Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5745/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X11 xidməti mərkəzinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X11 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-649/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax rayonunun Qoyunbinəsi kəndində yerləşən 0.27 ha torpaq sahəsi və 63.90 kv.m sahəsi olan fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur.
2. X8, 08 avqust 1955-ci il tarixdə X6 evlənmişdir və həmin nikahlarından beş övladları olmuşdur.
3. X8 30 iyun 2016-cı il tarixdə vəfat etmişdir və sağ qalmış vərəsələri: övladları İddiaçı3, X9, Cavabdeh1, X4 və İddiaçı1dır.
4. Cavabdeh1 atası X1 miras qalmış Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir və ona atasından miras qalmış torpaq sahəsinə, fərdi yaşayış evinə və Vaz 21213 minik markalı, ** GL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X11 xidməti mərkəzinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bərabər bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh onlardan xəbərsiz və razılıqları olmadan atalarından qalmış miras əmlakı (Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən iki otaqlı fərdi yaşayış evini) öz mülkiyyətinə keçirmişdir. Cavabdeh özünü tək vərəsə kimi göstərərək mirası qəbul etmişdir.
7. İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, atası ölməmişdən əvvəl onun evində (Yavlax şəhəri, H.Seyidzadə küçəsi 17 saylı ev) yaşamış və atasına özü baxmışdır. Bacısı Əfruz gəlini ilə dolanmadığına görə onun oğlu ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşayır. Mirası faktiki olaraq heç biri qəbul etməmişdir. Lakin Əfruz özünü tək vərəsə kimi göstərərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Atasının ölümündən sonra bacıların hamısının şifahi razılığı əsasında Əfruzun oğlu və gəlini həmin evə köçərək yaşamışdır. Lakin oğlu orada birgə yaşayış qaydalarına riayət etmir. Onun orada yaşaması qonşular tərəfindən də pis qəbul olunur. Əfruz özü həmin evə ayda 1 dəfədə n artıq getməmişdir.
8. İddiaçı2 izahatında bildirmişdir ki, atasına sağlığında İddiaçı1 baxmışdır. Hazırda da miras ona çatmalıdır. Nə onlar nə də cavabdeh vaxtında mirası qəbul etməmişdir. Cavabdehin oğlunun həmin evə köçməsindən xəbərləri olubdur. Onların hamısının şifahi razılığı əsasında Azər həmin evə köçmüşdür.
9. İddiaçı X9 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflərin hamısının ailəsi və öz evləri var. Mirası faktiki olaraq heç biri qanunla müəyyən edilmiş müddətdə qəbul etməyib. Müddəti onlar və cavabdeh də buraxmışdır. Lakin 2019- cu ildə cavabdeh notariusa özünü tək vərəsə kimi göstərərək, adına vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməni alarkən, ona avtomobillə bağlı zəng gəlmişdir. Lakin avtomobil etibarnamə əsasında satılmışd ır və atasına məxsus deyildir. Bu səbəbdən də həmin işə qarışmamışdır. Cavabdehin oğlunun həmin evə köçməsindən xəbəri vardı.
10. Cavabdeh1 nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin atası 2016-cı ildə vəfat edib. Onun ölümündən sonra iddiaçılar mirasla maraqlanmamışlar. Əfruz isə həmin evdə oğlu və gəlini ilə birlikdə bir müddət köçüb yaşamışdır. Əfruz notariusa müraciət edərək, qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmişdir. Yəni mirası həm faktiki, həm də qanuni şəkildə cavabdeh qəbul etmişdir. Hal-hazırda da həmin evdə onun övladı yaşayır. Faktiki olaraq ev bacıların hamısının şifahi razılığı əsasında Əfruza verilmişdir və o da həmin evə oğlu və gəlini yerləşdirmişdir.
11. İddiaçılar tərəfindən iş materiallarına əlavə edilmiş Yevlax rayon Qoyunbinəsi Bə lədiyyəsi tərəfindən 22 iyun 2021-ci il tarixdə verilmiş 147 saylı arayışa əsasən, X8 1994-cü ildən vəfat etdiyi günə kimi İddiaçı1 evində yaşamışdır.
12. Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsi ilə (hakim R. Əlizadə) iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıların vərəsəliyin qəbul edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdən məlumatları olmuş və onlar mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. İddiaçılar atalarının ölməsi məqamına mirası faktiki qəbul etməmişlər, miras əmlakın idarə edilməsində iştirak etməmişlər, mirasın qəbulu ilə bağlı müvafiq ərizə ilə notariat kontoruna müraciət etməmişlər, hüquqlarını rəsmiləşdirməmişlər. Cavabdeh1 iddia çıların razılığı ilə həmin evə yiyələnmiş və həmin evi miras kimi faktiki qəbul etmiş, oğlu ilə gəlini həmin evə yerləşdirmişdir.
14. İddiaçılar mirası qəbul etmədiyinə görə cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yanız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə də iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün əvvəla miras əmlakı qəbul etmələrini sübut etməlidirlər. Lakin iddiaçıların miras əmlakı qəbul etməsi müəyyən olunmur.
15. Buna görə də, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X11 xidməti mərkəzinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi və miras əmlakın bərabər bölünməsi tələbinə dair iddiası rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1159.1.1, 1243.1, 1243.2, 1246-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kons titusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçılar birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişlər ki, məhkəmədə cavabdehin təkzibi bundan ibarət olub ki, guya iddiaçılar miras əmlakı ona vermişlər. Cavadeh öz təkzibini əsaslandıra bilmir ki, hansı əsasla 2016-cı ildə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməmiş, hansı əsasla 3 il sonra notariusa müraciət etmiş və xüsusi ilə hansı əsasla notariusa müraci ət zamanı qanun üzrə vərəsələrin sayı və kimlikləri barədə bilə- bilə yalan məlumat vermişdir. Əgər digər vərəsələr razı idisə, o halda notariusa ərizə verə bilərdilər və yalan məlumat verməyə ehtiyac qalmazdı. Bundan başqa, işin digər halı Cavabdeh1 25 iyul 2019-cu ildə X11 Xidmət mərkəzinə müraciət etməsi ilə bağlıdır. Cavabdeh həmin vaxt ünvan 1 ünvanında yaşamasına baxmayaraq, Yevlax Rayon Notariat kontoruna deyil, X11 Xidmət mərkəzinə müraciət etmişdir. Cavabdeh 25 iyul 2019cu il tarixdə notariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə lazmışdır. Notariat ofisinə müracitə edərkən yalan məlumat verməsi səbəbindən mirası qəbul etmişdir.
18. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(107)-1787/2021 saylı qətnaməsi ilə (h akimlər A. Eyvazov (sədrlik edən və məruzəçi), G.Abbasov və İ.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Məhkəmə kollegiyası Cavabdeh1 25 iyul 2019-cu ildə ünvan 1 ünvanında yaşamasına baxmayaraq, Yevlax rayon Notariat kontoruna deyil, X11 Xidmət mərkəzinə müraciət etməsi, notariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə yazması barədə apelyatorların dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf mirasın qəbulu ilə bağlı istənilən notariat ofisinə müraciət edə bilər. Qanunvericilikdə bununla bağlı hər-hansı bir məhdudiyyət müəyyən edilməmişdir.
20. Bundan başqa, n otariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə yazsa da, məhkəmə kollegiyasının iclasında miras əmlakın məhz iddiaçılar tərəfindən faktiki qəbul edilməsi sübut edilmədiyindən, kollegiya bu faktın heç bir hüquqi əhəmiyyəti qalmadığı qənaətinə gəlmişdir. Belə ki, mirasın faktiki qəbul edilməsi miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulları vasitəsi ilə həyata keçirilir.
21. Qeyd edilənlərin əksinə məhkəmə kollegiyasının iclasında iddiaçılar, xüsusən də İddiaçı1 miras qoyanın vəfatından sonra Ceyhun Səfərovun orada qalmasına üç bacısının etiraz etmədiyini, Musa Səlimovun vəfatından sonra arada bir ehsan vermək məqsədi ilə oraya getdiyini bildirmişdir. Onun miras əmaka faktiki sahiblik etməsi və onu idarə etməsi nə onun tərəfindən, nə də digər iddiaçılar tərəfindən həyata keçirilmədiyi müəyyən edildi. Ona görə də məhkəmə kollegiyası iddia tərəfinin qeyd etdiyi cavabdeh tərəfin rayon inzibati ərazi dairəsindən kənarda yerləşən notariat kontoruna müraciət etmələri və həmin notariar kontorunun notariat işini açdıqdan sonra müvafiq araşdırma apara bilməməsi ilə bağlı dəlilləri ilə razılaşmır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar atalarından qalmış mirası nə faktiki qəbul etmiş, nə miras əmlakın idarə edilməsində iştirak etməmiş, nə də mirasın qəbulu ilə bağlı müvafiq ərizə ilə notariat kontoruna müraciət etmişlər. Bütün bunların əksinə Cavabdeh1 iddiaçıların razılığı ilə həmin evə yiyələnmiş, evi miras kimi faktiki qəbul etmiş, oğlu ilə gəlinini həmin evə yerləşdirmişdir. Kassasiya instansiya məhkəməsind əki birinci icraat
23. İddiaçı1 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmələrə guya miras əmlakın bütün vərəsələrin razılığı ilə ona verilməsini iddia etsə də, cavabdeh öz ziddiyyətli mövqeyi ilə əsassız olmasını təsdiq edir. Belə ki, əgər digər vərəsələr miras əmlakın cavabdehə verilməsinə razı idisə, o halda vərəsələr belə bir razılıqla notariat orqanına razılıq ərizəsi verə bilərdilər. Beləcə cavabdehin yanlış məlumatla notariat orqanını yanıldan ərizə verməsinə ehtiyac qalmazdı. Cavabdeh1 25 iyul 2019-cu il tarixdə X11 Xidmət mərkəzinə müraciət etməklə özündən başqa vərəsə olmamasını qeyd etm əsi, bununla da iddiaçıların qanuni vərəsə kimi hüquqlarının pozulması məhkəmə araşdırması zamanı sübuta yetirilsə də, bu xüsusat nəzərə alınmamışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərin və işin mübahisəsiz hallarına görə İddiaçı1 miras qoyan atasının sağlığında onun bütün əmlakını idarə etməsi, mərhum atası ilə birgə təsərrüfatı idarə etməsi, atasının ölümündən sonra isə miras əmlakı dərhal faktiki qəbul edərək idarə etməsi sübut və təsdiq edilmişdir. Miras əmlakın iddiaçı-kassator tərəfindən faktiki qəbul edilərək idarə etməsi həmin miras evin nəzarətsiz qalmaması üçün ora cavabdehi deyil, cavabdehlə gərgin ailə münasibətlərində olan bacısı oğlunun arvadı (uşaqları) ilə köçürməyə razılıq verməsi ilə təsdiq edilir. Cavabdeh özü miras əmlakı qanunla müəyyən edilmiş müddətd ə nə formal qəbul etməmiş, (notariusa ərizə ilə miras açıldıqdan 3 il sonra müraciət etmişdir), nə də ki, qeyri-formal qəbul etməmişdir. Cavabdeh1 25 iyul 2019-cu il tarixdə X11 Xidmət mərkəzinə müraciət etməklə özünün yeganə vərəsə olmasını yanlış və yalan məlumat qeyd etməklə mərhum X5 məxsus olmuş və miras kütləsi hesab olunan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi, torpaq sahəsi və ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə qanunsuz sahib olmuş, beləcə iddiaçıların mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M. Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) 22 fevral 2022-ci il tarixli, 2(102)-1067/2022 saylı qərarı ilə, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.
26. Kassasiya instansiya məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsi miras əmlakın faktiki qəbulu ilə məsələyə düzgün hüquqi qiymət verməmişdir. Çünki kasassiya yoxlaması nəticəsində iş materiallarında olan tərəflərin, o cümlədən cavabdehin nümayəndəsinin izahatı ilə də müəyyən edilmişdir ki, cavabdehin oğlu miras əmlak olan fərdi yaşayış evinə iddiaçıların şifahi razılığı əsasında köçüb orada yaşamağa başlamışdır.
27. Kassasiya instansiya məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbay can Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, qərarda göstərilən mirasın vərəsə tərəfindən faktiki qəbulunun iki formasından biri olan miras əmlakı faktiki idarə etməyin anlayışı aydın şəkildə izah edilmişdir ki, həmin anlayışda da vərəsənin (vərəsələrin) miras əmlak barədə mülkiyyətçi funksiyasında mənafeyinə uyğun əmlakın saxlanmasını və normal təsərrüfatın aparılmasını təşkil edən hərəkətləri etməsi ehtiva olunmuşdur. İşdən də, xüsusilə izahatlardan da göründüyü kimi, iddiaçılar olan vərəsələr atalarının vəfatından sonra miras əmlakın varlığından hali olmuş, həmin əmlak barədə iradə ifadələrini cavabdehin oğlu olan bacısı oğ lunun ailədaxili münaqişəsinin olmasını nəzərə alıb köçürülməsinə şifahi razılıq vermişlər. Qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum qərarının mövqeyinə uyğun iddiaçıların cavabdehin oğluna münasibətdə hərəkətlərinə nisbətdə uzlaşma apardıqda müəyyən olunur ki, iddiaçılar mülkiyyətçi funksiyasını yerinə yetirməklə cavabdehin oğlunun miras əmlaka köçürülməsinə şifahi razılıq vermişlər və bundan sonra cavabdehin oğlu həmin əmlaka ailə üzvləri ilə köçüb yaşamağa başlamışdır. İşə mahiyyəti üzrə baxmış apelyasiya instansiya məhkəməsi isə bu hallara əhəmiyyət verməmiş, iddiaçıların yuxarıda göstərilən xüsusda miras əmlak üzərində hüquqlarından formal olaraq məhrum edilib-edilməməsini araşdırmamışdır.
28. Kassasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apelyasiya instansiya məhkəmə si cavabdeh tərəfindən miras əmlakı qəbul edərkən notariat orqanına ünvanlandığı ərizənin məzmununu düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan və Cavabdeh1 tərəfindən X11 Xidmət Mərkəzinin Notariat Kontoruna ünvanlanmış ərizədə (səh 62) cavabdeh özündən başqa vərəsələrin olmadığını qeyd etməklə vərəsələrin dairəsini gizlətmiş, bununla da miras əmlakı tək vərəsə olaraq əldə etmişdir. Apelyasiya kollegiyası isə bu hala “cavabdeh notariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə yazsa da, məhkəmə kollegiyasının iclasında miras əmlakın məhz iddiaçılar tərəfindən faktiki qəbul edilməsi sübut edilmədiyindən, bu faktın heç bir hüquqi əhəmiyyəti qalmadığı” kimi qiymət vermişdir.
29. Göründüyü kimi, apelyasiya kollegiyası miras əmlakın iddiaçılar tərə findən faktiki qəbulu ilə bağlı halları düzgün və tam araşdırmadığından bu xüsusatın hüquqi əhəmiyyəti qalmadığını vurğulamışdır. Halbuki, bu faktın özünün də mübahisənin düzgün həllinə böyük hüquqi əhəmiyyəti vardır. Belə ki, əgər cavabdeh iddiaçıların öz könüllü razılıqları ilə miras əmlakdan cavabdehin xeyrinə imtina etmələri qənaətində idisə o, o zaman notariat orqanına miras əmlakı qəbul edib şəhadətnamə əldə etmək üçün müraciət edərkən vərəsələrin dairəsini dəqiq olaraq göstərə, iddiaçılardan daha əvvəl və ya notariat orqanına müraciət etdiyi zaman miras paylarından cavabdehin xeyrinə imtina barədə ərizə ala və notariat orqanına təqdim edə bilərdi. Notariat orqanı da öz növbəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı nda göstərildiyi kimi vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün tədbir həyata keçirməli idi.
30. Apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların və işin hallarının müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
31. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), R.Rövşən və A.Mahmudov) 04 iyul 2022-ci il tarixli, 2(1 07)-649/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsi” və “********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarış” ləğv edilmiş, X3 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evindən paylar bərəbər hissədə bölünməklə vərəsələrin hər birinin payı 1/5 hissədə müəyyən edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi miras əmlakın faktiki qəbulu ilə məsələyə düzgün yanaşmamış və düzgün hüquqi qiymət verməmişdir. Çünki apellyasiya yoxlaması nəticəsində iş materiallarında olan tərə flərin, o cümlədən cavabdehin nümayəndəsinin izahatı ilə də müəyyən edilmişdir ki, cavabdehin oğlu miras əmlak olan fərdi yaşayış evinə iddiaçıların şifahi razılığı əsasında köçüb orada yaşamağa başlamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə və “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad edərək bildirmişdir ki, mirası faktiki qəbul etmə, vərəsənin (vərəsələrin) miras əmlak barədə mülkiyyətçi funksiyasında mənafeyinə uyğun əmlakın saxlanmasını və normal təsərrüfatın aparılmasını təşkil edən hərəkətləri etməsini ehtiva edir. İşdən də, xüsusilə izahatlardan da göründüyü kimi, iddiaçılar olan vərəsələr atalarının vəfatından sonra miras əmlakın varlığından hali olmuş, həmin əmlak barədə iradə ifadələrini cavabdehin oğlu olan bacısı oğlunun ailədaxili münaqişəsinin olmasını nəzərə alıb köçürülməsinə şifahi razılıq vermişlər.
34. Qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum qərarının mövqeyinə uyğun iddiaçıların cavabdehin oğluna münasibətdə hərəkətlərinə nisbətdə uzlaşma apardıqda müəyyən olunur ki, iddiaçılar mülkiyyətçi funksiyasını yerinə yetirməklə cavabdehin oğlunun miras əmlaka köçürülməsinə şifahi razılıq vermişlər və bundan sonra cavabdehin oğlu həmin əmlaka ailə üzvləri ilə köçüb yaşamağa başlamışdır. Həmçinin adıçəkilən Pl enum qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.
35. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi isə bu hallara əhəmiyyət verməmiş, bu hallarla bağlı hər hansı hüquqi dəyərləndirmə həyata keçirib hüquqi qiymət verməmiş, iddiaçıların yuxarıda göstərilən xüsusda miras əmlak üzərində hüquqlarından formal olaraq məhrum edilib-edilməməsini araşdırmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi cavabdeh tərəfindən miras əmlakı qəbul edərkən notariat orqanına ünvanlandığı ərizənin məzmununu düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan və Cavabdeh1 tərəfindən X11 Xidmət Mərkəzinin Notariat Kontoruna ünvanlanmış ərizədə (səh 62) cavabdeh özündən başqa vərəsələrin olmadığını qeyd etməklə vərəsələrin dairəsini gizlətmiş, bununla da miras əmlakı tək vərəsə olaraq əldə etmişdir. Birinci instansiya məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməmişdir. Buna görə də iddia tələbi təmin edilməlidir. Ona görə də kollegiya hesab edir ki, «q anun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnamə ləğv edilməlidir.
36. Buna görə də “qanun üzrə vərəsəlik hüququ haqqında” 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnamə ləğv edilməli, onun əsasında verildiyindən “********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarış” da ləğv edilməli, miras qalmış əmlakdan paylar bərabər hissədə bölünməklə vərəsələrin hər birinin payı 1/5 hissədə müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia çılar atalarının ölməsi məqamına mirası faktiki qəbul etməmiş, miras əmlakın idarə edilməsində iştirak etməmiş, mirasın qəbulu ilə bağlı müvafiq ərizə ilə notariat kontoruna müraciət etməmiş və hüquqlarını rəsmiləşdirməmişlər. İddiaçılar hər bir halda mirası faktiki və sənəd üzərində qəbul etməkdən imtina etmişlər. İddiaçılar mirası qəbul etmədiyinə görə cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yanız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə də iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün ilk növbədə miras əmlakı qəbul etmələrini sübut etməlidirlər. Lakin iddiaçıların mirası əmlakı qəbul etməsi müəyyən olunmur. Məhkəmə işin hallarını MPM-nin 9-cu və 220.1-ci maddəsini nəzərə almadan, məhkəmə baxışı zamanı tərəflərin izahatlarını, təqdim olunan sübutları, mülahizələri düzgün araşdırmadan qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə yalnız bir əsasla - cavabdeh tərəfindən X11 Xidmət Mərkəzinin Notariat Kontoruna ünvanlanmış ərizədə (səh.62) başqa vərəsələrin olmadığını qeyd etməklə vərəsələrin dairəsini gizlətməsini əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə iddiaçıların mərhum atalarına məxsus torpağa, fərdi yaşayış evinə bacıları Cavabdeh1 faktiki sahiblik etdiyini bildiklərini qeyd etmələrini, mirasla bağlı ataları vəfat etdikdən sonra hər hansı tələbləri olmadığını demələrini və bu günə kimi niyə hər hansı iddia tələblərinin irəli sürmələrini əsaslandırmamaları nı, həmçinin mərhum atalarına məxsus avtomobillə bağlı alınmış vərəsəlik şəhadətnaməsi barədə məlumatlarının olmasını demələrini nəzərə almadan izahatları qərəzli olaraq iddiaçıların xeyrinə şərh etməklə yalnız bir əsasla iddiaçıların iddiasının təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
39. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar ailə həyatı qurduqdan sonra həmin ünvandan qeydiyyatdan çıxmaqla, başqa yerdə yaşamışlar və onlar atasının vəfatından sonra mirası qəbul etməsi ilə bağlı sübutlar təqdim etməmişdir Məhkəmələr tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmiş, ümumiyyətlə mirasın qəbul edilməsi ilə bağlı hansı sübutların mövcud olması və olması ilə bağlı heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
42. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
43. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra d oğulmuş uşaqları ola bilərlər.
44. Maddə 1145. Miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
45. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
46. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
47. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.
48. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.
49. Maddə 1243.2. Vərəsə mirasın açıldı ğı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
50. Maddə 1246. Vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir
51. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
52. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməs i barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. İddia tələbi miras əmlakın bölünməsi ilə bağlıdır və işə baxmış apelyasiya instansiyası məhkəməsi də iddianın həllinə Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarını tətbiq etmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliklə bağlı Mülki Məcəllənin müddəalarının təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanu n üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
64. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qe yri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.
65. İşə baxmış apelyasiya instansiyası məhkəməsi bu baxımdan işin hallarını araşdırmış və iddiaçıların miras qalmış əmlakı faktiki qəbul etdiyini müəyyən etmişdir.
66. Kassatorun dəlilləri əsasən mirasın qəbul edilməsi ilə bağlı məhkəmənin sübutlara düzgün qiymət verməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bildirir ki, kassatorun bu dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərdir. Həmin dəlillər üzrə kassasiya icraatında a raşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-649/2 022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.