Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5829/2020 30.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, İddiaçı1 qəyyumu İddiaçı2 adından onun nümayəndəsi qismində vəkil X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı1 qəyyumu İddiaçı2 adından onun nümayəndəsi qismində vəkil X2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-187/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayəti İddiaçı2 adından onun nümayəndəsi qismində vəkil X2 imzalamış, lakin iş materiallarında sonuncunun adına onu təmsil etməsi üçün İddiaçı1 tərəfindən verilmiş etibarnamə mövcud dey il. Beləliklə, kassasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kasasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 408.1.1, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı1 qəyyumu İddiaçı2 adından onun nümayəndəsi qismində vəkil X1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-187/2020 nömrəli qətnaməsindən verdiyi kasasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-5829/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5829/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver