Məhkəmə qərarları › İş №2(102)-5782/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5782/2022

05.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5782/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin geri qaytarılması. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabde h4 MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 5 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 nömrəli iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Sevinc Quliyeva) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 19 sa ylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3 və ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən isə Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

2. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın ona dair hissədə rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1113/2021 nömrəli iş üzrə 25 may 2021-ci tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMCyə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-6104/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şəmsəddin Abbasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir.

8. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli iş üzrə 7 iyun 2021-ci tarixli qərardadı ilə (hakimlər – Şəmsəddin Abbasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov) verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayəti cavabdehin vəkili Vəkil tərəfindən tərtib olunmuş və imzalanmışdır. Lakin nə iş materiallarında, nə də ki, kassasiya şikayətinə əlavə edilən sənədlər siyahıs ında Vəkil etibarnaməsi mövcud deyildir. Belə olan halda onun kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, kassasiya şikayətində ləğvi xahiş edilən məhkəmə aktının tarixi və nömrəsi göstərilməmişdir. Qətnamənin tarixi kimi 6 aprel 2022-ci il göstərilmişdir ki, əslində qətnamə 15 mart 2022-ci il tarixdə qəbul edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 69.1, 74.1, 74.2, 407.1, 407.3, 408.1.1, 408.1.3, 408.1.4 və 408.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 7 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, o, kassasiya şikayətinin həm vəkilin, həm də şikayət verən şəxs tərəfindən imzalanmasını təsdiq edən PDF formatında surətini kassasiya şikayətinə əlavə edib. Məhkəmənin qəbul etdiyi qərardaddan belə nəticəyə gəlmək olur ki, məhkəmə şikayət verən şəxsin elektron qaydada kassasiya şikayətini imzalamamasına münasibət bildirir. Lakin elektron imza hər bir şəxsə fərdi verilir. 2 nəfərə bir elektron imzanın verilməsi mümkün deyil. Məhkəmənin mövqeyindən isə belə aydın olur ki, əgər kassasiya şikayətini elektron qaydada şikayət verən şəxs özü də imzalamış olsaydı, yenə də kassasiya şikayəti geri qaytarılmalı idi. Şikayət verən şəxsin vəkilə mütləq etibarnamə verməli olması barədə məhkəmənin mövqeyinə gəlincə isə qeyd etmək lazımdır ki, qanunvericilikdə bu ancaq hüq uq kimi nəzərdə tutulmuşdur, şikayət verəndən qanunvericilik belə bir vəzifə tələb etmir. Məhz bütün bu anlaşılmazlıqları aradan qaldırmaq üçün o, kassasiya şikayətinə həmin şikayətin şikayət verən şəxs və vəkil tərəfindən imzalanmasını təsdiq edən PDF formatını da əlavə etmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır.

14. Qərardadda göstərilmişdir ki, kassasiya şikayətində ləğvi xahiş edilən məhkəmə aktının tarixi və nömrəsi göstərilməmişdir. Lakin məhkəmənin bu göstərdikləri düzgün deyil. Belə ki, şikayətə əlavə olunmuş PDF formatında olan kassasiya şikayətinin surətindən göründüyü kimi “4.2. Qətnamənın tarixi və nömrəsi” bəndindən sonra“ 15 mart 2022-ci il, 2(105)-524/2022”,“4.3. Şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi” bəndindən sonra isə 6 aprel 2022” yazılmışdır. Yəni, ş ikayətdə “06 aprel 2022” qətnamənin tarixi kimi deyil, qətnamənin alınma tarixi kimi göstərilmişdir. Məhkəmə bunu PDF formatından deyil, birbaşa şikayətin özündən götürmüşdür. Şikayətin özündə isə həqiqətən qətnamənin nömrəsi göstərilsə də, qəbul olunma tarixi göstərilməmişdir. Bu isə ondan aslı olan bir məsələ deyil, texniki məsələdir. Belə ki, o, qətnamənin tarixi və nömrəsini seçsə də, elektron məhkəmə yalnız qətnamənin nömrəsini göstərmişdir. Ümumiyyətlə əgər o, qətnamənin tarixini seçməsəydi və yaxud səhv seçsəydi elektron məhkəmə heç şikayəti təsdiq etməyəcəkdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

16. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

17. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:

18. Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

19. Maddə 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;

20. MPM-in 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi“və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini t əsdiq edən sənəd əlavə edilməlidir.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

23. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş mater iallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini geri qaytararkən şikayətin vəkil tərəfindən imzalandığını, lakin vəkilə onun cavabdehin əvəzindən şikayəti imzalamaq səlahiyyətinin verilməsi barədə etibarnamənin verilməməsini, eyni zamanda şikayət verilən apellyasiya instansiyası məhkəməsinin aktının tarixinin səhv yazıldığını göstərmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən prosessual normaların tələblərini pozmuş, verilmiş şikayətin MPM-nin tələblərinə uyğunluğunu yoxlayarkən iş materiallarını və elektron məhkəmə informasiya sistemindəki məlumatları tam yoxlamamışdır.

29. Belə ki, elektron məhkəmə informasiya sistemində olan məlumatlara nəzər yetirilərkən müəyyən edilir ki, Cavabdeh1 vəkili Vəkil apellyasiya instansiyası məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayətini elektron imzası ilə imzalayaraq yaradılmış elektron kabinetə yerləşdirmişdir.

30. Eyni zamanda, vəkil həm özü, həm də Cavabdeh1 tərəfindən imzalanmış kassasiya şikayətini PDF formatında xx.xx.2022 16:03 tarixdə imzalayaraq elektron kabinetə yerləşdirmişdir.

31. Cavabdeh və vəkili tərəfindən imzalanmış kassasiya şikayəti elektron kabinet vasitəsi ilə verildiyindən, şikayəti MPM-nin tələblərinə uyğun olaraq v erilmiş hesab edilməlidir.

32. MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

33. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

34. Verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tarixinin və nömrəsinin səhv yazılması barədə apellyasiya instansiy ası məhkəməsinin gəldiyi qənaətə də əsassızdır.

35. Belə ki, elektron kabinet vasitəsi ilə verilmiş kassasiya şikayətinin 4.2-ci bəndində, “şikayət verilmiş qətnamənin tarixi və nömrəsi” bəndinə “2(105)-524/2022-009” yazılmışdır.

36. Elektron məhkəmə informasiya sistemində məhkəmə tərəfindən imzalanmış bütün sənədlər nömrələnir və baxılan işdə apellyasiya instansiyası məhkəməsinin 2(105)524/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi imzalanarkən “2(105)-524/2022-009” nömrə ilə nömrələnmişdir.

37. Cavabdehin vəkili də mübahisə edilən məhkəmə aktı bölməsində həmin nömrəyə istinad etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi bu barədə düzgün olmayan qənaətə gəmiş, şikayəti geri qaytararkən elektron məhkəmə informasiya sisteminin tələblərini tam, hərtərəfli yoxlamamışdır.

38. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

39. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar