Məhkəmə qərarları › İş №2(102)-5744/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5744/2021

27.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5744/2021 27.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, tikililərdən öncə mövcud olan vəziyyətin geri qaytarılması və abadlaşdırma aparması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(105)-1164/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək m üəyyən etdim, İşin halları: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin arxa tərəfindən eyvanın önündə qanunsuz olaraq tikdiyi anbarın və bina mülkiyyətçilərinin ümumi mülkiyyətində olan ərazidə tikdiyi 4 otaqlı qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi, Cavabdeh İddiaçı eyvanının önünə düşən və bina mülkiyyətçilərinin ümumi mülkiyyətində olan, hazırda 4 otaqlı qanunsuz tikilinin olduğu hissədə həmin tikililərdən öncə mövcud olan vəziyyətin geri qaytarılması və abadlaşdırma aparması öhdəliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva, iş № 2(012)-386/2020) iddia tələbi qismən təmin edilərək, iddiaçıya məxsus ünvan 1 saylı mənzilin mətbəx tikilisindən açılan pəncərənin qarşısında 3,6.m məsafədə Cavabdeh tərəfindən tikilmiş tikinti 3.20 metr enində və buna perpendikulyar olmaqla boya-boy Cavabdeh öz hesabına sökülməsi və həmin torpaq sahəsi onun tərəfindən əvvəlki vəziyyətinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı Cavabdeh, 50 manatı isə İddiaçı alınaraq dövlət xəzinədarlığı agentliyi 142319 saylı, AZ 34CTRE ********************saylı hesaba köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ap elyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov, S.Qafari) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-386/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(105)-1164/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yenidən ədalətli baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şika yət verə bilərlər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassas iya şikayəti qaytarılır. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblə rinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kasasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(105)-1164/2021 nömrəli qətnamənin surətini cavabdeh 03 may 2021-ci il tarixdə poçt vasitəsilə qəbzi imzalamaqla qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(105)-1164/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş k assasiya şikayəti və dövlət hesabına vəkillə təmin olunması barədə ərizə 10 iyun 2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(105)-1164/2021 nömrəli qərardadı ilə Cavabdeh kasasiya şikayəti tərtib edilməsi və kassasiya şikayətinə vəkilin iştirakı ilə baxılması üçün dövlət hesabına vəkillə təmin olunmuşdur. Qeyd olunan qətnamədən kasasiya şikayəti 12 avqust 2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bu halda işin kassasiya məhkəməsinə göndərilməsi yalnız kassasiya şikayəti verən şəxsin eyni zamanda vermiş olduğu müddətinin bərpasına dair vəsatətinin təmin olunması halında mümkün ola bilədi ki, hazırkı işin halları baxımından isə belə vəsatətin verilməsi və məhkəmə tərəfindən təmin olması müəyyən edilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(105)-1164/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar