Məhkəmə qərarları › İş №2(102)-578/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-578/2024

02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-578/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaz xəttinə qanunsuz qoşulma, borcun silinməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4834/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyy ən etmişlər ki, Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına (abonent kodu: (**********00490) baxış keçirilən zaman abonent İddiaçı təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyinə dair çoxsaylı aktlar tərtib edilmiş və 8.670,24 manat məbləğində dəymiş zərər hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Birlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evində (abonent kodu: **********00490) quraşdırılmış qaz sayğacı ilə bağlı cavabdeh tərəfindən hesablanmış 8.670,24 manat məbləğində borcun silinm əsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evində yerləşən qaz sayğacı ona məxsusdur. Bir müddət öncə Birliyin nümayəndələri onun iddiaçının evində qeyri-qanuni xəttin olmasını, yəni sayğaca kənar müdaxilə edilməsini bəhanə edərək onun hesabına cərimə yazmışlar. Halbuki iddiaçının yaşadığı evdə sayğaca kənar heç bir müdaxilə olmamışdır. Belə ki, Birliyin əməkdaşları iddiaçının iştirakı olmadan onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, guya qeyri-qanuni xəttin aşkarlanmasını əsas götürərək akt tərtib etmiş və əsassız olaraq cərimə yazmışlar. Sübut olaraq da yalnız abonent saldosu və aktın surəti təqdim edilmişdir. Həmin evdə yaşadığı müddət ərzində qaz istifa dəsinə görə kifayət qədər vəsait ödəmişdir. Həmin evdə təbii qazdan istifadə ilə bağlı heç bir problem olmamış və qaz sayğacından kənar qeyri-qanuni istifadə edilməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1037/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/172 nömrəli, 17 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-cü il tari xli qətnaməsi ilə (hakim A.Həsənova) iddia tələbi qismən təmin edilərək, iddiaçının cavabdehə 500 manat məbləğində borcunun olmasının müəyyən edilməsi, qalan 8.170,24 manat məbləğində borcun cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinməsi, cavabdehdən 50 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır.

7. Məhkəmə cavabdehin tələb etdiyi cər imə borcuna dair hissəyə qiymət verərək hesab etmişdir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir.

8. Məhkəmə iş materiallarını araşdırarkən cərimənin məbləğinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən cərimənin hansı hesablama qaydaları ilə aparılmasına dair heç bir hesablama düsturuna rast gəlinməmiş, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Nə qədər ki, iddiaçının kənar xətti hansı müddət ərzində istifadə etməsini dəqiq müəyyən etmək mümkün deyil, Birliyin əməkdaşlarının da hər ay yoxlanış həyata keçirmək, bu mümkün olmadıqda isə hər 3 aydan bir yoxlanış etmək vəzifəsidir.

9. Məhkəmə iddiaçıya məxsus ünvanda kənar xətdən istifadənin vaxtını 3 ay həddində müəyyən edərək və həmin ünvandakı qazdan isti fadə cihazlarını nəzərə alaraq cərimənin 500 manat həddində müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 560.1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2, 6.5-ci bəndləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 216-220, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı nın zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”ni n 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4834/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi) Fuad Babayev və Cəmilə Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, iddiaçının cavabdehə 669,60 (altı yüz altmış doqquz manat altmış qəpik) manat məbləğində borcunun olması müəyyən edilmiş, qalan 8000,64 (səkkiz min manat altmış dörd qəpik) manat mə bləğində borcun cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının qazdan sayğacdan kənar istifadə etdiyi üçün borcunun cəmi 500 manat olmasını əsaslandırmamışdır. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evinə ilkin olaraq cavabdehin əməkdaşları tərəfindən 30 mart 2020-ci il tarixdə baxış keçirilmiş, abonent tərəfindən qaz sayğacından qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30 mart 2020-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın həcmi 6696 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, 2020-ci ilin mart ayına iddiaçının qalıq borcu 669,60 manat məbləğində olmuşdur. 30 mart 2020-ci il tarixli, ******* nömrəli akt tərtib edildikdən sonra iddiaçı tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamışdır. Əksinə cavabdeh qazın verilməsini dayandırmamış, dəymiş zərərin ödənilməsini iddiaçıdan tələb etməmişdir. Buna baxmayaraq, qeyd olunan hallarla bağlı hər ay müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır.

15. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən yalnız 30 mart 2020-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 669,60 ma nat borcun tələb edilməsi əsaslıdır. Növbəti tarixlərdə tərtib edilmiş aktlar əsasında hesablanmış (8.670,24 - 669,60 = 8000,64 manat) məbləğində pulun iddiaçıdan tələb edilməsi əsassızdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi mövqeyin hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8, 13.9-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”-nın 3.1.3-cü bəndinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv olunması və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsas landırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər cavabdehin tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmə iddianı təmin etmişdir. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur.

19. İddiaçının əldə etdiyi Birliyin mülkiyyətindəki qazdır. Bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçının vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Məhkəmə qətnaməsində iddia məbləğinin çox qismini təmin etməyinə dair mövqeyini hər hansı bir sübutla əlaqəndirməyərək for mal mülahizələrlə əsaslandırmışdır. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı qanuni qazdan sərf etməmiş və ya hər hansı ödəniş etmişdir. Aktlar və aktlar əsasında çəkilmiş fotoşəkillərdən iddiaçının aşkar sürətdə təbii qazdan istifadə etdiyinin görünməsinə baxmayaraq məhkəmə bu hallara nəzərə yetirməyərək təbii qazın qanunsuz şəkildə istehlak etməsini dəstəkləyərək iddia tələbinin çox qismini təmin etmişdir

20. İşin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmayıb. Təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdır. Həmçinin iddiaçıya borcun hesablandığı müddətdə, iddiaçının qaz sayğacı üzrə nə qədər ödəniş edib-etməməsi halının araşdırılm ası, onlara hüquqi qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmələr isə bu halı nəzərə almamış, bu yöndə ümumiyyətlə araşdırma aparmamışdır. Məhkəmə işin hərtərəfli araşdırılması məqsədi ilə çəkilmiş fotoşəkillərin həqiqiliyini müəyyən etmək üçün yerində baxış keçirə bilərdi.

21. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən, zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişdir. Təqdim olunmuş foto-şəkillərdən və iddiaçının iddia ərizəsində etirafından görünür ki, iddiaçı uzun müddət qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə etmişdir. Bununla yanaşı, mülki işə əlavə edilmiş saldodan da görünür ki, istehlak edilm iş qaz həcmi ödənilmiş pul məbləği reallıqdan tam uzaqdır. İddiaçı təbii qazdan qeyri qanuni istifadə etdiyindən demək olar ki, heç bir ödəniş etməmişdir, Qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş nə də ki cavabdeh tərəfindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zə rər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

26. Maddə 6, hissə

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qa z alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

27. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanma sında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir (2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-c i il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş X1:

28. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə

88. Məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə ko llegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

40. Baxılan işdə mübahisə qaz xəttinə qanunsuz qoşulması nəticəsində Cavabdehnə dəymiş zərər kimi İddiaçı hesablanmış borc məbləğidir.

41. İddiaçı cavabdeh tərəfindən hesablanmış 8.670,24 manat məbləğində borcun silinməsini tələb edir.

42. Cavabdeh isə mübahisələndirilən məbləğin qaz xəttinə qanunsuz qoşulma faktlarının aşkar edilməsi ilə əlaqədar təşkilata dəyən zərər kimi hesablandığını və müvafiq aktlarla təsdiq olunduğunu bildirərək iddiaya etiraz edir.

43. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evinə ilkin olaraq cavabdehin əməkdaşları tərəfindən 30 m art 2020-ci il tarixdə baxış keçirilmiş, abonent tərəfindən qaz sayğacından qeyri-qanuni istifadə halı aşkar edilmişdir.

44. Eyni zamanda iş materiallarından görünür ki, həmin vaxtdan etibarən xx.xx.2022ci ilədək qeyd olunan ünvanda təbii qazdan sayğacsız – qeyri-qanuni istifadəyə görə müxtəlif tarixlərdə çoxsaylı aktlar tərtib edilmiş və hər akt üzrə zərərin həcmi hesablanmışdır.

45. Apellyasiya məhkəməsi tərəfindən həmin aktların mötəbərliyi şübhə altına alınmasa da, yalnız 30 mart 2020-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 669,60 manat borc əsas götürülmüş, sonrakı tarixlərdə tərtib edilmiş aktlar əsasında hesablanmış (8.670,24 - 669,60 = 8000,64 manat) məbləğində pulun iddiaçıdan tələb edilməsi əsassız hesab edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, idd iaçı tərəfindən 30 mart 2020-ci ildən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamışdır. Əksinə cavabdeh qazın verilməsini dayandırmamış, dəymiş zərərin ödənilməsini iddiaçıdan tələb etməmişdir (§ 14-15).

46. Kassasiya kollegiyası bu mövqe ilə razılaşmır və 2022-ci il mayın 1-dək tərtib olunmuş aktlar üzrə hesablanmış zərərə münasibətdə qeyd edir ki, bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ var (§ 26, 28).

47. Qanuna əsasən, zə rərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (§ 23-24).

48. İddiaçının qaz xəttinə qanunsuz qoşulması barədə tərtib edilmiş aktlar qeyrimötəbər sayılmadığı halda apellyasiya məhkəməsinin qazın verilməsinin dayandırılmamasına istinadən 30 mart 2020-ci il tarixli aktdan sonra tərtib olunmuş aktlar üzrə borcu silməsi qanuni və əsaslı yanaşma sayıla bilməz. Məhkəmə hesablanmış zərərin belə bir əsasa görə silinməsinin qanuni əsasını da göstərməmişdir.

49. O da nəzərə alınmalıdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq səlahiyyəti abonentə tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, (yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması) şəxsin davam edən (hər dəfə fiksə olunan) kənar qoşulma faktına görə məsuliyyətini aradan qaldırmır.

50. Bununla belə, qaz paylayıc ısının işçisinin davranışının zərərin yaranmasına və artmasına şərait yaratması sübuta yetirildikdə, bu hal zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı nəzərə alına bilər (§ 25).

51. Kassasiya məhkəməsi onu da nəzərə alır ki, iş üzrə mübahisəli olan məbləğin bir hissəsi 2022-ci il mayın 1-dən sonra tərtib olunmuş aktlar üzrə hesablanmışdır. 52. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixdən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsin i barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

53. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq olu na bilməz (§ 30-31).

54. Buna baxmayaraq, apelyasiya məhkəməsi 2022-ci il mayın 1-dən sonra tərtib olunmuş aktlar üzrə yuxarıda göstərilən qanunvericiliyi tətbiq etməklə müvafiq əsaslandırma aparmamışdır.

55. Halbuki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (§ 34).

56. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 33, 35).

57. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətin ə olan etimadın möhkəmlənməsinə xidmət edir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayə ti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

59. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

60. Odur ki, təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşd ırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun yekun hüquqi qiymət verilməlidir.

61. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4834/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar