Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-585/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat kontoruna və qarşı üzrə QƏRARİ iş № 2(102)-585/22 (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Maraqlı şəxs2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat kontoruna qarşı “vəsiyyətnamənin etibarsız sayılması ” tələbinə dair mülki iş üzrə Sumqayıt Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1580/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 05.03.2020-ci ildə Sumqayıt şəhər 1 saylı Notariat Ofisində verdiyi vəsiyyətnamə ilə bütün əmlakını Maraqlı şəxs2 vəsiyyət etmişdir.
2. Vəsiyyət edən 08 aprel 2020-ci ildə vəfat etmişdir.
3. Mübahisə vəsiyyətnamə ilə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 08 aprel 2020-ci ildə vəfat etmiş X3 Maraqlı şəxs2 Qəib oğluna Sumqayıt şəhəri, 1 saylı notariat kontorunda verilmiş vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını etmişdir.
5. İddia ərizəsində 1 saylı Bakı ASAN xidməti mərkəzində notariat ofisi və Maraqlı şəxs2 maraqlı şəxslər kimi göstərilib.
6. İddia tələbi onunla əsaslandırılıb ki, 08 aprel 2020-ci ildə vəfat edən X5 iddiaçının dayısı qızıdır. Naiçi Əzizbəyovanın vəfat etməsindən dərhal sonra Maraqlı şəxs2 bildirmişdir ki, X5 onun adına vəsiyyətnamə qoymuşdur və onun bütün əmlakını artıq o, idarə etməlidir. Bu səbəbdən Maraqlı şəxs2 iddiaçının dayısı qızının evinə girib ona məxsus əmlakları və digər bahalı əşyaları evdən çıxarıb satmağa başlamışdır.
7. İddiaçı maraqlı şəxsə dayısı qızının ağır xəstə olduğunu və belə bir vəsiyyətnamə yaza bilməyəcəyini dedikdə, Maraqlı şəxs2 cavabında Naiçi Əzizbəyovanın onunla 1 saylı notariat kont oruna gedib, orada vəsiyyətnamə yazıb qoyduğunu demişdir.
8. Çox araşdırmalardan sonra iddiaçı vəsiyyətnamənin surətini əldə edə bilmiş və başa düşümdür ki, dayısı qızının xəstəliyindən istifadə edən Maraqlı şəxs2 Sumqayıt şəhər 1 saylı notariat kontorunun işçiləri ilə birləşib bu vəsiyyətnamənin yazılmasına nail olmuşlar. Dayısı qızı ağır xərçəng xəstəsi idi və son aylarda nə etdiyini belə bilmirdi. Bu səbəbdən də onun heç evdən çıxmağa belə halı olmurdu, nəinki notariat kontoruna gedib vəsiyyətnamə yazmağa.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1225.3 və 1230-cu maddələrinə istinad etmişdir.
10. Cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisi (notarius Ə.Bünyadov) birinci instansiyas məhkəməsinə ünvanlandığı etirazda göstərib ki, vəsiyyət edən X5 ilə söhbət aparmış, vəsi yyət edən öz iradəsini dəqiq ifadə etmişdir. Həm də vəsiyyət edən notariat ofisinə birinci dəfə gəlmirdi, bundan əvvəldə notariat ofisində onun adından etibarnamələr rəsmiləşdirilib. X5 vəsiyyətnamənin tərtib edilməsini özü istəyirdi və Maraqlı şəxs2 onun ölümündən sonra qohumları və tanışları tərəfindən incidilməsini, mübahisə aparmasını təxmin edirdi, buna görə də vəsiyyət etməklə bu işlərə son qoyulmasını istəyirdi.
11. Birinci instansiya məhkəməsində Maraqlı şəxs2 iddiaya etiraz etmişdir. Etiazrının dəlilləri: - əvvəllər yaxından tanıdığı X5 onun ailəsinə çox yaxın adam olmuşdur. X3 ağ ciyərlərində əmələ gəlmiş bərkimələr sonradan ağ ciyər xərçənginə çevrilmişdir. Vəziyyətin ağır olduğu günlərdə o, Maraqlı şəxs2 evində yaşamış və ona ailə üzvü kimi qayğı göstərilmişdir; - 24 yanvar 2 020-ci il tarixdə Maraqlı şəxs2 ailə üzvlərinin iştirakı ilə X4 ad günü keçirilmişdir. Bundan başqa, 27.02.2020-ci il tarixdə X5 bütün əmlakına sərəncam vermək üçün Maraqlı şəxs2 etibarnamə vermişdir. X6 özünün təkidi ilə 05.03.2020-ci il tarixdə Maraqlı şəxs2 şahidlərin iştirakı ilə vəsiyətnamə vermişdir; - Naiçi Əzizbəyovanın ağ ciyərində bəd xasiyyətli şişlər əmələ gəlsə də, onun ağlı hər zaman yerində olmuş və hərəkətlərini ölçüb biçmək iqtidarında olmaqla nəticələrini bilirdi; - 14.02.2020-ci il tarixdə Maraqlı şəxs2 Naiçi Əzizbəyovanı həkim müayinəsindən keçirtmək üçün İran İslam Respublikasına aparmışdır. Naiçi Əzizbəyova atçılıq idmanı ilə məşğul olmuşdur, bununla bağlı o, daimi atçılıq klublarında fəal iştirak edirdi; - son günlərində Naiçi Əzizbəyova xüsusi kislorod balonu vasitə silə nəfəs almaqla yaşayırdı. Tənha qadın olduğu üçün vəfat etdikdən dərhal sonra tibbi yardım maşınını dəvət etmiş, həkimlər Əzizbəyova Naiçinin ölüm faktını müəyyən etdikdən sonra inzibati orqanlara müraciət etmişlər; - Bakı şəhəri Xətai rayon X1 ölümü ilə bağlı araşdırmalar aparılmış və məlumat verilmişdir ki, onun ölümü xəstəlik ilə bağlı olmuş və Maraqlı şəxs2 əməllərində cinayət tərkibi yoxdur; - iddiaçı vəsiyyət edən X3 xərçəng xəstəliyi ilə bağlı anlaqsız olmasına istinad edir. Lakin bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir; - iddiaçı iddia ərizəsində göstərir ki, X5 onun dayısı qızıdır. Lakin bununla bağlı da, məhkəməyə və yaxud iddia ərizəsinə heç bir sənəd əlavə olunmamışdır. Bu baxımdan iddiaçının bu kateqoriyadan iddia qaldırmağa subyektiv hüququ yoxdur.
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-826/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Rəşad Qoşqarlı)
13. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən hesab edib ki, iddiaçının, X3 Maraqlı şəxs2 Qəib oğluna Sumqayıt şəhəri, 1 saylı notariat kontorunda verilmiş vəsiyyətnamənin etibarsız sayılması tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçı, vəsiyyət edən X3 xərçəng xəstəliyi ilə bağlı anlaqsız olmasına və vəsiyyət edənin onun dayısı qızı olmasına istinad etsə də, bununla bağlı da, məhkəməyə və yaxud iddia ərizəsinə heç bir sənəd əlavə etməmişdir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 324.1-324.6, 325.1, 325.3, 327, 329.1, 331.1, 331.2, 334.1, 337.1-337.5, 339, 340, 341, 351.1, 354.1, 354.2, 1133.1, 1133.2, 1145, 1166, 1167, 1179, 1220.0.1-1220.0.3, 1223.2, 1225.1, 1225.2, 1225.3, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, işin baxılmamış saxlanılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə prosesi onun iştirakı olmadan keçirilmiş, maraqlı şəxsin nümayəndəsinin də iştirakı olmamış, bu səbəbdən mülki iş baxılmamış saxlanılmalı idi.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1580/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov)
18. Apellyasiya instansiyası ilkin olaraq iddiaçının iştirakı olmadan işə baxılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri də məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir.
19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iştirakı olmadan işə baxılması əsası ilə qətn aməni ləğv etmiş, iddiaya qiymət verərək göstərmişdir ki, iddiaçı Məhərrəm X2 dayısı qızı olmasına dair qohumluq faktını təsdiq edən müvafiq sənədləri məhkəmə kollegiyasına təqdim etməmişdir. İddiaçının Vəkil2 iddiaçının qohumluq faktını təsdiq edən məhkəmə qətnaməsini növbəti məhkəmə iclasına təqdim edəcəyi barədə vəsatətini nəzərə alınaraq məhkəmə kollegiyasının iclası 02 iyul və 13 iyul 2021-ci il tarixlərə təxirə salınsa da, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bu sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.
21. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmadığından, iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. İşdən göründüyü kimi X5 05.03.2020-ci ildə Sumqayıt şəhər 1 saylı Notariat Ofisində təsdiq edilərək qeydiyyata alınmış vəsiyyətnamə ilə bütün əmlakını Maraqlı şəxs2 vəsiyyət etmiş və 08 aprel 2020-ci ildə vəfat et mişdir.
22. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
23. Apellyasiya instansiyası həmçinin qeyd edib ki, vəsiyyətnamə birtərəfli iradə ifadəsi olan əqddir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə s əbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.
24. Apellyasiya instansiyası hesab edib ki. əqdin etibarsızlığını tələb edən şəxs etibarsızlığın əsaslarını sübut etmə öhdəliyi daşıyır. Əgər əqdin etibarsızlığı əsasları müəyyən edilməzsə, etibarlı hesab edilir. Belə olan halda, çəkişmə və tərəflərin bərabərliyi prinsipi çərçivəsində sübut etmə öhdəliyi daşıyan şəxslərin həmin öhdəliyinin onlardan alınaraq əks tərəfin üzərinə qoyulması mülki mühakimə icraatının mahiyyətinə zidddir.
25. Apellyasiya instansiyası mövqeyini Mülki Məcəllənin 1166, 1179.1, 1180.1, 1225.1-1225.3-cü maddələri ilə əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikay ətinin dəlilləri
26. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı vəsiyyət edən şəxslə qohumluq əlaqələrini təsdqi edəcək übutların toplanması üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin həmin sənədlərin əldə edilməsi prosesi ondan asılı olmayan səbəblərdən uzandığı üçün doğum haqqında şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. Doğum haqqında şəhadətnamə yeni əldə olunduğu üçün həmin şəhadətnaməni hazırki kassasiya şikayətinə əlavə edir; - bundan əlavə, subyektiv hüquq olmadığı halda, vəsiyyətnamənin etibarsızlığına qiymət verilməməli idi. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri 2
8. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasını iclasında Maraqlı şəxs2 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
30. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1159.5. Qanun üzrə vərəsəlik zamanı xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları be şinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılır. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəmə si işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya məhkəməsi apellyasiya şikayətini dəlillərinə tam qiymət verib.
35. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
36. İddia tələbi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə olub. İddiaçı iddia tələbinin əsası kimi vəsiyyət edən şəxsin onun dayısı qızı olmasına və vəsiyyətnamə verilərkən dayısı qızının ağır xəstə olması səbəbindən etdiyi hərəkətləri başa düşməməsinə istinad etmişdir.
37. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə X5 05.03.2020-ci ildə Sumqayıt şəhər 1 saylı Notariat Ofisində təsdiq edilərək qeydiyyata alınmış vəsiyyətnamə ilə bütün əmlakını Maraqlı şəxs2 vəsiyyət etmiş və 08 aprel 2020-ci ildə vəfat etmişdir və iddiaçı Məhərrəm X2 dayısı qızı olmasına dair qohumluq faktını təsdiq edən müvafiq sənədləri məhkəmə kollegiyasına təqdim etməmişdir.
38. Göründüyü kimi, iddiaçı vəsiyyət edənin onun dayısı qızı olmasına istinad etsə də, buna dair sübutu məhkəmələrə təqdim etməmişdir. İşdən görünür ki, apellyasiya məhkəməsi iddiaçıya müvafiq sübut təqdim etmək üçün şərait yaratmış, buna baxmayaraq, iddiaçı tərəfindən vəsiyyət edənlə qohumluq münasibətini təsdiq edən hər hansı sübut təqidm ediməmişdir.
39. Nəzərə alınsa ki, iddiaçı vəsiyyət edən şəxsin beşinci növbədən olan vərəsəsidir, belə olan halda, iddiaçı vəsiyyət edənin onun dayısı qızı olmasını sübut etməli idi. 40. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə k ollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Hə min azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında əks edilən hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.
42. Qohumluq faktını təsdiq edən yeni əldə olunmuş doğum haqqında şəhadətnamənin kassasiya şikayətinə əlavə edilməsi barədə kassasiya şikayətinin dəlili əsasızdır. Əvvəla iddiaçı özünün doğum haqqında şəhadətnaməsini kassasiya şikayətinə əlavə edib. Bundan əlavə, iddiaçı özünün doğum haqqında şəhadətnaməsi (başqa tarixdə verilmiş) iddia ərizəsinə də əlavə etmişdi.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1580/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.