Məhkəmə qərarları › İş №2(102)-586/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-586/2024

02.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-586/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi) bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbin ə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5109/2023 nömrəli mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-817/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni “mənzildən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də Cavabdeh1 tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir- bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi o laraq 74.550 manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması” hissədə dəyişdirilməsi, Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 15 saylı evin 10 saylı mənzilindən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52.862,80 manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4715/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasıya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Cavabdeh1 Gülnarə Məmmədova 09 mart 2016-cı ildə nikaha daxil olmuşlar.

4. Hədiyyə verən Cavabdeh1lə hədiyyə alan Cavabdeh3 əvəzinə X1 arasında bağlanmış 30 iyul 2015-ci i l tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən 32 saylı evin 4 otaqlı ümumi sahəsi 90 kv.m. olan 43 saylı mənzilini hədiyyə alan Cavabdeh3 bağışlamışdır.

5. Hədiyyə verən Cavabdeh3 ilə hədiyyə alan Cavabdeh2 arasında bağlanmış 20 avqust 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh3 Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən 32 saylı evin 43 saylı mənzilini hədiyyə alan Cavabdeh2 bağışlamışdır.

6. Hədiyyə verən Cavabdeh1lə hədiyyə alan Cavabdeh2 arasında bağlanmış 11 iyun 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 84 sa ylı evin 3 otaqlı ümumi sahəsi 94,9 kv.m. olan 59 saylı mənzilini hədiyyə alan Cavabdeh2 bağışlamışdır.

7. Hədiyyə verən Cavabdeh1lə hədiyyə alan Cavabdeh2 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu Göradil kəndi “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 32 saylı evin 43 saylı mənzili üzrə cavabdehlər Cavabdeh1lə Cavabdeh3 arasında notarial qaydada bağlanmış 30 iyul 2015ci il tarixli bağışlama müqaviləsi nin, həmin mənzil üzrə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 20 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinin, habelə Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 84 saylı evin 59 saylı mənzilinin 1/2 hissəsi üzrə cavabdehlər Cavabdeh1lə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 11 iyun 2017-ci il tarixli bağışlama müqaviləsinin, eləcə də Bakı şəhəri Binəqədi rayonu Göradil kəndi “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi üzrə cavabdehlər Cavabdeh1lə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestr xidməti tərəfindən Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 32 saylı evin 43 saylı mənzili üzrə Cavabdeh3 adına verilmiş 18 avqust 2015-ci il tarixli çıx arışın, həmçinin, həmin mənzil üzrə Cavabdeh2 adına verilmiş 01 oktyabr 2016-cı il tarixli çıxarışın, habelə Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 84 saylı evin 59 saylı mənzili üzrə 14 iyun 2017-cı il tarixli çıxarışın, eləcə də Bakı şəhəri Binəqədi rayonu Göradil kəndi “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi üzrə Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2022 nömrəli iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... İddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisələri olmuş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2 021-ci il tarixli 2(103)- 817/2021 saylı qətnaməsinə əsasən İddiaçı dəymiş maddi zərərin məbləği 52862,8 manat olaraq müəyyən edilmişdir. Qeyd edilən qətnamənin icrasının təmini üçün Cavabdeh1 məxsus əmlakların üzərinə həbs qoyulmuşdur. Daha sonra məhkəmə qərardadı əsasında əmlakların üzərindən həbs götürülmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlakların üzərindən həbs götürüldükdən sonra iş üzrə Cavabdeh1 tərəfindən həmin əmlaklar iş üzrə digər cavabdehlər olan Cavabdeh2, X2 bağışlama müqaviləsi əsasında hədiyyə etmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər arasında bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsini və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, çıxarışın ləğv e dilməsini xahiş edir. Ümumilikdə məhkəmə araşdırması zamanı iddia ərizəsində göstərildiyi kimi bağışlanma müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə tərəfindən aşkar edilməmiş, eyni zamanda belə bir hüquq pozuntusunun olması iddiaçı tərəfindən sübut edilməmişdir.... Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığından da iddia rədd edilməlidir.... Bağışlama müqaviləsini mübahisələndirmək hüququna malilk üç subyekt var: birincisi, bağışlama müqaviləsinin tərəfləri; ikincisi, bağışlama müqaviləsi bağlanan zaman birgə nikahda olan şəxslər (ər və ya arvad); ikincisi, bağışlama müqaviləsi üzrə potensial miras kütləsinə daxil olacaq əmlakdan məhrum olan potensial vərəsələr. Hazırkı h alda iddiaçı qeyd olunan subyektlərin heç birinə aid deyil və bu vəziyyətdə bağlanmış müqavilələrin iddiaçının qanunla qorunan hər hansı hüququna toxunduğu və yaxud müqavilələrin bağlanmasının onun mənafeyinə zidd oluduğuna dair heç bir əsas mövcud deyil. Qanunvericilik hüquqları pozulmuş və mənafelərinə ziyan dəymiş şəxsin məhkəmə müdafiəsi hüququna təminat verir. İddiaçı bağışlama müqaviləsinə münasibətdə həmin kateqoriyaya aid olmadığından belə bir iddia əsassızdır.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-544/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), M.M əmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: Hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; Hüququ və ya qan uni mənafeni mübahisəli edə bilər; Vəzifənin icrasını çətinləşdirə bilər. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: Hüquq münasibəti əmələ gəlir; Hüquq münasibəti dəyişir; Hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: Münasibətin subyekti; Münasibətin obyekti; Münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, mübahisələndirilən müqavilələrə əsasən Cavabdeh1 digər cavabdehlərə, cavabdehərdən Cavabdeh3 isə Cavabdeh2 öz əmlakını (əmlakının bir hissəsini) bağışlamış, digər tərəf (hədiyyə alan) isə hədiyyəni qəbul etmişdir. Beləliklə hazırki işdə əmlakın bağışlanması müqavilələri cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüququnun xitamına, Cavabdeh2 üçün əksinə mülkiyyət hüququnun yaranmasına, yəni hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Göründüyü kimi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın bağışlanması ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı bağışlamaq, müqavilə ləğv edildiyi təqdirdə hədiyyəni qaytarmaq və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda hazırki i şdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlərin mübahisəli bağışlama müqaviləri bağlamasına, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktının icrasına olan hüququnun pozulmasına” dair irəli sürdüyü dəlili heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş materiallarından isə görünür ki, mübahisəl i müqavilələr Cavabdeh1 tərəfindən iddiaçının xeyrinə zərərin ödənilməli olmasını müəyyən edən qətnamə çıxarıldığından xeyli əvvəl bağlanılmış və bu iki hüquqi fakt arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilmir.” c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1905/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (məruzəçi), İ.Şəfiyev və V.Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın Bakı şəhəri Binəqədi rayonu Göradil kəndi 0,12 ha torpaq sahəsində yerləşən “Rabitəçi” b/y-nin 40 saylı bağ sahəsinə dair Cav abdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində bağlanmış 4Ə-1049 saylı reyestrdə qeyd edilmiş 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin, həmin bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli çıxarışın ləğv edilməsinin rədd edilməsi hissələrində ləğv edilməsi, mülki işin həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “... işin mübahisə olunmayan hallarına görə sözügedən bağışlama müqaviləsi üzrə tərəflər ər-arvaddırlar və qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən borclu Cavabdeh1 kreditor İddiaçı 52.862,80 ma nat pul ödəməlidir. Göründüyü kimi, borclu Cavabdeh1 sözügedən əmlakını satıb kreditor İddiaçı olan borcunu ödəmək əvəzinə, yuxarıda qeyd olunan qətnamənin qanuni qüvvəyə minməsindən dərhal, yəni 15 gün sonra məhkəmə aktının icrasından yayınmaq üçün açıqaşkar uydurma əqd bağlayaraq mübahisəli bağ-torpaq sahəsini öz arvadı Cavabdeh2 adına keçirib. Halbuki, Mülki Məcəllənin 340.1-ci maddəsinin mənasına görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünür üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsində göstərilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəti cələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hazırki halda, sadalanan normaların tələbləri baxımından sözügedən əqdin uydurma əqd olmaqla, iddiaçının qanuni mənafeyinə toxunması mülki iş materialları ilə istisna edilmir. Belə ki, borclu Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktını icra edərək 52.862,80 manat pul vəsaitini iddiaçıya ödəmək öhdəliyi vardır və o, bu öhdəlikdən yayınmaq üçün həmin qətnamənin qanuni qüvvəyə minməsindən dərhal sonra mübahisəli bağ-torpaq sahəsini bağışlama müqaviləsi üzrə arvadı Cavabdeh2 adına keçirib. Bütün bunlar isə iddiaçının sözügedən bağışlama müqaviləsinin etibarsızlığını tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlməyə əsas vermir. Çünki, subyektiv mənada hüquq normativ-hüqu qi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayd aya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, hər hansı fiziki və ya hüquqi şəxslər digər şəxslərə yaranmış əmlak öhdəliklərini yerinə yetirməkdən yayınmaq və ya ödənilməsinə maneələr yaratmaq məqsədilə uydurma əqdlər tərtib edərək, əmlaklarını üçüncü şəxslərin adına qeydə alınmasına nail ol a bilərlər. Belə olan halda həmin şəxslərin kreditorlarının qanuni mənafelərinin müdafiə edilməsi üçün onların qeyd olunan əqdlərin əhəmiyyətsiz olduğunun məhkəmə qaydasında təsbit edilməsini tələb etməklə bağlı subyektiv hüquqları tanınmalıdır. Sözsüz ki, bu yanaşma kreditorların borcluların öz əmlaklarına dair istənilən sərəncamları barədə və istənilən əsaslarla mücərrəd mübahisə etməklə bağlı geniş imkanı kimi başa düşülməməlidir. Lakin, əgər kreditor borclunun ona olan borcunu ödəməkdən yayınmaq və ya ödənilməsinə maneələr yaratmaq üçün uydurma əqdlərlə özünə məxsus əmlakları özgəninkiləşdirdiyinə əsaslanaraq həmin əqdlərin etibarsızlığı barədə tələb irəli sürürlərsə məhkəmə iddiaçının bununla bağlı subyektiv hüquqa malik olmaması əsası ilə iddianı rədd edə bilməz. Həmçinin, bu əsaslar la iddianın irəli sürülməsinə subyektiv hüququn tanınması da həmin iddiaların birmənalı təmin olunması mənasına gələ bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə həqiqətən də cavabdehin iddiaçı qarşısında əmlak öhdəliyinin olduğu barədə ilkin qənaətə gəlməyə imkan verən mötəbər sübutlar olmalı və cavabdehin məhz öhdəliklərini yerinə yetirməkdən yayınmaq və ya buna maneələr yaratmaq məqsədilə öz əmlaklarını üçüncü şəxslərin adına keçirmək üçün uydurma əqd bağladığı sübuta yetirilməlidir. Hazırki işdə də iddiaçı məhz tələbini borclu Cavabdeh1 tərəfindən ona qarşı irəli sürülmüş və barəsində məhkəmə aktları qəbul edilmiş 52.862,80 manat pul vəsaitinin ödənilməsini çətinləşdirmək üçün uydurma əqd əsasında mübahisəli bağ-torpaq sahəsini arvadı Cavabdeh2 bağışladığı ilə əsaslandırmış dır.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5109/2023 nömrəli iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), F.Qasımov və G.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın Bakı şəhəri Binəqədi rayonu Göradil kəndi 0,12 ha torpaq sahəsində yerləşən “Rabitəçi” b/y-nin 40 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-1049 saylı reyestrdə qeyd edilmiş 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin, həmin bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli çıxarışın ləğ v edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... borclu Cavabdeh1 sözügedən əmlakını satıb kreditor İddiaçı olan borcunu ödəmək əvəzinə, yuxarıda qeyd olunan qətnamənin qanuni qüvvəyə minməsindən dərhal, yəni 15 gün sonra məhkəmə aktının icrasından yayınmaq üçün açıq-aşkar uydurma əqd bağlayaraq mübahisəli bağ-torpaq sahəsini öz arvadı Cavabdeh2 adına keçirib. Halbuki, Mülki Məcəllənin 340.1-ci maddəsinin mənasına görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünür üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Apellyasiya instansiyası məhkəməsini n qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan kassasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissədə ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər.

20. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya məhkəməsi tərəfindən əqdin uydurma olmaqla əhəmiyyətsiz əqd kimi qiymətləndirilməsi və iddianın mübahisəli əmlaka münasibətdə təmin edilməsinə dair gəldiyi nəticə maddi hüquq normalarının tələbləri və işin mübahisələndirilməyən halları baxımından əsassız olmuşdur. İddiaçının subyektiv hüququ ilə bağlı apellyasiya məhkəməsinin, eyni zamanda kassasiya məhkəməsinin mövqeyi qanunvericiliyin tətbiqinə dair müasir yanaşmalara, eyni zamanda bağışlanma müqaviləsi ilə bağlı normalara uyğun deyil. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Ma ddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üz rə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır....... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbə bilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamənin iddia təmin olunan hissədə ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

33. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə n əzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün z əruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

34. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflə rin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar).

35. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, birincisi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehlərin məqsədi bağışlama müqaviləsinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmamışdır. Belə olan təqdirdə bağışlama müqaviləsi uydurma əqddir.

36. İkincisi, qanunverici şəxslərin azad surətdə müqavilə bağlamalarını məhdudlaşdırmasa da, onların öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqlarını təsbit edərək, mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğunu tələb edib, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadəni və sui-istifadəni qadağan etdiyini açıq bəyan etməklə, bu qadağanın pozulacağı hallarda qeyd edilən əsasla həyata keçirilən razılaşmaların (hərəkətlərin) etibarsız sayılacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarında da şərh olunmuşdur ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3- cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haq ların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzə rdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, §62).”

38. Bu mənada apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borclu Cavabdeh1 sözügedən əmlakını satıb kreditor İddiaçı olan borcunu ödəmək əvəzinə, qətnamənin qanuni qüvvəyə minməsindən dərhal, yəni 15 gün sonra məhkəmə aktının icrasından yayınmaq üçün açıq-aşkar uydurma əqd bağlayaraq, mübahisəli bağ-torpaq sahəsini öz arvadı Cavabdeh2 adına keçirib.

39. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §25).

40. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişik lik edilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5109/2023 nömrəli mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar