Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-575/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 YYY və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 YYY və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5634/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 24 yanvar 2023 -cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İddiaçı1 YYYnun ögey bacısıdır. 2. 13.12.1994-cü il tarixdə, 1527 saylı şəhadətnamə ilə qeydiyyata alınmış "xxxx" MMC-nin 01 aprel 2005-ci il tarixində təsdiq olunaraq qeydə alınmış yeni redaksiyada nizamnaməsinə əsasən MMC-nin iki təsisçisi var: hər birinin payı 50% olmaqla İddiaçı1 və İddiaçı2.
3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2006 tarixli, 000132 nömrəli şəhadətnaməsinə əsasən, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 150.4 kv.m-lik qeyri-yaşayış sahəsi üzərində hüquqları vardır.
4. İddiaçı1 və İddiaçı2, Cavabdeh ilə Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 3m -350 nömrəsi ilə reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsi bağlayaraq, "xxxx" MMC-nin nizamnamə kapitalında hər birinə məxsus 50% payı hər biri 5 manata Cavabdeh satmışdır.
5. Hazırki mübahisə həmin alğı-satqı müqaviləsinin qanunsuz olması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 YYY və X11 (bundan sonra – iddiaçılar) birgə iddia ərizəsi və sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 54 saylı notariat kontorunda cavabdeh X8 (bundan sonra – cavabdeh) ilə aralarında bağlanmış 11 avqust 2020-ci il tarixli, 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçılar tələbini belə əsaslandırıblar ki, göstərilən alğı-satqı müqaviləsi hədə təsiri altında, yəni onların həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan bağlanmışdır. "xxxx" MMC-nin yeni redaksiyada Nizamnaməsinin 6.2 və 6.3-cü bəndlərindən görünür ki, MMC-nın nizamnamə kapitalı 5.000 (beş min) manat həcmindədir, hər biri 2.500 (iki min beş yüz) manat olmaqla 2 paydan ibarətdir və hər birinə bir pay, yəni nizamnamə kapitalının 50%-i məxsusdur. Notariat işində olan "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, hər birinin payı 5 (beş) manata cavabdehə satılmışdır. İddiaçılar 16 il ərzində qanuni əsaslarla təsisçisi olduqları "xxxx" MMC-nin nizamnamə kapitalında olan paylarını həqiqi iradə sərbəstliyi və könüllü niyyətləri olmadan beş manata satmaql a 708.000 manat bazar dəyəri olan əmlak kompleksi üzərində olan hüquqlarını da özgəninkiləşdirilib. Hansı ki, hər birinin MMC-nin nizamnamə kapitalında olan paylarına düşən əmlak hissəsi 404.000 manat təşkil edir. 11 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsi satıcı olaraq iddiaçılar tərəfindən uzun illər ərzində mühacirətdə yaşayan YYYin (iddiaçılardan İddiaçı1 doğma atası, İddiaçı2 isə doğma əmisidir) 15 iyul 2020-ci il tarixdə Azərbaycana qayıtmasından sonra bilavasitə onun (eləcə də həmin əmlakda marağı olan cavabdeh ögey bacının və onun həyat yoldaşının) hədə təsiri altında, yəni onların həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan təsir, təzyiq, hədə və şantajlarına məruz qalması səbəbindən bağlanmışdır. Hansı ki, onların həqiqətən belə bir fikirləri və həqiqi niyyətləri olsa idi, həmin alğı-satqını YYY Azərbaycana qayıtmazdan əvvəl həyata keçirərdilər. Göründüyü kimi, alğı-satqı müqaviləsi bilavasitə YYYin və İddiaçı1 ögey bacısı olan cavabdehin iradəsinə uyğun olmaqla bağlanmışdır, yəni onlar, belə bir müqavilə bağlamaqla öz istəklərini yox, YYYin istəyini həyata keçirməyə məcbur olmuşlar (YYY alğı-satqıdan 29 gün sonra, yəni 09 oktyabr 2020-ci ildə qəflətən vəfat etmişdir). Cavabdeh və onun həyat yoldaşı şantaj üsullarına əl atmış, YYYin adından Azərbaycan Respublikasının Baş prokuroru, Daxili İşlər nazirinə və qeyri şəxslərə ünvanlanmış şantaj xarakterli ərizənin fotoşəklini “WhatsApp” vasitəsilə göndərmişlər. Habelə, cavabdehin həyat yoldaşı da “WhatsApp” yazılarında təhdid və şantaj xarakterli ifadələr işlətmiş, "vəkili tərəfindən istintaqa verilmə si üçün bütün sənədlərin yığıldığını" bildirmişdir. Odur ki, iddiaçılar onlara qarşı edilən təzyiqlərdən, o cümlədən, yuxarıda göstərilən ərizədə və “WhatsApp” yazılarında yazılan ittihamlardan ehtiyat edib çəkinmiş, ən azından həmin şantaj xarakterli şikayətdə göstərilən hər hansı bir cinayət xarakterli əməlin barələrində yayılacağından, hüquq mühafizə orqanlarına çağırılacaqlarından, bununla da, qohumlar və dost-tanışlar arasında hörmət və nüfuzlarını itirəcəyindən qorxmuşlar. İddiaçı1 həm də iş yerində nüfuzunu, nəticə etibarilə isə işini itirəcəyindən qorxaraq mübahisəli alğı-satqı müqaviləsini bağlamağa məcbur olmuşdur. Belə ki, İddiaçı1 artıq 20 ildir ki, “BP EKSPLOREYŞN (KASPİAN Sİ)” LTD şirkətində fasiləsiz olaraq çalışır və həmin şirkətdə etibar və nüfuz sahibidir.
8. İddiaçılar t ələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.4, 339.1 və 339.4-cü maddələrinə istinad etmişlər.
9. İş üzrə şahid X12 bildirmişdir ki, YYYi 1971-ci ildən tanıyır, onun ilk müdiri olmuşdur, İddiaçı1 balacalıqdan tanıyır. Ata-oğul arasında heç vaxt mübahisə olmamışdır. X14 cinayət təqibi ilə bağlı ölkədən getmişdir. 20 ildən sonra YYYin dəvəti ilə Mərdəkana getmiş və onunla görüşmüşdür. Görüş zamanı MMMvə onun əri YYYi bir dəqiqə belə tək qoymamışlar. Söhbətin gedişində seyfdən pul oğurlandığını, hətta Feliksin açar üçün onu göndərdiyini demişlər. O heç vaxt belə bir mübahisənin olacağını düşünməmiş, YYYdən belə bir şey gözləməmişdir. 20 il bundan əvvəlin seyfindən 20 il sonra hansısa pulu axtarırlar. O, Feliksdən az qala 20 yaş böyükdür. Açar üçün göndəriləcək uşaq deyildi. YYYİ ddiaçı1i də, onu da tutduracağını demişdir. O, YYYdən belə sözlər eşidəcəyini təsəvvür belə etməmiş, onun necə dəyişdiyini, necə öyrədildiyini anlamamışdır. O Nadirdən inciyərək çıxıb getmişdir. Bir həftə sonra yenidən ona zəng edib bağ evinə çağırmışdır. Bu zaman isə V.V.Vorada olmamışdır. Bu zaman da MMMvə onun yoldaşı Nadiri tək qoymamışlar və bütün dialoqlar pul və obyekt üzərində olmuşdur.
10. İş üzrə şahid X4 bildirmişdir ki, o, YYYin xalası qızıdır. Münasibətləri hər zaman yaxşı olmuş, lakin YYY cinayət işi ilə bağlı ölkədən getmişdir. 20 il sonra İddiaçı2 onu YYYi görməyə bağ evinə aparmışdır. Bağa girən zaman MMMatasının yatdığını bildirmişdir. Lakin içəri keçərək Nadirin yatmadığını görmüşdür. YYYonu gördükdə çox sevinmişdir. Felikslə atası arasında həmişə isti münasibətlər olmuş dur. Onların arasını MMMvurmuş, atasını Feliksə qarşı doldurmuşdur. Sonradan YYY2 dəfə onlara qonaq gəlmişdir. O zaman YYYona Felikslə Aydının oğurluq etdiyini demişdir. MMMatasına baxmamış, onu xəstəxanaya yerləşdirmişdi. Əməliyyat olunandan sonra da YYYvəfat etmişdir.
11. Cavabdehin nümayəndəsi (vəkil) iddiaya etiraz edərək göstərib ki, iddiaçıların onlara hədə-qorxu gəlinməsi barədə müraciətləri əsasında cinayət işinin başlanması rədd edilib. İddiaçılar notariusda ərizə yazaraq "xxxx" MMC-dəki paylarını cavabdehə satmalarını, tələblərinin olmayacağını bildirmişlər. Bu onların iradə ifadələrini bildirir. Beləliklə bağlanan alğı-satqı müqaviləsi tam qanunidir. Məhkəmə iclasında dindirilən şahidlər iddiaçılara təzyiq göstərilməsinə şahid olmaları barədə ifadə vermədilər. Əgər İddiaçı2 təzy iq altında müqaviləni imzalayıbsa, bəs İddiaçı2 yoldaşı nə səbəbə müqaviləni imzalayıb, məlum deyil. Nizamnamə kapitalının 5000 manat olmasına gəldikdə, bu, köhnə Azərbaycan manatı ilə 5 manat edir.
12. Ağayev Nadiroviçin sifarişi əsasında "xxxx"- L MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə hesabatda ünvan 1 ünvanında 1787.3 kv.m torpaq sahəsində yerləşən 150.4 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 708.000 manat müəyyən edilmişdir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-1092/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 YYY və İddiaçı2 ilə Cavabdeh arasında Bakı şəhəri 54 saylı notariat kontorunda imzalanan 11 avqust 2020-ci il tarix li, 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu cavadehdən iddiaçıların xeyrinə tutulmuşdur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. İddiaçılar əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edirlər. Onlar bildirirlər ki, mübahisələndirilən müqavilə onların iradə ifadəsinə uyğun bağlanmamışdır.
15. Mülki Məcəllənin 339.4-cü maddəsindən göründüyü kimi, əqd tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu al tında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə, mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir.
16. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı alğı-satqı müqaviləsini bağlayarkən onun iradə ifadəsinin həqiqi məzmunu pozulmuşdur. Alğı-satqı müqaviləsi bağlanarkən hüquqi niyyətinin olmaması halı da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan yazışmalardan görünür ki, iddiaçının atası və ögey bac ısı onu ittiham edəcəklərini bildirmişlər və bu səbəbdən iddiaçı nüfuzuna ləkə düşməsin deyə əqdi bağlamışdır.
17. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, alğı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməsi də öz təsdiqini tapmamışdır.
18. Həmçinin, birinci instansiya məhkəməsinin mövqeyinə görə alğı-satqı müqaviləsində nəzərdə tutulmuş alğı-satqı predmetinin qiymətindən də görünür ki, müqavilə formal olaraq bağlanmış, o cümlədən razılaşdırılmış məbləğ ödənilməmişdir. Həmçinin, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüq uqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Lakin sözügedən alğısatqı müqaviləsinin bağlanması zamanı alğı-satqı predmetinin nizamnamə kapitalındakı payların sahibləri İddiaçı1 YYY və İddiaçı2 iradə ifadələri olmamışdır. Göstərilən hallar müqavilənin etibarsız olmasına dəlalət edir.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 93.3, 96.1, 337.1, 337.4, 339.4, 354.1, 354.2, 404, 567-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10460/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov, A.Tanrıverdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhə ri Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 saylı iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların mübahisələndirdikləri əqdi bağlamaqda həqiqi iradə ifadəsinin, başqa sözlə, onların arzu olunan hüquqi həticənin əldə olunmasına yönələn istəklərinin olmadığı onların öz izahatları, şahid ifadələri, yazışmalar, MMC-nin real qiyməti ilə alğı-satqı müqaviləsində göstərilən məbləğ arasında olduqca böyük fərqin olması, habelə alğı-satqı müqaviləsi bağlansa da, MMC-nin heç vaxt alıcıya təhvil verilməməsi və bu gün də həmin obyektin iddiaçılarda qalması faktı ilə aşkar təsdiq olunur.
22. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1, 339.4, 354.2, 324.5, 404-cü maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi əqdin məcburetmə nəticəsində bağlanıb-bağlanmamasına qiymət verməmişdir. Müqavilə tərəflərin iradə ifadəsi nəticəsində bağlanmışdır. Şahid ifadələri mötəbər sübut deyil, çünki onlar yalnız eşitdiklərini danışmışlar. Müqavilənin hədə-qorxu altında bağlanması inandırıcı deyil, çünki hədə-qorxu cinayət əməlidir və buna dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Müqavilənin qiyməti MMC-nin iştirakçılarının nizamnamə kapitalındakı mayaya uyğun formalaşdırılmışdır. Müqavilənin etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyi qüsurludur. Belə ki, həmin rəydə 1787,3 kv.m. torpaq sahəsinin olması göstərilmiş və qiymətləndirilmişdir. Halbuki Cəmiyyətin mülkiyyətində heç vaxt həmin ölçüdə torpaq sahəsi olmamışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli, 2(102)-2918/2022 saylı qərarı ilə (hakimlər A.Abbasov, E.Şamayev və E.Vəliyeva) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10460/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işdəki sübutları sadalayaraq, həmin sübutlar əsasında nəinki iddiaçıların ist inad etdikləri halı, hətta işin hər hansı halını müəyyən etmədən alğı-satqı müqaviləsi bağlanarkən iddiaçının iradə ifadəsinin həqiqi məzmunun pozulması nəticəsinə gələrək, mübahisəyə Mülki Məcəllənin 339.4-cü maddəsini tətbiq etməklə iddianı təmin etmişdir. Halbuki, hakim məhz sübutların qiymətləndirilməsinin nəticəsi olaraq iş üçün əhəmiyyəti olan halları müəyyən etməklə mübahisəyə hüquq normasını tətbiq etməlidir. Bu tələb MPM-in 218.1-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bir inci instansiya məhkəməsi hədə-qorxunun nədə ifadə olunması və bunun iddiaçıları müqaviləni bağlamağa vadar edən real hədə olmasına dair hər hansı hala aydınlıq gətirməyib.
27. Birinci instansiya məhkəməsi yalnız İddiaçı1 atası və ögey bacısının onu ittiham edəcəklərini bildirməsi və bu səbəbdən iddiaçının nüfuzuna ləkə düşməmək üçün müqaviləni bağlamağa məcbur olması kimi ümumi sözlərə istinad edib. Əvvəla, Mülki Məcəllənin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin x arakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Həmçinin, məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Yəni istənilən məcburetmə halına istinad e dib əqdin etibarsız sayılmasını tələb etmək olmaz. Məcburetmə o zaman əqdin etibarsızlığına səbəb olur ki, bu, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə olsun. Lakin birinci instansiya məhkəməsi iddianı Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən təmin edərkən tələblərinin əsası kimi iddiaçıların istinad etdikləri hədə-qorxunun xaraktercə onlara təsir edə bilən və real olub-olmamasına qiymət verməmişdir. İşin bu hallarını müəyyən etmədən isə Mülki Məcəllənin 339.4-cü maddəsinin tətbiqi əsaslı sayıla bilməz. Çünki həmin normanın tətbiqi normanın özündə sadalanan dispozitiv şərtlərin müəyyən edilməsindən asılıdır. Həmçinin, iddiaçıların istinad etdikləri hədə-qorxu halı mövcud olubsa, bu hədənin (hansısa əməldə ittiham edilmə, nüfuza ləkə düşməsi) mahiyyətinə görə hələ də qalması ehtimalı var idi. Bu məsələyə aydınlıq gətirilməyib. Bu baxımdan, bir tərəfdən müqavilənin hədə-qorxu təsiri altında bağlanmasına istinad edib, digər tərəfdən də həmin hədənin mövcud olub-olmamasına aydınlıq gətirmədən müqavilənin etibarsızlığının tələb edilməsi ziddiyyət yaradır.
28. Bundan başqa, iddiaçılardan birinə – İddiaçı1 münasibətdə onun atası və ögey bacısı olan cavabdehin onu ittiham edəcəklərini bildirməsi və bu səbəbdən iddiaçının nüfuzuna ləkə düşməmək üçün müqaviləni bağlamağa məcbur olması göstərilsə də, digər iddiaçıya münasibətdə hansı hədənin olması və onun xarakteri ümumiyyətlə, müəyyən edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi alğı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93. 3-cü maddəsinə əməl edilməməsinə də əsaslanmışdır. Qeyd edilən norma MMC-nin iştirakçılarının digər iştirakçının payını satın almaqda üstünlük hüququnu müəyyən edir. Hazırkı işdə iddiaçılar təsisçiləri olduğu MMC-nin payını cavabdehə satdıqlarını mübahisələndirlər. Bu halda cəmi iki təsisçinin olduğu MMC-də payın alğı-satqısı zamanı Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməməsinin nədə ifadə olunması məlum deyil və bu baxımdan, qeyd edilən normaya istinad edilməsi işin hallarına görə ziddiyyətli olub. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi bu pozuntulara diqqət yetirməmiş, üstəlik, iddiaçıların mübahisələndirdikləri əqdi bağlamaqda həqiqi iradə ifadəsinin, başqa sözlə, onların arzu olunan hüquqi nəticənin əldə olunmasına yönələn istəklərinin olmaması, bu faktın onların öz izahatları, şahid ifadələri, yazışmalar, MMC-nin real qiyməti ilə alğı-satqı müqaviləsində göstərilən məbləğ arasında olduqca böyük fərqin olması, habelə alğı-satqı müqaviləsi bağlansa da, MMC-nin heç vaxt alıcıya təhvil verilməməsi və bu gün də həmin obyektin iddiaçılarda qalmasına istinad etmişdir. Əvvəla qeyd edilməlidir ki, istinad edilən yazışmaların məzmunu, yazılma tarixi, şahid ifadələrinin məzmunu və s. ilə bağlı hər hansı dəyərləndirmə aparılmadığı üçün həmin sübutların qiymətləndirilməsini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hesab etmək olmaz. Bundan başqa, qeyd edilən hallar iddianın hüquqi əsası olan Mülki Məcəllənin 339.4-cü maddəsinin tələbləri, yəni hədənin xarakteri, onun müqavilənin bağlanmasına təsir edə biləcək səviyyədə real olub-ol maması kontekstində (bu zaman tərəflərin yaşı, cinsi, həyat şəraiti nəzərə alınır) qiymətləndirilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5634/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.
30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 339.4-cü maddəsinə istinad edərək, iddiaçının alğı-satqı müqaviləsini bağlayarkən onun iradə ifadəsinin həqiqi məzmununun pozulmasına dair mövqeyi əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd e dilən nəticəyə gələrkən iş materiallarında olan sübutları kifayət qədər araşdırmamış, hədə qorxunun nədə ifadə olunması və bunun iddiaçıları müqaviləni bağlamağa vadar edən real hədə olmasına dair hər hansı hala aydınlıq gətirməmiş, həmçinin, bu hallar hazırkı apelyasiya baxışında da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi yalnız İddiaçı1 atası və ögey bacısının onu ittiham edəcəklərini bildirməsi və bu səbəbdən iddiaçının nüfuzuna ləkə düşməmək üçün müqaviləni bağlamağa məcbur olması kimi ümumi sözlərə istinad etmişdir. Digər tərəfdən, apellyasiya baxışı zamanı iş materiallarının tədqiqi zamanı mübahisələndirilən müqavilənin etibarsızlığına səbəb olan hədə-qorxunun real olması ilə bağlı hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır.
31. Bundan başqa, cavabdehin məhkəməyə təq dim etdiyi Bakı şəhəri Nəsimi RPİnin İŞ-nin baş müstəntiqi Murad Mustafayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 müraciətləri əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh və onun əri Rövşən Hüseynovun hədə-qorxu gəlməklə İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-də olan paylarını tələb etmələri, onlar haqqında rüsvayedici məlumatları yayacaqları barədə faktlar təsdiq olunmadığından həmin müraciət əsasında cinayət işinin başlanması rədd edilmişdir.
32. Qeyd edilən qərar hazırda da qüvvədə olduğundan, kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş qərar ilə iddiaçıların iddialarında qeyd etdikləri cavabdeh tərəfindən hədə-qorxu gəlinməsi barədə fakt öz təsdiqini tapmamışdır.
33. Birinci instansiya mə hkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin nizamnaməsinin 6.13-cü bəndindən görünür ki, MMC-nin iştirakçılarının nizamnamə kapitalındakı paylarının özgəninkiləşdirilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyi əsasında həyata keçirilir. Payın özgəninkiləşdirilməsi zamanı cəmiyyətin iştirakçıları həmin payı almaqda üstünlük hüququna malikdirlər. İş materiallarından isə alğı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməsi öz təsdiqini tapmamışdır.
34. Kollegiya hesab etmişdir ki, bu hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 93.3-cü maddəsi MMC-nin iştirakçılarının digər iştirakçının payını satın almaqda üstünlük hüququnu müəyyən edir. Hazırkı işdə iddiaçılar təsisçiləri olduğu "xxxx" MMC-nin payını cava bdehə satdıqlarını mübahisələndirirlər. Bu halda cəmi iki təsisçinin olduğu MMC-də payın alğı-satqısı zamanı Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməməsinin nədə ifadə olunması məlum deyil. İş materiallarında olan kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin 50% payları olmaqla iki təsisçisi vardır: İddiaçı1 və İddiaçı2.
35. Kollegiya qeyd etmişdir ki, MMC-ni satarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 MMCnin paylarını təklif edəcəkləri üstünlük hüququ olan üçüncü bir təsisçisi olmadığından, alğısatqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməsi arqumenti əsassızdır. Beləliklə, işin hallarını araşdıran kollegiyanın qənaəti ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 339.4-cü maddəsində sadalanan dispozitiv ş ərtlər müəyyən edilmir. Kollegiya hesab etmişdir ki, mübahisələndirilən əqdin etibarsızlığına əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadığından iddia əsasızdır və təmin oluna bilməz.
36. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.2, 339.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
37. İddiaçılar qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
38. İddiaçı1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 3 24, 337.1, 337.2-cü maddələrini, Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarında, habelə “T. Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında ifadə olunmuş hüquqi mövqeləri, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 100-cü maddələrini düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən iş üzrə müəyyən edilmiş həqiqi hallara və sübutlara qətiyyən əhəmiyyət verməmiş, alğı-satqı müqaviləsinin iddiaçının iradə ifadəsi və könüllü niyyəti olmadan bağlandığına bi lavasitə dəlalət edən həmin hallara düzgün hüquqi qiymət verməmiş, formal və subyektiv mülahizələr əsasında onları əksinə yozmuşdur. İş materiallarından bilavasitə görünür ki, 14 il ərzində iddiaçının mülkiyyəti olmuş əmlak, sərbəst və könüllü iradə ifadəsi əsasında yox, uzun illər ərzində mühacirətdə yaşayan atası YYYin Azərbaycana qayıtmasından sonra həm onun, həm də həmin əmlakda marağı olan ögey bacısının (cavabdehin) və onun həyat yoldaşının təsir, təzyiqi, hədə və şantajlarına məruz qalması səbəbindən cavabdehə satılmışdır. Hansı ki, iddiaçının həqiqətən belə bir fikri olsa idı, həmin alğı-satqı müqaviləsini atası YYY Azərbaycana qayıtmazdan əvvəl həyata keçirərdi. İddiaçının birdən-birə belə bir alğısatqı müqaviləsi bağlamasının həqiqi səbəbləri məhkəmə araşdırması zamanı birmənal ı olaraq müəyyən edilsə də, məhkəmə iddiaçının pozulmuş hüququnun bərpasını təmin etməmiş, iradəsinə uyğun olmadan bağlanmış alğı-satqı müqaviləsini tamamilə əsassız olaraq iddiaçının “iradəsinə uyğun olaraq bağlanmış” hesab etmişdir. Apellyasiya instansiyası tərəfindən Bakı şəhər Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Murad Mustafayevin xx.xx.2022- ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad edərək cinayət işinin rədd olunması əsası ilə cavabdeh tərəfindən hədəqorxu gəlinməsi barədə faktın öz təsdiqini tapmaması qərarına gəlmişdir. Halbuki, mülki hüquqda hədə-qorxu anlayışı ilə cinayət hüququnda hədə-qorxu fərqi şəkildə öz əksini tapmışdır. Mülki Məcəllədə bu hal 339-cu maddənin təsiri altına düşürsə, Cinayət Məcəlləsində 182-ci və digər maddələrlə nəzər də tutulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, istinad olunan Bakı şəhər Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda “Toplanmış materialdan göründüyü kimi, X2 V.V.VNadiroviçə və İddiaçı2 onlar barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizələri ilə müraciət edərək onları həbs etdirəcəyini bildirməklə, İddiaçı2 və İddiaçı1 məxsus "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən 150,4 kv.m qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında istifadədə olan 0,21079 ha torpaq sahəsində yerləşən 2309 kv.m ümumi, 765,1 kv.m əsas, 1543,9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni (“Mayak” avtotexniki xidmət müəssisəsi) Cavabdeh adına rəsmiləşdirilmələrini tələb etmişdir. Belə ki, YYY Azərb aycan Respublikasının Baş Prokurorluğuna yazdığı şikayət ərizəsinin şəklini “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə İddiaçı1 və İddiaçı2 göndərməsi üçün qohumları X3 göndərmiş, sonuncu da öz növbəsində ərizəsini “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə İddiaçı1 göndərməklə YYYin tələbi barədə məlumat vermişdir” göstərilmişdir. Bu hal Bakı şəhər Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallarıdır və sübut növü olaraq qəbul edilməli idi. Hazırki işin icraatı dövründə işə baxılan zaman ifadə vermiş şahidlərin hamısı (İddiaçı2, Rasim Rzayev, Rəfıqə Mədətova və Layiq Mehdiyev) N.Ağayevin Azərbaycana qayıtmasından sonra onunla ərizəçi arasında münasibətlərin gərgin olmasını, N.Ağayevin Ərizəçiyə qarşı müxtəlif ittihamlar irəli sürməsini, o cümlədən, onun seyfindən pul o ğurlamasını, ona məxsus əmlakları satmasını və s. bu kimi ittihamlar irəli sürməsini və həmin əməlləri barədə məlumatları cəmiyyətdə yaymaqla rüsvay edəcəyi və hüquq-mühafizə orqanlarına şikayət edəcəyi ilə hədələməsini təsdiq etdilər. Şahidlər həmçinin Mədinənin və onun həyat yoldaşının da işdə aktiv iştirakı barədə faktlara istinad etdilər. Bundan əlavə iddiaçılar tərəfindən məhkəməyə digər sübutlar- "Whatsapp" yazışmaları da əlavə edilmişdi. Həmin yazışmalar Cavabdeh həyat yoldaşı Rövşən Hüseynova aid (+994 50 333 1188) və İddiaçı2 aid (+994 55 778 0030) telefonlardan aparılmışdı və yazışmaların mətnindən Cavabdeh həyat yoldaşı Rövşən Hüseynov tərəfindən ərizəçiyə və İddiaçı2 edilən hədə-qorxular açıq-aşkar görünür. Ərizəçi həmçinin N.Ağayevin Özbəkistan Respublikasında uzun illər ərzin də yaşadığı zaman vətəndaş nikahında olduğu arvadı X1 yazılı və video müraciətini də məhkəməyə təqdim edib. Həmin yazılarda da ərizəçi ilə N. Ağayevin və cavabdehin münasibətlərinin pis olması təsdiq edilirdi. İş üzrə vacib vurğulanmalı hallardan biri də cavabdeh göstərilən alğı-satqının, analoji iş üzrə bağışlanmanın, ögey qardaşı və əmisi oğlu tərəfindən 800.000 manat dəyəri olan avtoservisin ona 5-10 manata satılmasını, Sahil qəsəbəsində yerləşən iki milyon manatdan çox qiyməti olan “Mayak” avtotexniki xidmət məntəqəsinin bağışlanmasının hansı səbəblərdən baş verməsini izah edə bilməmişdir. Cavabdeh yalnız iddiaları qəbul etməmişdir. Nəzərə alınmamışdır ki, cavabdeh məhkəmədə müəyyən edilmiş sübutlarla da bağlı həmin sübutları təkzib edən heç bir dəlil göstərməmişdir.
39. İddiaçı2 (Vəki l2) tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri yuxarıda göstərilən kassasiya şikayətinin dəlilləri ilə eyni məzmundadır ( bənd 31). b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
42. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
43. Maddə 339.4. Əq di bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilmə si üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiya sı məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Baxılan iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 337-ci maddəsi təşkil edir.
57. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) i ştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
58. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.
59. Baxılan işdə iddiaçılar onların təsir altında olması səbəbindən müqaviləni bağlamağa məcbur edildiyini əsas tutaraq müqaviləni mübahisələndir ir. Mülki Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, həmin hərəkətlərin üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas olur. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
60. Bu normadan göründüyü kimi, alğı-satqı müqaviləsi tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir.
61. Konstitusiya Məhkəməsinin Plenumu “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının K onstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
62. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasın ın onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
63. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
64. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarının bu əsaslar üzrə araşdırmış və mübahisələndirilən müqavilənin etibarsızlığına səbəb olan hədə-qorxunun real olması ilə bağlı hər hansı bir mötəbər sübut müəyyən etməmişdir (bu qərarın 30-cu paraqrafı).
65. Kassatorun mülki hüquqda hədə-qorxu anlayışı ilə cinayət hüququnda hədəqorxunun fərqi şəkildə öz əksini tapması barədə dəlili qətnamənin ləğvinə əsas vermir. Çünku həm polis idarəsinə yazdığı ərizədə, həm də hazırki iddia tələbində məruz qaldıqları eyni təsir faktını göstəriblər.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
67. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5634/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.