Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5774/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 Ağa Kərim oğluna və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-21/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X12 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 oktya br 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri, N saylı tikili N qızına məxsus olmuş və 30 sentyabr 1967-ci il tarixdə sonuncu ona məxsus evin 1/3 hissəsini X8 bağışlamışdır. 1997-ci ildə mərhum X7 gəlini X9 ərizə ilə Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək qayınatasına məxsus N saylı tikilinin hüquqi qeydiyyata alınmasını xahiş etmiş və İcra Hakimiyyəti başçısının 30 iyul 1997-ci il tarixli 820 №-li sərəncamı ilə X11 həmin ünvanda yerləşən bütün tikililərin, o cümlədən sonradan tikilmiş tikililərin hüququ sahibi hesab edilərək həmin tikilinin hüquqi qeydiyyata alınması və bu barədə olan sənədlərin X5 təqdim edilməsi Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülki yyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş olunmuşdur. 07 sentyabr 2016-cı il tarixdə Bakı şəhərinin 39 saylı Notariat Kontoru tərəfindən N qızının vərəsəsi kimi X12 oğlunun adına miras əmlakdan tam irs alması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 143,3 kv.metr olan fərdi yaşayış evi və 0,08503 ha torpaq sahəsinə dair X12 Ağa Kərim oğlunun həmin əmlaka mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və adına 24 sentyabr 2016-cı il tarixli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2016-cı ilin dekabr ayında İddiaçı1 cavabdeh X12 Ağa Kərim oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ş əhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evin 1/3 hissəsinin N qızı tərəfindən X8 bağışlanmasına baxmayaraq Cavabdeh1 adına bütün miras əmlaka tam irs alması barədə 07 sentyabr 2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini və həmin şəhadətnamə əsasında Cavabdeh1 adına bütün evə mülkiyyət hüququnu bildirən Reyestrdən Çıxarış verilməsini əsas göstərməklə həmin şəhadətnamənin verildiyi andan etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh X12 oğlu qarşılıqlı iddia verərək, İddiaçı1 ona qarşı irəli sürdüyü iddia tələbində hüquqi əsas kimi istinad etdiyi B qızı ilə X11 arasında bağlanmış 30 sentyabr 1967-ci il tarixli bağışlama müqaviləsinin görünüş üçün bağlan araq hüquqi nəticə yaratmamasını, doğulduğu gündən nənəsi Meyransa Osat qızına məxsus mübahisəli evdə yaşamasını, nənəsinin ölümündən sonra evin onun istifadəsində olmasını və nənəsinin sağ qalan vərəsəsi olduğundan notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb mülkiyyət hüququnu rəsmiləşdirməsini, mübahisəli evin “A” və “B” tikililərindən ibarət olmaqla mülkiyyət hüququ üzrə ona məxsus olmasını, onun adına şəhadətnamənin qanunun tələblərinə əməl edilməklə verilməsini, bağışlama müqaviləsinin isə onun nənəsi tərəfindən imzalanmamasını, müqavilənin mülki qanunvericiliyin tələbinə uyğun olmamaqla 01 sentyabr 2000-ci ilə kimi qüvvədə olan Mülki Məcəllənin 230-cu maddəsinin tələbinə uyğun formada bağlanmamasını əsas göstərməklə 30 sentyabr 1967-ci il t arixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1144/2017 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim: V.İ.Həsənov) iddia və qarşılıqlı iddia tələbləri əsassız hesab edilərək rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək iddia tələbinin rədd olunmasına dair hissədə qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilib iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-526/2018 saylı, 14 mart 2018ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat İddiaçı1 və X1 cavabdeh X12 oğluna və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Meyransa Osat qızına verilmiş 19 avqust 2016-cı il tarixli dövlət reyestrində qeydiyyatın qismən, “B” tikilisinə aid hissədə ləğv edilməsi, həmin qeydiyyatın qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab edilməsi, cavabdehin həmin Çıxarış əsasında əldə etdiyi 24 sentyabr 2016-cı il tarixli çıxarışın qismən, “B” tikilisinə aid hissədə ləğv edilməsi, “B” tikilisinin Meyransa Osat qızına vəfat edənə qədər məxsus olmaması əsası ilə miras əmlak hesab edilməməsinə dair iddia ərizəsi üzrə işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1149/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnərək Apellyasiya Məhkəməsinə daxil olmuş digər işlə bir icraatda birləşdirilmişdir. Birləşdirilmiş icraat üzrə qəbul edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-952/2018 saylı, 26 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: İ.R.Burcayev) iddia təmin edilərək Meyransa Osat qızının adına verilmiş 19 avqust 2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və həmin evə dair 24 sentyabr 2016-cı il tarixdə X12 Ağa Kərim oğluna verilmiş çıxarış qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab edilmişdir. Hazırkı iş üzrə bir icraata birləşdirilmiş digər iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci i l tarixli qətnaməsindən X12 Ağa Kərim oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-21/2021 saylı, 22 fevral 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı hissədə ləğv edilmiş, ilkin iddianın qismən təmin edilib Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən X12 Ağa Kərim oğlunun adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibars ız hesab edilməsi, qətnamənin apellyasiya şikayəti üzrə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə X12 Ağa Kərim oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-cu il tarixli qətnaməsi X12 Ağa Kərim oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh X12 oğlu kassasiya şikayəti verərək bağışlama müqaviləsi üzrə hədiyyə verən N qızının və hədiyyə alan X7 vəfat etməklə hədiyyənin qəbul edilməməsini, İddiaçı1 miras qoyan Nun gəlini olmaqla məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını, Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2018-ci t arixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə evin ½ hissəsinə X2 payının müəyyən olunmasını, lakin işə baxan apelyasiya instansiyası məhkəməsinin işin həmin hallarına düzgün hüququ qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-21/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydi n qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən 04 oktyabr 1967-ci il tarixdə ölmüş Meyransa Osat qızının vərəsəsi kimi X12 oğluna mira s əmlakdan tam irs alması barədə 07 sentyabr 2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı qətnaməsi ilə ilkin iddia tələbini təmin edərək həmin şəhadətnaməni bütövlükdə etibarsız hesab etmişdir. Həmin qətnamə ilə apellyasiya instansiyası məhkəməsi eyni zamanda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli qətnaməsi ilə X12 oğluna verilmiş Reyestrdən Çıxarış qismən, yalnız “B” tikilisinə aid hissədə etibarsız hesab edilmişdir. Bundan başqa, işin 1-ci cildinin 229-235-ci səhifələrində olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ½ hissədə etibarsız hesab edilmiş və bununla əlaqədar X12 oğlunun adına verilmiş Dövlət Reyestrindən Çıxarış ½ hissədə ləğv edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 ölümündən sonra miras qalmış evin ½ hissəsinə onun vərəsəsi kimi X4 payı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni bütövlükdə etibarsız hesab edərkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, qətnamə işdə olan bütün sübutlara qiymət verilmədən, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsa slandırılmadan çıxarılmaqla mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması təmin edilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh X12 oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-21/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5774/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5774/2021
06.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver