Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5825/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5825/21 (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi, yaşayış sahəsinə zəruri ehtiyacın aradan qalxması ) Bakı şəhəri, 20 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, cavabdeh xxxVəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bak ı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3388/2021 nömrəli 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh xxx kassasiya şikayətinə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ər-arvad olublar.
2. Bakı şəhəri, Yasamal rayonu, M.H.Naxçıvani küçəsi, ev 1, 18 saylı mənzili nikahdan əvvəl iddiaçı əldə edib.
3. Yasamal Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh azyaşlı uşaqlarla mübahisəli mənzilə köçürülüblər, mənzildə qeydiyyatdadırlar.
4. Mübahisə cavabdehin mənzildən istifadə hüququ ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh uşaqları ilə birlikdə zzz mənzil dən 3000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehlə 31.08.2002-ci ildə rəsmi nikaha giriblər. Bu nikahdan 21.10.2003-cü il təvəllüdlü Hüseyn, 05.10.2004-cü il təvəllüdlü Nigar, 25.12.2014-cü il təvəllüdlü Zülfuqar adlı uşaqları var. Cavabdeh və uşaqlar mübahisəli mənzildə qeydiyyatda olsalar da, bir gün də olsun həmin mənzildə yaşamayıblar.
7. Ailə münasibətləri pisləşdiyindən tərəflər 2014-cü ildən faktiki olaraq ayrılmış, birgə təsərrüfat aparmamışlar. Mübahisəli mənzil nikahdan əvvəl əldə edilib.
8. Yasamal Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(004)-65 87/2018 saylı qətnaməsi ilə cavabdehin azyaşlı uşaqlarla mübahisəli mənzilə köçürülməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir.
9. İddiaçı hazırda həmin mənzildə 2015-ci ildən ailə qurduğu xanımla birgə yaşayır və bu nikahdan 2015-ci il təvəllüdlü uşaqları var.
10. İddiaçının cavabdehlə çox saylı məhkəmə çəkişmələri olub, bir-birinə qarşı həddindən artıq barışmaz mövqedədirlər.
11. Mənzil 4 otaqdan ibarətdir, sahəsi 173 kv/m-dir, kommunal sahələr ümumi istifadədədir. Eyni zamanda iddiaçı revmatizm və tip 2 diabet şəkər xəstəsidir.
12. Belə olduğu halda, iddiaçının yeni ailəsi ilə birlikdə stressdən və əsəbdən uzaq, sakit həyat sürməsi, yaşaması qeyi-mümkün olacaqdır. Buna görə də iş üzrə cavabdehə kompensasiya verilməklə istifadə hüququna xitam verilməlidir.
13. Cavabdehin mülkiyyət hüququ əsasında digər ünvanda yaşayış sahəsi var. Belə ki, Yasamal Rayon Məhkəməsinin 22.10. 2019-cu il tarixli, 2 (004)-2912/2019 saylı qətnaməsi ilə Abşeron rayonu Goradil kəndi, Quşçuluq yaşayış massivində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172,33 kv/m yaşayış, 179,47 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair ½ hissədə və həmin yaşayış massivində 0,10 ha torpaq sahəsində yerləşən 12 kv/m sahəsi olan yaşayış evinə ½ hissədə iddiaçının və cavabdehin payları müəyyən edilmişdir.
14. Cavabdehin digər yaşayış yeri olmadığı halda da mülkiyyətçi mənzildə hüququ olan şəxsləri kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsini tələb edə bilər.
15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülkü Məcəlləsinin 228.2-ci maddəsinə istinad etmişdir.
16. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - mübahisədə adı keçən mənzilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli 2(004)-6587/2018 saylı qətnaməsi əsasında köçürülmüşdür. Uşaqları ilə birlikdə həmin mənzildə 2009-cu ildən qeydiyyatda olmuş, mənzilə dair çıxanş isə 23.06.2011-ci ildə İddiaçı adına alınmışdır; - birgə nikah dövründə əldə olunan əmlaklara dair mülkiyyət hüququnun tanınması barədə iddiası qismən təmin olunaraq avtomaşın, pul vəsaitlərindən əlavə, təkcə Abşeron rayonunun Goradil qəsəbəsi, Quşçuluq yaşayış massivi ünvanında İddiaçı adına olan 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m yaşayış, 179.47 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Abşeron rayonu Goradil qəsəbəsi, Quşçuluq yaşayış massivi ünvanında adına olan 0.10 torpaq sahəsində yerləşən cəmi 12 kv.m sahəsi olan, çıxarışa görə fərdi yaşayış evi, faktiki isə toyuq damından ibarət “evin” 1/2 hissəsinə onunla İddiaçı mülkiyyət hüquqları tanınmışdır; - İddiaçı Qarabağ müharibəsini bəhanə gətirərək Tərtər rayonunun Yenikənd kəndindəki bütün qohum-əqrabasını gətirib Goradildəki adına olan evdə məskunlaşdırmışdır ki, həmin evin1/2 hissəsinə belə icra zamanı köçə bilməsin. Halbuki Yenikənd kəndi intensiv atəşə tutulmur və əhalinin tam əksəriyyəti kənddə yaşamaqdadır. Yəni iddiaçı onun üç azyaşlı uşaqları ilə birlikdə yaşamağa yeri olmasın deyə müxtəlif yollara əl atır; - buna görə də iddiaçının iddia ərizəsində guya yaşamağa üç evinin olması barədə göstərdikləri həqiqəti əks etdirmir; - hazırda yaşadığı X2 adına olan Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, 126 saylı evin 20 saylı mənzilindən çıxarılmasına dair məhkəmə qətnaməsi var. Məh kəmə qətnaməsi əsasında faktiki köçürüldüyü xxx iddiaçı onu buraxmır, giriş qapısının açarlanı dəyişib, bildirir ki, adına olan Goradildəki 12 kv.m evə (toyuq damına) yığışsın; - qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, bu, məhkəmələrin səlahiyyətlərinə verilib. Praktikada məhkəmələr kompensasiyanı hesablayarkən tərəflərin maddi vəziyyətlərini, ailə üzvlərinin sayını, şəxsin istifadə hüququ olan yaşayış sahəsinin faktiki şəraitini, həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarını və s. faktorlan nəzərə alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26.09.2007-cil il qərarında göstərilən “əvəzləşdirmə”yə uyğun məbləğ məhz davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir; - ilk növbədə ekspertiza təyin edilərək mübahisəli mənzilin bazar qiymətləri əsasında faktiki dəyəri müəyyən olunmalıdır. Mənzilin yerləşdiyi ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarının orta qiyməti əsasında müəyyən müddət ərzində (məhkəmə müxtəlif faktorlan nəzərə alaraq bu müddəti elə müəyyənləşdirir ki, istifadə hüququna xitam verilən şəxs həmin müddətin bitməsinə qədər öz mənzil ehtiyaclarını sərbəst ödəmək imkanına malik olsun) yaşayış sahəsinə olan tələbatını ödəmək imkanı verən pul məbləği müəyyən olunur; - mübahisəli mənzil Bakı şəhəri Yasamal rayonu M.H. Naxçıvani küçəsində yerləşir və həmin ərazidə eyni şəraitli mənzillərin aylıq kirayə haqqı 2000-2500 manat təşkil edir. Həmçinin məhkəmə yaşayış sahəsindən istİfadə hüququna xitam verilən şəxs in maddi imkanlarını nəzərə alaraq 3 illik (36 ay) müddət müəyyən etməlidir ki, bu halda kompensasiya 2000-2500x36=72.000/90.000 manat arasında hesablanmalı və ödənilməlidir.
17. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh uşaqları ilə birlikdə xxx mənzilindən istifadə hüququna xitam verilməsi (kompensasiya verilmədən) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı iddia ərizəsində qeyd olunanlardan əlavə olaraq göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2812/19 saylı, 22.10.2019-cu il tarixli qətnaməsı ilə birgə nikah dövründə əldə edilmiş və borc verilmiş 292.300 ABŞ dollarının 1/2 hissəsinə cavabdehin payı müəyyən edilmişdir. Həmin məbləğlə istənilən yerdə istənilən yaşayış sahəsini əldə edə bilər. Həmçinin cavabdehin özünəməxsus 2 yaşayış sahəsi vardır.
19. Azərbaycan Respublikası Mülki Məcəclləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 29.03.2016-cı il tarixli Qərarında qeyd edilir ki, əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafıq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Cavabdehin mülkiyyət hüququ əsasında daimi yaşayış yeri var. Mübahisəli mənzil isə birgə nikah dövründə əldə olunmuş əmlak deyil. Belə olan halda cavabdehin mübahisəli mənzilə əmələ gəlmiş mənzildən istifadə hüququna xitam verilməsi üçün əsaslar mövcuddur.
20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-757/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə id dia tələbi təmin edilmiş, Cavabdeh, uşaqları – 21.10.2013cü il təvəllüdlü X3, 05.10.2004-cü il təvəllüdlü X4 və 25.12.2014-cü il təvəllüdlü X1 ilə birlikdə xxx mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. (hakim Fərid Əyyubov)
21. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, İddiaçı adına olan ünvan 4 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m yaşayış, 179.47 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və ünvan 4 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 12 kv.m sahəsi olan fərdi yaşayış evinə dair 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı payları müəyyən edilərək mülkiyyət hüquqları tanınmışdır.
22. Birinci instansiya məhkəməsi həmçinin müəyyən edib ki, Cavabdeh uşaqları ilə birgə mübahisədə adı keçən mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar, üstəlik, cavabdehin mülkiyyətində fərdi yaşayış yeri vardır. Mübahisədə adı keçən mənzil İddiaçı mülkiyyətindədir.
23. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığı üçün hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin və qaydalarına uyğun həll edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmay an uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan q alxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sah əsinə ehtiyac) aradan qalxdıqda mümkündür.
26. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin müddəalarını, həmçinin mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasını, Cavabdeh daimi başqa yerdə yaşamasını, onun mübahisəli mənzildən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilməklə xitam verilməsini zəruri edən əsasların (yaşayış sahəsinə ehtiyac) olmamasını, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış sahəsinə 1\2 mülkiyyət hüququnun tanındığını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. Cavabdeh məhdud əşya hüququnun müdafiəsini istəsə də artıq mütləq hüquqa – mülkiyyət hüququna malik olduğundan onun istifadə hüququnun saxlanılmasına uşaqları ilə birgə zərurət aradan qalxmışdır.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respubli kası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin, 152.1, 157.2, 228-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2-ci, MPM-nin 14.1, 77.1, 78.1, 80, 81-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Cavabdeh xxx apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətinin dəlilləri cavabdehin iddiaya etirazının dəlillərinə uyğun əsaslandırlıb. (hazırki qərarın 16-cı bəndi)
30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3388/2021 nömrəli 05 may 2021-ci il ta rixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-757/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Azad İamanov (sədrlik edən və məruzəçi) Qürbət Əsgərov, Vahid Sadıqüov)
31. Apellyasiya məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1dən sonra yarandığı üçün birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı mübahisəni Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun həll etmişdir.
32. Apellyasiya instansiya məhkəməsi hesab etmiçdir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. İş materialları ilə müəyyən e dilir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və Cavabdeh daimi başqa yerdə yaşayır, onun mübahisəli mənzildən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilməklə xitam verilməsini zəruri edən əsaslar (yaşayış sahəsinə ehtiyacın) yoxdur, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış sahəsinə ½ hissədə mülkiyyət hüququ tanınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh xxx (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğvedilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
35. Kassasiya şikayətinə yazılı et iraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında cavabdeh xxx və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.
37. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əl də edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkə məsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları l düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
43. İddia tələbi iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehin (övladları ilə birgə) istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədədir.
44. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisədə adı keçən mənzil İddiaçı mülkiyyətindədir, Cavabde h uşaqları ilə birgə həmin mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Cavabdeh mülkiyyətində mülkiyyətində fərdi yaşayış evi vardır. Belə ki, qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı adına olan ünvan 4 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m yaşayış, 179.47 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və ünvan 4 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 12 kv.m sahəsi olan fərdi yaşayış evinə dair 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı payları müəyyən edilərək mülkiyyət hüquqları tanınmışdır. Bununla da cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilməklə xitam verilməsini zəruri edən əsaslar (yaşayış sahəsinə ehtiyac) aradan qalxmışdır.
45. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianı təmin etmiş birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. Gəlinən nəticə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında əks edilən hüquqi mövqeyə uyğun olmuşdur.
46. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında vurğulanıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkü ndür. Bir halda ki, məhkəmələr cavabdehin mülkiyyətində digər yaşayış sahəsinin olması əsası ilə mübahisədə adı keçən mənzildə yaşamamasını və bununla da cavabdehin mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxmasını müəyyən ediblər, belə olan halda, iddianın təmin edilməsi də düzgün hesab edilməlidir.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – cavabdehin ½ hissədə mülkiyyət hüququ tanınmış evə iddiaçının öz qohum-əqrabasını yerləşdirməsi, bu səbəbdən həmin evdən istifadənin mümkünsüz olması – qəbul etmir. Belə ki, cavabdehin ½ hissədə mülkiyyət hüququ tanınmış evdən istifadəsinə hər hansı qadağa yoxdur.
48. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3388/2021 nömrəli 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.