Məhkəmə qərarları › İş №2(102)-5754/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5754/2021

13.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5754/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh1 Bank Olmayan Kredit X6 Cəmiyyətinə və Qəbələ rayon “ASAN xidmət” Mərkəzi Qəbələ rayon Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5754/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X6 Cəmiyyətinə və Qəbələ rayon “ASAN xidmət” Mərk əzi Qəbələ rayon Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi “ tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-100/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətlərinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Para» BOKT ASC ilə XXX arasında bağlanmış 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC tərəfindən Mustafayev Ramin Muxtad oğluna illik 6 faizlə 36 ay müddətinə 12200 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh1 BOKT ASC ilə Mustafayev Ramin Muxtad oğlu arasında bağlanmış 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsinə əsasən Mustafayev Ramin Muxtad oğluna illik 6 faizlə 12 ay müddətinə 2800 manat məbləğində kredit verilmişdir.

3. Mustafayev Ramin Muxtad oğlunun kredit öhdəliklərinin icrasının təminatı məqsədi ilə 08.01.2015-ci il tarixli “0467NF/13/A saylı ipoteka müqaviləsinin 04 №-li əlavəsinə əsasən X2 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsi, 0,1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evini banka ipoteka ilə yüklü etmişdir.

4. İpoteka qoyan X2 iddiaçının əridir.

5. Mübahisə ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlıdır. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X6 Cəmiyyətinə və Qəbələ rayon “ASAN xidmət” Mərkəzi Qəbələ rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, X2 ilə Cavabdeh1 BOKT ASC arasında Qəbələ şəhərində Qəbələ şəhəri, Ə.Bağırov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 217 kv.metr sahəsi olan fərdi yaşayış evinə dair Qəbələ rayon Notariat Kontorunda bağlanmış 08.01.2015-ci il tarixli 0467NF/13/A N-li ipoteka müqaviləsinə 4 saylı əlavənin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük çıxarışların yüklülükdən (girovdan) azad edilməsi və yüklülük çıxarışlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə ipoteka qoyan X2 ər-arvaddırlar. Onlar 24.09.2004-cü il tarixdən rəsmi nikahdadırlar.

8. Mustafayev Ramin Muxtad oğlunun Cavabdeh1 BOKT ASC qarşısında kredit öhdəliklərinin təminatı kimi ipotekaya qoyulmuş Qəbələ şəhəri, Ə.Bağırov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 217 kv.metr sahəsi olan fərdi yaşayış evi iddiaçı ilə X1 birgə nikahı dövründə tikilib.

9. İddiaçının həmin əmlakların girov qoyulmasından xəbəri olmayıb. 2019-cu ilin son ayında evə gələn Bank məktubundan iddiaçı bilmişdir ki, ev banka girov qoyulmuşdur.

10. Notariat kontorunda 08.01.2015-ci il tarixli 0467NF/13/A N-li ipoteka müqaviləsinə 4 saylı əlavənin necə rəsmiləşdirilməsindən iddiaçının məlumatı yoxdur. Yəqin ki, müqavilə bağlanarkən iddiaçının adından da ərizə verilib lakin, iddiaçının həmin ərizədən xəbəri yoxdur.

11. Ola bilər ki, müqavilə bağlanarkən işə ərizə qoyulub lakin həmin ərizədəki imza iddiaçıya məxsus deyil və bu səbəbdən müqavilə etibarsız hesab edilməlidir.

12. X4 Muxtad oğluna Bankdan bir neçə dəfə pul verilmiş və bu müqavilələr rəsmiləşdirilmişdir. Bir neçə dəfə pul verilməsinə baxmayaraq iddiaçını Notariat Kontoruna dəvət etməmişlər.

13. İpoteka ilə yüklü edilən əmlak birgə nikah dövründə alındığından iddiaçının razılıq ərizəsi olmadığına görə müqavilə etibarsız hesab edilməlidir.

14. İddiaçı tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 225, 337.1-ci, Ailə Məcəlləsinin 32 və 33-cü maddələrinə istinad etmişdir.

15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qoyulmuşdur.

16. İddiaçının nümayəndəsi vəsatət verərək ipoteka müqaviləsinin bağlanması üçün iddiaçının adından verilən ərizələrdəki imzan ın iddiaçıya məxsus olub-olmamasını müəyyən etmək məqsədilə xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

17. Cavabdeh1 Bank Olmayan Kredit X6 Cəmiyyətinin nümayəndəsi iddiaya etiraz edib. Etirazın dəlili: - kredit müqaviləsinin təminatı olaraq evin girov qoyulması ilə bağlı 08.01.2015-ci il tarixli 08.01.2015-ci il tarixli “0467NF/13/A saylı ipoteka müqaviləsinə 04 №-li əlavə” bağlanan zaman iddiaçı iştirak edib, iddiaçı tərəfindən imzalanıb.

18. Məhkəmə iddiaçının xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti rədd edib və bunu onunla əsaslandırıb ki, iddiaçı məhkəmə iclasında iştirak etmir, bu səbəbdən onun imza nümunələrini götürmək mümkün deyil.

19. Qəbələ Rayon Məhkəməsinin 2(025)-215/2020 nömrəli, 08 may 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edi lməmişdir. (hakim Elman İsayev)

20. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə Mustafayev Ramin Muxtad oğlunun bank qarşısındakı öhdəliklərinin icrasının təminatı olaraq X1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78,68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,1 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğular Cavabdeh1 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır.

21. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir.

22. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmir.

23. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir; - Mustafayev Ramin Muxtad oğlu “Para“BOKT ASC-dən kredit götürməklə iddiaçıya və həyat yoldaşına məxsus Qəbələ şəhəri Ə.Bağırov küçəsind ə 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 217 kv.metr sahəsi olan fərdi yaşayış evini Bank qarşısında yüklü etmişdir. Həmin ev birgə nikah dövründə tikilmişdir. İddiaçının həmin əmlakların girov qoyulmasından xəbəri olmayıb. Halbuki qanunverciliyə görə iddiaçının buna razılığı olmalı idi.

26. Apellyasiya baxışında apellyasiya instansiyası əmlakın ipotekaya qoyulması barədə notariat işini tələb edərək, oradakı razılıq ərizəsində olan imzanın iddiaçıya məxsus olub-olmaması barədə müvafiq suallar qoymaqla 28 oktyabr 2020-ci il tarixli qərardadla xətşünaslıq ekspertizası təyin etmişdir.

27. İddiaçı eksperimental yazı və imza nümunələrini təqdim etmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.

28. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-100/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 215/2020 saylı, 08 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov, İmamverdi Şükürov)

29. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərib ki, iddiaçı dəlillərini təsdiq edən hər hansı mötəbər sübutu istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, 28.10.2020-ci il tarixli qərardadla Qəbələ rayon Notariat Kontorunda bağlanmış 08.01.2015-ci il tarixli 0467NF/13/A N-li ipoteka müqaviləsinə 4 saylı əlavəyə dair notariat hərəkətləri aparılarkən İddiaçı tərəfindən verilmiş 22 yanvar 2015-ci il tarixli, 7E-416 nömrəli ərizədəki imzanın, həmçinin 08320 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün olan 7E reyestr kitabındakı imzanın İddiaçı və ya onun nümayəndəsi (əri) X2 tərəfindən icra edilibedilməməsinin aydınlaşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin iddiaçı nə İddiaçı, nə də onun nümayəndəsi (əri) X2 dəfələrlə çağrılmalarına baxmayaraq məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməmiş, sərbəst xətt və eksperimental imza nümunələri təqdim etməmiş, beləliklə hərəkətsizlik göstərərək ekspertizanın keçirilməsinə, sübutların toplanılmasına mane olmuşlar.

31. Apellyasiya instansiyası məhkəməsi apellyatorun diqqətinə çatdırıb ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbayc an Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-c ü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.

33. Apellyasiya məhkəməsi mövqeyini MPM-in 97.5, 106.1 və 106.2-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı X3 (Vəkil1 ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

36. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı, onun vəkili və Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh Notariat Ofsinin notariusu isə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək işə Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasın ı xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gə lmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şika yətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

39. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

42. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəl mişdir.

43. Belə ki, iddia tələbi ipoteka müqaviləsinə əlavənin etibarsızlığı barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, ipoteka ilə yüklü edilən əmlak ipoteka qoyanla onun birgə nikah vaxtı əldə edilmiş əmlakdır, onun bu müqavilənin bağlanmasından xəbəri yoxdur, razılıq ərizəsi varsa da, ərizədəki imza onun deyil.

44. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda iddianın təmin olunmasının qanuni şərti həqiqətən də iddiaçının həmin evlə bağlı ipoteka müqaviləsinə razılıq ərizəsindəki imzanın ona məxsus olmamasının müəyyən edilməsindən asılıdır. Bu isə yalnız xüsusi bilik tələb edən sahə olduğu üçün ekspertiza ilə müəyyən edilməlidir.

45. İşdən görünür ki, apellyasiya instansiyası əmlakın ipotekaya qoyulması barədə notariat işini tələb etmiş, notariat işində ipoteka m üqaviləsinə iddiaçının adından verilmiş razılıq ərizəsinin olmasını müəyyən edərək, həmin ərizədəki imzanın iddiaçıya, iddiaçının əri olan nümayəndəsinə məxsus olub-olmaması barədə hallara aydınlıq gətirmək üçün xətşünaslıq ekspertizası təyin etmişdir. Lakin xətşünaslıq ekspertizası təyin edilsə də, nə iddiaçı, nə də onun nümayəndəsi olan əri ekspertiza tədqiqatına eksperimental yazı və imza nümunələri təqdim etməmiş, bu barədə ekspertin vəsatəti əsasında apellyasiya məhkəməsinin dəfələrlə iddiaçıya (nümayəndəsinə) yazı və imza nümunələrini vermək üçün məhkəmə iclasında iştirak etmək təklifi göndərməsinə, baxmayaraq iddiaçı və onun nümayəndəsi (əri) X2 məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməmiş, sərbəst xətt və eksperimental imza nümunələri təqdim etməmişlər.

46. Belə olan halda, apellya siya məhkəməsinin iddiaçının hərəkətsizlik göstərərək ekspertizanın keçirilməsinə, sübutların toplanılmasına mane olması barədə gəldiyi nəticə və tətbiq etdiyi Mülki Prosessual Məcəllənin 95.7-ci maddəsi işin hallarına uğyun olmuşdur. Çünki iddiaçı zəruri tədqiqat predmetlərini, hazırki işdə də bu, eksperimental yazı və imza nümunələri olmuşdur, ekspertə təqdim etməkdən yayınmışdır.

47. Məhkəmə kollegiyası da qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair işə mahiyyəti üzrə baxan məhkəmələrə sübut təqdim etməmiş, bununla bağlı hər hansı cəhd göstərməmiş, hətta özünün dəlillərinin yoxlanması ilə bağlı apellyasiya məhkəməsi tərəfindən verilən təklifləri də cavabsız qoymuşdur. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələbinə görə hakim öz qərarını yaln ız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.““(MPM, 9.3, 14.2, 77.1)

48. Bu baxımdan, apellyasiya instansiyasının gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

49. Məhkəmə kollegiyası qeyd olunanları əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(107)-100/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar