Məhkəmə qərarları › İş №2(102)-5781/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5781/2019

16.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5781/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X5 ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçı, onun vəkili Cavadov Cavad Yusif oğlunun, cavabdeh YYY-nin vəkili X3 və nümayəndəsi Salmanov Kazım Səfər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-190/2019 nömrəli, 04 fevral 2019cu il tarixli qətnaməsindən cavabdeh YYY-nin və vəkili Vəkil Qabil oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 v ə digərlərinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X11 küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi l01,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin və 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümum i sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin yüklü edilməsinə dair ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, göstərilən əmlakların yüklülükdən azad edilərək tərəflərin ilkin vəziyyətə qaytarılması və cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh4 mülkiyyətində olan 555ndə istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evindən, 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsindən və Cavabdeh1 müllkiyyətində olan 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.mdən ibarət 1 otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri qismində mübahisə həll edilənədək və yekun məhkəmə aktı qüvvəyə minənədək 555ndə istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv. m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv. m, yaşayış sahəsi 101,07 kv. m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 müllkiyyətində olan 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, yekun məhkəmə qərarı qanuni qüvvəyə minmədiyi halda həmin məhkəmənin 18 may 2015-ci il tarixli qərardadı ilə həmin əmlakların üzərindən həbs götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin MK-nin 04 dekabr 2015-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 birgə verdikləri apellyasiya şikayəti təmin edilməyərək, İddiaçı apellyasiya şikayəti təmin edilərək, hazırkı i ş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 31 avqust 2015-ci il tarixli qətnamə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi barədə ilk iddiası, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddiaçıya qarşı fərdi yaşayış evinin boşaldılması və sair tələbləri barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 16 may 2016-cı il tarixli qərarı ilə Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi X12 oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nin həmin iş üzrə 04 dekabr 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla bərabər, Cavabdeh1 İddiaçı tərəfindən ona verilmiş 17.03.2015-ci il tarixli e tibarnamələrə əsasən onda göstərilən əmlaklar barədə 18.03.2015ci il və 29.03.2015-ci il tarixli müqavilələrlə öz öhdəlikləri üçün YYY-də ipoteka qoymuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması və mənəvi ziyanın ödənilməsi” barədə iddiası qismən təmin edilərək, 555ndə istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi l01,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, 111 küçəsi ndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin və 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin yüklü edilməsinə dair 05.06.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqavilələri etibarsız hesab edilməsi, göstərilən əmlakların yüklülükdən azad edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Cavabdeh YYY-nin və vəkili Vəkil Qabil oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-190/2019 nömrəli, 04 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş ə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi düzgü əsaslandırılmamışdır. Belə ki, bank tərəfindən apelyasiya şikayətində göstərilən arqumentlər nə hazırki, nə də alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə mülki işdə araşdırılmamışdır. Bundan başqa məhkəmə istinad etdiyi MPM-in 82.3-cü maddəsini hazırki işə düzgün tövsif etməmişdir. Belə ki, bank tərəfindən qoyulan suallar ilk işdə müəyyən edilmiş faktlar ilə eyni deyil və sözügedən maddədə olan həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edil mir” ifadəsinin Banka münasibətdə tətbiqinin yolverilməzliyinin əsası odur ki, Bank həmin işdə tərəf olmamışdır və Bank ilk işdə olan halları deyil, vicdanlı əldə edən şəxsin maraqlarına toxunulması aspektindən qoyulan sualların məhkəmə tərəfindən araşdırılmasını tələb etmişdir. Qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirə bilməz. Deməli sonrakı işdə iştirak edən şəxslərdən hər hansı biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, onda həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların adi qaydada sübut edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ” 23 fevral 2016-cı il tarixli Plenum qərarına əsasən müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Məhkəmə qətnaməsində MPM 82.3-cü maddəsinə istinad etməklə kifayətlənmiş və nəticədə tərəfimizdən faktlarla bağlı qoyulan sualların məntiqi və əsaslı izahı olmamışdır. Məhkəmənin araşdırılmalı və aydınlıq gətirilməli hallar aşağıdakılardan ibarət olmuşdur. İddiaçı bir əmlaka görə pul almadan nə üçün digər 3 əmlak barədə etibarnamə verib sual ına həm 1-ci instansiya, həm də Bakı Apellyasiya Məhkəməsi tərəfindən yetəri diqqət yetirilməmişdir. Eləcə da iddiaçı etibarnamələri verdiyi tarixdə onun razılaşdığı məbləğ ona verilməmişdirsə, o zaman elə həmin gün Cavabdeh1 və Cavabdeh3 adına verdiyi etibarnaməni nə üçün ləğv etdirməyib?! İş materiallarından göründüyü kimi iddiaçı sözügedən etibarnamələri eyni gündə deyil, müxtəlif tarixlərdə, yəni etibarnamələri verdiyi 12.03.2015-ci, 18.03.2015-ci və 29.03.2015-ci il tarixlərindən uzun müddət (36 gün, 43 gün və 49 gün) sonra 30,04.2015-ci il və 04.05,2015-ci il tarixində ləğv etdirmişdir. Bu hal isə o sualı doğurur ki, iddiaçı sözügedən əmlakların özgəninkiləşdirməsini bilirdisə, o zaman etibarnamələri nə üçün müxtəlif vaxtlarda ləğv etdirib?! Daha sonra iddiaçı mübahisəli əmlakları ipoteka qoymaq və ya satmaq fikri var idisə, onun özü vasitəçisiz (təmsilçi olmadan) həmin əmlakları sata və yaxud da onları ipoteka qoyub borc götürərək, ipoteka qoyan qismində şəxsən çıxış edə bilərdi. Əslində heç bir Bank 4 əmlakı öhdəliklərinin icrasının təminatı kimi göstərən şəxsə kredit verməkdən imtina etməz və ona görə onun özü nə üçün mübahisəli əmlakları vasitəçisiz ipoteka qoymayıb və ya satmayıb suallarının cavabsız qalması həqiqətləri aşkara çıxarır. Həmçinin iddiaçı mübahisəli əmlakları girov qoyaraq, ona lazım olan pulu əldə etmək üçün özünü hazırda iddia etdiyi risklərdən qorumaq məqsədi ilə həmin əmlakların alqı-satqı edilməsi barədə şərti Cavabdeh3 və Cavabdeh1 adına verdiyi etibarnamələrdən nə üçün sildirməyib ?! Üstəlik iddiaçının iddia etdiyi hallar ona məlum olduqdan sonra bağlanılmış müqavilələrin hüquqi nəticələrinin etibarsızlığını mübahisələndirmək hüququ olduğu halda bunu etməmişdir. “Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən ipoteka müqavilələri məhkəmə tərəfindən etibarsız hesab olunmuş alqı-satqı müqavilələri əsasında bağlanmışdır. 1-ci əqd etibarsız hesab edildiyi təqdirdə, 2-ci və sonrakı əqdlərin hamısı etibarsız sayılır. Bu qayda MM-nin 337-ci maddəsindən irəli gəlir. Çünki 2-ci və sonrakı əqdlər 1-ci əqdin nəticəsi kimi çıxış edir. 1-ci əqd etibarsız olduğuna görə onun nəticəsi etibarsız sayılır. 2-ci və sonrakı mülkiyyətçilərin bu vəziyyətin yaranmasında təqsiri olmasa da 1-ci mülkiyyətçinin də təqsiri yoxdur. Ona görə də 2-ci və sonrakı mülkiyyətçilərin təqsirinin olmaması 1-ci mülkiyyətçinin mülkiyyət hüququnun pozulması na əsas ola bilməz”. Məhkəmənin gətirdiyi bu əsaslandırma da hüquqi baxımdan düzgün deyil. Çünki, mülki qanunvericilik sonradan bağlanan müqavilənin mütləq etibarsızlığını nəzərdə tutmur. Əgər bu belə olsaydı vicdanlı əldə edən şəxslərin qanunla təminat verilən hüquqları şübhə altına alınar və nəticədə vicdanlı əldə edənə aid qanunvericiliyə daxil edilmiş müddəaların mövcudluğu öz əhəmiyyətini itirmiş olar. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmələr etibarsızlıqla bağlı işlərə baxarkən vicdanlılıq institutunu nəzərə alaraq MM 337.5-ci maddəsinin müddəalarını tətbiq etmədən iddianı təmin etməsin. Digər tərəfdən Məhkəmənin vicdanlı əldə edənin hüquqlarını pozan belə bir qətnamə qəbul etməsi ümumilikdə mülki h üquq münasibətlərin sabitliyinə xələl gətirir və qeyri sağlam presedent yaradır. Məhkəmənin sonuncu əsaslandırması “Bankın vicdanlı əldə edən olması ilə bağlı dəlilinə əsasən qeyd olunur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd alqı-satqı müqavilələrinin) vicdanlilıqla bağlı məsələni dəyişir. Çünki, 1-ci mülkiyyətçinin mülkiyyət hüququ daha əvvəl pozulduğuna, 2-ci və sonrakı mülkiyyətçilərin mülkiyyət hüququ isə həmin pozuntunun nəticəsində yarandığına görə daşınmaz əşya üzərində 1ci mülkiyyətçinin mülkiyyət hüququ qorunmalıdır. Müvafiq alqı-satqı müqavilələrinin etibarsızlığı mülkiyyət hüququnun verilməsinə səbəb olmamışdır. Daşınmaz Əmlakın dövlət reyestrindəki qeyd səhvdir” kimi olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestrindəki qeydin düzgünlüyü işin mübahisəsiz halıdır və iddiaçı b u halı ümumiyyətlə mübahisələndirmədiyindən məhkəmə iddianın əsasından kənara çıxmışdır. Eləcə də mübahisəli əmlaklar ipoteka ilə yüklü edilən zaman həmin əmlaklar barədə qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilmədiyi üçün Daşınmaz Əmlakın dövlət reyestrindəki qeyd səhv ola bilməz. Həmçinin mübahisəli əmlaklara aid qeyd daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun olaraq aparılmışdır. Bu arada müvafiq müqavilələri təsdiq edən notariusların izahatından göründüyü kimi aparılmış notariat hərəkətləri daşınmaz əmlakın dövlət reyestrindəki qeydin həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanaraq həyata keçirilmişdir. Əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı ətdə edən hesab edilir və onun hüquqları qorunur. Lakin, məhkəmə iddiaçını vicdanlı əldə edənə münasibətdə daha üstün mövqeyə çıxarmışdır, Konstitusiya Məhkəməsinin mövqeyi isə bunun əksi olaraq, yəni hazırki iş üzrə Bankı hüququnu iddiaçıya münasibətdə üstün sayır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh YYY-nin vəkili X7 və nümayəndəsi Salmanov Kazım Səfər oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Cavadov Cavad Yusif oğlu kassasiya şikayətinə etir az edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 və Cavabdeh3 Fərhad oğlu İddiaçı tərəf indən onlara verilmiş etibarnamələr əsasında həmin etibarnamələrdə qeyd olunan əmlakları etibardan sui-istifadə edərək alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirmişlər. Müvafiq əmlaklar kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi YYY-də ipoteka qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrə əsasən mübahisələndirilən ipoteka müqavilələri məhkəmə tərəfindən etibarsız hesab olunmuş alqı-satqı müqavilələri əsasında bağlanmışdır. 1-ci əqd etibarsız hesab edildiyi təqdirdə, 2-ci və sonrakı əqdlərin hamısı etibarsız sayılır. Bu qayda MM-in 337-ci maddəsindən irəli gəlir. Çünki 2-ci və sonrakı əqdlər 1-ci əqdin nəticəsi kimi çıxış edir. 1-ci əqd etibarsız olduğuna görə onun nəticəsi etibarsız sayılır. 2-ci və sonrakı mülkiyyətçilərin bu vəz iyyətin yaranmasında təqsiri olmasa da 1-ci mülkiyyətçinin də təqsiri yoxdur. Ona görə də 2-ci və sonrakı mülkiyyətçilərin təqsirinin olmaması 1ci mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz. Bankın vicdanlı əldə edən olması ilə bağlı dəlilinə isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd (alqı-satqı müqavilələrinin) vicdanlılıqla bağlı məsələni dəyişmir. Çünki 1-ci mülkiyyətçinin mülkiyyət hüququ daha əvvəl pozulduğuna, 2-ci və sonrakı mülkiyyətçilərin mülkiyyət hüququ isə həmin pozuntunun nəticəsində yarandığına görə daşınmaz əşya üzərində 1-ci mülkiyyətçinin mülkiyyət hüququ qorunmalıdır. Müvafiq alqı-satqı müqavilələrinin etibarsızlığı mülkiyyət hüququnun verilməsinə səbəb olmamışdır. Daşınmaz ə mlakın dövlət reyestrindəki qeyd səhvdir. Buna görə də bağlanmış ipoteka müqavilələri etibarsız hesab olunacaqdır. Bank bu vəziyyətin yaranmasında təqsirkar olan şəxslərə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia verə bilər. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmə araşdırması zamanı müvafiq alqı-satqı müqavilələrinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə etibarsız hesab olunması müəyyən olunduğundan həmin hissə ilə bağlı qiymətləndirməni aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, işin materiallarından görünür ki, 10.12.2014-cü il tarixli bərpa olunan Baş kredit razılaşmasına əsasən YYY tərəfindən X2 120 ay müddətinə 10000000 manat kredit xətti, 12.12.2014-cü il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən 12 ay müddətinə ******* ABŞ dolları kredit xətti açılmış, 16.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən isə X1 nümayəndəsi X6 60 ay müddətinə, illik 12,5 % olmaqla, ******* manat kredit verilmiş, 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi, 555ndə istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləş ən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi, 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi Cavabdeh2-nin xeyrinə 10.12.2014-cü il tarixli Baş Kredit Razılaşması ilə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AR-İ seriyalı, 398747 saylı, 12.03.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X18 döngəsi küçəsi, ev 48 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. 12.03.2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin sur ətindən görünür ki, Cavabdeh3 X6 ******* manat borcu vardır. 33AN-İ seriyalı, ******* saylı, 18.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh1 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsini 100000 manata Cavabdeh4 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 1 90 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. AN-İ seriyalı, ******* saylı, 18.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evini 80000 manata Cavabdeh4 satmışdır. AN-İ seriyalı, ******* saylı, 18.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh1 555ndə istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evini 80000 manata Cavabdeh4 satmışdır. AR-İ seriyalı, 398748 saylı, 12.03.2015-ci il tarixli etibarnamənin surətin dən görünür ki, İddiaçı 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 131 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. AN-İ seriyalı, ******* saylı, 29.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-sat qı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh3 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evini 50000 manata Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi 24 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, 555ndə istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 14 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. AR-İ seriyalı, 398763 saylı, 17.03.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı 555ndə yerləşən 4 nömrəli fərdi yaşayış evi üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. AR-İ seriyalı, 398749 saylı, 12.03.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. 05.06.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinin surətindən görünür ki, 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi, 555ndə istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi YYY-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 05.06.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinin surətindən görünür ki, 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi YYY-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi Cavabdeh4 xüsusi mülkiyyəti kimi 190 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi 24 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin surətindən görünür ki, X4 111 küçəsində istifadədə olan 17 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin YYY-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin surətindən görünür ki, X4 ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və fərdi yaşayış evinin YYY-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Bakı şəhəri 38 saylı notariat kont orunda təsdiqlənmiş ərizənin surətindən görünür ki, X4 555, 4 saylı fərdi yaşayış evinin YYY-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, 555, 4 saylı ev Cavabdeh4 xüsusi mülkiyyəti kimi 14 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m- dən ibarət 1 otaqlı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi 131 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Bünyatova (Əliyeva) Mənsurə Əli qızı 1996-cı il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin surətindən görünür ki, X9 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin YYY-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. 03 avqust 2016-cı il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə 555ndə istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, 111 küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin və 555 küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin alqısatqı müqavilələri etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə istinad edərək müvafiq alqı-satqı müqavilələrinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə etibarsız hesab olunduğu üçün bu hissə ilə bağlı qiymətləndirməni aparmamasına dair nəticəsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, iş materiall arında olan müvafiq alqı-satqı müqavilələrinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarından görünür ki, YYY həmin işlər üzrə tərəf olmayıb. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin 82.3-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını inztizamlandırmaqla yanaşı, həm də hüquqi m üəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halları təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Həmçinin Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin Bankın vicdanlı əldə edən olması ilə bağlı daşı nmaz əmlakın dövlət reyestrindəki qeydin (alqı-satqı müqavilələrinin) vicdanlılıqla bağlı məsələni dəyişməməsinə dair nəticəsi ilə də razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın əsasından kənara çıxma halına yol vermiş və mübahisəli əmlaklar ipoteka ilə yüklü edilən zaman həmin əmlaklar barədə qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilmədiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydin səhv ola bilməməsinə, eləcə də, mübahisələri əmlaklara dair qeydin Daşınmaz Əmlakın Dövlət Reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına uyğun olaraq aparılmasına düzgün hüquqi qiymət verməmişdir. «xxxx» ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin 18.10.2017ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasına və qanunl arına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2017ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron form ada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeyd in qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicda nlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qan ununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətləriinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh YYY-nin və vəkili Vəkil Qabil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-190/2019 nömrəli, 04 fevral 2019cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar