Məhkəmə qərarları › İş №2(102)-5787/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5787/2022

20.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5787/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Şirkətinin cavabdeh qarşı QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2561/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib еdilərək təsdiq еdilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən Cavabdeh tərəfindən inşa оlunmuş tikili kоntrakt sahəsində inşa еdilmişdir. 2. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminin portalından olan çıxarışdan görünür ki, cavabdehnın adına dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Şirkəti cavabdeh cavabdehna qarşı “Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına ti kilinin cavabdеhin hеsabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdehnın 1 saylı mədənin 4-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdеh cavabdeh tərəfindən İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə vеrilmiş Kоntakt sahəsinin ərazisində, 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti nоrmaları və qaydaları ciddi surətdə pоzulmaqla özbaşına tikili inşa еdilmişdir. Cavabdеhin inşa еtdiyi özbaşına tikili Şirkətin həmin ərazidə nеft-qaz əməliyyatlarını həyata kеçirməsinə ciddi manе yaratdığından, İddiaçı Şirkətinin qanunla qоrunan hüquqları və Dövlət tərəfindən vеrilmiş təminatları kоbud surətdə pоzulmuşdur. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X24 Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprеl 2005-ci il tariхdə Azərbaycan Rеspublik ası Prеzidеntinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Göstərilənlərə əsasən, cavabdeh 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa еdilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikilinin cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı şirkətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X6) 2(001)-7788/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxili ndə inşa еdilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehnın hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinə qaytarılması qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdеh tərəfindən tikilinin inşa edildiyi torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aiddir. İnşa olunmuş tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, nеft quyusunun mühafizə zоlağı daхilində оlduğu müəyyən еdilir, tikili şəhərsalma nоrma və qaydalarına uyğun inşa оlunmamışdır.

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat

9. Binəqədi rayon məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh Binəqədi rayonu Xocəsən qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Başqa sözlə, cavabdehin həmin əmlakla heç bir bağlılığı yoxdur, əmlak onun atası X12 məxsusdur. Bununla bağlı şirkət əvvəllər iddia qaldırmış və həmin iddia son nəticədə təmin olunmamışdır. Şirkət iddia qaldırarkən sökülməsi tələb olunan evdə işiq, qaz və su sayğaclarının Cavabdeh adına olmasına istinad etmişdir. Hal-hazırda sayğaclar X10 adına keçirilmişdir. Bundan əlavə məhkəmə işə baxarkən nəzərə almamışdır ki, şirkət həmin ərazidə müqavilə əsasında fəal iyyət göstərir və ona hansı statusların verilməsindən asılı olmayaraq icarəçidir. Onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmin torpaqlar isə Dövlət Neft Şirkətinə məxsusdur. Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsinə uyğun olaraq qanunsuz hesab edilən tikili və binaların sökülməsi ilə bağlı iddia qaldırmaq hüququ həmin Nazirliyin səlahiyyətlərinə aiddir.

11. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi X11 isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X14 (sədrlik edən və məruzəçi), X7 və X4) 2(103)-2561/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanı lmışdır.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, cavabdehnın hazırkı iddiaya cavab verməli olmayan şəxs olması barədə apellyasiya şikayətinin dəlilini kollegiya əsassız hesab edir. İş materiallarının, o cümlədən eyni tələblə bağlı işdə olan Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(103)-209/2021 saylı qətnaməsinin təhlili göstərir ki, şikayətin bu dəlili yalnız iddiaya cavab vermək məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Halbuki, şirkət eyni tələblə bağlı bundan əvvəl XXXa qarşı məhkəmədə iddia qaldıranda sonuncu həmin torpaq s ahəsinin qızı cavabdehya ayrıldığını, torpaq sahəsinin və üzərində olan tikilinin ona aidiyyətinin olmadığını bildirmişdi. İddiaçı Şirkətinin hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin 8.6-cı bəndinə əsasən, İddiaçı Şirkəti podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir. Buna görə də şirkətin hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.

14. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2561/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edtmişdir.

16. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkəmə işə baxarkən nəzərə almamışdır ki, şirkət həmin ərazidə müqavilə əsasında fəaliyyət göstərir və ona hansı statusların verilməsindən asılı olmayaraq icarəçidir. Onun belə bir iddia qaldırmaq ü çün subyektiv hüququ yoxdur. Həmin torpaqlar isə Dövlət Neft Şirkətinə məxsusdur. X2 Əsasnaməsinə uyğun olaraq qanunsuz hesab edilən tikili və binaları sökülməsi ilə bağlı iddia qaldırmaq hüququ həmin Nazirliyin səlahiyyətlərinə aiddir.

17. Kassator qeyd etmişdir ki, şirkət tərəfindən ikinci dəfə əsassız iddia qaldırılmasına və onlara məxsus əlaqə vasitələrinin onlarda olmasına baxmayaraq qəsdən məhkəməyə məlumat verməmişlər və məqsəd cavabdehə zərər vurmaq olmuşdur.

18. Kassator bildirmişdir ki, birinci instansiya məhkəməsində buraxılmış pozuntular apellyasiya məhkəməsi tərəfindən təkrarlanmışdır. O, Əmək qabiliyyəti olmamasına dair bülleteni şikayətə əlavə etməklə bildirmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işə səthi baxılmışdır. Xəstə olduğu həmin dövrdə iddiaçı tərəfdən portala y eni sənədlər əlavə edilmiş (təxminən 40 vərəq həcmində) və onlarla tanış olmaq imkanı olmamışdır. İşin mürəkkəbliyi baxımından məhkəmə ədalət mühakiməsini həyata keçirmək, həqiqətə nail olmaq üçün işi hərtərəfli və tam araşdırmalı idi. Bunun baş verməməsi nəticəsində qanunsuz və əsasız qətnamə qəbul olunmuşdur. Belə ki, həmin qətnamələrə əsasən Cavabdeh öz vəsaiti hesabına həmin evi sökməli və təhvil verməlidir. İnsan tikmədiyi, xərc çəkmədiyi evin sökülməsini necə həyata keçirə bilər? Cavabdeh ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Evin faktiki sahibi, onu öz vəsaiti hesabına tikən və orada hazırda yaşayan X13r. Belə olan halda məhkəmə qətnaməsini necə qanuni saymaq olar. Deyək ki, həmin qətnamədən icra vərəqəsi verildi. O zaman o necə icra olunacaq?! Cavabdeh həmin evə hər hansı bağl ılığı yoxdur. Yeganə hal onun adına olan bələdiyyə sərəncamıdır. Həmin sərənacımla bağlı elə iddiaçı X16 tərəfindən qaldırılmış iddia üzrə Bakı inzibati məhkəməsində işə baxılmış və həmin sərəncam hüquqi qüvvəsi olmayan akt kimi tanınmışdır.

19. Kassator həmçinin bildirmişdir ki, Məhkəmədə işə baxılarkən tərəfimizdən vəsatət verildi ki, evin əsl sahibi məhkəmə iclasında iştirak etsin və izahat versin. Bundan başqa əlavə vəsatətlər də verilmişdir. Məhkəmə isə heç bir sübutu araşdırmadan və heç kəsi dinləmədən qərar vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi cavabdehin yaşadığı özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan, sənaye təyinatlı torp aq sahəsində heç bir səlahiyyətli qurumun icazəsi və razılığı olmadan inşa edilmiş, tikinti norma və qaydaları kobud surətdə pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2561/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

21. X1 Azərbaycana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

22. Maddə

46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

23. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır

25. Maddə 180.4. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

36. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblə r üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

37. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etd iyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli, 2479 saylı sərəncamı ilə fərdi ev inşa etmək üçün cavabdehə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində mübahisəli ev inşa edilmişdir. İddiaçı analoji iddia tələbi ilə cavabdehin atası X12 qarşı tələb irəli sürmüş və nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddianın rədd edilməsinə əsas ondan ibarət olmuşdur ki, ev Cavabdeh ayrılan torpaq sahəsində inşa edilmiş, ona məxsusdur və ona görə iddia tələbi ona qarşı irəli sürülə bilər. Bun dan sonra iddiaçı təşkilat hazırkı tələblə cavabdehə qarşı mübahisə açmışdır.

39. Analoji məhkəmə mübahisəsi X1 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış predmeti olmuş və həmin məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir.

40. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: “Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak mar ağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdi və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülm əməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın).”

41. Ona görə məhkəmə həmin işdə belə qənaətə gəlmişdir ki, şikayətçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan (mülkiyyət hüquqları) hüquqları pozulmamışdır.

42. Lakin, həmin işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Bununla bağlı Məhkəmənin əsaslandırması aşağıdakı kimi olmuşdur: “Ərizəçi b ildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasın da “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X3rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin Azneft-in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsin ə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəb lər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50., AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilm əmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).”

43. Qeyd olunan əsaslanmadan çıxış edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi oxşar işdə qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Ona görə kollegiya hesab edir ki, cavabdehin hesabına tikilinin sökülməsi, onların evdən çıxarılması tələbinə baxılarkən yol verilmiş pozuntuların aradan qaldırılması və mübahisənin Qərarda şərh edilən Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda yenidən araşdırılması təmin olunmalıdır.

44. İşə yenidən baxan apellyasiya məhkəməsi mübahisəli hüquqi məsələlərlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Qərarında şərh edilənlərə uyğun hüquqi dəyərləndirmə aparmaqla məsələ ilə bağlı yekun nəticəyə gəlməlidir.

45. O cümlədən, mütənasiblik yoxlanılarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında qeyd olunduğu kimi qanunsuz evin kim tərəfindən, nə vaxt inşa edilməsi, müvafiq orqanların tikintiyə ağlabatan müddət ərzində reksiya verib-verməməsi, söküntünün aparılma sında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutların mövcudluğu, cavabdehlərin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı hallar aydınlaşdırılaraq nəzərə alınmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2561/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar