Məhkəmə qərarları › İş №2(102)-5784/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5784/2022

21.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5784/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoruna, İddiaçı2 Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə, İddiaçı4 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə, İddiaçı3 сavabdehlərxxx qızı, X28 və Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin etibarsız hesab edilməsi və vərəsəlik işinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakiml ər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “etibarnamənin etibarsız hesab edilməsi və vərəsəlik işinin ləğvi”, İddiaçı2 Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “etibarnamənin etibarsız hesab edilməsi və vərəsəlik işinin ləğvi”, İddiaçı4 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “etibarnamənin etibarsız hesab edilməsi və vərəsəlik işinin ləğvi” və İddiaçı3 сavabdehlərxxx qızı, X28 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “e tibarnamənin etibarsız hesab edilməsi” barədə iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1349/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X31 15 avqust 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, 17 noyabr 2020ci il tarixdə xroniki böyrək xəstəliyi səbəbi ilə ölmüş, nikahı haqqında akt qeydi aşkar olunmamış, onun ölümündən sonra birinci növbədə vərəsəsi olmamış, ikinci növbə vərəsəsi kimi qardaşı X37 qalmışdır.

2. Hazırki iş üzrə iddiaçılar mərhum X17 dayıları, yəni dördüncü növbə vərəsələrdir.

3. Moskva v ilayətinin Ximki şəhərində 22 noyabr 2016-cı il tarixdə rəsmiləşdirilmiş etibarnaməyə əsasən X9 xxx Arif oğluna etibarnamə vermişdir.

4. Moskva vilayətinin Ximki şəhərində 26 noyabr 2020-ci il tarixdə rəsmiləşdirilmiş etibarnaməyə əsasən X32 da X23 adındanxxx qızına 4 il müddətinə etibarnamə vermişdir.

5. X2xxx qızı vasitəsi ilə 07 dekabr 2020-ci il tarixli etibarnamə əsasında X18 etibar edilmişdir. Etibarnamə 2 il müddətə, yəni xx.xx.2022-ci il tarixədək verilmişdir.

6. X17 ölümündən sonra 3 ay müddətində onun ikinci növbədə vərəsəsi olan qardaşı X23 nümayəndəsi X28 27 yanvar 2021-ci il tarixdə Sumqayıt Regional “ASAN xidmət” mərkəzinə müraciət edərək nümayəndəsi olduğu şəxsin mirası qəbul etdiyini bildirmişdir. Miras əmlak Daşınmaz əmlaklardan, nəqliyyat vasitələrindən və pul məbləğlərin dən ibarətdir.

7. Bakı şəhəri Səbail rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat edən X17 qardaşı xxx tərəfindən X28 vəxxx qızına xx.xx.2020-ci il tarixli, AR İİ № 203048 nömrəli etibarnamə verilməsi, İddiaçı3 akt əsasında verilmiş evin, maşının açarlarının, ölüm haqqında şəhadətnamənin ona qaytarılması və s. barədə müraciəti əsasında tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı 04 saylı notariat ofisinin xüsusi notariusu X6 əməllərində hər hansı cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 8. “Cinayət işinin başlanmasının rə dd edilməsi” barədə xx.xx.2021-ci il tarixli qərara əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 24-də İddiaçı1 vəfat etmiş bacısı oğlu X24 məxsus əmlakların bacısı qızı olanxxx qızı tərəfindən qanunsuz yolla ələ keçirilməsi barədə müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir.

9. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən icraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq İİ dərəcəli vərəsə müraciət edib, vərəsələr arasında mübahisə olduğundan İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və sonuncuya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

10. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı3 ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən Mülki Məcəllənin 1159-cu və 1160-cı maddələrinə əsasən (əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir) əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

11. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı4 ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən Mülki Məcəllənin 1159-cu və 1160-cı maddələrinə əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

12. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı2 ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən icraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq İİ dərəcəl i vərəsə müraciət edib, İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

13. X35 Palatasının elektron bazasından çıxarışa əsaəsn xx.xx.2016-cı il tarixli 179745 reyestr nömrəli etibarnamə (X37 tərəfindən X22 verilmiş etibarnamə) ləğv edilməmişdir.

14. X35 Palatasının elektron bazasından çıxarışa əsasən xx.xx.2020-ci il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə (X19 X23 adındanxxx qızına verilmiş etibarnamə) ləğv edilməmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7254/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı xxx qızının Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı 7E-37972 reyestr nömrə ilə xx.xx.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməs i və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə iddia tələbi rədd edilmişdir.

16. Mübahisə 3-5-ci bəndlərdə göstərilən etibarnamələrin etibarlılığı və həmin etibarnamələr əsasında İİ növbə vərəsənin adına açılmış vərəsəlik işi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı1 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat Ofisində 7E-37972 reyestr nömrə ilə xx.xx.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir.

18. İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat Ofisində 7E-37972 reyestr nömrə ilə xx.xx.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı4 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat Ofisində 7E-37972 reyestr nömrə ilə xx.xx.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğv edi lməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, xxx tərəfindən X22 RF, X42 notariat dairəsində xx.xx.2016-cı il tarixli ** AA ***0660 saylı etibarnamənin və xxx xxxtərəfindən xx.xx.2020-ci ildə xxxya verilmiş ** AB ***3073 nömrəli etibarnamələrin də etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

21. İddiaçı3 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 7E37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddia tələbləri bir-biri ilə əlaqəli olduğundan dörd iddia tələbi bir icraatda birləşdirilmişdir.

23. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iddia tələbləri eyni məzmunlu olmaqla belə əsaslandırılmışdır ki, iddiaçıların bacısı oğlu X31 27 oktyabr 2020-ci ildə böyrək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Vəfat etmiş xxx X8 adında bir qardaşı olmuş, xxx 2014-cü ildə daimi olaraq Azərbaycan Respublikasını tərk edərək xaricə köçmüş və 2019cu ildən sonra xxxdan heç bir xəbər olmamışdır. 24. xxx sağlığında söhbət əsnasında qardaşı xxxın xaricdə adını və soyadını dəyişdiyini və 2019-cu ildə vəfat etdiyini bildirmişdir. xxx ailə həyatı qurmamış və övladı olmamışdır. Onun hər iki valideyni də dünyasını dəyişmişdir. xxx sağlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və onun bir neçə yerdə daşınmaz əmlakları olmuşdur. xxxin ölümündən sonra iddiaçılar onun qanun üzrə 4-cü növbə vərəs ələri hesab edilirlər. Lakin xxxin ölümündən az bir müddət sonra iddiaçıların bacısı qızıxxx qızı özünü mərhum xxxun varisi olduğunu və guya mərhumun onun adına vəsiyyətnamə qoyduğunu bildirməklə faktiki olaraq xxxun əmlaklarına yiyələnməyə başlayıb. xxxnın bu qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmiş və Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də araşdırma aparılmışdır.

25. Həmin araşdırma zamanı xxx izahat verərək göstərmişdir ki, guya xxx vəfat etdikdən sonra xxx qardaşının vəfat etməsi barədə məlumatlandırılmış və xxx bunu bildikdən sonra Rusiya Federasiyasında yaşayan dayısı oğlu X22 2016-cı il tarixdə mülki etibarnamə vermiş və sonuncu xxxin ölümünü bildikdən sonra 2020-ci ilin noyabr ayında xxxını adına vərəsəlik işinin aparılması məqsədi ilə etibarnamə vermiş və etibarnamə Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı Notariat Ofisində təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıların bacısı oğlu xxx 2020-ci ilin noyabr ayında dünyasını dəyişdiyi halda, onun qardaşı xxxın vərəsəliklə bağlı 2016-cı ildə etibarnamə verməsi mümkün deyildi. xxx mərhum xxxun miras əmlakını qəbul etməsi ilə bağlı sonradan Sumqayıt Regional Asan Xidmət Mərkəzinə müraciət etmiş və orada vərəsəlik işi açılmışdır.

26. Vərəsəlik işindən isə belə məlum olur ki, xxxya etibarnamə onun polisdə verdiyi izahatında göstərdiyi X32 adlı şəxs tərəfindən deyil, guya birbaşa xxx tərəfindən xx.xx.2020-ci il tarixdə RF-nın X42 notarial dairəsində verilmişdir. Bundan başqa, xxx xx.xx.2020-ci il tarixdə bu hüquqları X28 adlı şəxsə etibar etmişdir ki, həmin şəxsin iddiaçılarla hər hansı bir qohumluq münasibəti yoxdur.

27. Bütün qohumlarda olan məlumata görə xxx 2014-cü ildə Azərbaycan Respublikasını tərk etmiş və 2019-cu ildə dünyasını dəyişməklə xaricdə dəfn edilmişdir. Nə xxxin, nə də xxxın xxx ilə normal münasibətləri olmamışdır. Bu uşaqlar kiçik yaşlarından valideyn himayəsindən məhrum olduqları üçün onları dayıları olaraq iddiaçılar böyütmüş və bu uşaqlar onlara bağlı və yaxın olmuşlar. X40 ölümündən sonra üzə çıxan bu müəmmalı etibarnamə qanunsuz olmaqla yanaşı, həm də saxtadır. 28. xxxnın polis bölməsində verdiyi izahatı düzgün qəbul edilsə belə, bir sual yaranır ki, xxx 2016-cı ildə haradan bilərdi ki, 2020-ci ilin noyabr ayında onun qardaşı xxx dünyasını dəyişəcək və xxx adlı şəxsə də vərəsəliyin qəbulu ilə bağlı etibarnamə verirdi. 2020-ci ilin noyabr ayı nın 26-da X49 şəhərinə gələrək şəxsiyyət vəsiqəsi əsasında orada xxxya etibarnamə verə bilməzdi, çünki onun şəxsiyyət vəsiqəsinin müddəti bitmiş və etibarsız bir vəsiqə hesab edilir.

29. Bundan başqa, xaricdən Moskva şəhərinə xxxun gəlməsi inandırıcı deyildir, belə ki, qohumlar bu şəxsin 2019-cu ildə ölməsini şəxsən xxxın qardaşı xxxdan eşitmişlər. Digər tərəfdən xxx xaricdə başqa ad, familiya altında yaşamışdır. Bütün bu hallar xxxnın əldə etdiyi və mərhum xxxdan miras qalan, külli miqdarda dəyərləndirilən əmlaklara təkbaşına sahib çıxmaq üçün istifadə etdiyi etibarnamələrin saxta olması anlamına gəlir və buna görə də həmin etibarnamələr yoxlanılmalı və etibarsız hesab edilməlidir.

30. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci maddəsi nə istinad etmişlər.

31. İddiaçı3 iddia tələbini belə əsaslandırılmışdır ki, X17 anası xxxı iddiaçının doğma bacısıdır. X12 olub və özündən sonra qanun üzrə 1-ci növbə vərəsə qoymadan vəfat edib. İddiaçının bacısı X25 xx.xx.2008-ci ildə, onun həyat yoldaşı, yəni xxxin atası X38 xx.xx.1997-ci ildə vəfat etmişlər. xxxun yeganə qardaşı və qanun üzrə vərəsəsi X37 2013-cü Azərbaycan Respublikasını tərk etmiş və Avropaya getmişdir. Əvvəllər bir müddət xxxun Fransa Respublikasında olması barədə məlumat olsa da, sonradan onunla əlaqə kəsilmiş və onun hal-hazırda harada olması məlum deyildir. 32. xxx vəfat etdikdən sonra iddiaçının müraciəti əsasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən AZ -№ 133706 seriyalı ölüm haqqında şəhadətnamə verilmişdir. xxx vəfat etdikdən sonra onu iddiaçı dəfn et miş və mərhuma aid miras əmlakı faktiki iddiaçı qəbul etmiş və əmlaka sahiblik və əmlakı idarə etməyə başlamışdır.

33. X36 məxsus daşınar və daşınmaz əmlaklara aid hüquq müəyyənedici sənədlər və mərhumun özünə aid bütün sənədlər də iddiaçıdadır. xxx vəfat etdikdən sonra ona aid əmlaklara sahiblənmək və həmin əmlakları ələ keçirtmək üçün bacısı qızıxxx qızı iddiaçıya müraciət edərək ondan mərhum xxxa aid ölüm haqqında şəhadətnaməni ona verməsini istəyib. xxx bunun əvəzində mərhuma aid əmlakı öz adına sənədləşdirdikdən sonra iddiaçıya da həmin əmlakdan pay söz verib. Lakin onun təklifini iddiaçı qəbul etməmişdir. Bundan sonra xxx mərhum xxxun 2013-cü ildən Azərbaycan Respublikasını tərk etmiş və hazırda harada olması məlum olmayan qardaşı X23 adından Rusiya Federasiyasının Ximki şəhərinin No tariusu tərəfindən təsdiq edilmiş saxta etibarnamə əldə etmişdir. xxx həmin etibarnamə əsasında xxxun miras əmlakına dair Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat X7 adından müraciət edərək xx.xx.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. 34. xxx Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi notariusu ilə danışaraq X23 adındanxxx qızının adına guya Rusiya Federasiyasında verilmiş saxta etibarnamə forması tərtib edilmiş və onun əsasında A.X3 adından Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə X15 adına 2 il müddətinə 7E/37972 saylı etibarnamə vermişdir.

35. İddiaçı tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə sorğu verilmiş və xx.xx.2020-ci il tarixli 7E/37972 saylı etibarnamə və ona əlavə edilmiş sənədlər xx.xx.2021-ci il tarixl i, 978 saylı məktubla Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən ona təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olub ki, guya xx.xx.2016-cı il tarixdə X13 Federasiyası vətəndaşı X32 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası X42 şəhərinin notariusu xxx tərəfindən təsdiq edilmiş və 17-9745 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə vermişdir. Həmin etibarnamə, ümumiyyətlə, onlara Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdə yoxdur və iş materiallarına əlavə edilməmişdir. Guya bundan sonra xx.xx.2020-ci il tarixdə X10 Federasiyası X42 şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyestrdə 50/73-n/50-2020-8-420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında 4 il müddətindəxxx qızının adına X23 adından bütü n səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı etibarnamə vermişdir. xx.xx.2020-ci il tarixdə X32 tərəfindən verilmiş və Rusiya Federasiyası X42 şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyestrdə 50/73-n/50-2020-8-20 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasındaxxx qızı Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli 7E/37972 reyestrli etibarnamə əsasında X23 adından X15 adına 2 il müddətinə miras əmlakı qəbul etmək və digər hərəkətləri həyata keçirtməklə bağlı etibarnamə vermişdir.

36. X28 da X23 adından Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. xxxnın məqsədi saxta etibarnamə əsasında iddiaçının mərhum bacısı oğlu X17 adına olan əml akı X23 adına vərəsəlik yolu ilə keçirilməsini təmin etmək, sonradan isə həmin əmlakı sataraq mənimsəməkdir.

37. Qeyd edilməlidir ki, iddiaçının bacısı oğlu X23 Rusiya Federasiyası vətəndaşı X32 adlı şəxsə 8 il müddətinə X42 şəhərinin notariusu xxx tərəfindən təsdiq edilmiş və 179745 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verməsi tamamilə uydurmadır. Belə ki, X37 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Fransa Respublikasına köçmüş və hazırda harada olması məlum deyil. Ümumiyyətlə, X37 2016-cı ildə Rusiya Federasiyasında olmayıb və X32 adlı şəxsə 8 il müddətinə etibarnamə verməyib.

38. İddiaçıda olan məlumata əsasən X32 iddiaçının bacısı oğlu X17 qeyri-qanuni oğludur. Lakin xxx X4 2016-cı ildə etibarnamə verməsi tamamilə uydurmadır. Bu etibarnamə, ümumiyyətlə, Sumqa yıt şəhəri 4 saylı Notariat Ofisində olan xx.xx.2020-ci il tarixli 7E/37972 reyestrli etibarnamənin olduğu notarial işində iş materiallarında olmamışdır.

39. Bundan başqa, mərhum X17 mirasını qanun üzrə yeganə vərəsə olan iddiaçı qəbul etmişdir. xxxun əmlaklarına dair açılmış vərəsəlik işi üzrə iddiaçı Mülki Məcəllənin 1243.2-ci maddəsinə uyğun olaraq vərəsə kimi tanınmağı barədə xx.xx.2021-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, 811 saylı cavab məktubu ilə iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

40. X5, ümumiyyətlə,xxx qızı ilə əlaqəsi yoxdur, bundan başqa, X20 tanımır. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 7E/37972 reyestrli etibarnamə, ümumiyyətlə, X23 iradəsini bildirmir və onun xəbəri olmadan saxta yolla tərtib edilmiş etibarnamədir. Rusiya Federasiyasının Notarial Palatasına sorğu verilərsə xx.xx.2016-cı il tarixli, 17- 9745 reyestrli və xx.xx.2020-ci il tarixli, 50/73-n/502020-8-420 reyestr nömrəsi ilə qeyd edilmiş etibarnamələrin qüvvədə olmadığı məlum olacaq. Rusiya Federasiyasının Dövlət Sərhəd Xidmətinə sorğu verilərsə 2016-cı ildə X17, ümumiyyətlə, Rusiya Federasiyasına getmədiyi də məlum olacaq. Buna görə də Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 7E-37972 reyestrli etibarnamə etibarsız hesab edilməlidiur.

41. İddiaçı3 tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339, 340 və 354-cü maddələrinə istinad etmişdir.

42. Cavabdehxxx qızı iddiaya etiraz edərək göstərib ki, iddiaçılar onun d oğma dayıları, X31 isə doğma xalası oğludur. xxx xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və ünvan 1ndə yerləşən qəbristanlıqda dəfn olunmuşdur. xxx öldükdən sonra yeganə vərəsəsi olan doğma qardaşı X37 qardaşının vəfat etməsi barədə məlumatlandırılmışdır. xxx qardaşının ölümünü bildikdən sonra ona Rusiya Federasiyasında yaşayan dayısı oğlu olan X22 2016-cı il tarixdə öz işləri ilə əlaqədar mülki etibarnamə verdiyini söyləmişdir. O, xxx ilə əlaqə saxlayan zaman xxx xxxın dediklərini təsdiq etmiş və xxxın ona vermiş olduğu etibarnamədən ona 2020-ci ilin noyabr ayında onun adından xxxə aid vərəsəlik işlərində çıxış etmək üçün etibarnamə vermiş, həmin etibarnamə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı Notariat Kontorunda təsdiq olunmuşdur. Hazırda mərhumun 2-ci növbə vərəsəsi – doğma qardaşının olmasına baxmayaraq, 4-cü növbə vərəsə olan dayıları mirasa sahib olmaq istəyirlər. xxx etibarnamə ilə ona bütün dövlət və qeyri-dövlət orqanlarında, müəssisələrdə, təşkilatlarında onu təmsil etmək səlahiyyəti vermişdir. Buna baxmayaraq, miras qoyanın etibarnamə ilə satın aldığı avtomaşına verilən etibarnamə iddiaçıların təşəbbüsü ilə etibarnamə verən tərəfindən notariusda ləğv edilmiş və mirasa daxil olan avtomaşın birlikdə satılaraq mənimsənilmişdir. Hesab edir ki, etibarnamənin etibarsız hesab edilməsi neqativ hallara səbəb olacaq və qanun üzrə vərəsənin hüquqlarını pozacaqdır. xx.xx.2021-ci il tarixli 7E-37972 reyestrli etibarnamə iddiaçıların şikayəti əsasında Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Azərbayc an Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində, Səbail rayon prokurorluğunda, Sumqayıt şəhər Prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsində dərindən yoxlanılmış, etibar edənin sağ olduğu təsdiqini tapmış və etibarnamədə heç bir qanun pozuntusu müəyyən edilməmişdir.

43. Cavabdeh X28 birinci instansiya məhkəməsində bildirmişdir ki, etibarnamənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Belə ki, etibarnamə verilən zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçılar müvafiq dövlət qurumlarına etibarnamənin saxta olması barədə şikayət etsələr də, bu öz təsdiqini tapmamışdır.

44. Cavabdeh Sumqayıt şəhər 4 saylı Dövlət Notariat ofisinin xüsusi notariusu X11 məhkəməyə yazılı müraciətində göstərmişdir ki, X31 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən son ra, onun qardaşı və yeganə varisi olan X37 xaricdə yaşadığı üçün öz hüquqlarının həyata keçirilməsi baxımından xalası qızıxxx qızına etibarnamə vermişdir. Məhz buna müvafiq olaraq Sumqayıt şəhəri 4 saylı Notariat ofisi xx.xx.2020-ci il tarixdə Rusiya Federasiya Notarial Kontorundan verilmiş etibarnamənin qüvvədə olması yoxlandıqdan sonra, qüvvədə olması barədə notarial palatadan elektron çıxarış alındıqdan sonra bu etibarnamə notarius tərəfindən verilmişdir. Həmçinin notariat ofisi “Notariat haqqında qanuna və notariat hərəkətlərin aparılması qaydaları haqqında” təlimata uyğun olaraq tərcümə olunaraq etibarnamə verilmişdir. Qeyd olunan etibarnamə əsasında Sumqayıt Şəhər “Asan Xidmət” mərkəzində vərəsəlik işi açılmışdır. İddiaçı1 etibarnamənin saxta olması barədə məhkəmədən öncə hüquq-mühaf izə orqanlarına etdiyi şikayətlər əsasında, yəni Sumqayıt şəhər prokurorluğunda, Bakı şəhər Səbail rayon prokurorluğunda, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və Sumqayıt şəhər 3-cü polis bölməsində hərtərəfli, tam və obyektiv araşdırmalar aparılmış, həmin etibarnamələrin qanuni və əsaslı olması qənaətinə gəldikləri üçün verilən şikayətlərin rədd edilməsi ilə bağlı qərar çıxarılmışdır. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, X17 yeganə varisi kimi qardaşı X1 həyata keçirilməsi baxımındanxxx qızına xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir.

45. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-63/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. (hakim Rəşad Qoşqarlı)

46. Birinci instansiya məhkəməsi işdəki çoxsaylı sənədlərə əsasən müəyyə n etmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə ölmüş X16 qalmış miras əmlakın qəbuluna dair Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixli, 8V104 reyestr nömrəsi ilə vərəsəlik işi rəsmiləşdirilmişdir. Vərəsəlik işi X17 qardaşı X23 adından etibarnamə əsasında X15 müraciəti əsasında qeydiyyata alınmışdır. X9 xxx Arif oğluna xx.xx.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə vermişdir (X42 şəhərinin notariusu xxx tərəfindən təsdiq edilmiş), X32 ona verilmiş səlahiyyətləri xx.xx.2020-cı il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə iləxxx qızına ötürmüş (X42 notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş),xxx qızı isə ova verilmiş səlahiyyətləri xx.xx.2020-ci il tarixli, AR-İİ № 203048 saylı etibarnamə ilə X18 ö türmüşdür (Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş). Qeyd edilən etibarnamələrin ləğv edilməsinə və ya eribarsız hesab edilməsinə dair hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. X17 qardaşı X37 mirası nümayəndə vasitəsilə qəbul etmişdir. Vərəsəlik işi qanunvericiliyin normalarına əsasən qeydiyyata alınmışdır.

47. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, iddia tələbləri təmin edilə bilməz.

48. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə, Mülki Məcəllənin 337, 362.1, 362.2, 364.1, 1145, 1147.1, 1159.1, 1159.2, 1160, 1243.1, 1243.2, 1245, 1246-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 78.2-ci mad dələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarları ilə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

49. İddiaçılar apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

50. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 apellyasiya şikayətinin dəlilləri: - iddia tələbini rədd edən məhkəmə bir sıra maddi normalara istinad etmiş, hazırda qanunsuz və məlum olmayan mənbədən verilmiş etibarnamə əsasında özünü mərhum xxxun varisi kimi qələmə verən xxx tərəfindən açılmış vərəsəlik işini qanuni hesab etmişdir; - məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinə göndərilmiş sorğuya verilən cavabdan aydın olmuşdur ki, xxx etibarnamənin verildiyi tarixdə, yəni 2016-cı ilin noyabr ayında Rusiyada olmamışdır, belə olan təqdirdə onun adından Rusiya Federasiyası Moskva vilayətinin Ximki şəhərində fəaliyyət göstərən notarius xxx tərəfindən 17-9745 nömrəli reyestrlə qeydə alınmış xx.xx.2016-cı il tarixli etibarnamənin verilməsi mümkünsüzdür; - bundan başqa, məhkəmə araşdırması gedən ərəfədə Moskva şəhər Prokurorluğuna həmin etibarnamənin araşdırılması ilə bağlı şikayət ərizəsi göndərilmiş v ə həmin ərizə əsasında araşdırma aparılmış və notarius barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 01 avqust 2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarla müəyyən edilmişdir ki, qarşı tərəfin təqdim etdiyi xx.xx.2016-cı il tarixli etibarnamə qeyd edilən notariat kontorunda rəsmiləşdirilməmişdir; - Sumqayıt Asan Xidmət X27 adından açılmış vərəsəlik işi saxta etibarnamə əsasında açılmışdır və həmin etibarnamənin əsası yoxdur, həmin qərarı əldə etdikdən sonra məhkəməyə ərizə ilə müraciət edərək işin araşdırılmasının dayandırılması barədə qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər, lakin məhkəmə vəsatəti təmin etməmişdir; - halbuki məhkəmə təqdim edilmiş sənədlərlə xxxnın xxxdan miras qalan əmlakları ələ keçirmək məqsədi ilə Rusiya dan saxta etibarnamə əldə etməsini və həmin etibarnamə əsasında hərəkət etməsini, xxxun 2013-cü ildən sonra nə Azərbaycana, nə də Rusiya Federasiyasına daxil olmadığını və həmin etibarnamənin də onun adından verilmədiyini və bu faktın Moskva Şəhər Prokurorluğunda aparılmış araşdırma ilə də təsdiq olunduğunu nəzərə alaraq həmin iş üzrə Xüsusi Qərardad qəbul etməklə araşdırılması üçün Prokurorluğa göndərməli olduğu halda bunu etməmiş və birtərəfli, qeyri-obyektiv mövqe nümayiş etdirməklə hazırki qanunsuz qətnaməni çıxarmışdır; - məhkəmə konkret halda tətbiq edilməli olmayan maddi normalara istinad etmişdir, halbuki məhkəmə zamanı təqdim edilmiş sübutlar Mülki Məcəllənin 337, 339-cu maddələrinə əsasən həmin etibarnamələrin etibarsız hesab olunmasına və vərəsəlik işinin ləğvinə əsasdır; - məhk əmə belə bir nəticəyə gəlmişdir ki, guya qeyd edilən etibarnamələrin ləğv edilməsinə və ya etibarsız hesab edilməsinə dair hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilməmişdir, halbuki məhkəmənin istinad etdiyi və hüquq mühafizə orqanlarının qəbul etdikləri qərarlardan sonra şikayət ərizəsi əsasında etibarnamənin verildiyi güman edilən Moskva vilayətinin Ximki şəhər hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, xxx tərəfindən R.Əkbərovun adına 2016-cı ildə etibarnamə rəsmiləşdirilməmişdir. Eyni zamanda xxx xxx2020-ci ildə xxxun hüquqları ilə baglı deyil, öz adından öz hüquqları ilə bağlı xxxya etibarnamə vermişdir; - bundan başqa təqdim edilmiş sübutlarla xxxun 2016-cı ildə Rusiya Federasiyasına daxil olmadığı ilə bağlı Sərhəd xidmətinin də arayışı təq dim olunmuşdur, lakin məhkəmə bu sübutları mötəbər sübut kimi qəbul etməmiş, işə birtərəfli və qeyriobyektiv baxmaqla MPM-nin 77-88-ci maddələrinin tələblərini pozmuşdur; - məhkəmə qətnamədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-7254/2021 saylı qətnaməsinə istinad etmiş və göstərmişdir ki, X26 eyni adlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qeyd edilən qətnamə ilə 2-ci dərəcəli vərəsə adından açılmış vərəsəlik işinin ləğv edilməsi barədə iddia tələbi rədd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, bu qarşı tərəfin planlı surətdə əldə etdiyi qətnamədir, belə ki, həmin iddia üzrə iddiaçı bu saxta etibarnamə əsasında vərəsəlik haqqında şəhadətnaməni əldə etməklə xxxdan miras qalan milyonluq əmlakı əldə etmək istəyən xxxnın anası – İddiaçı1 bacısıdır, o bu iddia tələbini onlardan sonra qaldırmış, prosesi istəyərəkdən uduzmuşdur ki, əlində qanun qüvvəsini almış qətnamə olsun və həmin qətnamə ilə də artıq iddia olunan məsələlərə başqa bir mülki işdə qiymət verilməsi ilə bağlı rəy, fikir yaratsın, çünki həmin işdə iddiaçı və cavabdeh əslində eyni tərəf, ana-bala olmuş, qətnamədən iddiaçı apellyasiya və kassasiya qaydasında şikayət verməmiş, qətnamənin qanun quvvəsini almasını gözləmişdir.

51. İddiaçı3 apellyasiya şikayətinin dəlilləri: - məhkəmə Mülki Məcəllənin 337-ci maddəsini səhv şərh etmiş və bu səbəbdən qanunsuz qətnamə qəbul etmişdir: - xxx 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Avropaya köçmüşdür. xxx, ümumiyyətlə, 2016-cı ildə və ya ondan sonra da hal-hazıradək Rusiya Federasiyasında olmamış və X22 etibarnamə verməmişdir: - R usiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, C-1541 saylı verdiyi arayışdan da məlum olur ki, xxx xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Rusiya Federasiyasının sərhəddini keçməmişdir.

52. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1394/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və İlqar Dəmirov)

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmış, xxx tərəfindən xxx Əkbərovun adına 2016-cı ildə etibarnamə rəsmiləşdirilməməsi, xxx Əkbərovun 2020-ci ildə xxxun hüquqlar ı ilə baglı deyil, öz adından öz hüquqları ilə bağlı xxxya etibarnamə verməsi, xxxun etibarnamənin verildiyi tarixdə, yəni 2016-cı ilin noyabr ayında Rusiyada olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq göstərmişdir ki, iş materiallarında olan X35 Palatasının elektron bazasından çıxarışlara əsasən xx.xx.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə (X37 tərəfindən X22 verilmiş etibarnamə), eləcə də X35 Palatasının elektron bazasından çıxarışa əsasən xx.xx.2020-ci il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə (X19 X23 adındanxxx qızına verilmiş etibarnamə) ləğv edilməmişdir.

54. Apellyasiya instansiyası məhkəməsi X32 tərəfindən 50/73-n/50-2020-8-420 nömrəli etibarnamə əsasındaxxx qızına xxxun deyil, öz mülkiyyətinə dair sərəncam verilməsi ilə ba ğlı səlahiyyətləri həvalə etməsi barədə apellyasiya şikayətlərinin dəlilini əsassız saymış və qeyd etmişdir ki, həmin etibarnamədə xxxxxxın 17-9745 saylı etibarnamə əsasında X23 adıından çıxış etdiyi qeyd edilmişdir.

55. İddiaçı3 Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin xx.xx.2021-ci il tarixli C-1541 saylı məktubuna istinad edərək ümumiyyətlə X23 2010-2021-ci illərdə Rusiya Federasiyasının dövlət sərhədini keçməməsi barədə dəlilinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, iş materiallarında yuxarıda istinad olunan X35 Palatasının elektron bazasından çıxarışlar mövcuddur. Həmin çıxarışların mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. İddiaçının istinad etdiyi Federal Təhlükəsizlik Xidmətinin xx.xx.2021-ci il tarixli C-1541 saylı məktubu isə KLİ FF Hüquq Firması” QSC-nin sorğusu əsasında verilmiş və kserosurət olmaqla mötəbərliyi şübhə doğurur və mötəbər sübut kimi qəbul oluna bilməz.

56. Bundan başqa, işin mübahisə edilməyən hallarından görünür ki, miras qoyan X31 27 oktyabr 2020-ci il tarixdə ölmüşdür, onun ölümündən sonra birinci növbədə vərəsəsi olmamış, ikinci növbədə vərəsəsi kimi qardaşı X37 qalmışdır. Hazırki iş üzrə iddiaçılar isə X17 dayıları, başqa sözlə, dördüncü növbə vərəsələridir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

57. İddiaçılar (İddiaçı1, İddiaçı4), onların vəkili Vəkil1, İddiaçı3 (Vəkil2) ayrıayrılıqda kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

58. Kassasiya şikayə ti iddia ərizələrinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üç ün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

61. K assasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

62. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.

64. Apellyasiya instansiyası məhkəməsi iddia tələbləri, eləcə də apellyasiya şikayətləri üzrə düzgün nəticəyə gəlib, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

65. İddia tələbləri etibarnamələrin etibarsız olması ilə bağlıdır. İddiaçılar tələblərinin faktiki əsası kimi xxxun adından verilmiş etibarnamənin və həmin etibarnamə əsasında verilmiş sonrakı etibarnamələrin saxta olmasına istinad etmişlər.

66. İşdən isə görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi etibarnamələrin etibarsızlığına dəlalət edən halları müəyyən etməmişilər. Üstəlik, apellyasiya instansiyası məhkəməsi iddiaçıların tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı dəlilləri əsassız saymışdır. (bax:53-55-ci bəndlər)

67. Apellyasiya instansiyası məhkəməsi sübutları (o cümlədən istinad edilən Federal Təhlükəsizlik Xidmətinin xx.xx.2021-ci il tarixli C-1541 saylı məktubunun kserosurət olmasına münasibətdə) Mülki Prosessual Məcəllənin 88 və 89.3-cü maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

68. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçılar İddiaçı3 və X14 cavabdehlər X37 və Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsə kimi tanınma, vərəsələrin siyahısına daxil edilmə və vərəsəlik işinin ləğvi” tələbinə dair iddiaları Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)3934/21 nömrəli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(10 5)-681/2022 nömrəli qətnaməsi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2022-ci il tarixli qətnaməsi də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)4393/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır.

69. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olub, iddianın əsasını təşkil edən işin faktiki halları ilə bağlıdır, həmin dəlillərə yuxarıda qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlarla əlaqəli şəkildə qiymət verilmişdir.

70. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1349/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar