Məhkəmə qərarları › İş №2(102)-5833/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5833/2022

06.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5833/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Ramazan oğluna, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 53 nömrəli Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı ilk, Cavabdeh2 Ramazan oğlunun İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik işi açılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Ramazan oğluna, Cavabde h3, Cavabdeh4, Bakı şəhəri 53 nömrəli Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik işinin açılması, miras əmlakın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh2 Ramazan oğlunun cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4500/2022 nömrəli mülki iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 Ramazan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı, miras qoyan X4 əri, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 ana bir, ata ayrı q ardaşı X13 oğlu, Cavabdeh2 Ramazan oğlu isə miras qoyan X4 qardaşıdır.

2. X19 ilə X7 arasında nikah xx.xx.1968-ci il tarixdə Xətai rayon VVAQ şöbəsində 421 nömrə ilə qeydə alınmışdır. 3. ünvan 3 nömrəli mənzil ilk əvvəl X14 xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, 2019-cu ildə X19 həmin mənzili X6 bağışlamışdır.

4. X7 xx.xx.2021-ci tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras əmlakı əri Cavabdeh2 Ramazan oğlunun adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş, sonuncu arvadından qalan mirasa faktiki olaraq sahiblik etməyə başlamışdır.

5. Cavabdeh2 Ramazan oğlu vərəsəlik işinin açılması üçün 53 nömrəli Notariat Kontoruna müraciət etmişdir. Lakin, 53 nömrəli Notariat Kontorunda bildirilmişdir ki, vərəsəlik münasibətlərinin yaranması üçün, ilk növbəd ə, miras qoyanın ölüm faktı mövcud olmalıdır. Bu səbəbdən də, X19 arvadı X4 ölüm faktının müəyyən edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

6. X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

7. İddiaçı xx.xx.2021-ci il tarixli X19 tərəfindən ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət edilməsinə dair vəsiyyətnamə ilə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X15 müraciət etmiş, ünvan 3 saylı mənzilin xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 mülkiyyətində olduğunu, o, vəfat etdikdən sonra onun qanun üzrə 1ci növbəli vərəsəsi olan əri-Hüseynov Hüseynin mirası qəbul etməyə macal tapmadan xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, vəfat etməmişdən qabaq mənzili qardaşı oğlu İddiaçı vəsiyyət etdiyini göstərmiş və mənzilin miras əmlak kimi qəbul edilməsi üçün vərəsəlik işinin açılmasını xahiş etmişdir.

8. Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X20 tərəfindən cavab məktubu ilə İddiaçı izah edilmişdir ki, X4 ölümündən sonra onun qardaşı Cavabdeh2 Ramazan oğlunun xx.xx.2021-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Bakı şəhəri 53 saylı notariat ofisinə ərizə verməklə mirası qəbul etmişdir və təqdim etdiyi sənədlər əsasında ünvan 1 ünvanında yerləşən mənzilin X6 məxsus olması məlum olmuşdur.

9. X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka dair İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)5672/2021 saylı qətnaməsi ilə, İddiaçı ərizəsi təmin edilərək, xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.2021 -ci ildə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Ramazan oğlunun adına verilmiş xx.xx.2022-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 ondan öncə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş arvadı X4 vərəsəsi kimi tanınması, X10 miras qalmış ünvan 3 nömrəli mənzilin tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin mənzil üzərində tam hissədə miras payının müəyyən olunması və mənzil üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X12 niyyəti arvadından qalan ünvan 3 nömrəli mənzili miras əmlak kimi qəbul edib, ona vəsiyyət etmək idi. Lakin o, yaşlı və xəstə olduğu üçün ölüm ayağında olduğunu bilirdi və guman edirdi ki, miras əmlakı qəbul etməmiş vəfat edəcək. Ona görə də, 53 nömrəli Notariat Kontorunun notariusu Səma xanım Ələkbərovanı sözügedən mənzilə dəvət etmiş və ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı mənə vəsiyyət etməsi barədə vəsiyyətnamə tərtib edilmişdir. X19 onun atası ilə ana bir, ata ayrı qardaşdırlar. X19 əmisidir. xx.xx.2021-ci il tarixdə “ölüm faktının müəyyən edilməsi” ilə bağlı məhkəmə işi yekunlaşmamış, miras əmlakı qəbul etməyə macal tapmamış əmisi X19 vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Bu əsasla bildirir ki, X4 ölümündən sonra 1-ci növbə qanun üzrə vərəsəsi onun əri X16r. O isə mirası qəbul edənədək ölmüşdür. Beləliklə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. X3 qalan miras əmlakın qəbul edilməsi üçün 53 nömrəli Notariat Kontorunun notariusu Səma Ələkbərovaya müraciət etmiş, lakin, notarius tərəfindən vərəsəlik işinin açılmasından imtina edilmişdir. X12 qanun üzrə 1-ci növbə vərəsələri yoxdur. Bu halda 2-ci növbə vərəsələr onun qardaşları X21 və X18r. Onlar vərəsəlik işinin açılması üçün notariat orqanına müraciət etməmişlər. X5 arvadı X4 “ölüm faktının müəyyən edilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət etməsi, onun vəsiyyətnamə tərtib etməsi mübahisəli əmlakı qəbul edib ona vəsiyyət edəcəyi niyyətinin mövcudluğunu bildirir.

13. Cavabdeh Nəcəfov X8 Taleh Nazim oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək, iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, bacısı X4 mülkiyyətində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olmuşdur. Bacısının ölümündən sonra mülkiyyətində olmuş mənzildə onun həyat yoldaşı Hüseynov Hüseyn hələ bacısının qırxı çıxmamış vəfat etmişdir. Bu arada yaranmış qarışıqlıqdan istifadə edən İddiaçı öz ailəsi ilə birlikdə hələ bacısının həyat yoldaşı Hüseynov Hüseyn dünyasını dəyişməmiş bir neçə gün əvvəl atasının ögey qardaşı olmuş Hüseynov Hüseynə qulluq etmək məqsədi ilə ailəsi ilə birlikdə bacısının mülkiyyətində olmuş yuxarıda göstərilən mənzilə köçmüş, ailəsini də ora gətirmişdir. Elə həmin vaxtlarda bacısının həyat yoldaşı notariusu evə dəvət etməklə İddiaçı aşağıdakı məzmunda vəsiyyətnamə vermişdir:

1. Mənə məxsus olan bütün daşınar və daşınmaz əmlakımı Hacıqabul şəhəri, Babək küçəsi, ev 4, mənzil 18-də yaşayan xx.xx.1988-ci il təvəllüdlü İddiaçı vəsiyyət edirəm.” Cavabdehin həmin yaşayış sahəsinə heç bir hüququ yoxdur, o, özbaşına olaraq həmin yaşayış sahəsinə köçüb oradan qanunsuz istifadə etməyə başlamışdır və hazırda da istifadə edir. Verilmiş vəsiyyətnamə onu verənin səlahiyyəti olmadan verilmişdir. Təqdim olunan vəsiyyətnaməyə əsasən, Hüseynov Hüseynin ölənədək heç bir əmlakı (daşınmaz əmlak kimi mənzil) onun mülkiyyətində olmamışdır, o, Sonaxanımın vərəsəsi kimi notariusda qeydə alınmamış (iddia ərizəsində göstərdiyi kimi vərəsə olmaq üçün qeyd olunmağa çatdırmadan ölmüşdür), Sona xanımdan miras qalmış əmlakın - gələcək əmlakın vəsiyyət edilməsi qanunun tələbinə uyğun olmamışdır. Bunlardan əlavə, İddiaçı həm də Hüseynin 3-cü növbə vərəsəsi olduğunu qeyd edir. Bildirir ki, Hüseynin (ögəy əmisi) tərəfindən övladlığa götürülmədən, onun soyadı üzrə qan qohumu olmadan, əlindəki tərtibatı dəqiq olmayan vəsiyyətnamə ilə özünü 3- cü növbə vərəsə kimi hesab etməsi yanlışdır. Bacısının həyat yoldaşı, övladları və valideynləri sağ olmadığına görə ikinci növbə vərəsə kimi Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edib vərəsə kimi tanınması barədə müvafiq sənədi almışdır. Beləliklə, bacısının mülkiyyətində olmuş yaşayış sahəsinə vərəsəlik hüququ tanınmışdır. Cavabdehə yaşayış sahəsini boşaltmaq barədə şifahi qaydada xəbərdarlıq etsə də, o, özbaşına tutub istifadə etdiyi yaşayış sahəsini boşaltmaqdan imtina edir və bununla da onun həmin yaşayış sahəsinə olan hüquqlarının pozulmasına şərait yaradır.

15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-929/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı id dia tələbi rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, X12 ondan əvvəl vəfat etmiş yoldaşı X2 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzili 1-ci növbə vərəsə kimi faktiki qəbul etməsi, bununla da, mübahisəli mənzilin onun mülkiyyəti sayılması işin mübahisəsiz hallarıdır.

17. Bütün miras əmlak X19 tərəfindən faktiki qəbul edilmiş, ondan başqa 1-ci növbə vərəsə olmamışdır. X19 öz növbəsində ona məxsus olan bütün əmlakını ilkin iddia üzrə İddiaçı vəsiyyət etmişdir. Miras əmlak birinci növbə vərəsə tərəfindən qəbul edildiyinə görə, notariat ofisinin iş üzrə Cavabdeh2 Ramazan oğluna qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verməsi, həmin şəhadətnamə əsasında isə cavabdehin adına mübahisəli mənzilə dair çıxarışın verilməsi qanunvericiliyi n tələblərinə zidd olmuşdur. Buna görə də, ilkin iddia tələbi əsaslı və qanuni olub təmin edilməlidir.

18. Cavabdeh Nəcəfov X8 Taleh Nazim oğluna qarşı verilmiş vəsiyyətnamənin etibarsızlığına dair müdafiə etdikləri tələbi ümumiyyətlə əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, cavabdehin gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Məhkəmə qarşılıqlı iddia üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab etmişdir ki, ilkin iddia təmin edilərək Cavabdeh2 Ramazan oğlunun adına verilmiş 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildiyinə və onun adına həmin şəhadətnamə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edildiyinə görə, qarşılıqlı iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir.

20. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 337.5, 1133.1, 1134.1, 1145, 1151,1, 1159.1.1, 1160, 1166, 1243.2, 1255-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsin in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin bütün faktiki halların araşdırmamış, miras əmlakın X19 tərəfindən faktiki qəbul edilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı X12 ondan əvvəl vəfat etmiş yoldaşı X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzili 1-ci növbə vərəsə kimi nə faktiki, nə də ki hüquqi cəhətdən qəbul etməmişdir. Belə ki, X1 şəhəri Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5672 /2021 saylı qətnaməsi ilə ölmüş elan edilmiş və həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixdə X4 ölüm faktının qeydə alınması barədə ölüm haqqında şəhadətnamə verilmişdir. X2 qalmış mirasın Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5672/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan açılması müəyyən olunur və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Hüseyn Hüseynovun miras açılmadan onu qəbul etməsi və İddiaçı mübahisəli əmlakla bağlı vəsiyyətnamə verilməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4500/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədov a və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, X4 ölüm şəhadətnaməsi verildiyi xx.xx.2021-ci il tarixdən əvvəl vəfat etsə də, X19 mübahisəli mənzilə faktiki sahiblik etmiş və mirası qəbul edən şəxs kimi qiymətləndirilməlidir. Yeganə varis olaraq da X2 miras qalmış mənzili vərəsə kimi qəbul etmişdir. Belə olan halda, X12 miras açılmadan onu qəbul etməsi və İddiaçı mübahisəli əmlakla bağlı vəsiyyətnamə verilməsi qanunvericiliyin tələbləri tamamilə uyğundur.

25. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh2 Ramazan oğlu (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını, və ya qətnamənin ləğv olunması, ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, miras açılmadan onun qəbul edilməsi tamamilə absurddur və qanunvericiliyin tələblərinə ziddir. İşin mübahisəsiz halı X12 ondan əvvəl vəfat etmiş yoldaşı X2 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzili 1-ci növbə vərəsə kimi nə faktiki, nə d ə ki hüquqi cəhətdən qəbul etməməsidir. Belə ki, X7 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5672/2021 saylı qətnaməsi ilə ölmüş elan edilmiş və həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixdə X4 ölüm faktının qeydə alınması barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 miras açılmadan onu qəbul etməsi və İddiaçı mübahisəli əmlakla bağlı vəsiyyətnamə verməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə yalnız və yalnız iddiaçının formal mülahizəsini və fərziyyəsini, eləcə də sübut kimi qəbul edilməyən sənədləri əsas götürmüş, tər əfindən təqdim olunmuş sübutlara isə düzgün münasibət bildirməmiş və sübutların müqayisəli araşdırılmasını aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuşdır. Etirazda iddiaçı qeyd etmişdir ki, 53 saylı Notariat Kontorunun notariusu cavabdehin adına şəhadətnamə verərkən hüquq normaları ilə müəyyən olunmuş 6 ay müddəti gözləməmiş, vərəsələrin dairəsini müəyyən etmək üçün sorğu verməmiş, onun vərəsəsi olan bacısı X11 miras əmlakdan imtina edilməsi barədə ərizəsi alınmamışdır. Çıxarışa gəldikdə isə, verilməli olsaydı belə, cavabdehin tam yox, ½ hissədə payı qeydə alınmalı idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

30. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

31. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

32. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

33. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

34. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik oldu ğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

36. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

37. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

39. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı

40. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəh ətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

41. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı

42. Subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir..... Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəh adətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

43. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhr um olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qismən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliklə bağlı Mülki Məcəllənin müddəalarının təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.

53. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.

54. İşə baxmış apellyasiya instansiyası məhkəməsi bu baxımdan işin hallarını araşdırmış və iddiaçının miras qalmış əmlakı faktiki qəbul etdiyini və onun vəsiyyət üzrə vərəsə olmasını müəyyən etmiş, vəsiyyət üzrə vərəsəliyin mövcudluğu halında qanun üzrə vərəsəlik əsaslarının yaranmadığını müəyyən etmişdir. Eyni zamanda məhkəmələr haqlı olaraq belə qənaətə gəlmişlər ki, mirasın qəbulu haqqında şəhadətnamənin alınmaması vəsiyyət üzrə vərəsəlik hüququnun yaranmasına mane olmur.

55. Kassatorun dəlilləri əsasən mirasın qəbul edilməsi ilə bağlı məhkəmənin sübutlara düzgün qiymət verməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bildirir ki, kassatorun bu dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərdir. Həmin dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respub likası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4500/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar