Məhkəmə qərarları › İş №2(102)-5775/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5775/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5775/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh "xxxx" MMC-yə, 3-cü şəxslərMna və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5775/21 (Açar sözlər: hərrac nəticələrinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-3150/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı üçüncü şəxsM və Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" tərəfindən ona məxsus E saylı mənzilinin satılmasına dair keçirilmiş hərracın nəticələrinin, 41/01 saylı 24.06.2019 müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1207/2017 saylı 09 fevral 2017-ci il tarixli qətnaməsi ilə ondan iddiaçı Min xeyrinə 50000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmiş, həmin qətnamə icra edilməsi üçün Sabunçu rayon İcra və probasiya şöbəsinə göndərilmiş və Sabunçu rayon İcra və probasiya şöbəsinin İcra məmuru tələbi yeganə yaşayış yeri sayılan BE saylı mənzilinə yönəltmişdir. Onun tərəfindən Sabunçu rayon Məhkəməsində cavabdeh Sabunçu rayon İcra və probasiya şöbəsinə qarşı iddia qaldırılmış və Bakı şəhər Sabunçu rayon rayon məhkəməsinin 2(008)-4873/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Sabunçu ravoıı İcra və Probasiya şöbəsinə qarşı iddia tələ bi təmin olunaraq Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli 2(008)1207/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru A.Əmirov tərəfindən tələbin borclu ona məxsus E saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən 3-cü şəxsM apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12678/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 2(008)-1873/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12678/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən 3-cü şəxsM kasasiya şikayəti vermiş və Ali Məhkəmənin 26.12.2019-cu il tarixli 2(102)-8248/2019 saylı Qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yalnız Azərbaycan Respublikasının Ali Məhkəməsində keçirilən proses zamanı ona məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3255/2019 saylı 28.11.2019-cu il tarixli qərarı ilə iddiaçıMnun iddiası təmin olunaraq hərracın nəticələri əsasında E saylı mənzilinə onun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Onun tərəfindən verilmiş ərizə əsasında Bakı İnzibati məhkəməsinin hakimi Aytən Oruczadəni n sədrliyi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3255/2019 saylı 28.11.2019-cu il tarixli qərar ləğv edilmiş və işin icraatı təzələnmişdir. İnzibati işin sənədləri ilə tanış olan zaman məlum olmuşdur ki, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış qətnamələrə baxmayaraq ona məxsus olan E saylı mənzili 1 hərraca açıq satışa çıxarılmış və 41/01 saylı 24 iyun 2019-cu il tarixli protokola əsasən Mə 50000 manata satılmışdır. Cavabdeh təşkilata müraciət edəndən sonra məlum olmuşdur ki, dəyəri 80000 manat olan mənzilə cəmi 50000 manat qiymət qoyulmuş və həmin qiymətə Mə satılmışdır. "xxxx" onun iştirakını təmin etmədən, onun xəbəri olmadan mənzilinin qiymətləndirilməsini keçirmədən 80 000 manat dəyərində olan mənzili 50 000 manat qiyməti ilə hərraca çıxarmış, yəni cavabdeh təşki lat mənzili düzgün qiymətləndirməmiş, bazar qiymətindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarmış, onun qiymətlənmədə və hərracda iştirakını təmin etməmişdir. Daha sonra, hərraca çıxarılan mənzili tələbkar M əldə etmişdir. Yenə də qeyd edir ki, hərracın keçirilməsindən və mənzilin M tərəfindən alınmasından xəbəri olmayıb. İkinci bir tərəfdən, hərracın keçirilməsinə səbəb olmuş icra məmurunun hərəkətlərindən məhkəməyə iddia ərizəsi vermiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tələbin ona məxsus E saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyriqanuni hesab edilməsi qət edilmişdir. Digər tərəfdən, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqi şəxslər, yəni hərraclar keçirdiklə ri hərracları ədalətli şəkildə həyata keçirməyi öz üzərinə götürürlər. Bu öhdəliyin hərrac tərəfindən yerinə yetirilməsi və ya qanun pozuntuları ilə yerinə yetirilməsi əhalinin bu sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən borclu şəxsin mülkiyyət maraqları və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən Prinsipi hazırki işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı hərrac keçirilməsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bütün bunlara baxmayaraq, cavabdeh təşkilat tərəfindən heç bir əsas o lmadan daşınmaz əmlak 50000 manat kimi düzgün qiymətləndirilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1519/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən araşdırılma aparılarkən müəyyən edilmişdir ki, E saylı mənzil hərraca çıxarılarkən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmamışdır. Hərrac 24.06.2019-cu il tarixdə keçirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı isə 26.12.2019 tarixdə çıxarılmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, hərrac yekun qərar çıxarılmamışda n öncə keçirildiyindən qanunsuz olmamışdır. Bundan əlavə, Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.3-cü maddələri və F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktya br 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-3150/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1519/202 0 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı E saylı mənzilinin satılmasına dair keçirilmiş hərracın nəticələrinin və müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin hərracın keçirilməsi üçün əsas olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(008)1207/2017 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tələbin borclu İddiaçı1 məxsus E saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab ediməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktı ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(008)-1207/2017 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələb borclu İddiaçı1 məxsus, lakin qanunvericiliyə əsasən tələbin yönəldilməsinə yol verilməyən, borclunun və onun ailə üzvlərinin yeganə yaşayış yeri olan E saylı mənzilinə yönəldilmişdir. Bununla da icra məmuru tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdu r. Belə olan halda, adı çəkilən mənzilin satılmasına səbəb olmuş hərrac və onun nəticələri, dolayısıyla həmin əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə qanuni hesab edilə bilməz. Ona görə də iddia tələbi təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 3-cü şəxsM (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qanunsuz və əsassızdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə D övlət Komitəsinin 12.12.2019-cu il tarixli arayışına əsasən Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış evinin söküldüyü qeyd olunsa da, həmin ünvanlara yerli baxış keçirilmiş və bu videoçəkilişlə müşayiət olunmuşdur. Məlum olmuşdur ki, Ordubadi və C.Məmmədquluzadə küçələri ayrılıqda mövcud olmaqla hər hansı ad dəyişikliyinə məruz qalmamış və iddiaçıya məxsus ev mövcuddur. Odur ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 12.12.2019-cu il tarixli arayışı qeyri-mötəbər və apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Beləliklə aydın olur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üç ün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1, 3-cü şəxsMnun vəkili Vəkil və 3-cü şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. 3-cü şəxsM məhkəməyə teleqram ünvanlayaraq, vəkilinin koronovirus xəstəliyinə yoluxması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahi ş etmişdir. Lakin teleqrama bununla bağlı hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq a uksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə

416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddi ası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, 3-cü şəxs kasasiya şikayətini hərrac vasitəsi ilə əldə edilmiş mənzilin iddiaçının yeganə mənzili olmadığı, həmin mənzildən başqa iddiaçının Naxçıvan Muxtar Respublikasında adına mənzil olması, bu evin sökülməməsi, apelyasiya məhkəməsinin bu hala düzgün qiymət verməməsi ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinni tələblərinə istinad etməklə hərrac vasitəsi ilə əldə edilmiş mənzilin hərraca çıxarılması ilə bağlı icra məmurunun hərəkə tlərinin qeyri-qanuni hesab edilməsi barədə qüvvədə olan qətnamələrə əsaslanıb iddia tələbini təmin etmişdir. Odur ki, 3-cü şəxsin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs M tərəfindən verilmiş kasasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3150/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar