Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5856/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X4 Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı, X8 və X5 qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə evdən çıxarılma, təmirə çəkilmiş xərclərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı, X7 və X4 Cavabdeh qarşı “kompensasiya ödənilməklə evdən çıxarılma” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı, X8 və X5 qarşı “kompensasiya məbləğinin 15 000 manat müəyyənləşdirilməsi və evin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1063/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli ev İddiaçı mülkiyyətində, 0.06 ha torpaq sahəsi isə İddiaçı, X9 və X7 ümumi birgə mülkiyyətindədir. Evin texniki pasportunda əksini tapmış məlumatlara görə ev 2003cü ildə inşa edilmişdir.
2. X12 07 oktyabr 2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha d axil olmuş və həmin vaxtdan ərinin atası İddiaçı məxsus olan, yuxarıda göstərilən mənzilə köçmüşdür.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli qətnaməsi ilə X18 Orucova arasında bağlanmış nikah pozulmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh iki uşağı ilə birlikdə mübahisəli evdən istifadə hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat kompensasiya verilməklə övladları ilə birlikdə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğlu Zöhrab Mustafayevlə 2008-ci ildə nikaha daxil olmuşdur. Onların nikahından 17 sentyabr 2009-cu il təvəllüdlü X20 və 19 fevral 2012-ci il təvəllüdlü X15 adlı uşaqları var. Hazırda cavabdeh ona məxsus evdə yaşayır. Lakin cavabdeh birgə yaşayış qaydalarına əməl etmir, konfliktlər yaradır. Ancaq istifadə hüququ olmasına baxmayaraq, cavabdeh ondan həyətdəki ona məxsus tikililəri sökməyi tələb edir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kompensasiya məbləğinin 15000 manat müəyyən edilməsi və ona vurulmuş 13800 manat məbləğində maddi ziyanın, cəmi 28800 manat məbləğində pulun İddiaçı, X9 və X6 alınıb ona ödənilməsi, mənzildən çıxarılma və kompensasiya məbləğinin artırılması və vurulmuş maddi ziyanın ödənilməsi t ələblərinin eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi üzrə təklif olunan kompensasiya məbləği həddən artıq aşağıdır. O, həmin məbləğə hazırkı qurduğu şəraitdə, 3 il müddətinə 3 otaqlı mənzil kirayə götürə bilməz. Belə ki, o, ilkin iddiaçıların nəvələri və övladları olan 2 övladı - xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X13 ilə öz vəsaiti hesabına təmir etdiyi 3 otaqlı evdə yaşayır. Oğlu 11, qızı 8 yaşındadırlar və onların eyni otaqda yatmasına nə etik normalar, nə də oğlunun sağlamlığı yol vermir. Belə ki, oğlu Ömər "Hemipleqik spastik serebral iflic, USİ.sol tərəfli hemiparez” xəstəliyindən əziyyət çəkir, həm əqli, həm də fiziki qüsurludur. Daim qıcolmaları olur, müalicə altındadır. Gecəyarı qıcolması ola bildiyinə görə daim onun yanında tibbi təhsili olan baxıcının qalması vacibdir. Odur ki, uşaqların hər biri ayrı otaqlarda yatmalı olduqlarına görə kirayə tutacağı ev 3 otaqlı, normal şəraitli ev olmalıdır. İlkin iddiaçının təklif etdiyi 7500 manat hazırkı bazar qiymətinə qəti uyğun deyil. 3 il müddətinə 3 otaqlı evin kirayə tutulması üçün kompensasiyanın real və ədalətli məbləği 15000 manat olmalıdır. Bundan başqa, yaşadığı evdə 2019-cu ilin sentyabr ayından, onun və övladlarının həmin evə istifadə hüququnun yaranması barədə qətnamə qanuni qüvvəyə minərək icraya yönəldikdən və onlar həmin ünvandakı evə rəsmi qeydiyyata düşdükdən sonra evin əvvəlki vəziyyəti yaşamaq üçün yararsız vəziyyətdə olduğundan evdə öz hesabına təmir işləri aparmış və evə ayrı qaz, su və işıq xətləri çəkdirərək sayğaclar alıb qoydurmuş, təmir işlərini də ilkin iddiaçıların razılığını alaraq etmişdir. Əgər ilkin iddiaçıların ona kompensasiya verməklə istifadə hüquqlarına xitam vermək fikirləri var idisə, onlar bunu onun evi təmir etməzdən əvvəl deməli idilər ki, belə olan halda o, heç bir təmir işi aparmaz, nə maddi, nə mənəvi, nə də fiziki əziyyətlər çəkməzdi. O, maddi vəziyyətinin aşağı olan vaxtında çarəsiz qalıb normal şəraitdə yaşamaq üçün, özünə və uşaqlarına normal şərait qurmaq məqsədilə 2 bankdan - 5000 və 2200 manat məbləğlərində kredit götürmüşdür. Azərbaycan Beynəlxalq Bankından xx.xx.2019-cu il tarixli, BPM **********40 nömrəli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədlər üçün 48 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 5000 manat kred it, xx.xx.2019-cu il tarixdə “Kapital Bank”dan xx.xx.2019-cu il tarixli, BRSP 1588721A109 nömrəli kredit kartına dair müqaviləyə əsasən illik 20 faiz dərəcəsi ilə 2200 manat pul götürmüşdür. Həmin pulun üzərinə də öz vəsaitindən pul qoyub evi təmir etdirmişdir. Aşağıda göstərdiyi siyahı üzrə evin təmirinə 10000 manat pul xərcləmişdir: usta və fəhlələrə ödənilən pul - 3000 manat; mal-materiala və sayğacların alınması, qaz, işıq və su xətlərinin çəkilməsinə - 5600 manat; materialların taksi ilə daşınmasına 300 manat; zibilin daşınmasına 100 manat; darvazanın alınması və qoyulması üçün 800 manat; pilləkənin tikilməsi 200 manat. Pilləkənlər tikiləndən sonra ilkin iddiaçılar olan ər-arvad ikisi birlikdə pilləkəni dağıtmış, pulunu ödədiyi darvazanı isə qoymağa imkan vermədiklərindən darvaza hasa ra söykədilmiş vəziyyətdə bu günədək qalır. Bundan başqa, o, X6 boşanana qədər onların hazırda oturduqları evdə yaşamış, hazırkı yaşadığı ev şəraitsiz, rütubətli və kirayənişinlərə verilmiş bir ev olmuşdur. Boşandıqdan sonra, 2015-ci ilin dekabrında İddiaçı onun atasından 3000 manat kosmetik təmir və 800 manat kombi aparatı almaq üçün alaraq, evə yüngülvari əl gəzdirib 2016-cı ilin yanvarında onları həmin evə köçürmüşdür. Həmin məbləğin də cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bir halda ki, ilkin iddiaçılar onun övladları ilə bərabər istifadə hüquqlarına xitam vermək istəyirlər, elə isə onun 2015-ci ilin dekabr-yanvar ayında (3800 manat) və 2019-cu ilin sentyabr-noyabr aylarında (10000 manat) - cəmi 13800 manat yaşadığı evin təmirinə xərclədiyi pulun u ödəməlidirlər. İlkin iddiaçıların ona 7500 manat məbləğində kompensasiya ödəməklə onun mənzildən istifadə hüquqlarına xitam veriləcəyi təqdirdə o, normal yaşayış şəraitinin yaratmaq imkanından məhrum olur, həmin məbləğ bazar qiymətlərinə uyğun məbləğ hesab edilə bilməz və ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.
9. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat kompensasiya verilməklə övladları ilə birlikdə onlara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Müstəqil tələb irəli sürən üçüncü şəxsl ər X12, X9 iddia tələbini onunla əsaslandırmışlar ki, onlar da mübahisəli mənzilin paylı mülkiyyətçiləridir. Hazırda cavabdeh onlara məxsus evdə yaşayır, lakin birgə yaşayış qaydalarına əməl etmir, konfliktlər yaradır, yalnız istifadə hüququ olmasına baxmayaraq, hətta onlardan həyətdə olan, onlara məxsus tikililəri sökməyi tələb edir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin iş üzrə verdiyi 07 dekabr 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazidə orta aylıq kirayə haqqı, kommunal xərclər daxil olmadan 300 manat və həmin evin bir hissəsinin, yəni 50.71 kv.m. sahəsinin təmirinə çəkilən xərclərin ümumi məbləğinin 12800 manat təşkil etdiyi müəyyən edilmişdir.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) hər üç iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin təklif etdiyi kompensasiya məbləği işin halları, cavabdehin sosial vəziyyəti, öhdəsində azyaşlı uşaqlarının olması nəzərə alındıqda, onlara layiqli həyat şəraitinin təmin edilməsi baxımından yetərli deyil. Belə olan halda, nə qədər ki, mülkiyyətçi olan ilkin iddiaçı təklif etdiyi kompensasiya məbləğinin artırılmasına razı deyildir, məhkəmə isə təklif edilən məbləği bazar qiymətinə mütənasib hesab etmir, ilkin iddia tələbi də təmin edilə bilməz. Çünki bazar qiymətinə uyğun olaraq komp ensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilərkən mülkiyyətçinin müəyyən edilən məbləğin ödənilməsinə dair razılığı nəzərə alınmalıdır. Belə razılıq alınmadan kompensasiya təyin edilməklə iddianın təmin edilməsi yolverilməzdir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları ilə bağlı qeyd etmişdir ki, onlar mübahisəli evin yerləşdiyi torpaq sahəsinin birgə mülkiyyətçiləridir və belə olan halda kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürmələrinə subyektiv hüquqları yoxdur. İlkin iddia tələbi təmin edilmədiyinə görə, qarşılıqlı iddia tələbi də təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddianın əsası kompensasiya məbləği və evin təmirinə çəkilən xərclərin verilməsi üzərində qurulmuşdur. Mülkiyyətçi ilə kompensasiya məbləği r azılaşdırılmadığına görə istifadə hüququna xitam verilməsi tələbi təmin edilməmişdir. Deməli, qarşılıqlı iddiaçı mübahisəli evdə yaşamağa davam edir və təmirə çəkilən xərcin tutulması barədə tələb də təmin edilə bilməz.
14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1. 228.2-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Qətnamədən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər birgə apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi və 7500 manat məbləğində kompensasiya verilməklə Cavabdeh evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
16. Şikayət onunla əsaslandırılmışdır ki, hə m ev, həm də torpaq sahəsi onun mülkiyyətindədir. Hasar isə əmlakın mühüm tərkib hissəsidir. Cavabdehin ona mənsub olan torpağa deyil, evə istifadə hüququ tanınmışdır. Hin isə evdə deyil torpaq sahəsində yerləşir. "xxxx" MMC-nin verdiyi rəy qeyri-obyektiv olmaqla nə real bazar qiymətlərini, nə də cavabdeh tərəfindən aparılmış özbaşına təmirlə bağlı görülən işlərin həcmini real əks etdirmir. İcarə qiyməti bir neçə elanla müqayisə olunmuşdur. Halbuki həmin elanlarda fotolardan göründüyü kimi tam təmirli və ev əşyalari ilə olan evlər kirayə verilir. Ev əşyaları ilə kirayə verilən evlərin qiyməti 20-30% baha olur. Belə olduğu halda evin orta kirayə qiyməti 200-220 manat olmalıdır. Hətta "xxxx" MMC-nin göstərdiyi cədvəldə də bu qiymətlər var. Təmir işlərinin qiymətləndirilməsi heç bir mənbə gös tərilmədən yazılmışdır. Kombi-2300 manat yazılmış, lakin nə kombinin markası göstərilməmiş, nə bu qiymətin hansı hissəsi kombinin cihazına, hansı hissəsi borulara, hansı hissəsi usta puluna bölünməsi bilinmir. Yalnız kombi cihazının özü Cavabdeh atası tərəfindən alınmış, bütün qalan aksessuarlar iddiaçılara, yəni İddiaçı məxsusdur. İki otaqlı 50 kv.m. otağa qaz, işıq, su çəkilməsi 4.400 manat qiymətləndirilib. Bu absurddur, çünki həmin otaqlarda əvvəldə işıq, qaz və su olub. Mübahisəli mənzil ümumi həyətdə olduğu üçün, oraya kommunikasiya çəkilməsi (təmir edilməsi) “ana” xətdən deyil, həyətdəki mövcud xətdən baş verir ki, bu zaman qaz yalnız mətbəx və kombiyə çəkilir, qonaq və yataq otağına qaz çəkilmir. Deməli ümumilikdə maksimum 10-20 m. qaz borusu çəkilmişdir ki, bunun qiymətinin 1475 m anat olması (4.400 manatın 1/3) ağlabatan deyil. Su yalnız mətbəxə çəkilir, otaqlara çəkilmir, deməli ümumilikdə maksimum 10-20 m. su borusu çəkilmişdir ki, bunun qiymətinin 1475 manat olması da (4.400 manatın 1/3) əsassızdır. Elektrik xətti üçün hesablanan 1475 manat məbləğ də şişirdilib. İnternet və kabelə müəyyən olunan 980 manat qiymət də düzgün deyil. Belə ki, bu qiymətə internet eyni vaxtda 10-20 abonentə xidmət verən peşəkar internet klublara çəkilən internetin qiymətinə daha çox uyğun gəlir. Ədliyyə Nazirliyinin müvafiq qurumu mövcud olduğu halda, mühəndis texniki, həmçinin əmtəəşünaslıq ekspertizaların böyük təcrübəsi olduğu halda, bu formada rəyin sübut kimi qəbul edilməsi yolverilməzdir. Ümumiyyətlə onlar təmirə razılıq verməmiş, bütün şəxsi əşyalaranın, o cümlədən kameraların, peyk antenanın cavabdeh tərəfindən aparılmasına etiraz etmədiklərini bildirmişdir.
17. Qətnamədən həmçinin qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Hesab edir ki, onun iddiasının təmin olunması üçün ilkin iddiaçıların razılığı gərək deyildir, belə ki, kompensasiyanın və təmirə çəkilən xərcin ilkin iddiaçılardan alınıb ona ödənilməsi və mənzildən çıxarılmanın eyni vaxtda icra olunması barədə iddia təmin olunacağı təqdirdə, ilkin iddiaçıların qətnaməni icra etməyəcəkləri halda, yəni kompensasiya məbləği və təm irə çəkilən xərcin ona ödəməyəcəkləri halda mənzildən çıxarılması barədə qətnamə də icra olunmayacaq.
19. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı, Səməngül Məmmədova və Zöhrab Mustafayev tərəfindən birgə verilmiş, habelə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin olunmaması hissəsinin ləğv edilməsi və cavabdehə 15.000 manat məbləğində kompensasiya verilməklə evdən istifadə hüquq una xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Qətnamədən həmçinin ilkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin işin hallarına düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək qismən ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və Z.Əliyev) İddiaçı və Cavabdeh kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi öz mövqeyin i belə əsaslandırmışdır: “İş materiallarından görünür ki, iddia tələbi üzrə cavabdeh mübahisəli fərdi yaşayış evindən istifadə hüququna malik olan şəxs olmaqla onun həmin hüququna xitam verilməsi yalnız kompensasiya ödənilməsi yolu ilə mümkündür.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 228.2-ci maddəsinin Azərbaycan Respublikası MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiyanın məbləği iddianın predmetinə aid deyildir, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq kompensasiyanın məbləğini bazar qiymətinə uy ğun olaraq müəyyən etməli, lakin bu zaman iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qərarın həmin göstərişi belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. Lakin işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmışdır. Göstərilən vəziyyət mübahisənin qanuni həllini təmin etmədiyindən, kollegiya hesab edir ki, i ddia tələbinin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz. İddia və qarşılıqlı iddia tələbləri biri-biri ilə bağlı olduğundan kollegiya hesab edir ki, qətnamə tam ləğv edilməlidir”. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı Alı oğlu və onun vəkili Vəkil2, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs, eyni zamanda qarşılıqlı iddia tələbi üzrə cavabdeh X7 nümayəndəsi, həmçinin özü də müstəqil tələb irəli sürən və qarşılıqlı iddia üzrə cavabdeh olan X1 məbləğini 15 000 manata artırdıqlarını, həmin evə bənzər evlərin aylıq icarə haqqının 200-220 manat olduğunu, evdə Cavabdeh apardığı təmir işlərinə razılıq vermədiklərini və onun bütün əşyala rını, o cümlədən kameralarını, antenanı apara biləcəyini bildirmişlər.
26. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh 15 000 manat kompensasiya təklifini qəbul etdiyini, eyni zamanda özünün iddia tələbinin digər hissəsinin təmin olunaraq İddiaçı, X2 və X6 maddi ziyana görə 13800 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Təkrar apellyasiya baxışı zamanı 29 dekabr 2021-ci il tarixli qərardadla məhkəmə-tikinti və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
28. Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 10/294 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsində təmir işlərinin aparıldığı və həmin işlərin nələrdən ibarət olduğu rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Aparılan hesab lamalar nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsində yerinə yetirilmiş tikinti təmir işlərinin ümumi dəyəri təqribən 14037 manat məbləğində müəyyən edilmişdir. 29. 14.06.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı dörd otaqlı evi hazırda 2000 manata təmir etdiyini, cavabdehə 15000 manatdan əlavə 2000 manat da verməyə razı olduğunu bildirmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1063/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, habelə qiymətləndirmə xərcinin 200 manatının Cavabdeh tutulub "xxxx" MMC -nin hesabına köçürülməsi hissələrində ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə evdən çıxarılma” barədə ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh 15000 manat kompensasiya ödənilməklə onun və övladlarının - 17 sentyabr 2009-cu il təvəllüdlü X14 və 19 fevral 2012-ci il təvəllüdlü X10 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları, Cavabdeh İddiaçı Alı oğluna, X8 və X5 qarşı “kompensasiya məbləğinin 15 000 manat müəyyənləşdirilməsi və evin təmirinə çəkilmiş xərclərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evin təmirinə çəkilmiş xərclərin əv əzi qismində 8650 (səkkiz min altı yüz əlli) manat pulun İddiaçı Alı oğlundan alınıb Cavabdeh ödənilməsi, İddiaçı Alı oğlundan 15.000 (on beş min) manat kompensasiya məbləğinin və evin təmirinə çəkilmiş xərclərin əvəzi qismində 8650 (səkkiz min altı yüz əlli) manatın alınıb Cavabdeh verilməsi ilə onun və övladlarının mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmalarının eyni vaxtda icra olunması qət edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X4 apellyasiya şikayətləri təmin olunmamış və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki: «Cavabdeh və onun övladlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdı r və bu səbəblə də İddiaçı Alı oğlunun, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X4 iddia tələbləri üzrə aydınlaşdırılmalı ilkin hal onların müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən yalnız İddiaçı müvafiq iddia tələbi üzrə subyektiv hüquq sahibi hesab oluna bilər. X3 və X9 ev üzərində mülkiyyət hüququna sahib deyildir. Bu kontekstdə kollegiya, X7 və X4 iddia tələbləri üzrə birinci instan siya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. 31.1. İddiaçı iddia tələbinin təmin edilməsinin mümkünlüyü isə təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Bu zaman nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə t arazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xi tamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə istifadə hüququna xit am verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. 31.2. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh istifadə hüququna xitam verilməsinin müqabilində 15 000 manat tələb etmiş, təkrar apellyasiya baxışı zamanı İddiaçı Cavabdeh təklif etdiyi kompensasiya nın məbləğini 15 000 manata artırmışdır. 31.3. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət ə ldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tut ulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”. 31.4. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi təmin olunmalı, Cavabdeh 15 000 (on beş min) manat kompensasiya ödənilməklə onun və övladlarının - 17 sentyabr 2009cu il təvəllüdlü X14 və 19 fevral 2012-ci il təvəllüdlü X10 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evə istifadə hüquqlarına xitam verilməli, onlar həmin evdən çıxarılmalıdırlar. 31.5. İşin hallarından və tərəflərin izahatlarından (həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində verilən izahatlardan) aydın olur ki, Cavabdeh həmin evə istifadə hüququ tanındıqdan sonra o, evin bir hissəsində təmir işləri həyata keçirmişdir. Cavabdeh iddiasına görə təmir işlərini İddiaçı, Səməngül Məmmədovanın v ə Zöhrab Mustafayevin razılığı ilə həyata keçirmiş, təmir üçün usta və fəhlələrə 3000 manat, mal-materiala və sayğacların alnmasına, qaz, işıq və su xətlərinin cəkilməsinə 5600 manat, materialların taksi ilə daşınmasına 300 manat, zibilin daşınmasına 100 manat, darvazanın alınmasına və qoyulmasına 800 manat, pilləkənin tikilməsinə 200 manat xərcləmiş, həmçinin atası, İddiaçı 3800 manat (800 manat kombi üçün, 3000 manat təmir üçün) vermişdir; İddiaçı, Səməngül Məmmədova və Zöhrab Mustafayev isə təmirin onların razılığı olmadan aparıldığını irəli sürməkdədirlər. 31.6. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında Cavabdeh atasının 850 manat dəyərində kombi aparatını alıb ona verdiyini təsdiqləmiş, bununla belə müvafiq xətləri özünün çəkdiyini bildirmişdir. 31.7. Kollegiya hesab edir k i, İddiaçı tərəfindən kombi aparatının qəbul edilməsi və özünün bildirdiyi kimi “xətlərin onun tərəfindən çəkilməsi”, təmir işlərinin aparılmasına onun razılıq verdiyi qənaətinə gəlməyə əsas verir. 31.8. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsində, yəni 50,71 m2 sahədə Cavabdeh tərəfindən aparılan təmir işlərinin dəyəri 12 800 manat təşkil edir. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyində isə, müvafiq təmir işlərinə 14 037 manat xərc çəkildiyi göstərilmişdir. 31.9. Apellyasiya baxışı zamanı verilən izahatlarla həmçinin müəyyən olunmuşdur ki, sözügedən qiymətləndirmə rəyində əks olunan 12 800 manata daxil olan və Cavabdeh iddia ərizəsində qiyməti 800 manat gös tərilən darvaza öz yerinə quraşdırılmamış (bu hal Cavabdeh iddia ərizəsində də qeyd olunmuşdur), “divara söykənmiş vəziyyətdə qalmışdır”. 31.10. Cavabdeh atasının İddiaçı 3000 manat vermiş olduğuna dair isə məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. 31.11. Kollegiya qiymətləndirmə və ekspert rəylərini Cavabdeh iddia ərizəsi ilə, eləcə də verilən izahatlarla birlikdə qiymətləndirərək hesab edir ki, evin təmirinə onun tərəfindən 8650 manat xərc çəkildiyi qənaətinə gəlmək mümkündür (kombi aparatı 800 manat, usta pulu 2650 manat, qaz, işıq, su xətlərinin çəkilməsi (mal-material, sayğacların qurulması, razılığın alınması və s.) 4400 manat, tikinti materialları (mişar daşı, qum, araba, nərdivan və s.) 200 manat, pilləkən 200 manat, nəqliyyat xərci 300 manat, zibilin daşınması 100 man at) və bu məbləğ İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. 31.12. Cavabdeh iddia ərizəsində dəyərini tələb etdiyi darvaza evə quraşdırılmadığından və ayrıla bilən əşya olduğundan həm həmin darvaza, həm də onun iddia ərizəsində dəyərini tələb etmədiyi kameralar, TV antenası, telefon adaptoru və s. bu kimi əşyalar isə, Cavabdeh tərəfindən evdən gedərkən götürülə bilər».
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 152.1-ci, 152.4cü, 152.5-ci, 157.7-ci, 228.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci, 88-ci, 119.1-ci, 217.3-cü, 220.6-cı, 384.0.2-ci, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkil X11) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsinin «Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evin təmirinə çəkilmiş xərclərin əvəzi qismində 8650 (səkkiz min altı yüz əlli) manat pulun İddiaçı alınıb Cavabdeh ödənilməsi» hissəsində ləğv edilməsini, ilk iddianın təmin olunub cavabdehə 15.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qərar çıxarmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti belə əsaslandırılıb ki, cavabdeh iddiaçıya məxsus evdə yaşayır, lakin birgəyaşayış qaydalarına əməl etmir, konflikt yaradır, yalnız istifadə hüququ olmasına baxmayaraq, hətta iddiaçıdan həyətdə özünə məxsus tikililər i sökməyi tələb edir. Bundan başqa, Cavabdeh tərəfindən görülmüş işlər iddiaçının - yəni mülkiyyətçinin iradəsinə zidd görülmüşdür. Bu halda iddiaçıdan hər hansı kompensasiya alınıb Cavabdeh verilmək tələbi özbaşınalığa qanuni don geyindirməkdir. Bununla da Konstitusiyanın 29-cu, AİHK-nın 1 saylı protokolunun 1-ci maddəsi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətlərinə qarşı yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
36. Maddə 13, 1-ci bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
37. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkd iyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, h əmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
42. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər; yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
43. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
47. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsd iq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmasına aid hissədə mübahisələndirilir və buna görə də məhkəmə aktı qismən - mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilm əklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayət təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1063/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.