Məhkəmə qərarları › İş №2(102)-5805/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5805/2020

17.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5805/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3282/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-363/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.Ə.Rüstəmli) İddi açı Cavabdeh və digərlərinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3282/2020 saylı qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qal dıraraq, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilinə dair mərhum atası Əhməd Əliyev tərəfindən qardaşı Cavabdeh adına verilmiş xx xxxxxxx 1996-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh adına verilmiş xx xxxx 1999-cu il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında mənzilə dair mülkiyyət hüququ haqqında Cavabdeh adına verilmiş xx xxxx 1999-cu il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə bax arkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil2 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh, üçüncü şəxslər Bakı şəhəri, 27 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən mə hkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1166, 1170.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində s əhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzili tərəflərin atası Əhməd Əliyevin mülkiyyətində olub və sonuncu xx xxxxxxx 1996-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən sözügedən mənzili oğlu Cavabdeh vəsiyyət edib. xx xxxx 1998-ci il tarixdə mirası qoyan Əhməd Əliyev ölüb. Bundan sonra Cavabdeh ərizəsinə əsasən notariat orqanı tərəfindən mənzilə dair onun adına xx xxxx 1999-cu il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib.Həmin şəhadətnaməyə əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb və bu barədə sonuncunun adına xx xxxx 1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilib. Hazırda iddiaçı, sözügedən mənzilə münasibətdə vərəsəlik hüququnun pozulduğunu, onun məlumatı olmadan qardaşı Cavabdeh bütövlükdə miras mənzilə yiyələndiyini və bu barədə yalnız sonuncunun onun arvadı Humaya Əliyeva və oğlu Orxan Əliyevə qarşı 2018-ci ildə məhkəmədə 20.000 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırdıqdan sonra məlum olduğunu göstərib, mənzilə dair Cavabdeh adına verilmiş “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsini və onun əsasında sonuncu nun adına mülkiyyət hüququ haqqında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini iddia edir. Cavabdeh isə, miras mənzilə atası Əhməd Əliyev tərəfindən onun adına qoyulmuş vəsiyyətnaməyə əsasən yiyələndiyini və hazırda həmin mənzilin onun xüsusi mülkiyyətində olduğunu göstərib, iddiaya etiraz edir. İşə əlavə edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, notariat işində Əhməd Əliyevin adından olan xx xxxxxxx 1996-cı il tarixli vəsiyyətnamədə “imza” qrafasındakı imza- Əhməd Əliyev tərəfindən icra olunub. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1225.1, 1225.2 və 1225.3-cü maddələrinin mənasına görə, vəsiyyətnamə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyə tnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları, o cümlədən ekspertin rəyini tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, mərhum Əhməd Əliyevin mülkiyyətində olmuş sözügedən mənzil oğlu Cavabdeh vəsiyyətnamə üzrə keçib və işdə, vəsiyyətnamənin saxta olması, habelə vəsiyyətnamənin tərtib edildiyi məqamda Əhməd Əliyevin öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə və öz iradəsini aydın ifadə edə bilməsini istisna edən heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işə əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının hazırda məhkəmə qaydasında mübahisələndirdiyi vəsiyyətnamədəki imza mərhum Əhməd Əliyevin özü tərəfindən icra edilmişdir. Digər tərəfdən işdən görünür ki, sözügedən vəsiyyətnaməyə əsasən mübahisəli mənzilə dair Cavabdeh adına “vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında” şəhadətnamə verilib və həmin şəhadətnaməyə əsasən mənzil daşınmaz əmlakın dövlət reysetrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. xx xxxx 1999-cu il tarixdən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı kasasiya şikayətində onun məlumatı olmadan qardaşı Cavabdeh bütövlükdə miras mənzilə yiyələndiyini, bu barədə yalnız sonuncunun onun arvadı Humaya Əliyeva və oğlu Orxan Əliyevə qarşı 2018-ci ildə məhkəmədə 20.000 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırdıqdan sonra ona məlum olduğunu göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə mənzildə yaşadığı halda, onun son 20 il müddət ərzində mənzilin qardaşı Cavabdeh mülkiyyətində olmasından məlumatsız olması inandırıcı, ağlabatan görünmür. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edib belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətlə ri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddə lərinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3282/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar