Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5758/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(103)4696/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim N.Bağırov) 13.12.2018-ci il tarixli, 2(009)-3709/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respubli kası Dövlət Neft Şirkətinin “Azneft” İB-nə qarşı “əmək haqqından tutulan vergilərin qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müharibə veteranı adı almış şəxslərin güzəşt hüququnun iddiaçının işlədiyi 2009-2018-ci illərə tətbiq etmək və həmin dövrdə artıq tutulan pul məbləğlərinin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nə tapşırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, Ş.Məmmədova, V.Həsənov) 24.04.2019-cu il tarixli, 2(103)-4696/2019 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmi n edilərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13.12.2018-ci il tarixli, 2(009)-3709/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nə qarşı “əmək haqqından tutulan vergilərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh “Azneft” İB-dən2009-cu ilin fevral ayından 2018-ci ilin avqust ayına qədər ondan tutulan artıq verginin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri v ə tərəflərin izahatları: İddiaçı və vəkili xxx oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını araşdırmamış və onların işin mahiyyətinə təsirini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlməsinin səbəbini əsaslandırmamışdır. İddiaçı müharibə veteranları üçün müəyyən edilən güzəştlərdən 2009-cu ildən istifadə etmiş və sonradan Səbail rayonu Hərbi Komissarlığı tərəfindən müvafiq arayış təqdim edilməmişdir və ona güzəşt tətbiq edilməsi dayandırılmışdır ki, bu hal da iddiaçının təqsiri üzündən baş verməmişdir. Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.8-ci maddəsinin vergi güzəştləri hüququnun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranması barədə tələbi iddiaçıya şamil edilə bilməz. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(103)-4696/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı vəkili xxx oğlu və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azald ılır. İddiaçı müharibə veteranıdır. Odur ki, muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılmalıdır, lakin vəsiqənin iş yerinə təqdim edildiyi vaxtdan. Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. İş yerində vergini hesablayan şəxs (mühasib və s.) belə sənədlərin mövcud olduğundan məlumatlı olmalıdır. Əks təqdirdə vergi güzəştinin tətbiq edilməsi mümkün deyil və işəgötürən vergi qanunvericiliyinin tələbini pozmaqda təqsirləndirilə bilməz. Bu səbəbdən qanunver ici vergi güzəştləri hüququnun yaranma anını sənədlərin iş yerinə təqdim edilməsi ilə əlaqələndirmişdir. İddiaçı isə vəsiqəni 2018-ci ildə iş yerinə təqdim etmişdir. Göstərilənlərə əsasən apellyasiya kollegiyası iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı şikayətində Səbail rayonu Hərbi Komissarlığı tərəfindən müvafiq arayışın təqdim edilməməsinə və buna görə ona güzəşt tətbiq edilməsinin dayandırılmasının onun təqsiri üzündən baş verməməsinə istinad etməsi, bununla əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.8-ci maddəsinin vergi güzəştləri hüququnun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranması barədə tələbin ona şamil edilə bilm əzliyi qənaətində olması əsassızdır. Belə ki, iş materiallarından da müəyyən olunur ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq arayış verilməsinin dayandırılması ona müharibə veteranı adının verilməməsi ilə əlaqədar olmuş, bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının vəsiqəsinin verilməsinə 20.06.2018-ci il tarixli qətnamə əsasında nail olmuşdur. Məhkəmə qətnaməsini əldə edib iş yerinə təqdim etmədiyi zamanadək iddiaçıya vergi güzəştinin tətbiq edilməsi isə Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən mümkün deyildir. İş yerinə müvafiq sənədin təqdim edilməsi isə işçinin vəzifəsi hesab edilir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləli klə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(103)-4696/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5758/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5758/2019
22.08.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver