Məhkəmə qərarları › İş №2(102)-583/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-583/2023

28.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-583/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:qanunsuz tikilinin sökülməsi 28.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov ƏhmədAbbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsədoğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)3487/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 28 fevral 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Döv lət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə (evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla) xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evinə dair İddiaçı adına xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportuna əsasən, həmin bağ evi 1 mərtəbədən, 3 yaşayı ş otağından ibarət olub, ümumi sahəsi 64,74 kv.metrdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən x“a” saylı bağ evinə dair Cavabdeh adına xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdə tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportlarına əsasən, həmin bağ evi 1 mərtəbədən, 3 yaşayış otağından ibarət olub, ümumi sahəsi 238,9 kv.metrdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz tikilisinin sökülməsi, onun bağı ilə cavadehin bağı arasında ara məsafəsinin qoyulma sı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ sahəsi iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ sahəsinə tərəf olan hissədə sökülməsi, həmin bağın torpaq sərhədi ilə cavabdehə məxsus X“a” saylı bağ sahəsində tikilmiş tikili arasında ara məsafəsi qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, X“a” saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Həmin bağ sahəsini aldığı zaman üç tərəfdən hasara alınmış, bir tərəfdən isə q onşunun kiçik bir tikilisi onun bağ sahəsi ilə cavabdehin bağ sahəsini ayırmışdır. 2020-ci ildə cavabdeh həmin tikilini sökərək, üstündə iki mərtəbəli ev tikmişdir. Evin altı pəncərəsi birbaşa olaraq onun həyətinə açılır. Cavabdehin evi ilə onun bağ sahəsi arasında heç bir hasar, habelə hasar üçün qonşu yer qoyulmamış, ara məsafəsi saxlanılmamışdır. Eyni zamanda, cavabdeh tikilini onun xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə tikmişdir. Bundan başqa, cavabdehin Çıxarışına əsasən, tikdiyi evin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdeh tikinti qaydalarını pozmaqla tikinti işləri aparmışdır. Cavabdehin bağ sahəsi ilə onun bağ sahəsi arasında hasarın tikilməsi üçün heç bir ara məsafəsi saxlanılmamışdır. Dəfələrlə onun tərəfindən həm cavabdehə, həm də Bakı ş əhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciətləri olunsa da, müraciətlərinə heç bir cavab verilməmişdir. İşə əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/5268 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evinin X“a” saylı bağ sahəsi ilə arasında olan sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq, X“a” saylı bağ evi ilə X“a” saylı bağ sahəsi arasında ara məsafəsi saxlanılmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evinin faktiki vəziyyəti həmin bağ sahəsinə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun deyil, bağ evində daxili və xarici konstruktiv dəyişikliklərin edildiyini, aparılmış konstruktiv dəyişikliklərə dair müvafiq icra haki miyyəti orqanlarından hər hansı bir icazə sənədlərinin olmadığını nəzərə alaraq, X“a” saylı bağ evində aparılmış tikinti işləri ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 3-cü və 4-cü bəndlərinin tələbləri pozulmuşdur. X“a” və X“a” saylı bağ sahələri arasında olan sərhəd hasarı həmin bağ sahələrinə dair tərtib olunmuş Texniki Pasportlarda qeyd olunan yerdə inşa olunmuşdur. Lakin hasarın hündürlüyünün 2.2 metrdən çox olmasını nəzərə alaraq, həmin hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun deyildir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evinin iddiaçıya tərəf olan hissəsində xarici divarın hündürlüyünün 8,8 metr olduğunu və həmin tikilinin məlumatlandırma icraatı tətbiq edilməli olan tikililərə aid olduğunu nəzərə alaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələbinə əsasən X“a” saylı bağ sahəsində mövcud olan tikili ilə torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2.64 metr olmalıdır. X“a” və X“a” saylı bağ sahələrinin faktiki vəziyyətdə en ölçülərinin və torpaq sahələrində yerləşən bağ evlərinin yerləşmə vəziyyətinin həmin bağ sahələrinə dair tərtib olunmuş texniki pasportda qeyd olunan gös təricilər ilə uyğun olduğunu nəzərə alaraq, 5042 “a” saylı bağ evində aparılan tikinti işləri zamanı iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını aşmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(008)365/2022 saylı qətnaməsi ilə (hakim H.Mahmudova) iddia təmin edilmiş, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evinin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041”a” saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəd xəttinə qədər inşa edilmiş 2,64 metr hissəsinin sökülməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəddi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evi arasında 2,64 metr ara məsafəsinin saxlanılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallar ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X“a” saylı bağ evi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma s ənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə uyğun olmadığından, iddiaçının qanunla təminat verilmiş mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən iddiaçının iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 60cı maddələrinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1, 73.1-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 7 7.1, 88, 101.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətmamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmiş, qətnamə qəbul edilərkən tətbiq edilməli normalara istinad edilməmiş, əksinə işin mahiyyətinə aid olmayan normalar sadalanmışdır. Belə ki, tikili torpaq sahəsinin öncəki mülkiyyətçisi tərəfindən inşa edilmiş, daha sonra torpaq sahəsinin bir hissəsi cavabdehə satılmış, cavabdeh tərəfindən yenidənqurma və bərpa işləri görülmüşdür. Bundan sonra torpaq sahəsinin qalan hissəsi 1 il sonra i ddiaçıya satılmış, iddiaçı həmin sahəni alarkən həmin tikilinin orada olmasını görmüş, əqdi bəyənərək alqı-satqı etmişdir.Yəni cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı hərəkət edilməmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, cavabdeh 2020-ci ildə söküntü-tikinti işləri aparmaqla onun hüquqlarını pozmuş, cavabdeh tərəfindən hasar çəkilməmiş və gələcəkdə belə hasarın çəkilməsi üçün ara məsafəsi saxlanılmamışdır. Halbuki, iddiaçının mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır, tikili inşa edilərkən torpaq sahəsi iki yerə bölünməmiş, nə iddiaçı, nə də cavabdehin mülkiyyətində olmamış və hasar rolunu oynayaraq qonşu bağ sahələrinin sərhəddi kimi çıxış etmişdir. Bundan əlavə, tikinti işləri cavabdeh tərəfindən məlumatlandırma icraatı çərçivəsində görüldüy ü halda iddiaçı, həmçinin məhkəmə tikinti işlərinin lazımi icazələr alınmadan aparılması qeyd etmişlər. İcazənin alınması qanunla nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən tikiliyə qoyulmuş pəncərələr isə tikinti normalarına uyğun olmaqla insolyasiya məqsədi ilə qoyulmuşdur. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə iddia verilənə qədər hər hansı etiraz daxil olmamışdır. Belə ki, cavabdeh mülkiyyət hüququna zərər vurulmadan istənilən danışıqlara razı idi. Həmçinin fotolardan müəyyən olunur ki, ekspert rəyi qərəzlidir. Belə ki, torpaq sahələri arasında hasar mövcuddur, hasarın olmadığı hissədə isə hasar rolunu mübahisəli tikili oynayır. Həmin Tikilinin 2,64 kv.metr hissəsinin sökülməsi tikilinin ümumiyyətlə sökülməsi deməkdir, çünki həmin hissə konstruktiv daşıyıcı xüsusiyyətə malik divard an ibarətdir. İddiaçının bu iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. Əgər tikili qanunsuzdursa, torpağın mülkiyyətçisi dövlət olduğu üçün belə iddianı da dövlət qaldırmalı idi. İddiaçının insolyasiya və hava axımının kəsilməsi ilə bağlı iddiaları sübut olunmamış, ekspert rəyində bu barədə hər hansı qeyd aparılmamışdır. Qeyd olunanlardan əlavə, məhkəmə çəkişmə prinsipini pozmuş və cavabdeh tərəfin məhkəmə iclasında iştirakını təmin etməmiş, eləcə də cavabdehin dəlilləri və iddiaya qarşı etirazı ilə tanış olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 10/3976 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, X“a” saylı bağ sahəsində yerləşən tikilinin nə zaman inşa edilməsinin müəyyən olunmasına dair metodika olmadığına görə qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi yerləşən X“a” saylı bağ sahəsində inşa edilmiş tikilinin məhkəmə qətnaməsi ilə sökülməsi qət edilməli olan 2.64 metr hissəsinin evin əsas yükdaşıyan konstruksiyalarından olduğu müəyyən olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən, yaşayış evinin 2.64 metrlik hissəsinin söküləcəyi halda evin 1 və 2-ci mərtəbələrinin bir hissəsinin və dam konstruksiyasının tamamilə qəzalı vəziyyətə düşə biləcəyi müəyyən olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, yaşayış evinin qəzalı vəziyyətə düşməməsi üçün 4.6 metrlik aşırımı sökülə bilər ki, bu d a müvafiq qaydada hazırlanmış və aidiyyatı orqanlar ilə razılaşdırılmış gücləndirmə və yenidən qurma layihəsi əsasında aparılmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)3487/2022 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, həm cavabdeh, həm də iddiaçı həmin torpaq sahəsini aldığı zaman mübahisəli tikinti artıq mövcud idi və qonşu bağ sahəsinin sərhəddi hasar rolu kimi çıxış edirdi. Həmin tikili inşa edilərkən torpaq sahəsi iki yerə bölünməmiş və nə iddiaçı, nə d ə cavabdehin mülkiyyətində olmamışdır. Həmçinin, iddiaçı tərəfindən mübahisəli tikiliyə dair (həmçinin pəncərələrin açılması ilə bağlı) məhkəməyə iddia verilənə qədər hər hansı etiraz edilməsinə dair mülki iş materiallarında sübutlar aşkar olunmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə məxsus tikilinin 2,64 metr hissəsinin, yəni tikilinin hissəvi sökülməsi tikilinin ümumiyyətlə sökülməsi deməkdir, çünki həmin hissə konstruktiv daşıyıcı xüsusiyyətə malik divardan ibarətdir. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilm əsini tələb edə bilər (Mülki Məcəllənin 173.1-ci maddəsi). Qeyd olunanlara əsasən Kollegiyanın cavabdehin mülkiyyətində olan qanuni tikilinin sökülməsi qənaətinə gəlməsi üçün əsaslar yoxdur. Həmçinin Məhkəmə kollegiyası qeyd etmişdir ki, tikili qanunsuzdursa, torpağın mülkiyyətçisi dövlət olduğu üçün müvafiq dövlət orqanlarının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikilinin sökülməsinə dair iddia qaldırmaq hüquqları vardır. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1, 172.3, 173.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad etmiş dir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara, verilən izahatlara hərtərəfli, tam münasibət bildirməmiş, yalnız cavabdehin mülkiyyət hüquqlarını qoruyaraq qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini heç bir sübuta əsaslanmadan cavabdehin apellyasiya şikayətində qeyd etdiyi müddəalarla əsaslandırmışdır. Belə ki, cavabdeh apelly asiya şikayətində iddiaçının bağı aldığı zaman artıq cavabdehin yeni tikilisinin mövcud olduğunu qeyd etsə də, cavabdeh tərəfindən bununla bağlı sübutlar təqdim edilməmiş, eləcə də cavabdehə məxsus köhnə texniki pasportda tikili öz əksini tapmamışdır. Halbuki, iddiaçı bununla bağlı sübutları (foto şəkillər) təqdim etmiş, eyni zamanda iddia verilən zaman tikinti işlərinin aparıldığını görə “işə mahiyyəti üzrə baxılıb qurtarana kimi tikintinin müvəqqəti dayandırılması” barədə müvəqqəti təminat tədbiri barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, ərizə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayon İcra Şöbəsi tərəfindən tikinti yerinə baxış keçirilmiş, akt tərtib edilərək orada işləyən ustalara xəbərdarlıq edilmişdir. Qeyd edilən hallara apellyasiya inatansiyası məhkəməsi mün asibət bildirməmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş məlumatlandırma icraatının qaydalarına əsasən müvafiq icra hakimiyyəti orqanına müraciət etsə idi, müvafiq icra hakimiyyəti orqanı iddiaçı ilə cavabdeh arasında ara məsafənin saxlanılmadığını müəyyən edərək layihəyə dair irad bildirəcəkdi. Cavabdehin məlumatlandırma icraatına riayət etməməsi, bunun nəticəsində müvafiq icra hakimiyyəti orqanının buna münasibət bildirməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmamalıdır. Apellyasiya məhkəməsi hər iki ekspert rəyinin qanunsuz, tikinti normalarına riayət edilmədən tikilən tikilinin 2.64 metr hissəsinin sökülməsini təsdiq etməsinə baxmayaraq, əlavə ekspertizada “söküntünün aidiyyatı orqanlar ilə razılaşdırılmış g ücləndirmə və yenidənqurma layihəsi əsasında aparılmalıdır” hissəsinə münasibət bildirmədən, yəni layihə əsasında sökülməsini nəzərə almadan qətnamə qəbul etmişdir. Halbuki ekspert rəyinin qeyd edilən tövsiyəsini nəzərə alaraq tərəflərin mülkiyyət hüquqlarını qorumaq mümkün idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əm lakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə

80. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsin in yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlum atlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərətəfli və obyektiv araşdırmayıb. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər qonşudurlar, xx.xx.2020 -ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, istifadədə olan 0.027048 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 238.9 kv.metr olan X“a” saylı bağ evi cavabdehin, 24 may 2021-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, mülkiyyətdə olan 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 64.74 kv.metr olan X“a” saylı bağ evi isə iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı, mülkiyyətində olan bağ sahəsini satın alarkən üç tərəfdən hasara alındığını, bir tərəfdən isə cavabdehə aid kiçik bir tikilinin bağ sahəsini ayırdığını, 2020-ci ildə sonuncunun həmin tikilini sökərək üstündə iki mərtəbəli ev tikdiyini, evin altı pəncərələrinin birbaşa onun həyətinə tərəf açıldığını, cavabdehin evi ilə onun bağ sahəsi arasında hasar üç ün yer qoyulmadığını, ara məsafəsinin saxlanılmadığını, tikilinin onun mülkiyyətində olan torpaq sahəsi zəbt edilməklə inşa edildiyini, onun tikdiyi evin altında yerləşən torpaq sahəsinin isə dövlət mülkiyyətində olduğunu, cavabdehin tikinti qaydalarını pozmaqla tikinti işləri apardığını göstərib, mülkiyyətində olan bağ sahəsinə tərəf bitişik cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi, ona məxsus bağ sahəsinin sərhədi ilə cavabdehə məxsus bağ sahəsində inşa edilmiş tikililər arasında ara məsafəsinin saxlanılması vəzifəsinin cavabdehin öhdəsinə qoyulmasını iddia edir. Cavabdeh isə 2020-ci ildə tikinti işəri aparmaqla iddiaçının hüquqlarını pozmadığını, sonuncunun bağ sahəsi üzərində mülkiyyət hüququnun sonradan 24 may 2021-ci il tarixdən əmələ gəldiyini, yəni iddiaçı bağ sahəsini satın alarkən mübahisəli tikilinin artıq mövcud olduğunu, iddiaçının həmin tikilini görüb, bəyənib, buna razılığını ifadə etdiyini, mübahisəli tikilinin iddiaçı ilə aralarında hasar rolunu oynadığını, qonşu bağ sahələrinin sərhəddi kimi çıxış etdiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, tərəflərin bağ sahələrini satın alarkən mübahisəli tikilinin artıq mövcud olduğunu, həmin tikilinin qonşu bağ sahəsinin sərhəddihasarı rolunda çıxış etdiyini, tikili inşa edilərkən torpaq sahəsinin iki yerə bölünmədiyini və sair qeyd etsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb, sərhəd-hasar rolunda çıxış etmiş həmin tikilinin əvvəl hansı hündürlükdə olmasını və sonradan cavabdeh tərəfindən həmin tikilinin üzərində hər hansı tikilinin aparılıb-aparılmamasını, mübahisəsi gedən tikilinin Çıxarışa əsasən cavabdehin mülkiyyətində olub-olmamasını, tikilinin qonşu kimi iddiaçının qanınla qorunan hüququnu pozub-pozmamasını, həmin tikilinin iddiaçının öz bağ sahəsindən istifadə etməsində bu və ya başqa şəkildə maneçilik yaradıbyaratmamasını və sair işin hallarını lazımi şəkildə araşdırmayıb və gəldiyi nəticəni 14 sentyabr 2022-ci il tarixli ekspert rəyi ilə əsaslındarmağa çalışsa da, 24 noyabr 2021-ci il tarixli ekspert rəyini nəyə görə mötəbər sübut kimi qəbul etməməsini qətnamədə əsaslandırmayıb və ümumiyyətlə həmin rəylər arasındakı ziddiyyətlərə aydınlıq gətirməyib. Belə ki, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, sözügedən tikili tərəflərin bağ sahələri arasında olan sərhəd xəttinin üzərində inşa edilib, bağ sahəl əri arasında ara məsafəsi saxlanılmayıb, cavabdehin bağ evinin faktiki vəziyyəti həmin bağ sahəsinə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun deyil, habelə bağ evində daxili və xarici konstruktiv dəyişikliklər edilib, aparılmış konstruktiv dəyişikliklər barədə müvafiq icra hakimiyyəti orqanından hər hansı bir icazə sənədi alınmayıb, 5041 “a” və 5042 “a” saylı bağ sahələri arasında olan sərhəd hasarı həmin bağ sahələrinə dair tərtib edilmiş Texniki Pasportlarda qeyd olunan yerdə inşa olunub. Lakin, hasarın hündürlüyü 2.2 metrdən çoxdur və həmin hasar Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun deyil. X“a” saylı bağ evinin iddiaçıya tərəf olan hissəsində xarici divarın hündürlüyü 8,8 metrdir. Belə olan halda Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5. 2-1-ci maddəsinə əsasən 5042 “a” saylı bağ sahəsində mövcud olan tikili ilə torpaq sahəsinin sərhəddinə qədər olan ara məsafəsi 2.64 metr olmalı idi. X“a” saylı bağ evində aparılan tikinti işləri iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını aşmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin digər 14 sentyabr 2022-ci il tarixli ekspert rəyindən isə görünür ki, metodika olmadığı üçün cavabdehə məxsus x“a” saylı bağ sahəsində yerləşən tikilinin nə vaxt inşa edilməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdehə məxsus X“a” saylı bağ sahəsində inşa edilmiş tikilinin 2.64 metr hissəsinin sökülməsi evin əsas yükdaşıyan konstruksiyası hesab olunur və həmin hissə söküldüyü halda evin 1 və 2- ci mərtəbələrinin bir hissəsi və dam konstruksiyası tamamilə qəzalı vəziyyətə düşə bilər. Həmin evin qəzalı vəziyy ətə düşməməsi üçün 4.6 metr aşırım sökülə bilər ki, bu da müvafiq qaydada hazırlanmış və aidiyyatı orqanlar ilə razılaşdırılmış gücləndirmə və yenidən qurma layihəsi əsasında aparıla bilər. Mülki Prosessual Məcəlləsinin 97.1, 102.1 və 102.2-ci maddələrinin mənasına görə məhkəmə, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza; ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza; əsassızlığına ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilr. Göründ üyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslılıq baxımından Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Qətnamənin əsaslılığı dedikdə- qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar mülki iş materiallarına uyğun olsun. Digər tərəfdən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsas ən müəyyən edilir. Həmin Məcəlllənin 69.5-ci maddəsində göstərilir ki, ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; Həmin Məcəllənin 69.8-ci maddəsində göstərilir ki, ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 71.1-ci maddəsinə görə, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 71.2-ci maddəsinə görə, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, tərəflərin mülkiyyətlərində o lan bağ-torpaq sahələrini biribirindən ayıran hasarın (divarın) hüquqi vəziyyətinə aydınlıq gətirmədən, onun ortaq və ya yanaşı divar olub-olmadığını aydınlaşdırmadan, tərəflərin bağ-torpaq sahələrini ayıran həmin hasarın həm əvvəlki, həm də sonrakı hündürlüyünü, iddiaçının buna faktiki razılıq verib-vermədiyini, habelə divarın hündürlüyündən asılı olaraq bağ sahələri arasındakı ara məsafəsinin gözlənilib-gözlənilmədiyini, ən əsası cavabdeh tərəfindən aparılan tikilinin iddiaçının qanunla qorunan hüququnu pozub-pozmadığını dəqiqləşdirmədən, yalnız cavabdehin irəli sürdüyü arqumentələrlə kifayətlənərək iddianın əsassız olması nəticəsinə gəlib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda g östərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-3487/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar