Məhkəmə qərarları › İş №2(102)-5787/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5787/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5787/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Dadaşova Nailə Qurban qızının cavabdehlər Cavabdeh3nə, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət X1, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, X3 və Abdullyaev İftixar Tahir oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5787/21 (Açar sözlər: işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməsi ) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə R afiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Dadaşova Nailə Qurban qızının vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Dadaşova Nailə Qurban qızının cavabdehlər Cavabdeh3nə, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət X1, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, X3 və Abdullyaev İftixar Tahir oğluna qarşı “hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4545/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qərardadından iddiaçı Dadaşova Nailə Qurban qızının kass asiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Dadaşova Nailə Qurban qızı iddia ərizəsi və iddia tələbinin artırılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 13 saylı binada yerləşən 47 saylı mağazaya dair onun adına mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə həvalə edilməsi, həmin mağazaya dair keçirilmiş hərracın nəticələrinin və hərracın nəticələrinə əsasən mağazaya dair mülkiyyət hüququ haqqında Bəşir Qurbanovun adına verilmiş 24 avqust 2017-ci il, Cavabdeh5 adına verilmiş 15 mart 2018-ci il və Bəş ir Qurbanovun adanı verilmiş 06 aprel 2018-ci il tarixli Çıxarışların ləğv edilməsi, onların hər birindən vurulmuş maddi zərərə görə 10.000 manat, cavabdeh təşkilatların vəzifəli şəxslərinin hər birindən ona vurduqları mənəvi zərərə görə 5.000.000 avro kompensasiyanın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 11.02.1988-ci il tarixindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ”D” yaşayış massivi, bina 13-də yerləşən 47 saylı mağazanın müdiridir. Artıq 31 (otuz bir) ildir ki, 47 saylı mağaza adlı müəssisənin yerləşdiyi qeyri-yaşayış sahəsi iddiaçının sahibliyindədir. İddiaçı hazırda mağazada məskunlaşmışdır. 3. 47 saylı mağaza adlı müəssisə Mənzil-Tikinti Kooperativi yaşayış binasının qeyriyaşayış sahəsində yerləşdiyinə və həmin müəssisədə yeddi ildən artıq əmək stajına malik olduğuna görə iddiaçı 01.01.1995-ci il tarixindən əmlakın hüquqi varisi müəyyən edilmişdir. Hüquqi varis olduğu üçün DƏDRX 1995-ci ildə iddiaçıya əmlakın Texniki Pasportunu vermişdir. ƏMDK-nin Reyestrdən Çıxarışında daşınmaz əmlak haqqında əmlakın adı: Mənzil-Tikinti Kooperativi yaşayış binasının qeyri-yaşayış sahəsi və Əqd xeyrinə bağlanan tərəf: İXMİM-nin 47 saylı mağazası yazılmışdır.

4. Azərbaycan Respublikası Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 2.3-cü maddəsində ƏMDK-nin qərarı ilə özəlləşdirilən müəssisə və təşkilatların 25 bənddən ibarət siyahısı göstərilmişdir. ƏMDK-nin bu siyahıdan kənara çıxaraq hüquqi varisi müəyyən edilmiş kooperativ mülkiyyətini hərraca çıxarmaq səlahiyyəti olmamışdır. Əslində, saxta sənədin tərtib edilməsi də bu əmlakın hərraca çıxarılmasına yol vermirdi. Balans saxlayıcı saxta “ƏMR161M“i tərtib etdikdən sonra əmlakı varissiz – sahibsiz kimi hərraca çıxarmışdır.

5. ƏMDK İXMİM saxta sənəd tərtib etmişdir. ƏMR 161M-i tərtib etmək üçün DƏK-in 20.04.1999-cu il tarixli, 24 saylı əmrinə müdaxilə edilmişdir və orada “müəssisənin ləğvi” uydurulmuşdur. Əslində, isə müəssisə 20.04.1999-cu il tarixində yeni yaradılmış İXMİMnin tabeliyinə verilmişdir. 6. 31.07.2015-ci il tarixi ƏMR 161 M əmlakın hüquqi varisini 20.06.1999-cu il tarixindən tutduğu vəzifəsindən azad olunmuş hesab etmişdi. Bu yolla kooperativ mülkiyyəti qəsdən varisin müəyyən edilməsi mümkün olmayan ləğv edilmiş müəssisənin əmlakı kimi hərraca çıxarılmışdır.

7. İddiaçı 28.12.2015-ci il tarixində əmə k kitabçasını notariusda təsdiq etdirmişdir. Bu fakt sübut edir ki, 31.07.2015-ci il tarixində ƏMRİ61M mövcud olmamışdır. ƏMR 161M 16 ay keçmiş tarixə, yəni 31.07.2015-ci il tarixinə sonradan rəsmiləşdirilmişdir. İddiaçı 29.11.2016-cı il tarixində ƏMDK-nin K-Portalında əmlakının qanunsuz hərraca çıxarıldığını görmüş və balans saxlayıcıdan bununla bağlı əsas tələb etmişdir. 08.12.2016-cı il tarixində ƏMR 161M iddiaçıya verilmişdir. ƏMR 161 M, ƏMDK İXMİM-nin keçmiş baş direktoru (indiki Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru) Faiq Məlikov tərəfindən imzalanmışdır. İddiaçının faktiki olaraq 31 (otuz bir) il sahibliyində olan və 01.01.1995-ci il tarixindən hüquqi varisi olduğu kooperativ mülkiyyəti qanunsuz olaraq hərraca çıxarılmışdır.

8. Qanunsuz hərraca çıxardıqları əmlakin qiyməti 50% ucuzlaşandan sonra 04.07.2017-cı il tarixində X4 hərracın qalibi elan edilmişdir. Hərracın nəticəsi 24.08.2017-ci il tarixində ******* №-li çıxarışla rəsmiləşdirilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin 09.03.2018-ci il tarixli qətnaməsi ilə 31.07.2015-ci il tarixli ƏMR 161M ləğv olunmuş, iddiaçı tutduğu vəzifəsinə bərpa edilmiş, iddiaçının əmlakla bağlı pozulmuş subyektiv hüquqları bərpa olunmuşdur.

10. Cavabdeh3 nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, mübahisəli obyekt dövlət əmlakının registrində dövlət mülkiyyəti kimi qeydiyyatdadır. Əmlak hərraca çıxarılarkən mağaza işçilərinə güzəşt edilir. Lakin mağazanın işçisi olmadığından hərrac barədə bildiriş göndərilməyib. Əmlak hərracda satılıb, alqı-satqı müqaviləsi bağlanıbsənədlər reyetr xidmətinə göndərilib və çıxarış verilib. Hərrac qanuni olub. Mübahisəli obyektin xüsusi mülkiyyətdə omasına dair iddiaçının sübutu yoxdur.

11. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi iddiya etiraz olaraq göstərib ki, təmsil etdiyi təşkilat özəlləşmə barədə sərəncamları icra edir. Hazırda mübahisədə adı keçən əmlak da dövlət mülkiyyətində olan əmlakdır. Əmlak satışa çıxarkən elan veriblər, iddiaçının bundan xəbəri olub.

12. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2087/2019 nömrəli, 06.12.2019-cu il tarixli qətnaməsi iddia təmin edilməmişdir. (hakim Solmaz Əbilova)

13. Birinci instansiya məhkəməsi qeyd edib ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsinə əsasən Dövlət əmlakının özəlləşdirilməsi haqqında qəra r müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Müvafiq icra hakimiyyəti kimi bu səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Həmin Qanunun 16.1 və 16.1.4-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi müxtəlif üsullarla, o cümlədən dövlət əmlakının hərrac vasitəsi ilə satışı üsulu ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 19.05.2016-cı il tarixli Fərmanının 3.1-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19.07.2016-cı tarixli Fərmanının 4-cü bəndinə uyğun olaraq Cavabdeh3 Sədri “Kiçik Dövlət müəssisə və obyektlərinin istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” 28.10.2016-ci il tarixli 143 saylı Sərəncam imzalamış, həmin Sərəncama uyğun olaraq bir çox daşınmaz əmlaklar, o cümlədən iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə satışa çıxarılmış və sözügedən qeyri-yaşayış sahəsi 04.05.2018-ci il tarixdə keçirilmiş hərracda 100000 manat ödənilməklə X4 tərəfindən satın alınmışdır.

14. Birinci instansiya məhkəməsi vurğulayıb ki, mübahisəli əmlakın açıq hərracda satışa çıxarılması barədə hər dəfə kütləvi informasiya vasitələrində elanlar verilmişdir. Üstəlik, iddiaçı hərrac keçirilərkən ondan məlumatlı olmuş və bu barədə məhkəmə proseslərində də dəfələrlə etiraf etmişdir. Belə ki, iddiaçı əmlakın mülkiyyətçisi olmasını və bu səbəbdən də öz əmlakının satışı ilə bağlı keçirilən qanunsuz hərracda iştirak etməyi zəruri hesab etmədiyini bildirmişdir.

15. Bu baxımdan birinci instansiya məhkəməsi hesab edib ki, hərrac keçirilərkən onun aparılması qaydalarına riayət edilmiş, alıcı ilkin olaraq beh şəklində pul vəsaitini hesaba keçirmiş və nəticə etibarı ilə əmlakı 100000 manata satın almış və həmin məbləği dövlət büdcəsinə köçürmüşdür. Beləliklə, iddiaçı hərrac barədə xəbərdar olunduğu üçün mübahisəli əmlakı satın almaqda iddiaçının üstünlük hüququnu həyata keçirməsinə hər hansı maneçilik törədilməmişdir. Çünki qeyri-yaşayış sahəsi açıq hərraca çıxarılmış, bütün alıcılar üçün açıq olmuş və ən yüksək məbləğ təklif edən şəxs tərəfindən satın alınmışdır. İddiaçının hərracı n ləğv ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Eyni zamanda iddiaçı cavabdehlərin təqsiri üzündən ona maddi, mənəvi zərər dəyməsini iddia etsə də, fiziki və mənəvi sarsıntı keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi, mənəvi zərər arasında səbəbli əlaqənin olmasını, habelə zərər vuran şəxsin təqsirli olmasına dair məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir.

16. Məhkəmə öz mövqeyini Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2, 20.1, 20.2-ci, Mülki Məcəllənin 414.1, 414.2, 414.4, 416.1 və 14.2, 77.1. 78.1, 80 və 81-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı Dadaşova Nailə Qurban qızı apellyasiya şikayət verib, qətnamənin ləğv iddianın təmin olunmasını xahiş etmişdir.

18. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2387/2020 nömrəli, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayət təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2087/2019 saylı, 06.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Rafael Eyvazov, Ziya Şirinov)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlib ki, mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə omuş mülki qanunvericiliyin tətbiqi bax ımından hərrac üzrə mübahisələndirilən hallar bilavasitə hərracın keçirilməsi prosedurunu deyil, hərraca çıxarılan zaman mübahisəli qeyri-yaşayış sahəsinin dövlət əmlakı kimi qeyd edilməsinə və həmin qeyriyaşayış sahəsinin kooperativə məxsus olması əsasına görə iddiaçının mülkiyyət hüququnun pozulmasına əsaslanır. Bu mənada və apellyasiya şikayətinin dəlillərinə görə subyektiv hüquqla bağlı iddiaçı cavabdehlərə qarşı tələblərini düzgün müəyyən etməyib. Belə ki, mülki icraata aidiyyəti olmayan tələbin əsasını təşkil edən cinayət-hüquqi səciyyəli dəlillər müzakirəyə çıxarılıb. Apellyasiya icraatı zamanı səlahiyyətlər baxımından buna fərqli qiymət verilməsi mümkün deyil. Cavabdehlər şikayət vermədiyindən iddiaçının subyektiv hüququnun müzakirəsi obyektiv mənada yolverilməz olsa da, prosessual mənada sadəcə diqqətə çatdırılmalıdır. İddiaçı qeyri-yaşayış sahəsinin kooperativə aid olduğunu iddia etmiş olsa da, özəlləşdirmə zamanı kooperativin cəlb edilməsinin hüquqi və faktiki sübutedici əsaslarını müzakirəyə təqdim etməyib. Habelə, kooperativin mülki prosesə cəlb edilməsi üçün müvafiq prosessual hərəkətlərin edilməsinə əsas verən müraciətlər etməyib. Mübahisəli qeyri-yaşayış sahəsinin Dövlət Əmlak Komitəsinin balansına keçməsi hazırki mübahisənin kökünü təşkil etsə də, bu prosedurun mübahisələndirilməsi və mahiyyəti üzrə qiymət verilməsi müəyyən edilmir. Beləliklə, əsaslandırılmış bəzi dəlillərin mövcudluğu müəyyən edilsə də, tələb həddində mahiyyəti üzrə təqdim edilən iddianın baxış predmeti, tələbin əsası, tələbin yönəldiyi cavabdehlərin sırası və məhkəmələrin preyudisal əhəmi yyətli qərarları bu dəlillərin müzakirəsini yolverilməz edir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

21. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi 19 iyun 2020-ci il tarixli xüsusi qərardadla sözügedən mağazasının özəlləşdirilməsi və bununla bağlı əlaqəli təşkilatların səlahiyyətli şəxslərinin və digər şəxslərin hərəkətlərində (hərəkətsizliyində) cinayətin əlamətlərinin olub-olmaması üzrə müvafiq araşdırma aparılmasının təşkili üçün Azərbaycan Respublikası Baş Prokororluğuna məlumat vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı Dadaşova Nailə Qurban qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətini n dəlillərinə uyğun əsaslandırılıb.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-453/21 nömrəli, 09 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

25. Kassasiya instansiyasının mövqeyinə görə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı binada, 2, 3-cü qapıda yerləşən, ümumi faydalı sahəsi 644,5 kv.metr olan qeyri-yaşayış sahəsi (47 saylı mağaza) 1988-ci ildən istismara verilib və həmin qeyri-yaşayış sahəsi Suraxanı rayon Qarışıq Ticarət İdarəsinin balansında olub. Qarışıq Ticarət İdarəsinin rəisinin 11 fevral 1988-ci il tarixli, 36-K saylı əmri ilə Nailə Dadaşova 47 saylı mağazaya müdir təyin edilib. Bundan son ra, Qarışıq Ticarət İdarəsi ləğv edilib və Ticarət və İctimai İaşə İdarəsi yaradılıb və Dövlət Əmlak Komitəsi sədrinin 19 aprel 1999-cu il tarixli, 230 saylı Sərəncamı ilə ticarət və ictimai iaşə üzrə inzibati-ərazi idarəetmə orqanlarının ləğv edilməsi və həmin orqanların tabeliyində olan bütün müəssisə və obyektlərin özəlləşdirilməsinə qədər Dövlət Əmlak Komitəsinin İstehsalat və Təsərüfat İdarəsinin tabeçiliyinə verilməsi qərara alınıb. ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktorunun 31 iyul 2015-ci il tarixli, 161M saylı əmri ilə Nailə Dadaşova müəssisənin ləğv edilməsi əsasına görə 20 iyun 1999cu il tarixdən 47 saylı mağazanın müdiri vəzifəsindən azad edilmiş hesab edilib. Daha sonra, sözügedən Mərkəzin rəhbərliyi tərəfindən 47 saylı mağazanın əmək kol lektivi haqqında- əsas iş yeri həmin mağaza hesab edilən işçilərin olmamasına dair məlumat verilib və ƏMDK-nin Sədrinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” 25 noyabr 2016-cı il tarixli, 168 saylı Sərəncamı ilə 47 saylı mağazanın özəlləşdirilməsinə dair qərar qəbul olunaraq, açıq hərraca çıxarılıb.

26. Azərbaycan Respublikası ƏMDK-nin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 04 iyul 2017-ci il tarixdə keçirilən hərracda 23/01 saylı protokola əsasən 47 saylı mağaza 100000 manata Bəşir Qurbanova satılıb və bu barədə sonuncu ilə Azərbaycan Respublikası ƏMDK arasında 05 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən 47 saylı mağa za daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Bəşir Qurbanovun adına qeydə alınmaqla, onun adına 24 avqust 2017-ci il tarixli Çıxarış verilib. X6 47 saylı mağazanın bir hissəsini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satıb və həmin müqaviləyə əsasən ümumi sahəsi 385,5 kv.metr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh5, ümumi sahəsi 259 kv.metr olan qeyri-yaşayış sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Bəşir Qurbanovun adına qeydə alınıb və bu barədə onların adlarına 15 mart 2018-ci il və 06 aprel 2018-ci il tarixli Çıxarışlar verilib.

27. Eləcə də qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsi ilə Nailə Dadaşovanın apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsi əmrin ləğv edilməsi və işə bərpa tələbinin rədd edilməsi hissələrində ləğv edilib, həmin hissələrdə iddia təmin edilərək, ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31 iyul 2015-ci il tarixli, 161M saylı əmrinin ləğv edilməsi, Nailə Dadaşovanın 47 saylı mağazaya müdir vəzifəsinə bərpa edilməsi qət edilib.

28. Bundan sonra, qətnamə icra edilərək Mərkəzin Baş direktorunun 27 avqust 2018-ci il tarixli, 27M saylı əmri ilə Nailə Dadaşova 47 saylı mağazanın müdiri vəzifəsinə bərpa edilib və elə həmin gündə də Mərkəzin Baş direktorunun 28M saylı digər əmri ilə mülkiyyətçinin dəyişməsi əsasına görə Nailə Dadaşova 24 avqust 2017-ci il tarixdən tutduğu vəzifəsindən azad edilib.

29. Hə mçinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə X7 Qurbanova və digərlərinə qarşı “27 avqust 2018-ci il tarixli, 27M saylı əmrdən ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyində olmuş sözlərinin çıxarılması, 27 avqust 2018-ci il tarixli əmrlə 24 avqust 2017-ci il tarixdən tutduğu vəzifəsindən azad edilməsinə dair əmrin, hərracın və hərracın nəticələrinin ləğv edilməsi, 04 iyul 2017-ci il tarixdə keçirilmiş hərraca əsasən verilmiş 24 avqust 2017-ci il, 15 mart 2018-ci il və 06 aprel 2018-ci il tarixli Çıxarışların etibarsız hesab olunaraq ləğv edilməsi, 47 saylı mağazaya əmlak hüquqlarının tanınması, həmin mağazaya dair onun adına Çıxarışın verilməsi və ƏMDKnin İstehsal və Xidmət Müəssisələri nin İdarəetmə Mərkəzinin və digər qurumların vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” barədə iddiası qismən təmin edilərək, sözügedən Mərkəzin Baş direktorunun 27 avqust 2018-ci il tarixli, 28M saylı əmrinin ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib.

30. Kassasiya instansiyası qeyd edib ki, apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə X7 Qurbanova və digərlərinə qarşı “hərracın və hərracın nəticələrinin ləğv edilməsi, 04 iyul 2017-ci il tarixdə keçirilmiş hərraca əsasən verilmiş 24 avqust 2017-ci il, 15 mart 2018-ci il və 06 aprel 2018-ci il tarixli Çıxarışların etibarsız hesab olunaraq ləğv edilməsi və 47 sayl ı mağazaya dair adına Çıxarışın verilməsi” tələblərinin rədd edilməsinə və həmin tələblərlə hazırki məhkəmə baxışının predmeti olan “47 saylı mağazaya dair onun adına mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə həvalə edilməsi, həmin mağazaya dair keçirilmiş hərracın nəticələrinin və hərracın nəticələrinə əsasən mağazaya dair mülkiyyət hüququ haqqında Bəşir Qurbanovun adına verilmiş 24 avqust 2017-ci il tarixli, Cavabdeh5 adına verilmiş 15 mart 2018-ci il tarixli və Bəşir Qurbanovun adanı verilmiş 06 aprel 2018ci il tarixli Çıxarışların ləğv edilməsi” tələblərinə dair mübahisənin eyni tərəflər arasında, eyni predmet barəsində yaranmasına diqqət yetirmədən, hazırki iddia tələblərinin yeni əsaslar üzrə verilib-verilməməsini və beləliklə də hazırki işin icraatına hissəvi xitam verilməsi üçün əsasların olub-olmamasını prosessual normaların tələbləri baxımından kifayət qədər araşdırmadan, iddiaçının prosessual hüquqlarını həyata keçməsinə bilavasitə hər hansı kömək göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qətnaməni qeyd olunan tələblər üzrə də dəyişdirmədən saxlamışdır.

31. Digər tərəfdən işdə, Nailə Dadaşovanın 47 saylı mağazanın müdiri vəzifəsindən azad edilməsinə dair işəgötürənin müvafiq əmri (sərəncamı və sair) yoxdur, əksinə, onun həmin mağazanın müdiri vəzifəsindən azad edilməsinə dair ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktorunun 27 avqust 2018-ci il tarixli, 28M saylı əmri qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nə rimanov rayon məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Göründüyü kimi 47 saylı mağazanın özəlləşdirilməsi və dövlət əmlakının özəlləşdirilməsi üsulu kimi hərrac vasitəsilə satışı zamanı əmək kollektivinin üzvü olaraq Nailə Dadaşovanın həmin mağazanın bir hissəsini güzəştli şərtlərlə almaq hüququnun pozulması və bunun, onun üçün müəyyən maddi və mənəvi məhrumiyyətlərə səbəb olması və son nəticədə cavabdeh təşkilatların vəzifəli şəxslərinin hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində onun açıq-aşkar qurbana çevrilməsi, mülki iş materialları ilə istisna edilmir. İşin bu halları tərəflər arasında uzun müddət davam edən ayrı-ayrı mübahisələr üzrə məhkəmə çəkişmələri ilə də təsdiq olunur.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirm ədən, bir tərəfdən 47 saylı mağazanın özəlləşdirilməsi və mağazanın hərrac vasitəsilə satılması zamanı əlaqəli təşkilatların səlahiyyətli şəxslərinin və digər şəxslərin hərəkətlərində (hərəkətsizliyində) cinayətin əlamətlərinin olub-olmaması üzrə müvafiq araşdırma aparılması üçün xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokororluğuna məlumat verdiyi halda, digər tərəfdən Nailə Dadaşovanın cavabdehlərə qarşı iddia tələblərini “dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qətnaməni həmin hissədə də dəyişdirilmədən saxlamaqla ziddiyyətli nəticəyə gəlmiş və iddia tələblərinə hüquqi qiymət verməmişdir. Halbuki dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri də özəlləşdirilən dövlət müəs sisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışıdır. Satış üsulundan asılı olmayaraq özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini güzəştli şərtlərlə almaq hüquqları vardır. Özəlləşdirilən dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satışında güzəştlər – əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə aid edilir. Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır.

33. Apelyasiya instansiyası məhkəməsi hazırki halda hüqu qi baxımından iddiaçının əsas iş yerinin 47 saylı mağaza hesab edilməsini istisna edən halın aradan qalxmasına və satış üsulundan asılı olmayaraq özəlləşdirmə prosesində 47 saylı mağazanın əmək kollektivinin üzvü kimi iddiaçının ilk vaxtdan həmin mağazanın bir hissəsini güzəştli şərtlərlə almaq hüququnun olmasına diqqət yetirməmiş, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinin əsaslı olub-olmamasını kifayət qədər araşdırmamış və ona dəymiş zərərin əvəzinin ödənilməsi üsullarını Mülki Məcəllənin 1115-ci maddəsinin tələbləri baxımından müzakirə etməmişdir. Halbuki həmin maddənin mənasına görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və sair.i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4545/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayət qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 06.12.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Dadaşova Nailə Qurban qızının cavabdehlər Cavabdeh3nə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və digərlərinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(103)-4545/21 saylı işin icraatına həmin işə mülki məhk əmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)

35. Apellyasiya instansiyası qeyd edib ki, iddianın mahiyyətindən göründüyü kimi, tələbin əsasını hərracın nəticələrinin ləğvi təşkil edir. Mübahisələndirilən hərrac Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi haqqında” 25 noyabr 2016-cı il tarixli 168 saylı sərəncamı əsasında keçirilmişdir. Məhz həmin sərəncamla 47 saylı mağazanın özəlləşdirilməsinə dair qərar qəbul olunmuşdur. Hazırda iddiaçının tələbi məhz həmin hərracın, onun nəticəsində verilmiş çıxarışların ləğvi, mənəvi zərərin ö dənilməsi və s.-dən ibarətdir və Cavabdeh3nə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə), həmçinin digər şəxslərə qarşı yönəldilmişdir. İddiaçı mübahisəli daşınmaz əmlakın məhz Əmlak Məsələləri Dövlət Komitəsinin qanunsuz sərəncamı əsasında hərracda satıldığını, əmlakın onun qanuni sahibliyindən alındığını və məhz həmin orqanın qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu iddia edir.

36. Apellyasiya instansiyası vurğulayıb ki, mübahisəsi gedən daşınmaz əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi çıxış etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatından göründüyü kimi Azərbaycan Respubl ikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki ƏMDX) inzibati orqan olmaqla Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti Orqanlarının siyahısında 31-ci yerdədir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

38. Apellyasiya instansiyasına görə hazırkı iddianın əsasını inzibati mübahisənin həlli ilə bağlı yaranan və inzibati orqanın (ƏMDK) qanunsuz qərarı (inzibati aktı) nəticəsində vurulmuş ziyanın ödənilməsi t əşkil edir.

39. Apellyasiya instansiyası hesab edib ki, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İddiaçı isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən əqd dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

40. Yaranmış məhkəmə aidiyyəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün apellyasiya məhkəməsi ilk növbədə qeyd edib ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir.

41. Apellyasiya instansiyası gəldiyi nəticəni Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 22.1-ci bəndləri, həmin Qan unun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyriyaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndi, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndi, “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyriyaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı, “İnzibati icraat haqqında” Qanunun 1.1, 1.2-ci, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci, Mülki Prosessual Məcəllənin 261.0.1 maddələri və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı N.Dadaşova (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəril məsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

43. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilməklə, iddiaçının düzgün olaraq ümumi məhkəməyə müraciət edilməsi göstərilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə Cavabdeh3 İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru tərəfindən yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, mübahisənin inzibati məhkəməyə aid olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

45. Məhkəmə iclasında iddiaçı Dadaşova Nailə Qurban qızının vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

46. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər dar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Maddə 22.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə” Bənd

2. Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri-yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşay ış sahələri aiddir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” Bənd 4.6.4. İcarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sah ələrinin özəlləşdirilməsi Qaydaları” Bənd 4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyriyaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqısatqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. “İnzibati icraat haqqında” Qanun Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vah idliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn“ mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı Bənd 15.4. İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia əri zəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

48. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qəra rdad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

51. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halı odur ki, iddia tələbinin əsasını inzibati orqan tərəfindən keçirilən hərracın nəticələrinin ləğvi təşkil edir. Mübahisələndirilən hərrac Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi haqqında” 25 noyabr 2016-cı il tari xli 168 saylı sərəncamı əsasında keçirilmişdir. Məhz həmin sərəncamla 47 saylı mağazanın özəlləşdirilməsinə dair qərar qəbul olunmuşdur. Hazırda iddiaçının tələbi məhz həmin hərracın, onun nəticəsində verilmiş çıxarışların ləğvi, mənəvi zərərin ödənilməsi və s.-dən ibarətdir və Cavabdeh3nə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə), həmçinin digər şəxslərə qarşı yönəldilmişdir.

52. İddiaçı mübahisəli daşınmaz əmlakın məhz Əmlak Məsələləri Dövlət Komitəsinin qanunsuz sərəncamı əsasında hərracda satıldığını, əmlakın onun qanuni sahibliyindən alındığını və məhz həmin orqanın qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu iddia etidiyi üçün apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, iş üzrə hüquq münasibəti dövl ət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir.

53. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi ilə bağlı dəyərləndirməsini və tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması barədə hazırki qərarın 35-40-cı bəndlərində əks edilən mövqeyi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi və məhkəmə aidiyyətini müəyyən etmək üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakterinə tam qiymət verib və 41-ci bənddə sadalanan hüquq normalarını düzgün tətbiq edib.

54. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisələndirilən hərracın keçirilməsi əsasları və qaydaları, publik hüquq münasibətlərinə aid olmaqla "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının öz əlləşdirilməsi haqqında” Əsasnaməyə; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilir.

55. Baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi və hərrac vasitəsilə satılması) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzr ə iddiaçı həmin münasibət çərçivəsində qəbul edilmiş qərar əsasında keçirilmiş hərracın nəticələrinin qanunsuz olduğunu iddia edir.

56. Bu baxımdan, iş üzrə icraata xitam verilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. 57.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Dadaşova Nailə Qurban qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4545/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar