Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5804/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5804/21 (Açar sözlər: müqavilənin ləğv edilməsi və borcun tutulması) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-823/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə yaranmış əsas borcun və lizinq predmetinə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən ödənilməli olan cəmi 1664,55 manat məbləğində ödənilməmiş borcun, lizinq predmetinə vurulmuş 8414 manat zərər məbləğinin və ödənilmiş 30,40 manat məhkəmə xərclərinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci inst ansiya məhkəməsində icraat İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən "xxxx" MMC təsviri bu müqavilədə göstərilən və ümumi dəyəri 16200 manat olan, **-AN-*** dövlət qeydiyyat nişanlı "xxxx" minik markalı 1 ədəd avtomobilin dəyərini alqı-satqı müqaviləsinə əsasən tam ödəməklə satıcıdan alıb öz mülkiyyətinə çevirərək, onu Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh 15 iyul 2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən öz növbəsində 14577 manat məbləğində əsas borcu və 4394 manat məbləğində lizinq verənin mükafatını 36 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə lizinq ödənişini 05 oktyabr 2016-cı il tarixinə qədər yerinə yetirmiş, daha sonra isə yəni, 30 noyabr 2016-cı il tarixdə avtomobili lizinq verənə təhvil vermiş, tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh tərəfindən müqavilə bağlandığı tarixdən etibarən avtomobilin təhvil verilməsi tarixinədək mütəmadi olaraq lizinq ödənişlərinin edilməsinə baxmayaraq, ödəniş qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə ödəniş edilməmişdir ki, nəticədə cavabdehin 15 iyul 2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən "xxxx" MMC qarşısında 30 noyabr 2016-cı il tarixinə 1440,24 manat lizinq borcu, 224,31 manat cərimə borcu, cəmi 1664,55 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən lizinq predmeti olan 2014-cü il buraxılışlı, **-AN-*** dövlət qeydiyya t nişanlı "xxxx" minik markalı avtomobil MMC-yə təhvil verilərkən, avtomobilə vizual baxış keçirilmiş və aşkar olunmuş qüsurlar təhvil-təslim aktında əks olunmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 dekabr 2016-cı il tarixli qüsur aktına əsasən Cavabdeh tərəfindən lizinq predmetinə 8414 manat məbləğində zərər vurulması müəyyən olunmuşdur. Maliyyə lizinq müqaviləsi üzrə yaranmış borcla bağlı cavabdehə həm şifahi, həm də yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək borc tələbinin ödənişi ilə bağlı hər hansı addım atılmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 may 2018-ci il tarixli, 2(007)-1993/2018 nömrəli qərardadı ilə (hakim – Fikrət Mirzəyev) məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanı n aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15907 saylı 26 iyul 2018-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Nurgün Motors» servis mərkəzinin 26 dekabr 2017-ci il tarixli aktı məlumatlarına əsasən, 2014-cü il ğuraxılışlı «Nisan Munny» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7105,00 manat müəyyən edilir. Birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(007)-1993/2018 nömrəli qətnaməsi ilə (hakim – Fikrət Mirzəyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında 15 iyul 2015-ci il tarixli 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinin ləğv olunması, Cavabdeh ödənilməmiş lizinq haqqına görə 1440,24 manat, 20 manat cərimə, lizinq predmetinə vurulmuş zərərə görə 7105,00 manat, cəmi 8565,24 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər mülki qanunvericiliyin tələblərinə uyğun olaraq lizinq müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirərək lizinq obyektini lizinq alana təhvil versə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bundan başqa, lizinq obyektinə zərər vurmaqla onu geri qaytar mış, nəticədə lizinqverənə maddi ziyan vurmuşdur. İşin bu halı ekspertiza rəyi ilə öz təsdiqini tapır. Qeyd olunanlara əsasən lizinq müqaviləsinin ləğv olunması, lizinq ödənişləri üzrə borcun, vurulmuş maddi ziyanın cavabdehdən tutulması və dövlət rüsumunun tələb olunması hissəsində iddia tələbi əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 224,31 manat məbləğində cərimə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdir ilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı MMC ilə bağlanmış 15 iyul 2015-ci il tarixli 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsi ləğv edilməli, Cavabdeh ödənilməmiş lizinq haqqına görə 1440,24 manat, 20 manat cərimə, lizinq predmetinə vurulmuş zərərə görə 7105,00 manat, cəmi 8565,24 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 421.2, 424.5, 467, 748-1.12.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 20 noyabr 2019-cu il tarixli, 2(103)-12963/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(007)-1993/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci i nstansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsaslandırılmamışdır. Cavabdeh iddiaçı ilə aralarında lizinq müqaviləsinin bağlandığını mübahisələndirməmişdir. İddiaçının tələb etdiyi ödəniş məbləği müqavilə, maliyyə arayışı, dəymiş zərərin məbləği isə ekspert ilə təsdiq olunur. Cavabdeh etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəli llər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Qətnamədən narazı qalan cavabdeh kasasiya şikayəti verərək, apelyasiya kollegiyasının qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Vüqar Həsənov) 11 sentyabr 2020-ci il tarixli, 2(102)2639/2019 saylı qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)-12963/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Lizinq alanın məsuliyyəti” adlanan 750ci maddəsinə görə “Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır”. İş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin maddənin 2-ci cümləsinin tələbləri baxımından müqavilə üzrə tərəflər in münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunan müqavilənin 10-cu bəndinə əsasən lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin xeyrinə sığorta edilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi lizinq obyektinə vurulmuş ziyanla bağlı sığorta ödənişinin lizinq verənə ödənilib-ödənilməməsini araşdırmamışdır. Bundan əlavə iş materiallarından göründüyü kimi avtomobilə vurulmuş ziyan məbləğinin müəyyən edilməsi üzrə ekspert rəyi yalnız “Nurgün Motors” servis mərkəzi tərəfindən tərtib edilmiş 13.12.2016-cı il tarixli qüsur aktına əsasən verilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi ziyanın düzgün müəyyən edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd olunan MM-in 750-ci maddəsinin tələbləri baxımından avtomobilə görə cavabdeh tərəfindən hansı məbləğdə cəmi ödənişlər edilməsini, avtomobilə ziyan vurulduqdan sonra onun qalıq dəyərini müəyyən etməmiş və bununla əlaqədar düzgün hüquqi nəticəyə gəlməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Rəşad Həsənov, Həsən Əhmədov) 25 noyabr 2020-ci il tarixli, 2(103)-8369/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021-ci il tarixli, 9/405 saylı rəyinə əsasən müəy yən edilmişdir ki, tərəflər arasında razılaşdırılmış ödəniş qrafikində 30.11.2016-cı il tarixədək ödənilməli olan mükafatın 2.902,67 manat, ödənilməli olan əsas məbləğin isə 5.529,18 manat olduğu nəzərə alınmaqla, Cavabdeh 30.11.2016-cı il tarixə "xxxx" MMC-yə ümumilikdə borcu 748,06 ((5.529,18+2.902,67) - 7.683,79) manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatı zamanı ödəniş qrafikinə əsasən 30.11.2016-cı il tarixə əsas məbləğ üzrə ödənilməli olan qalıq borc 9.047,82 manat məbləğində müəyyən edilir. Lakin tədqiqat zamanı borc alan tərəfindən aparılan ödənişlər üzrə real borc qalığı 9.624,13 manat məbləğində müəyyən edilir. Belə olan halda yuxarıda göstərilənləri nəzərə alaraq 30.11.2016-cı il tarixə Cavabdeh 15.07.2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinq müqaviləsi üzr ə "xxxx" MMC-yə gecikdirilən əsas borcu 576,31 (9.624,13 9.047,82) manat, faiz (mükafat) borcu 264,66 manat, ümumilikdə isə 840,97 manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.04.2021-ci il tarixli, 9/405 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Nurgün Motors» servis mərkəzinin 13.12.2016-cı il tarixli qüsur aktında olan məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Nisan Munny» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7105 manat təşkil edir. 2014-cü il buraxılışlı «Nisan Munny» markalı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yar arlı avtomobilin 2016-cı il tarixli orta bazar qiyməti təxminən 17.000 manat, hadisədən sonra qalıq dəyəri isə 10.000 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 02 iyun 2021-ci il tarixli, 2(103)-823/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1993/2018 saylı iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin “Cavabdeh İddiaçı MMCnin xeyrinə ödənilməmiş lizinq haqqına görə 1440,24 manat tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməmiş lizinq haqqına görə 840,97 manatın tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya in stansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası məqsədilə sığorta şirkətlərinə müvafiq sorğular göndərilmiş və iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən 25.12.2020-ci il tarixli, 3317 saylı məktubla bildirilmişdir ki, ** AN *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobil 15.07.2015-ci il tarixdən 14.07.2018-ci il tarixədək İddiaçı MMC tərəfindən ASC-də kasko sığorta növü üzrə sığortalanmışdır. Sözügedən avtomobilin 2015-2019-cu il tarixləri aralığında sığorta hadisəsi baş verməmişdir. "xxxx" ASC tərəfindən isə, 08.01.2021-ci il tarixli, 0047 saylı məktubla bildirilmişdir ki, "xxxx" markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil 16.07.2015-16.07.2016-cı il tarixlərdə ASC-də PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta müqaviləsi mövcud olmuşdur. Sığorta müqaviləsinin mövcud olduğu müddətdə avtomobilin iştirakı ilə baş vermiş sığorta hadisəsi haqda məlumat ASC-yə daxil olmamışdır. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, Kollegiya, qeyd olunan mübahisəli halların xüsusi bilik tələb etdiyini nəzərə almaqla, ekspert rəylərini həmin halların müəyyən edilməsi üçün mötəbər hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirildiyi hissələrdən cavabdehdən iddiaçının xeyrinə lizinq predmetinə vurulmuş zərərə görə 7105 manat tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, ödənilməmiş lizinq haqqına görə 1440,24 manat tutulması hissəsində isə dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan ödənilməmiş lizinq haqqının məbləği Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021-ci il tarixli eskpert rəyinə uyğun olaraq 840,97 manat müəyyən olunmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertiza təyin olunduqda ekspert yenidən qüsur aktına əsaslanaraq ziyanı hesablamışdır. Ekspert sanki ekspert deyil özünü notarius kimi aparmış, heç bir ekspertiza tədqiqatı aparmadan "Nurgün Motors” tərəfindən verilmiş aktı təsdiqləmişdir. Belə olan halda ekspert rəyinin qərəzsizliyinə şübhə yaranır. Halbuki onlar nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəməyə əzilmiş avtomobilin şəkillərini təqdim etmişlər və ekspertiza qarşısında qoyduqları suallardan biri nəqliyyat vasitəsinə dəymiş ziyanın məhz fotoşəkillər əsasında müəyyən edilməsi olmu şdur. Lakin məhkəmə ekspertiza qərardadında həmin sualı ekspert qarşısında qoymamış və nəticədə ekspertiza yenidən "Nurgün Motors" tərəfindən tərtib edilmiş qüsur aktı əsasında aparılmış, ekspert müstəqil tədqiqat aparmamış, yalnız həmin aktı təsdiq etməklə kifayətlənmişdir. Bu hal isə Ali Məhkəmənin məcburi göstərişlərinin icra edilməməsinin nəticəsidir. İddiaçı cavabdehə xəbər etmədən və onun razılığı olmadan avtomobili qanunsuz olaraq götürüb başqasına satmışdır. Lizinq obyekti müqaviləyə xitam verildikdən sonra iddiaçıya qaytarıla bilərdi. Müqavilənin xitamı əsasları isə (müqavilə müddəti bitdikdə, müqavilə üzrə bütün öhdəliklərin icra edilməsi, tərəflərin qarşılıqlı razılığı) müqavilənin 12.8-ci maddəsində qeyd olunub ki. həmin əsaslardan da heç biri hazırkı iş üzrə müəyyən edilmir. b ) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavil ədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ma ddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748.2. Lizinq müqavləsində bu maddədə sadalananlarla yanaşı həm də lizinq ödənişinin ümumi məbləği və lizinq verənin mükafatının məbləği, hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki göstərilməlidir. Maddə 748-10.1. və 748-10.2. Lizinq müqaviləsinin qüvvədə olduğu müdd ət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq ver ənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərclər. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. M addə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. B u baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində bir tərəfdən onun tərəfindən yol-nəqliyyat hadisəsi törədilməsini etiraf etsə də, digər tərəfdən iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəfdən cavabdeh ekspert rəyinin qeyri-mötəbərliyinə istinad etsə də, rəyin qeyrimötəbərliyini təqdim edilmiş fotoşəkillər əsasında deyil, "xxxx" MMC-nin qüsur aktı əsasında verilməsində görmüşdür ki, bu hal ekspert rəyinin qeyri-mötəbər hesab edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, təqdim edilmiş fotoşəkillərlə rəy v erilməsinə nisbətdə qüsur aktı əsasında zərər görən predmetlər aşkar müəyyən edilərək rəy verilməsi daha düzgün və obyektiv zərər məbləğinin müəyyən edilməsinə xidmət edir. Apelyasiya kollegiyası da xüsusatı nəzərə alıb qüsur aktı əsasında rəyin verilməsi barədə ekspert qarşısına sual qoymaqda haqlı olmuş və bu zaman hansı prosessual pozuntuya yol verməmişdir. Kasasiya şikayətinin lizinq ödənişi ilə bağlı borcun olmaması barədə dəlilinə gəldikdə isə qeyd eidlməlidir ki, cavabdehin lizinq müqaviləsi üzrə münasibətlərin davam etdiyi müddətə yaranmış borcu da ekspert rəyi əsasında müəyyən edilmişdir ki, hazırki halda cavabdeh borcunun olmamasına dəlalət edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və istinad edə bilməmişdir. Ümumi kasasiya yoxlaması nəticəsində isə müəyyən edilm işdir ki, apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən işə daha əvvəl baxmış kasasiya kollegiyasının göstərişlərinə uyğun olaraq məhkəmə araşdırması davam etdirilib yekun nəticəyə gəlinmiş, yekun nəticəyə gəlinərkən isə hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-823/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.