Məhkəmə qərarları › İş №2(102)-581/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-581/2021

09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-581/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: enerji ilə təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)6556/2020 nömrəli qətnaməsindən cavabde h tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: İddiaçı ünvan 1ünvanında yerləşən evdə təbii qazın abunəçisidir İddiaçının adına xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş abonentin saldosuna əsasən onun borcu 2001,3 manat təşkil edir. Cavabdeh Bakı RQSD-nin əməkdaşları tərəfindən ünvan 1ünvanında yoxlamalar aparılmış, tərtib olunmuş Təbii X1nın pozulması haqqında xx xxxx 2018-ci il tarixli, ******* saylı və xx xxxxx 2019-cu il tarixli ******* saylı aktlarla sayğacdan kənar qeyri-qanuni qazdan istifadə müəyyən olunmuş, müvafiq olaraq birinci halda 266,40 manat, ikinci halda 109,80 manat məbləğlərində ziyan hesablanmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin e dilərək keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 30871 saylı rəyinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh İB-yə məxsus qaz xəttinə qeyriqanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı, eləcə də kənar xəttin qoşulmasına xarakterik olan izlər aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evinə hesablanmış 2523 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 kəndində yaşayır. Ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildə Cavabdeh nüm ayəndələri tərəfindən smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən ona məlumat verilmişdir ki, onun evində sayğacdan kənar qoşulma olmuş və bu səbəbdən cərimə yazılmışdır. Qeyd olunan ünvanda qızının qayınanası yaşamış, iddiaçının qızı öz ərindən ayrıldıqdan sonra iddiaçının ünvana girişi olmamışdır. Qızının qayınanası qazın iddiaçının adına olmasını bilib, qəsdən qazdan xətdən kənar istifadə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-393/2020 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddia təmin edilmiş, ünvan 2 ünvanı (Abonent kodu: **********00022) üzrə İddiaçı hesablanmış 2523 manat məbləğində borcun silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının gö stəricilərinə uyğun olaraq qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-393/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6556/2020 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.A.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon M əhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-393/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının yaşadığı ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2523 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, göstərilən hal məhkəməyə təqdim edilmiş ekspert rəyində öz əksini tapmamışdır. İddiaçı Cavabdeh İB tərəfindən eyni hala görə təkrarən ayrı-ayrı vaxtlarda əsassız olaraq eyni məzmunlu aktla r tərtib edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”na uyğun olaraq ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6556/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı Cavabdeh İB-yə məxsus təbii qaz xəttinə 2018ci il və 2019-cu ilin ilk 4 ayı ərzində rezin boru vasitəsi ilə qanunsuz şəkildə qoşulmaqla təbii qazdan özbaşına istifadə etmiş və nəticədə cavabdehə zərər vurmuşdur. Həmin fakt məhkəməyə təqdim olunmuş fotoşəkillərlə təsdiq olunmuşdur. Həmçinin iddiaçıya məxsus fərdi yaşayış evinə çəkilmiş qaz xətti üzərində xx xxxxxxxx 2019-cu il tarixində Cavabdeh İB tərəfindən yeni smart qaz sayğacı quraşdırılmışdır. Məhkəmənin istinad etdiyi ekspertiza tədqiqatı isə xx xxxxxx 2020-ci il tarixdə aparılmışdır. Rəy verilən zaman artıq ünvanda qeyri-qanuni qoşulma faktı və halları cavabd eh tərəfindən aradan qaldırılmışdır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı 2018-ci il ərzində cəmi 19 manat məbləğində ödəniş etmiş, 2019-cu ilin birinci yarım ilində isə ümumiyyətlə ödəniş etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövl ət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsa sən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanu nsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların akt larının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və o byektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr belə nəticəyə gəlmişlər ki, iddiaçıya məxsus evə dair cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktlar əsassız olmuş və həmin aktlara uyğun hesablanmış borc silinməlidir. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mübahisələndirdiyi aktlar xx xxxx 2018-ci il və xx xxxxx 2019-cu il tarixlərdə tərtib olunmuşdur. İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, həmin zaman ona məxsus olan evdə qızının keçmiş qayınanası yaşamış, sonuncu qazdan istifadə etmiş, qaz xəttinə qanunsuz qoşulma aparmışdır. Beləliklə, iddiaçı faktiki olaraq qaz xəttinə qanunsuz qoşulmanın olmasını etiraf etmiş, yalnız həmin qoşulmanın onun tərəfindən deyil, başqa şəxs tərəfindən e dildiyini iddia etmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə bir neçə fotoşəkil əlavə olunmuşdur. Həmin fotoşəkillərin ikisində ünvana gedən qaz xəttinin sayğacdan keçməsi göründüyü halda, bir şəkildən müəyyən olunur ki, qaz borusu bilavasitə ünvana daxil olur, sayğac mövcud deyildir. Məhkəmələr tərəfindən qeyd olunan fotoşəkillərə istinad olunmamış, həmin şəkillərin hansı ünvana aid olması, nə vaxt və kim tərəfindən çəkilməsi araşdırılmamış, iş üzrə sübut əhəmiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməmişdir. Daha sonra müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini rəd edərkən iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə istinad etmişdir. Həmin rəylə müəyyən olunmuşdur ki, ekspert tədqiqatı keçirilən dövrdə iddiaçıya aid fərdi yaşayış evinin Cavabdeh İB-yə məxsus qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı, eləcə də kənar xəttin qoşulmasına xarakterik olan izlər aşkar edilməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, ekspert tədqiqatı 2020-ci ilin fevral ayında, yəni iddiaçının ünvanına sonuncu akt tərtib edildiyi tarixdən 10 ay sonra aparılmış və həmin müddət ərzində kənar qoşulmanın mövcud olmaması, aktlar tərtib olunan dövrdə də bu qoşulmanın olmamasının sübutu kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspert rəyini əsas götürməklə cavabdehin apellyasiya şikayətini rədd edərkən, Mülki Prosessual Məcəlləsinin 101.7 və 103.1-ci maddələrinin tələblərini pozmuşdur. Daha sonra müəyyən olunur ki, bor cun silinməsinə dair tələbinin sübutu qismində Bakı regional Qazın Satışı Departamentinin xx xxxx 2018-ci il və xx xxxxx 2019-cu il tarixli vurulmuş zərərin hesablanmasına dair tələbnamələrə istinad etmişdir. Məhkəmələr də həmin tələbnamələr üzrə müəyyən etmişlər ki, iddiaçıya birinci akt üzrə 1332 kub metr, ikinci akt üzrə 1098 kub metr itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin məhkəmələr nəzərə almamışlar ki, qeyd olunan aktlar üzrə müvafiq olaraq 266,40 manat və 109,80 manat məbləğində ziyan hesablandığı halda, iddiaçı 2523 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfi ndən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli h esab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tə rəfindən iddiaçının sahibliyində olan yaşayış sahəsinin qazpaylayıcı xəttinə qanunsuz qoşulmanın olub-olmaması, bununla bağlı qazla təchiz edən təşkilatın sənədləşmənin düzgün aparılıb-aparılmaması, cavabdeh tərəfindən hansı məbləğdə ziyanın hesablanması və ziyana görə kim məsuliyyət daşımalı olması halları araşdırılmalı, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6556/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar