Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5799/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7647/2018 saylı 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (Hakim S.Mehrəliyev) iddia tələbi təmin edilərək Bakı şəhəri 6 saylı notariat kontoru tərəfində n 11.12.2012-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş ********* reyestr nömrəli, 18.12.2014-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və bunun əsasında Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarış ləğv edilməsi, iddiaçı 11.12.2012-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ tanınması və X3 adına həmin evə dair çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər Ş.Məmmədova və V.Həsənov, İş № 2(103)-582/2019) hər iki apellyasiya şikayəti qismən təmin olunaraq hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddianın rədd olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən 18.12.2014-cü il tarixində Cavabdeh1 və Cavabdeh2 verilmiş və ********* nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi, miras əmlak olan ünvan 1 ünvan 52 B) evə dair vərəsəlik hüququnun tanınması və həmin mülkə dair çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gələrək qanun pozuntusuna yol vermişdir. Ona görə də apellyasiya instansiya məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hü quqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia o fakta əsaslanıb ki, ev X5ə məxsusdur, o, 11.12.2012-ci ildə vəfat edib, ona görə də ev vərəsəlik qaydasında iddiaçıya çatmalıdır. Belə ki, iddiaçı mərhum X5 ən yaxın vərəsəsidir: X5 onun əmisinin nəvəsidir. Lakin müəyyən olunur ki, ev X5 məxsus deyil. Belə ki, ev məhkəmə qətnaməsinə əsasən X5 mülkiyyəti kimi qeydə alınmış, sonradan həmin qətnamə ləğv edilmişdir. Belə ki, reyestr xidmətinin məktubundan (iş v. 154) görünür ki, evin X5 mülkiyyəti kimi qeydə alınmasına əsas Nəsimi Rayon Məhkəməsi tərəfindən 2-406/1994 nömrəli iş üzrə 05.04.1994-cü il tarixlində qəbul olunmuş qətnamə olub. Həmin qətnamə X5 özünün iddiası əsasında qəbul olunub. Sonradan Bakı Şəhər Məhkəməsinin 22.08.19 94-cü il tarixli qərarı ilə bu qətnamə ləğv edilib və iş yenidən baxılması üçün 1-ci instansiya məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsi işə yenidən (2-ci dəfə) baxmış, 14.11.1994-cü il tarixli qətnamə ilə yenidən iddianı təmin etmiş, evin X5 mülkiyyəti kimi qeydə alınmasını qət etmişdir. Bu qətnamə də Bakı Şəhər Məhkəməsinin 24.03.1996-cı il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün 1-ci instansiya məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi işə yenidən (3-cü dəfə) baxmış, 28.01.1997-ci il tarixli qətnamə ilə ev yenidən X5 mülkiyyəti kimi tanınmışdır. Lakin bu qətnamə (3-cü qətnamə) Rakı Apellyasiya Məhkəməsinin 2(103)- 1088/2018 nömrəli iş üzrə qəbul etdiyi 23.01.2018-ci il tarixli qətnamə ilə (surəti işə əlavə olunub) ləğv edilmiş və iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin 2(102)3885/2018 nömrəli iş üzrə qəbul etdiyi 04.06.2018-ci il tarixli qərar ilə (surəti işə əlavə olunub) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəmişdir ki, X5 sağlığına onun xeyrinə qəbul edilmiş qətnamə onun ölümündən sonra ləğv edilib. Qüvvədə olan məhkəmə aktına görə ev X5 mülkiyyəti deyil. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. X5 ev üzərində mülkiyyət hüququ yoxdur, mövcud olmayan hüquq mirasa daxil ola bilməz. Ona görə də iddiaçı həmin evlə bağlı iddia qaldırmağa səlahiyyətli deyil. Əks tərəfin adı na verilmiş vərəsəlik şəhadətnaməsinin qanuni olub-olmadığı səlahiyyətli şəxsin iddiası əsasında yoxlanıla bilər. İddiaçı kassasiya şikayətində işin faktiki hallarını və çoxsaylı maddi və prosessual hüquq normalarını sadalayaraq apellyasiya instansiyası məkəməsi tərəfindən həmin faktiki halları nəzərə alınmaması, maddi hüquq normalarının səhv təsfir və tətbiq edilməsini, onların çoxsaylı vəsatətlərini müzakirə edilib qiymətləndirilməklə prosessual hüquq normalarının tələblərinin pozulması, bununla da onun ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına istinad edərək qətnamənin ləğvini xahiş etsə də apellyasiya instansiyası məhkəməsinin hazırki iddianın qaldırılması onun səlahiyyətli olmaması barədə gəldiyi nəticəni təkzib edən hər hansı bir dəlil irəli sürməmişdir. Kasasiya məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və həmin dəlilləri qətnamənin ləğvi üçün saslı hesab etmir. Kassasiya məhkəməsi kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticə və həmin nəticəyə tətbiq edilmiş maddi hüquq normaları düzgün olmuşdur. Ona görə də kassasiya şikayəti təmin edilməməli qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 27 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv
Məhkəmə qərarları › İş №2(102)-5799/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5799/2019
18.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver