Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5774/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçılar İddiaçı1, vəkili Kiçiybəyov Emin Atabəy oğlu, Cavabdeh və vəkili X8 oğlunun iştirakı ilə, İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5087/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.R.Səmədov) 2(008)-306 9/2018 nömrəli, 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan1 küçəsində yerləşən 40 saylı evin naturada bölünməklə, həmin evin sahəsinin 2/3 hissəsində payların digər vərəsənin 1/3 hissəsi işə əlavə olunmuş və rəydə öz əksini tapmış bölgü sxeminə uyğun olaraq, bölgü sərhədləri hüdudunda naturada ayrılaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, Cavabdeh tərəfindən iddiaçılara məxsus paya dair mülkiyyət hüquqlarına maneələrin aradan qaldırılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 2(103)-5087/2019 nömrəli, 29 aprel 2019-cu il tarix li qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın naturada bölünməsi, payların ayrılması və maneələrin aradan qaldırılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın naturada bölünməsi, payların ayrılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan1 küçəsində yerləşən 40 saylı ev, 24.02.1979-cu ildə vəfat etmiş X2 vərəsəsi olmuş X7 06 iyun 2001-ci ildə vəfat etmişdir. Onlar, X2 vərəsəsi X3 qanun üzrə və rəsələri olaraq, 30.11.2017-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar və həmin şəhadətnamədə 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə İddiaçı1 payları müyyən edilmişdir. Mərhumun digər vərəsəsi - oğlu Cavabdeh çatası 1/3 hissədə əmlak payı açıq saxlanılmışdır. Onlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra ünvan1 küçəsində yerləşən 40 saylı evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06.12.2017-ci il tarixində qeydiyyata alınmaqla Çıxarış verilmişdir. Həmin Çıxarışda ünvan1 küçəsində yerləşən 40 saylı evin hüquq sahiblərinin payları 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə İddiaçı1 olmaqla müəyyən ed ilmiş və digər 1/3 hissədə pay açıq saxlanılmışdır. Digər 1/3 hissənin payçısı Cavabdeh onlara öz paylarından istifadə etməkdə maneələr törədir. Belə ki, onlar öz əmlak payının Cavabdeh məxsus pay hissəsindən ayrılması üçün aradan barı çəkmək istədikdə onlara maneə olmuş, barı çəkmək üçün çağırdıqları ustanı təhqir edib evdən qovmuşdur. Onlar bu barədə polis orqanına müraciət etdikdə, mübahisənin məhkəmə qaydasında həll olunmalı olduğunu bildirdilər. Belə olan təqdirdə xüsusi mülkiyyət hüququ əsasında 2/3 hissəsi onlara (onlar ana və qız mehriban münasibətləri olduğundan hər birinin payının ayrı-ayrılıqda deyil, birgə olaraq yəni 2/3 hissədə digər payçının 1/3 hissəsindən naturada bölünməsi niyyətindədirlər) məxsus olan ünvan1 küçəsində yerləşən 40 saylı evin naturada bölünməklə, həmin evi n sahəsinin 2/3 hissəsində payların digər vərəsənin 1/3 hissəsindən ayrılması, Cavabdeh tərəfindən onlara məxsus paydan istifadəyə maneələr aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən, ünvan1 küçəsində yerləşən 40 saylı evin naturada bölünməklə, həmin evin sahəsinin 2/3 hissəsində payların digər vərəsənin 1/3 hissəsinin ayrılması, Cavabdeh tərəfindən onlara məxsus paya dair mülkiyyət hüquqlarına maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5087/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi ünvan1 küçəsində yerləşən 40 saylı evin naturada bölünməklə, həmin evin sahəsinin 2/3 hissəsində payların digər vərəsənin 1/3 hissəsinin işə əlavə olunmuş və rəydə öz əksini tapmış bölgü sxeminə (ikinci variant üzrə) uyğun olaraq, bölgü sərhədləri hüdudunda naturada ayrılaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, Cavabdeh tərəfindən iddiaçılara məxsus paya dair mülkiyyət hüquqlarına maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və vəkili Kiçiybəyov Emin Atabəy o ğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh və vəkili X8 oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında İddiaçı2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-5087/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respu blikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işi n faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflərin mülkiyyətində olmayan torpaq sahəsinin onların hər hansı birinə ayrılması mülki qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçıların mülkiyyətində olmayan torpaq sahəsini onlara naturada ayrılmasına dair iddia tələbi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğundur və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Bakı şəhəri ünvan1 Məmməd küçəsi, 40 saylı ev 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2, 1/3 hissədə Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 ana və qız olaraq mehriban münasibətləri olduğundan hər birinin payının ayrı-ayrılıqda deyil, birgə olaraq yəni 2/3 hissədə, digər payçının 1/3 hissəsindən naturada bölünməsi niyyəti ilə məhkəməyə müraciət edərək ünvan1 küçəsində yerləşən 40 saylı evin naturada bölünməklə, həmin evin sahəsinin 2/3 hissəsində payların digər vərəsənin 1/3 hissəsindən ayrılması, Cavabdeh tərəfindən onlara məxsus paydan istifadəyə maneələr aradan qaldırılmalı olmasını iddia etmişlər. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2018-ci il tarixli 17949 saylı rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsində yerləşən 40 saylı evin paylı mülkiyyətçilər arasında paylarına uyğun naturada üç bərabər hissələrə təcrid mənzillər şəklində bölünmsəi, İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Lakin tədqiq olunan ünvanda yerləşən 40 saylı evin paylı mülkiyyətçilər arasında paylara uyğun naturada iki hissəyə 1/3 və 2/3 paylara (iddia ərizəsində göstərildiyi kimi) uyğun naturada üç bərabər hissələrə təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikin ti Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir v ə bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06.02.2017-ci il tarixli Dövlət reyestrindən çıxarışdan və X2 adına olan evin texniki pasportu əsasında müəyyən etmişdir ki, mübahisəli ünvan1 küçəsi, 40 saylı, iki otaqlı, evin ümumi sahəsi 31,9 kv.metr, torpaq sahəsi isə 0,0202 ha ölçüdədir. Həmin daşınmaz əmlakda İddiaçı1, X4 hər birinin 1/3 hissəsinə mülkiyyət hüququ qeydiyyata alınıb, X2 adına olan əmlakda 1/3 hissəsi isə açıq qalır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzr ə keçirilmiş məhkəmə-texniki ekspertizasının 30 noyabr 2018-ci il tarixli, xxxxxx saylı rəyində həmin evin mülkiyyətçiləri arasında paylarına uyğun naturada üç bərabər hissələrə təcrid mənzil şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı halda mübahisəli evin iki hissəyə, yəni 1/3 və 2/3 hissəyə bölünməsi sxemdə göstərilən qaydada mümkün olmasına apellyasiya instansiyası məhkəməsi işin digər sübutları ilə birgə qiymətləndirərək bu nəticəyə gəlmişdir ki, naturada bölünməsi texniki cəhətdən mümkün olmayan evin və tərəflərin mülkiyyətində olmayan torpaq sahəsində sərhəd hasarın çəkilməsi ilə bölgünün aparılması düzgün olmamışdır. Belə ki, tərəflərin mülkiyyətində olmayan torpaq sahəsinin onların hər hansı birinə ayrılması mülki qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası hə mçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçıların mülkiyyətində olmayan torpaq sahəsini onlara naturada ayrılmasına dair iddia tələbinin də olmamasına dair nəticəsi ilə də razılaşır. Belə ki, işin materiallarından görünür ki, ünvan1 küçəsində yerləşən 40 saylı evin naturada bölünməklə, həmin evin sahəsinin 2/3 hissəsində payların digər vərəsənin 1/3 hissəsinin ayrılması, Cavabdeh tərəfindən onlara məxsus paya dair mülkiyyət hüquqlarına maneələrin aradan qaldırılması barədə olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən mülkiyyət hüquqları ilə bağlı və paylı mülkiyyətdə olan əşyanın bölünm əsi və ondan payın ayrılmasını tənzimləyən maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələrinin müddəaları). Mülkiyyət hüquq insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. (“İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsi; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əml aka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məlum olduğu kimi, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Mülki qanunvericiliklə ik i və ya bir neçə şəxsin mülkiyyətində olan əşyanın onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olması müəyyən edilmişdir (Mülki Məcəllənin 213.1-ci maddəsi). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Göründüyü kimi, ümumi paylı mülkiyyətdə olan əşya ilə əlaqədar yaranmış mübahisələrin, məhz paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması tərəflər arasında mümkün olmazsa onda məhkəmədə mübahisələndirə bilər. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məc əlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən isə mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmaları nı, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr onu deməyə əsas verir ki, iddiaçıların əmlakın naturada bölünməsi, payların ayrılması və maneələrin aradan qaldırılması tələbinə dair irəli sürdüyü faktiki hallar onların tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlar ının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə də, məhkəmə koll egiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noy abr 2005-ci il tarixli 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilən səbəblər dən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5087/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5087/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5774/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5774/2019
06.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver