Məhkəmə qərarları › İş №2(102)-5752/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5752/2020

23.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5752/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, Cavabdeh1 İddiaçıqarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi və qanunsuz tikilinin sökülməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı X5 və onun vəkili X1, Cavabdeh1 vəkili X6, Digər Cavabdeh2 nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-567/2020 nömrəli iş üzrə xx xxx x 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına 2014-cü il tarixdə tərtib olunmuşdur; Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx xxxx 2005-ci il tarixli, FM seriyalı 032696 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 7 otaqlı 119,4 kvadrat metr yaşayış sahəsi, 190 kvadrat metr ümumi sahəsi o lan 111 nömrəli fərdi yaşayış evi Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququ ilə 66 nömrəli reyestr kitabında 10012 nömrəli səhifəsində qeydiyyatdan keçirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx xxxx 2014-cü il tarixdə tərtib olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxx 2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 fərdi yaşayış İddiaçı adına xüsusi mülkiyyət hüququ əsası nda daşınmaz əmlakın dövlət reyestrində 265 nömrəli reyestr kitabının 24631 nömrəli vərəqində qeydiyyata alınmışdır; Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin İddiaçı ünvanladığı xx xxxxxx 2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən daxil olmuş xx xxxxxx 2018-ci il tarixli məktub ilə qonşu tərəfindən tikinti işləri aparılması nəticəsində onun yaşadığı evin pəncərələrinin qarşısının bağlanılması, yaşayış otaqlarının təbii işıqlanmadan məhrum edilməsi və qanunsuz aparılmış tikililərin cavabdehlərin hesabına sökülməsinə köməklik göstərilməsinə dair müraciətə baxılması və müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Yerində baxış zamanı qonşuluğunda yerləşən Məmməd Arif küçəsi, ev 27, mənzil 111 ünvanında tikinti işlərini n tam başa çatdırıldığı müəyyən edilmişdir. Onun narazılığına səbəb olan hallar sonuncuların nəzərinə çatdırılmışdır. Mövcud qanunvericiliyə görə qonşular arasındakı mübahisəli məsələlər məhkəmə qaydasında baxılmalıdır. Buna görə də, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun olması izah edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı *** **** nömrəli xx xxxxxx 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 48,3 kvadrat metr sahəsi olan fərdi yaşayış evi X2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 265 nömrəli reyestr kitabının 24631 nömrəli vərəqində qeydiyyata alınmışdır; İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətçinin mənzil hüquqlarının müdafiəsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 7 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (ev 27, mənzil 111) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan tikintinin qanunsuz hesab edilərək, ca vabdehlərin öz hesablarına sökülməsi, ona məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinə təbii işiğın düşməsinin və təbii havalandırmanın təmin edilməsi məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə hər-hansı tikinti-quraşdirma işlərinin aparılmasının cavabdehlərə və qeyrilərinə qadağan edilməsi, iddia qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi 1996cı il tarixdən onun istifadəsindədir və 2014-cü il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq çıxarışına əsasən mülkiyyətində olmaqla, qeyd olunan tarixdən də, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Həmin mənzil 1967-ci il tarixdə inşa edilmiş, evin sol tərəfi qonşu ilə birləşik olduğundan, yəni hər iki evin arasında bir ümumi divar olduğundan, sol tərəfə evin pəncərələri olmamışdır. Evin sağ hissəsi, yəni cavabdehlərə düşən (ünvan 8 ünvanı) tərəfinə isə 1967-ci il tarixdən (evin iki otağının hər birinin bir pəncərəsi olmaqla) iki pəncərəsi olmuş və hal-hazırda da vardır. Ona məxsus fərdi yaşayış evi tikildiyi 1967-ci il tarixdən evin sağ hissəsi boş ərazi olduğundan iki otağın da pəncərələri həmin tərəfə qoyulmuşdur. O, 112 nömrəli evdə 1996-cı il tarixdən yaşayır. Cavabdehlər 1988-ci il tarixdə qaçqın kimi qeyd ol unan evdə məskunlaşmışlar və həmin evin qarşısındakı ərazini də, həyətyanı sahə kimi istifadə etmişlər. Cavabdehlər dəfələrələ ona qohum olmadığı təqdirdə pəncərələri çoxdan bağlamaları ilə minnət qoyaraq, onların sağ tərəfində yerləşən qonşunun, onlara tərəf olan kiçik ölçülü (nəfəscik) pəncərəsini də, bağlatdırdıqlarını qeyd edərək onun da evinin pəncərələrini bağlayacaqlarını bildirirlər. Bu barədə onların aralarında bir neçə dəfə mübahisə olmuşdur. Lakin onlarla qohumluq münasibətləri olduğundan bu məsələni əvvəllər məhkəmə müstəvisinə qaldırmamışdır. 2018-ci ilin sentyabr ayından başlayaraq Cavabdeh2 və digər cavabdehlər həyətyanı kimi istifadə etdikləri yerdə, yəni onun evinin sağ tərəfə açılan pəncərəsinin qarşısında tikinti işləri aparmağa başladılar. Onlar evin sağ tərəfə olan div arının üst tərəfinin birləşik sərhədindən başlayaraq onlardan sağda yerləşən üçüncü qonşunun evin divarının yuxarı hissəsinə birləşən döşəmə tikmişlər və qeyd olunan döşəmənin üstü ilə isə ikinci mərtəbədə də mənzil inşa edirlər. Bununla da, həmin döşəmə tikilməklə onun evinin otaqlarının hər iki pəncərəsinə düşən təbii işiq və təbii havalandırma tamam kəsilməklə həmin pəncərələr cavabdehlərin yeni tikdiyi evin icərisəndə qalır (yeni tikilən evin içərisənə açılır). Eyni zamanda döşəmədən sonra ikinci mərtəbədə tikilən evlər də, tikildiyi təqdirdə, onun evinin otaqlarının hər iki pəncərəsinə düşən təbii işiq və havalandırma tamam kəsilir, həmçinin o da öz hüquqlarından istifadə etməklə qanunvericiliyə uyğun olaraq gələcəkdə evinin ikinci mərtəbəsini tikdiyi təqdirdə həmin otaqlara pəncərə q oymaq imkanları tam məhdudlaşdırılmış olur. Bu baradə cavabdehlərlə nə qədər danışıqlar apararaq onları bu qeyri-qanuni əməllərindən çəkindirmək istəsə də, onlar heç nəyə məhəl qoymadan qanunsuz tikinti işlərini davam etdirirlər. O, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nərimanov Rayon Mənzil İstismar Sahəsinə və ərazi üzrə müvafiq polis orqanına məlumat vermişdir, lakin cavabdehlər onunla aqressiv rəftar edərək, nalayiq söz və hərəkətlərlə onu oradan kənarlaşdıraraq öz qanunsuz əməllərini davam etdirirlər. Bununla da cavabdehlər öz qeyri-qanuni hərəkətləri ilə evinin otaqlarının hər iki pəncərəsinə düşən təbii işiğı və təbii havalandırmanı tamamilə kəsməklə, eyni zamanda onun da öz hüquqlarından istifadə edərək qanunvericiliyə uyğun gələcəkdə evinin iki nci mərtəbəsini tikdiyi təqdirdə həmin otaqlara da, pəncərə qoymaq imkanlarını tam məhdudlaşdırmaqla, o cümlədən Azərbaycan Respublikasının Mülki və Şəhərsalma və Tikinti Məcəllələrinin tələblərini, xüsusilə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci və 70.1-ci maddələrinin tələblərinə əməl etməməklə onun mülkiyyətçisi olduğu mənzilindən normal istifadə hüququnu kobud şəkildə pozurlar. Cavabdeh1 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi və yaşayış sahəsindən istifadə edilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, 112 nömrəli evin, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Arif k üçəsi, ev 27, 111 nömrəli evinə bitişik hissəsinə baxan hissəsinə qoyulmuş pəncərənin cavabdeh İddiaçı hesabına sökülməsi və evindən istifadə edilməsinə maneə törədilməsinin cavabdeh İddiaçı qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, son bir neçə ildir ki, İddiaçı tərəfindən öz yaşadığı evinin onun evinə baxan hissəsinə pəncərə qoyulmuşdur. Həmin pəncərə birbaşa onun evinə və evinin həyətinə baxdığı üçün həmin pəncərənin sökülməsi barədə ona xəbərdarlıq etsə də, heç bir müsbət təsiri olmamışdır. Beləliklə də, İddiaçı bu hərəkətlərinin nəticəsində evində və evinin həyətində sərbəst gəzmək, evindən təyinatı üzrə istifadə etmək mümkün olmamışdır. Cavabdeh qanunvericiliklə müəyyən olunmuş qaydada tikinti işləri aparm amış, qanunsuz və tikinti normalarına zidd olaraq tikili inşa etdirmiş, onun qanunvericiliklə müəyyən olunmuş mülkiyyət hüququnu pozmuş, heç bir icazə və razılıq olmadan özbaşına onun evinə baxan hissədə pəncərə qoyaraq Azərbaycan Respublikasının Qanunvericiliyinin bütün tələblərini pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilkin iddia ərizəsi üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli 2(005)-464/2019 nömrəli qərardadı ilə X2 ilkin iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə dair ərizəsi təmin edilərək, mülki iş üzrə ilkin İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı X5 iddia tələbinin dəqiql əşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 7 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (ev 27, mənzil 111 olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan tikintinin qanunsuz hesab edilərək sökülməsi, ona məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması, həmin pəncərələrə və evin həyətinə təbii işığın düşməsinin və təbii havalandırmanın təmin edilməsi məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin ikinci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabd eh3 və qeyrilərinə qadağan edilməsi, iddia qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019cu il tarixli 6668 nömrəli rəyinin məzmunundan görünür ki, ünvan 2 nömrəli evin 111 nömrəli mənzilinin “A” tikilisinin həyətyanı sahəsində metal konstruksiyalar vasitəsilə quraşdırılmış pilləkan marşının və eləcə də həyətyanı sahənin üstündə (2-ci mərtəbədə) boşluqlu kərpic vasitəsilə inşa edilmiş uzunluğu 8 metr, eni bir tərəfdən 5,5 metr, digər tərəfdən 4,2 metrolan tikilinin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Tədqiq olunan yaşayış evinin həyətyanı sa həsində quraşdırılmış pilləkan marşının, 112 nömrəli mənzildən 111 nömrəli mənzilin həyətinə tərəf açılan pəncərənin qarşısında inşa edildiyi müəyyən edilmişdir. Lakin 111 nömrəli mənzildə edilmiş dəyişikliklərin 112 nömrəli mənzilə düşən günəş şüasının qarşısını alıb-almaması tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən oluna bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat dəyərində hesablanmışdır; 38 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxx 2019-cu il tarixli aktın məzmunundan görünür ki, ünvan 9 ünvanında yerləşən 112 və 111 nömrəli fərdi yaşayış evlərinə müvafiq sahənin əməkdaşları tərəfindən baxış keçirilərək müəyyən edilmişdir ki, Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 112 nömrəli fərdi yaşayış evini n 111 nömrəli fərdi yaşayış evinə tərəf olan otaqların divarlarına bitişik (ara məsafəsi saxlanılmadan) əlavə olaraq 111 nömrəli fərdi yaşayış evinin sakinləri tərəfindən kərpicdən divar hörgüsü aparılmışdır (yenidən qurma işləri görməklə). Aparılmış divar hörgüsü, eləcə də tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun olub-olmaması barədə rəy bildirmək Mənzil Kommunal İstismar Sahəsinin səlahiyyətinə aid deyildir. Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 111 nömrəli fərdi yaşayış evində aparılan tikinti və quraşdırma işləri 112 nömrəli fərdi yaşayış evinin pəncərələrindən təbii günəş işığının düşməsinə və otaqların havalandırılmasına məhdudiyyət yaradır. Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 112 nömrəli fərdi yaşayış evinin bayıra tərəf açılan iki ədəd pəncərəsi (hər otaqda bir ədəd pəncərə olmaqla) olmuşdur, hazırda hər iki pəncərə 111 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən bağlanılmışdır; Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-464/2019 nömrəli qətnaməsi ilə(hakim – Gültəkin Əsədova) ilk iddia təmin edilərək, iddiaçı X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi, X3 məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması və həmin pəncərələrə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hərhansı tikinti, quraşdırma işlərinin aparılmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərə qadağan edilməsi, ilk iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı “qanunsuz tikilinin sökülməsi və yaşayış sahəsindən istifadə edilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İş üzrə apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx xxxxxx 2020-ci il tarixli 29850 nömrəli ekpertiza tədqiqatının nəticə hissəsinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evinin cavabdehlərə tərəf (ev 27, mənzil 111) olan divarı (otaqların və həyətin divarları) boyunca cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı mənzilə aid pəncərələrin boşluğunun bağlandığını nəzərə alaraq tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olunur.Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evinin cavabdehlərə tərəf iki ədəd pəncərə olduğu və həmin pəncərə boşluqları kərpic materialı ilə hörüldüyü müəyyən olunmuşdur.Cavabdehlərə məxsus ünvan 2 nömrəli ev, mənzil 111 saylı fərdi yaşayış evində aparılan tikinti və quraşdırma işlərininin ərtafdakilar üçün ( həmin evdə yaşayanlar, qonşular və s.) təhlükənin olmadığı, lakin Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evinin işıqlandırılmasına və havalandırmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Cavabdehlərə məxsus ünvan 2 nömrəli ev, mənzil 111 saylı fərdi yaşayış evində aparılan tikinti və quraşdırma işləri (iddiaçıya məxsus evin cavabdehlərlə sərhəd divarı (ota qların və həyətin divarları) boyunca hazırda və yekunlaşdığı təqdirdə iddiaçıya məxsus evin cavabdehlərə tərəf olan pəncərələrinə təbii işıqlandırmasına havalandırmasına məhdudiyyət yaratdığı müəyyən edilir. Cavabdehlərə məxsus ünvan 2 nömrəli ev, mənzil 111 saylı fərdi yaşayış evində iddiaçıya məxsus evin (ev 27, mənzil 112) divarı (otaqların və həyətin divarları) boyunca aparılan tikinti və quraşdırma işləri ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla 1.05 m ara məsafəsində təmir-tikinti işləri aparıla bilər.Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evi 3 tərəfdən qonşu sahələrlə əhatə olunduğu nəzərə alaraq cavabdehlər tərəfindən aparılan tikintilər sökülmədən iddiaçının mənzilinə təbii (günəş) işığının düşməsi və ya evin havalandırması mümkün deyil. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləapelyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın təmin olunmuş hissəsində ləğv olunmuş, yeni qətnamə qəbul edilərək ilk iddia qismən təmin olunmuş, iddiaçı X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi, X3 məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması və h əmin pəncərələrə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 105 sm (1 metr 05 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərə qadağan edilməsi qət olunmuş, ilk iddia qalan hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi, Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 112 nömrəli fərdi yaşayış evinin 111 nömrəli fərdi yaşayış evinə tərəf olan otaqla rın divarlarına bitişik (ara məsafəsi saxlanılmadan) əlavə olaraq 111 nömrəli fərdi yaşayış evinin sakinləri tərəfindən kərpicdən divar hörgüsü aparılmışdır (yenidən qurma işləri görməklə). 111 nömrəli mənzilinin “A” tikilisinin həyətyanı sahəsində metal konstruksiyalar vasitəsilə quraşdırılmış pilləkan marşının və eləcə də həyətyanı sahənin üstündə (2-ci mərtəbədə) boşluqlu kərpic vasitəsilə inşa edilmiş tikilinin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Tədqiq olunan yaşayış evinin həyətyanı sahəsində quraşdırılmış pilləkan marşının, 112 nömrəli mənzildən 111 nömrəli mənzilin həyətinə tərəf açılan pəncərənin qarşısında inşa edildiyi müəyyən edilmişdir. Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 111 nömrəli fərdi yaşayış evində aparılan tikinti və quraşdırma işləri 112 nömrəli f ərdi yaşayış evinin pəncərələrindən təbii günəş işığının düşməsinə və otaqların havalandırılmasına məhdudiyyət yaradır. Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 111 nömrəli fərdi yaşayış evinin bayıra tərəf açılan iki ədəd pəncərəsi (hər otaqda bir ədəd pəncərə olmaqla) olmuşdur, hazırda hər iki pəncərə 111 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən bağlanılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evi 3 tərəfdən qonşu sahələrlə əhatə olunduğu nəzərə alaraq cavabdehlər tərəfindən aparılan tikintilər sökülmədən iddiaçının mənzilinə təbii (günəş) işığının düşməsi və ya evin havalandırması mümkün deyil. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri ilə bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikint i Məcəlləsinin müddəalarından da göründüyü kimi, cavabdeh şəxslər tərəfindən qeyd edilən mənzildə tikinti-quraşdırma işlərinin aparılması tikinti normalarının heç bir tələbinə cavab verməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, X2 hazırkı iddiası qismən, yəni ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi, X3 məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması və həmin pəncərələrə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 105 sm (1 metr 05 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi hissədə əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəm əsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı X5 və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui -istifadə edilməsinə yol verilmir; Maddə 152.6 Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 170.1 İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əla və, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici di varının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; Maddə69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: Maddə 69.5.1. Divar hündürlüyünün 0,6 hissəsi; Maddə 69.5.2. Xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; Maddə69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; Maddə69.5.3. Yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi; Maddə70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olun muş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitarepidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən ilkin iddia tələbinin təmin edilən və qarşılıqlı iddia tələbinin rədd edilən hi ssələrində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı yalnız həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkə mə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-567/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar