Məhkəmə qərarları › İş №2(102)-5823/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5823/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5823/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5823/21 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10443/2019 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-163/2017 saylı, 31.03.2017ci il tarixli icra vərəqəsi əsasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 7a saylı evin 1 saylı mənzilini əldə etmiş və onun mülkiyyət hüququ 17.01.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin mart ayında İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və İddiaçı ASCyə təhvil ve rilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən N saylı mənzilinin boşaldılması və qeyd olunan əmlakın "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2174/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim: V.Ş.Quliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 7a saylı evin 1 saylı mənzilinə istifadə hüququna xitam verilmiş, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 7a saylı evin 1 saylı mənzilinin boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Ape llyasiya instansiyası məhkəməsində icraat Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək işdəki sübutlara düzgün hüquqi qiymət verilmədən, işin halları tam və hərtərəfli araşdırılmadan qətnamə qəbul edilməsini əsas göstərərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10443/2019 saylı, 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və X.Ə.Sarıyev) cavabdehlər Cavabdeh1 Firıddin qızının və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2174/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 27 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından, habelə şikayətə vəkilin səlahiyyətini təsdiq edən order əlavə edilmədiyindən geri qaytarılmışdır. Daha sonra, 20 may 2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti, habelə kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10443/2019 saylı, 14 iyul 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmasına dair cavabdeh lər tərəfindən verilmiş ərizə təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı ASC yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10443/2019 saylı, 14 iyul 2021-ci il tarixli qərardadının dəyişdirilmədən sax lanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmi şsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassa siya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi prosessual müddətin bərpasından imtina edərkən cavabdehlər tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunda müəyyən olunmuş müddətin ötürülməsinə əsaslanmış və hesab etmişdir ki, müddətin ötürülməsinin üzrlü sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MP M-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, cavabdehlər tərəfindən kassasiya şikayəti qanunda müəyyən olunmuş müddət ötürülməklə verildiyindən müddətin bərpası üçün qanuni əsaslar yoxdur. Göstərilən vəziyyətdə kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından və qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq k ollegiya QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10443/2019 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar