Məhkəmə qərarları › İş №2(102)-5814/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5814/2021

07.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5814/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: X1 Cavabdeh1 MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5814/21 (Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: Cavabdeh1 MMC-nin nümayəndəsi X4 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)8124/2021 saylı qərardadından Cavabdeh1 MMC kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı X3 məhkəmədə Cavabdeh1 MMC qarşı iddia qaldıraraq, “Mercedes Benz E-350” markalı nəqliyyat vasitəsinə dair Cavabdeh2 ilə X2 arasında bağlanmış 11 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və sonuncu ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) iddia təmin edilərək, “Mercedes Benz E-350” markalı nəqliyyat vasitəsinə dair Cavabdeh2 ilə X2 arasında bağlanmış 11 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və sonuncu ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi qət edilib. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən və məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov) cavabdeh "xxxx" MMC iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2020ci il tarix li qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisələndirilən qətnamənin surəti Cavabdeh1 MMC hüquqi ünvanı olan ünvan 1ə 3014 saylı ünvana göndərilib, həmin ünvanda Cavabdeh1 MMC 19 noyabr 2020-ci il tarixdə təqdim edilib və bu barədə “Əhmədova” soyadlı şəxs tərəfindən imzalanmış xəbərnamə mülki iş materiallarına əlavə edilib. Beləliklə, Cavabdeh1 MMC qanunla şikayət vermək üçün nəzərdə tutulmuş 1 ay müddəti ötürüb və müddətin bərpası barədə ərizə verilməyib. Göründüyü kimi, birinci instansiya məhkəməsi, Cavabdeh1 MMC apellyasiya şikayətini baxı lması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərərkən məhkəmə qətnaməsinin surətinin 19 noyabr 2020-ci il tarixdə Cavabdeh1 MMC təqdim edilməsini nəzərə almayıb. Ona görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 130.2, 133.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. 06 avqust 2021-ci il tarixdə Cavabdeh1 MMC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətini n və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Aqşin Məmmədli və vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı Əli Quliyev, cavabdehlər Cavabdeh2, Şükür Mehdiyev və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikləri üçün kassa siya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtar ır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətl ərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiy a şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən qətn amənin surəti Cavabdeh1 MMC hüquqi ünvanı olan ünvan 1ə 3014 saylı ünvana göndərilib, həmin ünvanda Cavabdeh1 MMC 19 noyabr 2020-ci il tarixdə təqdim edilib və bu barədə “Əhmədova” soyadlı şəxs tərəfindən imzalanmış xəbərnamə mülki iş materiallarına əlavə edilib. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, Cavabdeh1 MMC qanunla şikayət vermək üçün nəzərdə tutulmuş 1 ay müddəti ötürüb və müddətin bərpası barədə ərizə verilməyib. Göründüyü kimi, birinci instansiya məhkəməsi, Cavabdeh1 MMC apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərərkən məhkəmə qətnaməsinin surətinin 19 noyabr 2020-ci il tarixdə Cavabdeh1 MMC təqdim edilməsini nəzərə almayıb. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 MMC tərəfindən ve rilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh1 MMC apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassator, kassasiya şikayətində Cavabdeh1 MMC hüquqi və faktiki ünvanının 18 avqust 2020-ci il tarixdən Vergi orqanı tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanının qeyd edildiyini, qətnamənin surətinin Cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən rəsmi qaydada 15 mart 2021-ci il tarixdə qəbul edildiyini və 31 mart 2021-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verildiyini və bununla da prosessual müddətin ötürülmədiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən iddia ərizəsi, mübahisəli nəqliyyat vasitəsinə dair Şükür Mehdiyevlə Cavabdeh1 MMC arasında bağlanmış alqısatqı müqaviləsində sonuncunun hüquqi ünvanı kimi ünvan 1ə 3014 göstərilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instans iyası məhkəməsi Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)-8124/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar