Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5779/2019 09.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovnadan və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Binəqədi rayon Şöbəsinin Bakı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixl i qətnaməsi ilə (hakim: A.Ə.Rzayev; 2(001)-8547/2018) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Binəqədi rayon Şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, ərizəçi Ərizəçi himayəsində (öhdəsində) 27 fevral 1996-cı il təvəllüdlü X9 olması faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixl, qətnaməsi ilə (T.S.Səmədov, (sədrlik edən və məruzəçi), İ.Ş.Şirinov və E.C.Kazımov iş 2(103)-3964/19) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Binəqədi rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin h alları Ərizəçi Ərizəçi maraqlı səxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Binəqədi rayon Şöbəsinə qarsı hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 fevral 1996-cı il təvəllüdlü X9 onun öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri dörd nəfərdən ibarətdir və birlikdə ünvan 1 ünvanında yaşayırlar. X7 anadangəlmə xəstə olduğuna görə o. həkimin nəzarəti altında olmuşdur.Onun xəstəliyi ilə əlaqədar daimi kənar köməyə ehtiyacı vardır.Təkbaşına heç bir hərəkət edə bilmir və əziyyət çəkir. Odur ki, X7 üzərində qəyyum təyin olunmasına ehtiyac duyulur. Çünki yetkinlik yaşma çatdığına görə qəyyum təyin olunmalıdır. Ailənin yeganə qazan c gətirəni o olduğu üçün, çox hallarda çalışdığı işə gedə bilmir, gecikmələri olur. Kassasiya şikayətinin dəlilləri Maraqlı səxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Binəqədi rayon Şöbəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ-hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinin pozulması ilə tam,hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Məhkəmə kollegiyası iclas ının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onlarıniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya inst ansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt şə hər WAQ Şöbəsi tərəfindən verilmiş ******* saylı, 27.03.1997-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X13 27.02.1996-cı il tarixdə anadan olmuşdur, anası Ərizəçi, atası X10r. 25 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 230 saylı arayışa əsasən ünvan 2 ünvanında yaşayan Ərizəçi 1996-cı il doğumlu X7 25 saylı şəhər poliklinikasında G80 Uşaq serebral iflici qıcolma sinrdomıı ilə, G82 aşağı ətrafının paraparezi k.29.3 X.r səthi qastrit diaqnozu ilə dispanser qeydiyyatındadır. 2012-ci ildən 1-ci qrup əlilidir. Kənar şəxsin qulluğuna ehtiyacı var. Şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin qızının xəstə olduğu və qızı X16ma anasının baxdığı ona məlumdur.Belə ki, uşaq əvvələr gəzə bilirdi, hazırda onu da bacarmır.O, təsdiq etmişdir ki, 27 fe vral 1996-cı il təvəllüdlü X13 Ərizəçi faktiki himayəsindədir. Şahid X6 bildirmişdir ki, ərizəçi ilə qonşudur.Ərizəçinin X7 anadan olandan xəstədir. X1 sudıırğa tutubdur. Eyni binada yaşayırlar, ərizəçi birinci mərtəbədə, o isə 3-cü mərtəbədə yaşayır. O, təsdiq etmişdir ki, 27 fevral 1996-cı il təvəllüdlü X13 Ərizəçi faktiki himayəsindədir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcüd olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayin ə keçirməklə, səs və video yazrları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsləhn izahatları ilə müəyyən edilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Ərizəçi himayəsində(öhdəsində) azyaşlı övladının, yəni 27 fevral 1996-cı il təvəllüdlü X9 olması faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci maddəsinə əsasən nəhkəmə şəxsin öhdədə olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa, qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunan Məcəllənin 311 -ci maddəsinə istinadən nəzərə alınmalıdır ki, hüq uqi əhəmiyyətli olan faktların müəyyən edilməsi zamanı məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Ərizəçi himayəsində (öhdəsində) 27 fevral 1996-cı il təvəllüdlü X9 olması faktını müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız olduğundan, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcələnin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq rayon məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5779/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5779/2019
09.09.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver