Məhkəmə qərarları › İş №2(102)-5756/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5756/2019

09.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5756/2019 09.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə. İddiaçı BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:F.V.Abdiyev; 2(005)-4846/2018)İddiaçı Cavabdeh-yə qarşı hərracın nəticələrinin etibarsız h esab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2019-cu tarixli qətnaməsi ilə (hakimlərİ.E.Y.Şamayev sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və X.Ə.Sarıyev 2(103)-3818/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh-yə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi və X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinin - 30 noyabr 2017-ci il tarixli, ***** saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı mərhum qardaşı X3 mülkiyyətində olmuş Bakı şəhəri, ***************** küçəsi, *** saylı fərdi yaşayış evinin X5 məxsus 4/42 hissəsi borcun əvəzində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin *********** saylı, 26 oktyabr 2017-ci il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmış və həmin əmlakı tələbkar X15 almışdır. Lakin bir neçə dəfə hərrac keçirilməsinə baxmayaraq həmin hərracların vaxtı və yeri barədə iddiaçı tərəfin heç bir məlumatı olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-568/2011 saylı, 09 yanvar 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli, 8(006)568/2011 saylı qərardadı ilə Bakı şəhəri, ********************* saylı evin iddiaçıya mə xsus ****** hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən əmlakın hərraca çıxarılmasına dair icra məmurunun hərəkəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilmişdir. Digər tərəfdən vətəndaşın mülkiyyətində olan yeganə yaşayış evinə tutma yönəldilə bilməz. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il tarixli qərarı vardır. İddiaçının qardaşı X8 08 may 2018-ci il tarixdə ağciyərin vərəmi xəstəliyindən ölmüşdür.Ona görə də,subyektiv hüququn müdafiəsi iddiaçıya məxsusdur. Mərhum qardaşı ikinci qrup əlil olmaqla,talassemiya xəstəri olmuşdur. Anasının borcuna görə öhdəliyini üzərinə götürsədə, tələbkara xeyli borclarını qaytarmışdır.Hərracın qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməmə si əticəsində iddiaçının hüquqları pozulmuşdur. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1,9.3,88,217.1, 217.3-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, Nəsimi rayon İcra şöbəsinin rəisi Nazim Nərimanovun 14.06.2017-ci il tarixli sifariş məktubu qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2005-ci il tarixli Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbi n yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə 89 nömrəli qərarına əsasən, Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) yönəldilməsinə yol verilmir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsas ən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onlarıniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 4/42 hissəsi X3 mülkiyyətində olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 noyabr 2009cu il tarixli qətnaməsi ilə X9 iddiası təmin edilmiş, Hüseyn X1 xeyrinə 22456 manat və 2000 ABŞ dolları məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla) tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra, onun əsasında tərtib edilmiş icra vərəqəsi icraya yönəlmişdir. İcra sənədinin icrası könüllü olaraq X7 tərəfindən təmin edilməmiş və məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında X3 mülkiyyətində olmuş, 4/42 hissəsi hərraca çıxarılmışdır. Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələri üzrə alıcı olmadığından qanunvericiliyin tələblərinə uyğun olaraq həmin ev 22400 manata tələbkar X11 təklif edilmiş və sonuncu tərəfindən alınmışdır. Bu barədə sifarişçi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi, hərracın təşkilatçısı Cavabdeh və alıcı (tələbkar) X15 arasında hərracın yekunları barədə 30 noyabr 2017-ci il tarixli, 249 saylı protokol imzalanmış və ev X9 mülkiyyətinə keçmişdir. X7 08 may 2018-ci il tarixdə “ağciyərin fibroz kavernoz vərəmi” səbəbindən ölmüşdür. İş üzrə toplanmış sübutları araşdıraraq apellyaiya instansiyası məhkəməsi tər əfindən müəyyən olunmuşdur ki, mərhum X3 anası X6 və bacısı - hazırki iş üzrə İddiaçı sağdırlar. Birinci instansiya məhkəməsi toplanmış sübutalara hüquqi qiymət verərək hesab etmişdir ki, X3 mülkiyyətində olmuş ev onun sağlığında hərraca çıxarılsa və hərracdan satılsa da, sonuncu tərəfindən mübahisələndirilməmişdir. X13 üzrı birinci növbədə vərəsəsi - anası olduğu halda, iddianı bacısı İddiaçı, yəni X3 ikinci növbədə olan vərəsəsi qaldırmışdır. X3 08 may 2018-ci tarixdə ölməsinə baxmayaraq, iddiaçının onun hazırda qanun və ya vəsiyyət üzrə vərəsəsinin olması müəyyən edilməmişdir. X3 həm anası həm də bacısı vərəsə statusunun əldə edilməsi üçün qanunvericiliklə müəyyən edilmi proseduru keçməmişlər. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdehyə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir və bu səbəbdən iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə m üdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyek tiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borvlu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin möv cudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunia müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tə əb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. iddiaçını irəli sürdüyü tələblərə münasibətdə müvafiq subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bil ərlər. - 1159.1.1 və 1159.1.2-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə - ölənin bacıları və qardaşları. -1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, əmlakın mülkiyyətçisinin birinci növbəli vərəsəsi (anası) mövcud olduğu halda, bacısı onun vərəsəsi hesab oluna bilməz, o cümlədən ölən şəxsin əmlakı ilə əlaqədar bağlanmış əqdləri mübahisələndirə bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa sub yektiv hüquqa malik olmamasına dair düzgün nəticəyə gəlmiş və iddiaçı apellyasiya şikayətindən bu nəticənin əsassızlığına dair hər hansı sübut təqdim etməmişdir. birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin rədd olunması barədə həmin məhkəmənin qətnaməsini dəy işdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar