Məhkəmə qərarları › İş №2(102)-5871/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5871/2019

23.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5871/2019 23.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X5, Cavabdeh3, onun vəkili Rüstəmov İlqar Sahib oğlunun iştirakları ilə, Cavabdeh3 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh3 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh3 və İsmayıllı rayon Notariat Kontoruna qarşı İsmayıllı rayon notariat kontoru tərəfindən 29 dekabr 2017-ci il tarixdə Cavabdeh3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X8 ölümündən sonra miras qalmış İsmayıllı rayonu Tircan kəndində yerləşən yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsinə dair miras əmlakın faktik olaraq onlar tərəfindən qəbul olunmasının müəyyən edilməsi və həmin əmlaklar üzərində onların mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Şirinov, iş 2(037)892/2018) iddia tələbi təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-1392/2019) İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(037)-892/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh3 və İsmayıllı rayon Notariat Kontoruna qarşı İsmayıllı rayon notariat kontoru tərəfindən 29 dekabr 2017-ci il tarixdə Cavabdeh3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X8 ölümündən sonra miras qal mış İsmayıllı rayonu Tircan kəndində yerləşən yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsinə dair miras əmlakın faktik olaraq onlar tərəfindən qəbul olunmasının müəyyən edilməsi və həmin əmlaklar üzərində onların mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının qismən təmin edilməsi, 29 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 12 iyul 2006-cı ildə ölmüş X8 miras qoyduğu İsmayıllı rayonu Tircan kəndindəki 0.08 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin miras əmlak kimi faktik olaraq X6 tərəfindən qəbul olunması və X1 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı İddiaçı faktik ol araq qəbul etməsinin müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhk əməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh3 vəkili Rüstəmov İlqar Sahib oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı və onun nümayəndəsi X5 izahatları dinlənilməmişdir. Hü quqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 saylı qərarı əsasında 13 oktyabr 2004-cü il tarixli JN-061F KOD 40726018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi əvvəllər X8 qanuni istifadəsində olmuşdur və sonun cu tərəfindən həmin torpaq sahəsində yaşayış evi inşa edilmişdir. İddiaçı 1975-ci ildə X6 ilə Tircan icra nümayəndəliyində nikaha daxil olmuş və mübahisəli torpaq sahəsində yerləşən evə gəlin köçmüş, həmin ünvana qeydiyyata düşməklə orada yaşamağa başlamışdır. X6 ilə İddiaçı birgə nikahlarından X24, X25, X26, X27, X28 və X29 adlı övladları doğulmuşdur. X12 12 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mübahisəli torpaq sahəsində və evdə X6 ailə üzvləri ilə birlikdə yaşamaqla ondan qalan mirası qəbul etmişlər. Hazırki iş üzrə Cavabdeh3 həmin vaxt Bakı şəhərində qeydiyyatda olmaqla orada yaşamışdır. O, mərhum anası X8 dəfn mərasimində iştirak etsə də, mirası qəbul etməmişdir. Mirası qəbul etmiş X6 09 avqust 2016-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra qalmış miras əml akını onun arvadı-hazırki iş üzrə İddiaçı qəbul etmişdir. Cavabdeh X3 rayon notariat kontoruna müraciət etmiş və sonuncu tərəfindən ona 29 dekabr 2017-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər vərəsə X9 ərizə verərək mərhum anası X7 qalmış mirası qəbul etmədiyini bildirmiş və ona düşən hissədən Cavabdeh3 xeyrinə imtina etdiyini göstərmişdir. İsmayıllı rayon notariat kontoru tərəfindən Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən X8 başqa vərəsələrinin olub-olmaması araşdırılmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: ““Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasın da notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququsubyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.4-cü mаddəsinə əsаsən, əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsilə tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələblərinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız dır. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələblərinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinin tələblərinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququ hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 1133. 1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbəli vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valide ynlər (övladlığa götürülənlərdir) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdi yi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş mirаs оnun аçıldığı gündən vərəsənin mülkiyyəti sаyılır. Həmin Məcəllənin 1257-ci mаddəsinə əsasən hər hаnsı şərtlə və yа hər hаnsı müddətə mirаsı qismən qəbul etməyə və yа оndаn qismən imtinа etməyə yоl verilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı İsmayıllı rayonu Tircan kəndində ye rləşən yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsini miras əmlak kimi faktik olaraq qəbul etməsi faktı müəyyən edildiyindən, bu halın onun həmin əmlaklar üzərində mülkiyyət hüququ olmasını göstərdiyi üçün təkrarən həmin əmlaklar üzərində onun mülkiyyət hüququ tanına bilməz. Ona görə də, iddia tələbinin həmin hissəsi rədd edilməlidir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı X8 ölümündən sonra ondan miras qalmış İsmayıllı rayonunun Tircan kəndində yerləşən yaşayış evi və 0.08 ha torpaq sahəsinin miras əmlakın faktiki onlar tərəfindən qəbul olunmasının müəyyən edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbi rədd edilsə də, apelyasiya insta nsiyası məhkəməsi iddia tələbini həmin hissədə təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində həmin maddəyə istinad etsə də onun tələblərinə riayət etməmişdir. Həmin maddəyə müvafiq olaraq məhkəmə ilk növbədə mirasa daxil olan əmlakın dairəsini müəyyən etməli və mirasa daxil olan əmlakları hansı sübutlar əsasında müəyyən etdiyini qətnaməsində qeyd etməlidir. Mülki işdə İsmayıllı rayonu Tircan kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin X8 mülkiyyətində olmasını təsdiq edən müvafiq sənədlərin olmasına baxmayaraq, ona həmin kənddə yaşayış evinin məx sus olmasını təsdiq edən heç bir rəsmi sənəd mövcud deyildir. İşə baxan məhkəmə X1 İsmayıllı rayonu Tircan kəndində yerləşən hər hansı evin məxsus olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və ya İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Tircan Ərazi nümayəndəsinə müraciət etməmiş və bu barədə müvafiq sənəd almamışdır. Beləliklə apelyasiya instansiyası məhkəməsi X1 məxsus olan torpaq sahəsində evin hüquqi statusunu müəyyən etmədən həmin evin miras kimi iddiaçı tərəfindən qəbul edilməsini müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələbini də pozmuşdur. Həmin maddədə müəyyən edilir ki: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.” Mülki işdə ev üzərində mülkiyyət hüququnun ölmüş şəxsə, yəni G.M.Əhmədovaya məxsus olması barədə qeydiyyat orqanının hər hansı arayışı mövcud deyil. Belə olan halda apelyasiya instansiyası məhkəməsi evə münasibətdə mübahisəni həll etməkdə səhvə yol vermiş, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir. Məhkəmə kollegiyası X1 ölümündən sonra ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı xüsusatları da tam araşdırmamışdır. Be lə ki, ilkin olaraq mirasa daxil olan əmlaklar müəyyən edildikdən sonra həmin mirası qəbul etmək səlahiyyəti olan şəxslərin dairəsi müəyyən edilməlidir. Mülki işdə X1 ölümündən sonra ondan miras qalmış əmlakı birinci növbədə kimlərin qəbul etmək səlahiyyəti olması, onlardan hansıların mirası qəbul edib etməməsi ətraflı araşdırılmamışdır. Məsələn, mülki işdə X4 notariat kontoruna yazdığı ərizədə o, G.M.Əhmədovadan miras qalmış əmlakdan qardaşı Cavabdeh3 xeyrinə imtina etdiyini qeyd etmiş, buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi bu xüsusata qiymət verməmiş və ümumiyyətlə mirası qəbul etmək səlahiyyəti olanların dairəsini araşdırmamaqla səhvə yol vermişdir. Mirasın qəbul edilməsi ilə bağlı işlərdə həll edilməli olan məsələlərdən biri də mirasın faktiki və rəsmi qəbul edilməsi ilə ba ğlı olan məsələlərdir. Apelyasiya instansiyası məhkəməsi X1 2006-cı ildə ölümündən sonra X2 ondan miras qalmış əmlakı faktiki qəbul etməsi qənaətinə gəlsə də X1 ölənə kimi, yəni 12.07.2016-cı ilə qədər mirasın qəbulunu rəsmiləşdirməməsinə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X1 miras qalmış əmlakın dairəsi ilə yanaşı, onu faktiki qəbul edənlərin dairəsinin müəyyən edilməsi üçün də ətraflı araşdırma aparılmalı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bu barədə müəyyən etdiyi hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və q anunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki: “...Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir....Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina ol unması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Q eyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir....Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Bundan əlavə Apelyasiya instansiyası məhkəməsi X1 mirası yalnız özünün faktiki qəbul etməsi qənaətinə gəldiyi halda belə onun ölümündən sonra miras qalmış əmlakların dairəsini və birinci dərəcəli vərəsələrini müəyyən etməli, onun ölümündən sonra miras qoyduğu əmlakın qəbul edilib edilməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X1 miras qalmış əmlakın faktiki olaraq kimlər tərəfindən qəbul edilməsi məsələsi ətraflı araşdırıldıqdan sonra İddiaçı miras qalmış əmlakla bağlı iddia qaldırmağa subyektiv hüququ olub olmaması dəyərləndirilməli və onun iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozmaqla yanaşı, prosessual qanunvericiliyi də pozmuş və yol verilən pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar