Məhkəmə qərarları › İş №2(102)-5773/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5773/2020

30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5773/2020 30.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs XXX kontoru) iş Açar sözlər: eyni tərəflər arasında eyni əsaslar və eyni predmet barəsində iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1268/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxx x 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon Məhkəməsinin 2(012)-8420/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 30000 manat borcun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1674/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxx 2015-ci il tarixdə XXX kontorunda bağlanılaraq 3M-1551 sayla reyestrdə qeydə alınmış kredit müqaviləsinin başqa əqdi, yəni podrat müqaviləsini pərdələmək məqsədi ilə bağlanmış yalan əqd olması müəyyən edilmiş, buna görə də həmin kredit müqaviləsi üzrə pul tələbinə dair Cavabdeh iddiası qismən təmin edilmiş, İddiaçı (bundan sonra – iddiaçı) 22000 manat pulun tutularaq Cavabdeh (bundan sonra – cavabdeh) ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında xx xxxxxxx 2015-ci il tarixdə XXX kontorunda bağlanmış kredit müqaviləsinin (bundan sonra – mübahisəli müqavilə) etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin bibisi X1 mənzilini təmir etmiş və mənzilin təmir olunması qarşılığında 30000 manatın ödənilməsi barədə razılığa gəlmişlər. Bu razılıqdan sonra bununla əlaqədar cavabdehlə onun arasında sözügedən kredit müqaviləsi bağ lanmışdır. Müqavilə bağlandıqdan sonra o, X3 məxsus mənzili təmir etmişdir. X4 mənzili təhvil alsa da, mübahisəli kredit müqaviləsini ləğv etdirməmiş və razılaşdıqları 30000 manat pulun hamısını ona tam ödəyib qurtarmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək tərəflər arasındakı hazırkı mübahisəyə bundan əvvəl məhkəmədə baxılıb qətnamə qəbul edildiyini, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsində məqsədinin həmin iş üzrə qətnamənin icrasını gecikdirmək olduğunu bildirmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-1504/19 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli kredit müqavi ləsinin etibarsız hesab edilməsinin əsasları məhkəmə tərəfindən müəyyən edilmədiyindən və iddiaçı qanunda nəzərdə tutulmuş bir illik müddəti ötürdüyündən iddia tələbi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 390.1 maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1268/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Apel lyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3, 261.0.2-ci maddəsini tətbiq edərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə tərəflər Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-8420/2016 saylı mülki iş üzrə tərəflərlə eynidir. İstər əvvəlki, istərsə də hazırkı iddianın predmeti kredit müqaviləsindən irəli gələn tələbdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı iddia ərizəsində kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1674/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında xx xxxxxxx 2015-ci il tarixdə XXX kontorunda bağlanmış kredit müqaviləsinin başqa əqdi, yəni podrat müqaviləsini pərdələmək məqsədi ilə bağlanmış yalan əqd olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə iddanın əsası əvvəlki mülki iş üzrə olan əsasla faktiki olaraq eyni olsa da birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək iddiaçının cavabdehə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam vermək əvəzinə, işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verər ək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə birtərəfli baxılmış, işin mühüm halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxı lması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxsin nümayəndəsi hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kas sasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə eyni tərəflər arasında eyni predmeti barəsində eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İstinad olunan maddəyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Kassasiya şikayətində iddiaçı hazırkı iddianın predmetinin və əsasının fərqli olduğuna istinad edərək, iş üzrə icraata xitam verilməsini qanunsuz hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziy anın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin konkret işin hallarından asılı olaraq məhkəmə baxdığı bəzi tələblərə qiymət verərkən ayrıca iddia tələbi kimi ifadə edilməmiş, lakin iddianın əsasını təşkil edən məsələlər üzrə öz nəticələrini ifadə edə, hüquqi faktların mövcud olub-olmadığını müəyyən edə, hüquq və vəzifələri yaranmış və ya xitam olunmuş hesab edə bilər. Misal üçün borcun qaytarılması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzif əsi daşıyır. Yaxud əmlakın qanunsuz sahiblikdən geri tələb olunması barədə iddia tələbinə baxarkən sahibliyin qanuniliyinə qiymət vermək üçün məhkəmə tərəflər arasında əqdin bağlanıbbağlanmadığına və ya bağlanmış əqdin etibarlı olub-olmadığına qiymət verməlidir. Bu zaman tərəflər arasında bağlanmış müqavilənin etibarsız və ya əhəmiyyətsiz hesab edilməsi üçün ayrıca iddia tələbinin irəli sürülməsi zəruri deyildir və həmin hala məhkəmə tərəfindən qiymət verilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddianın predmeti də iddia tələbi ilə tam məhdudlaşmır və irəli sürülmüş tələblə ehtiva olunan, həmin tələbə mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymət verilməsi üçün zəruri olan hüquq münasibətlərini əhatə edir. Diqqətəlayiqdir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir və bu halı əvvəlki işə baxılarkən bununla bağlı ayrıca tələbin irəli sürülüb-sürülmədiyindən asılı etmir. Hazırkı iş üzrə eyni tərəflər arasında əvvəllər baxılmış iş üzrə iddia tələbi borcun qaytarılması olsa da, işə baxmış məhkəmə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanmadığını, əslində həmin müqavilənin başqa əqdi – podrat müqaviləsini pərdələdiyini və yalan (etibarsız) əqd olduğunu müəyyən etmişdir. Eyni tərəflər arasında hazırkı mülki iş üzrə iddia tələbi də məhz həmin müqavilənin etibarsızlığı ilə bağlıdır və iddiaçı öz tələbini onunla əsaslandırır ki, əslində aralarında bağlanmış borc müqaviləs i başqa əqdi – podrat müqaviləsini pərdələmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi mübahisəyə MPM-in 261.0.2-ci maddəsini düzgün tətbiq edərək iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1268/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar