraq qoyduqları məbləğ onlara geri qaytarılmamışdır və nəticədə iddiaçılar ziyana uğramışlar. Belə olan halda isə tərəflər arasında bağlanmış Ortaqlıq müqaviləsinin 18-ci bəndinə əsasən iddiaçıların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia hüququ yaranmışdır.
49. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə onların razılaşmasına əsasən Türkiyə Respublikasının mülki qanunvericiliyi əsasında həll edilməlidir. Belə ki, Ortaqlıq müqaviləsinin 19-cu maddəsinə əsasən tərəflər arasında yarancaq anlaşılmazlıqların danışıq yolu ilə həll edilməsi, bu yolla həll edilməməsi halında isə Bakıdakı Azərbaycan Respublikasının ticarət məhkəmələri səlahiyyətli olmaqla, tərəf lər arasında Türkiyə Respublikasının hüququnun tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, işə baxmış kassasiya instansiyası məhkəməsi hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, digər hallarla yanaşı, işin o halına əsaslanmışdır ki, tərəflər arasında bağlanmış ortaqlıq müqaviləsinin 19-cu maddəsinə işə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, bununla bağlı «Beynəlxalq xüsusi hüquq» haqqında qanunun tələblərini nəzərə almamışdır. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq münasibətlərini müəyyən edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qay dada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
50. Tətbiq edilməli olan hüquqla bağlı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Türkiyə Respublikasının hazırkı mübahisəyə tətbiq edilməli olan mülki-hüquq normalarına dair AHBUnun hüquq fakültəsi Mülki hüquq kafedrasının professoru doktor X21 ekspert məruzəsindən görünür ki, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən hazırkı iş üzrə iddiaçıların ortaqlığa qoyduqları 3.500.000 ABŞ dolları məbləğindəki sərmayəni, 2.348.116,44 ABŞ dolları faizi məbləğini və 25.10.2018-ci il tarixdən 10.03.2021-ci il tarixədək hesablanmış 581.958,90 ABŞ dolları gecikdirmə faizi olmaqla, ümumilikdə 6.430.075,34 ABŞ dollar ı vəsaitin qaytarılmasını tələb etmək hüquqları olmuşdur.
51. Oxşar mövqe hazırkı iş üzrə tətbiq edilməli olan hüquq və ziyan məbləğinin hesablanması ilə bağlı mütəxəssis qismində hesabat hazırlamış Türkiyədə fəaliyyət göstərən «Keçili» hüquq bürosu tərəfindən tərtib edilmiş məruzədə də ifadə olunmuşdur. Hər iki «məruzədə» hazırkı işin Türkiyə Respublikasının «Qanuni faiz və dəbbə faizi haqqında» 3095 saylı Qanunu əsasında həll edilməli olduğu göstərilmiş və həmin qanunun tələbləri əsasında ziyanın hansı qaydada hesablanması qeyd edilmişdir. Apellyasiya kollegiyası qeyd edilən «məruzələrdə» göstərilənlərlə razılaşaraq bu qənaətə gəlmişdir ki, hazırkı mübahisə həmin məruzələrdə qeyd edilən hüquq normaları əsasında və orada hesablanmış məbləğlərə uyğun olaraq həll edilməlidir.
52. Bununla be lə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan, iddiaçılar isə tələblərində yalnız 1.575.000 ABŞ dolları gecikdirmə faizlərinin tutulmasını tələb etdiyindən, 10.03.2021-ci il tarixli ekspert məruzəsinin mövcduluğu, tələb edilməyən vəsaitin tutulmasına əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaə tə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Kassasiya şikayətlərinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.
56. Gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.