Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-585/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9603/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Gültəkin Əsədova) 30 aprel 2019ui il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edimişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanımışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1nə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 106/7 nömrəli, 20 avqust 2018-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, ünvanə dair Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayon məhkəməsinin 2(057)-3179/2016 nömrəli, 11 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlərdən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 12 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə onun bank qarşısında yaranmış 116374,33 ABŞ dolları əsas, 8790,79 ABŞ dolları faiz və 358,62 ABŞ dolları cərimə olmaqla, cəmi 125523,74 ABŞ dolları borcun ona məxsus ünvaninə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 180000 manat müəyyən edilməklə açıq hərracdan satılması qət edilmişdir. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərracın keçirilməsi cavabdehlərdən Cavabdeh1nə 113756/17 nömrəli məktubla sifariş verilmiş və 106/7 nömrəli, 20 avqust 2018-ci il tarixli hərracın yekunları barədə protokolla mənzil 114750 manata “xxxx” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Həmin protokol bu günə qədər ona rəsmi qaydada göndərilməyib, bu barədə məlumat verilməyib və yalnız bir neçə gün əvvəl bankın əməkdaşları əllərində “Çıxarış”la mənzilə gəldikdən sonra onlar bu barədə məlumat almış və icra məmurundan protokolun surətini əldə etməyə nail olmuşlar. Əvvəla, hərracın nəticələri heç bir halda qanuni hesab edilə bilməz. Belə ki, hər şeydən əvvəl hərrac keçirilməzdən əvvəl bu mənzil ilkin olaraq on a təklif edilməli idi. Ona hərrac keçirilməzdən əvvəl və ya hərrac dövründə cavabdehlər tərəfindən hər hansı təklif edilməmişdir. Digər tərəfdən, onun mənzilinin real qiyməti təxminən 230.000 manat həddində olduğu və bu məbləğin onun borcunu tam ödəməyə yetdiyi halda, onun onsuz da real bazar qiymətindən ucuz olaraq 180000 manat dəyərində qiymətləndirilmiş mənzilinin cəmi 114750 manata satın alınması, daha doğrusu tələbkar bankın mülkiyyətinə verilməsi heç bir halda düzgün, ədalətli və qanuni hesab edilə bilməz. Belə ki, artıq qeyd etdiyi kimi hazırda onun mənzilinin real bazar qiyməti 230000 manat qiymətinədir. Mənzilin hərracdan satılma qiyməti mənzilin real qiymətinin 50% hissəsini belə təşkil etmir. Həmçinin də, nə qəbul edilmiş məhkəmə qətnaməsində, nə də icra vərəqəsində mənzilin boş aldılması, onun və ailə üzvlərinin oradan çıxarılması qət edilməsə də, bu gün hərracın mübahisələndirdiyi nəticəsi əsasında “çıxarış” əldə etmiş bank əməkdaşları onların mənzilinə gəlir və məhz qanunsuz olduğunu iddia etdikləri hərracın nəticəsinə əsasən onun və ailə üzvlərindən mənzilin boşaldılmasını tələb edirlər. Bu isə, heç bir halda qanuni hesab edilə bilməz və bütün bunlar hərracın qanunvericiliyin tələblərinin pozulması ilə keçirilməsi və nəticələri ilə birbaşa əlaqəlidir. Belə ki, “Hərracın keçirilməsi şərtləri və qaydası”nın 2-ci bəndində göstərilir ki, hərrac təşkilatçısı hərracın keçirilməsinə 30 gün qalmış hərracın keçirilməsi barədə öz internet səhifəsində, azı üç rəsmi dövlət qəzetində və geniş yayılmış digər kütləvi informasiya vasitələrində hərracın keçirilməsi barədə bild iriş verməlidir. İnternet səhifəsində yerləşdirilmiş bildiriş hərracın keçirildiyi günə qədər verilməlidir. Rəsmi dövlət qəzetlərində və digər kütləvi informasiya vəsaitlərində verilmiş bildiriş hərracın keçirilməsi gününə qədər hər on gündən bir verilməlidir. Müvafiq halda mübahisələndirilən hərracın keçirilməsi barədə nə internet səhifəsində, nə hər hansı bir üç rəsmi dövlət qəzetində, nə də geniş yayılmış digər kütləvi informasiya vasitələrində hərracın keçirilməsi barədə bildiriş verilməmişdir. Həmin Qaydaların 5-ci bəndinə əsasən hərracda üç nəfərdən az şəxs iştirak etdikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (ikinci) hərraca çıxarılır. Növbəti (ikinci) hərrac ilk hərracın günündən 5 gün ərzində keçirilməlidir. Bu hal da hərracın təşkilatçısı növbəti (ikinci) hərracın keçirilməsi barədə bildiriş verməlidir və bildiriş hər iki gündən bir təkrarlanmalıdır. Bu bəndin qaydaları nəzərə alınmaqla bildiriş 2-ci və 3-cü bəndlərdə müəyyən edilmiş qaydada verilir və bu zaman hərracın növbəti hərrac olması qeyd edilir. “Hərracın keçirilməsi şərtləri və qaydası”nın 6-cı bəndində qeyd edilir ki, növbəti (ikinci) hərracda əmlak ilkin satış qiyməti ilə hərraca çıxarılır. Növbəti (ikinci) hərrac baş tutmadıqda, hərrac təşkilatçısı 5-ci bənddə nəzərdə tutlmuş qaydada və müddətlərdə növbəti (üçüncü) hərracı keçirməli və bu barədə bildiriş verməlidir. Qeyd edilən Qaydaların 7-ci bəndinə əsasən, əmlakın satılması üzrə keçirilən növbəti (üçüncü) hərracda əmlak ilkin satış qiymətindən 10% aşağı qiymətlə hərraca çıxarılır. Nö vbəti (üçüncü) hərrac baş tutmadıqda, hərrac təşkilatçısı 5-ci bənddə nəzərdə tutlmuş qaydada və müddətlərdə növbəti (dördüncü) hərracı keçirməli və bu barədə bildiriş verməlidir. Həmin Qaydaların 8-ci bəndinə əsasən əmlakın satılması üzrə keçirilən növbəti (dördüncü) hərracda əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətlə hərraca çıxarılır. Müvafiq halda hərracın keçirilməsi zamanı qeyd edilən şərtlər və qaydalara əməl olunmamışdır. Belə ki, Cavabdeh1 hazırda ləğv olunması tələb olunan 106/7 nömrəli, 20 avqust 2018-ci il tarixli hərracın yekunları barədə protokolunun surətindən də göründüyü kimi, mənzil ilkin olaraq 15%, ikinci hərracda isə 25% endirimlə hərraca çıxarılmışdır və son olaraq 114750 manat qiymətə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İş üzrə yuxarıda göstərilən məhk əmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbl əri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Salyan rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli 2(057)-3179/2016 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kredit öhdəliyi üzrə pul tələbi”nə dair iddiası qismən cəmin ed ilərək, 12 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı cəmi 125523,74 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 22-də yerləşən 106 kvadrat metr ümumi sahədən ibarət 32 nömrəli mənzilə yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 22-də yerləşən 106 kvadrat metr ümumi sahədən ibarət 32 nömrəli mənzilin ilkin satış qiymətinin 180000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunacaq vəsait hesabına cavabdeh İddiaçı banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq vəsait qalarsa, mənzilin mülkiyyətçisi olan İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2(102)-9007/2017 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 05 iyun 2018-ci il tarixli İddiaçı, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı açıq hərracın keçirilməsinə dair 04/155 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 22 nömrəli evin, 32 nömrəli ümumi sah əsi 106 kvadrat metr olan mənzilin 180000 manat qiymətinə 05 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş 07 iyun 2018-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən İddiaçı oğlu tərəfindən imza edilməklə onun özünə təqdim edilmişdir. İşdə olan “Kaspi” qəzetinin 05 iyun 2018-ci il tarixli 099 nömrəli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 22 nömrəli evin, 32 nömrəli mənzilin 180.000 manat qiymətinə 05 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir. “Kaspi” qəzetinin 07-09 iyul 2018-ci il tarixli 118 nömrəli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 22 nömrə li evin, 32 nömrəli mənzilinin ilkin hərracla satışı baş tutmamışdır. Cavabdeh1 13 iyul 2018-ci il tarixli İddiaçı, “xxxx” ASC və Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı açıq hərracın keçirilməsinə dair 04/155-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 22 nömrəli evin, 32 nömrəli ümumi sahəsi 106 kvadrat metr olan mənzilin 180000 manat qiymətinə 13 avqust 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş 17 iyul 2018-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən İddiaçı tərəfindən imza edilməklə onun özünə təqdim edilmişdir; “Kaspi” qəzetinin 14-16 iyul 2018-ci il tarixli 123 nömrəli buraxılışının surətindən görünü r ki, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 22 nömrəli evin, 32 nömrəli mənzilin 153000 manat qiymətinə 13 avqust 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılması barədə elan dərc edilmişdir. “Ekspress” qəzetinin 15 avqust 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, Cavabdeh1 MMC Hərrac Mərkəzinin məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və 15% aşağı salınaraq 13 avqust 2018-ci il tarixdə növbəti hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlakların siyahısında Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 22 nömrəli evin, 32 nömrəli mənzil də qeyd edilmişdir. İddiaçı hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırki iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi, iddiaçıya məxsus olmuş əmlak bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır və bu səbəblə də əmlakın hərraca çıxarıldığı qiymətlə bağlı araşdırma aparılmasına ümumiyyətlə zərurət yoxdur. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü arqumentlərlə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 20 avqust 2018-ci il tarixli 106/7 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokolun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus Bakı şəh əri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 22 nömrəli evin, 32 nömrəli mənzili 114750 manat dəyərində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti əldə etmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20 avqust 2018-ci il tarixli müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 22 nömrəli evin, 32 nömrəli mənzili 114.750 manat dəyərində Cavabdeh2 almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar h ərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tu tmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Apellyasiya instansiyası məhkəməsi “F.Cavadov və V.Aslanovun şikayət i ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd etmişdir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haq qında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissədə təmin edilmədiyindən həmin hissədən birbaşa irəli gələn “çıxarışın etibarsız hesab edilməsi” hissəsini də təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9603/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-585/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-585/2020
27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver