Məhkəmə qərarları › İş №2(102)-5880/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5880/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5880/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5880/21 (Açar sözlər: kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarma) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Cavabdeh4 Əlisurət oğlunun vəkili Vəkil, cavabdehlər Hüseynova Əli qızının (həmçinin Cavabdeh4 nümayəndəsidir), Cavabde h2, Cavabdeh3 və cavabdehlərin vəkili Abdullayev Ehtibar Vaqif oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-946/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması” tələbinə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərə 6000 manat kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fər di yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən göründüyü kmi E nömrəli ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun mərhum X1nun arvadı, digər cavabdehlər isə qardaşının və Cavabdeh1 uşaqlarıdır. X1 xəstə olduğundan və uşaqları kiçik olduğundan o, uşaqlar yetkinlik yaşına çatanadək onun evində yaşamalarına icazə vermişdir. 2017-ci ildə qardaşı vəfat etdkdən sonra da baxmayaraq ki, uşaqlar da yetkinlik yaşına çatmışlar, o, mərhum qardaşının ailəsi olduğundan onları evdən çıxarmamışdır. Cavabdehlərlə bir evdə yaşamaqları qeyri-mümkündür, buna görə də cavabdehlərə mülkiyyətində olan evdə yaşayış hüquqlarına xitam verilməsi üçün kompensasiya təklif edir. Məhkəmə qərardadına əsasən aparılmış qiymətləndirməyə görə mülkiyyətində olan yaşayış evinin aylıq kirayə haqqı 80-100 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlər onun mülkiyyətində olan evin yarısından istifadə etdkləri üçün mütəxəssis tərəfindən müəyyən edilmiş kirayə haqqının yarısı, yəni aylıq 40-50 manat vəsait cavabdehlərə kifayət edir. Mütəxəssis tərəfindən müəyyən edilmiş kirayə haqqının yuxarı həddi ilə mülkiyyətində olan yaşayış evinin şəraitinə uyğun şəraiti olan evin 1 il ərzində kirayə haqqını ödəmək üçün 1200 manat vəsait lazım dır. Cavabdehləri mərhum qardaşının ailəsi olduğunu nəzərə alıb o, cavabdehlərə mütəxəssis tərəfindən müəyyən edilmiş kirayə haqqının yuxarı həddinə uyğun 5 illik kirayə haqqını, yəni 6000 manat kompensasiya təklif edir. Ucar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 oktyabr 2019-cu il tarixli, 2(063)-482/2019 saylı qərardadı ilə (hakim Hilal Xəlilov) məhkəmə tikinti-texniki torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin 12.08.2020-ci il tarixli rəyinə əsasən, E saylı fərdi yaşayış evinin hazırki bazar qiyməti 42000 manat, aylıq kirayə haqqı 80-100 manat, iddiaçının istifadə etdiyi sahə 154.4 kv.m, cavabdehlərin istifadə etdiyi sahə 167.1 kv.m-dir. Birinci instansiya məhkəməsinin 2(063)-36/2020 sayl ı, 09.10.2019-cu il tarixli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, yaşayış evindən istifadə hüququna xitam veriməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini özlüyündə ehtiva edir, buna görədə iddiçının təklif etdiyi kompensasiya cavabdehlərin davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkan vermir, iddiaçının təklif etdiyi kompensasiya yaşayış tələblərinə mütənasib deyildir və yetərli deyildir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 228.1, 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, İmamverdi Şükürov) 09 iyun 2021-ci il tarixli, 2(107)-946/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 nömrəli qətnаməs inin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının təklif etdiyi kompensasiyanın cavabdehlərin davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkan verməməsi qənaətinə gəlsə də, buna uyğun gələn məbləği qətnaməsində müəyyən etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilm əsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilənlərə uyğun olaraq belə qənaətə gəlir ki, cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün hər birinə 3000 manat olmaqla 4 nəfərə cəmi 12000 manat kompensasiya məbləğini ədalətli hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) apelyasiya şikayətində göstərdiyi digər hallara münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi (vəkili) də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin olunmalı, iş üzrə Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı 6000 manat kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən i stifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası rədd edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehlərin davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkanı vermir, iddiaçının təklif etdiyi kompensasiya yaşayış tələblərinə mütənasib deyildir və yetərli deyildir.” Apellyasiya instansiya məhkəməsi də həmin fikirlərlə razılaşmış və əlavə olaraq həmin məbləğin hər bir şəxs üçün 3000 manatdan olmaqla 12000 manat olduğunu bildirmişdir. Apellyasiya instansiya məhkəməsi bu nəticəyə gələrkən həmin məbləği iş materiallarında olan heç bir qiymətə istinad etmədən özündən hesablama aparmış və bu hesablamanı haradan və necə etdiyini əsaslandırmağa ehtiyac belə bilməmişdir. Halbuki iş materiallarında olan qiymətləndirmələrə baxdıqda aşağıdakılar müəyyən edilir. İş üzrə aparılmış araşdırma ilə bağlı təyin edilmiş qiymətləndirmələrə əsasən AB Consulting MMC tərəfindən verilmiş 169/Mİ/20 nömrəli 12 avqust 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən mübahisəli evin bazar qiyməti 42.000 manat, evin ümumilikdə aylıq kirayə haqqının isə 80-100 manat təşkil etdiyi qeyd edilmişdir. Həmçinin rəydə iddiaçının i stifadə etdiyi sahənin 154.4 kvm və cavabdehin istifadə etdiyi sahənin isə 167.1 kvm olduğu öz təsdiqini tapmışdır. Bundan sonra hər iki tərəfin istifadəsində olan sahələrlə bağlı kirayə haqqının və mənzilin dəyərinin müəyyən edilməsi üçün AB Consulting MMC-yə müraciət edilmişdir. Verilmiş növbəti 242/ks/20 saylı 28 oktyabr 2020-ci il tarixli arayışa əsasən iddiaçının istifadəsində olan 154.4 kvm sahənin dəyərinin 20.000 manat, aylıq kirayə haqqının isə 40-50 manat, cavabdehin istifadə etdiyi 167.1 kvm sahənin dəyərinin 12.000 manat, aylıq kirayə haqqının isə 40-50 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi təklif olunan 6.000 manat məbləğində pul vəsaiti cavabdehlərin istifadə etdiyi sahəyə uyğun olaraq 40-50 manat məbləğində kirayə haqqı qismində hesablansa (6000:40=12 il 5 ay) bu m əbləğ onlara 12 il 5 ay müddətinə, əgər mənim də onların da yaşadığı bütün evin sahəsini götürsək və kirayə haqqını maksimal 100 manat məbləği ilə hesab etsək (6000:100=60) bu onlara 5 il fasiləsiz olaraq başqa evdə yaşamaq imkanı yaradır. Kompensasiya verməklə istifadə hüququna xitam verilməsinə dair formalaşmış məhkəmə təcrübəsinə əsasən 3 illik kirayə haqqını təşkil edən məbləğin ödənilməsi ilə iddianın təmin edilməsi mümkündür. Lakin göründüyü kimi məhkəmə yuxarıda qeyd olunanlara baxmayaraq tamamilə absurd mövqe sərgiləyərək bu məbləğin kifayət etmədiyini qeyd edib iddianı təmin etməmişdir. Bundan başqa iddiaçı yeri gələrsə cavabdehlər tərəfindən məhkəməyə apellyasiya instansiyası zamanı təqdim edilən 07.06.2021-ci il tarixli Əmlak Qiymətləndirmə MMC-nin rəyində həmin göstərilən aylıq kirayə haqqının 200 manat qeyd edilməsinin absurd olmasına baxmayaraq həmin məbləğin də 3 illik hesablanaraq kompensasiya verməyə razı olduğunu bildirməsinə məhkəmə heç bir əhəmiyyət verməyərək bu halı qətnamədə belə qeyd etməmişdir. Bundan başqa məhkəmə cavabdehlərdən birinin Cavabdeh4 ümumiyyətlə uzun illərdir Rusiyada yaşamasının yəni həmin evə heç bir ehtiyacının olmamasına baxmayaraq ona da kompensasiya verilməsi olması kimi absurd nəticəyə gəlmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş Ucar rayon Bələdiyyəsinin 04 iyun 2020-ci il tarixli 123 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Ucar şəhər sakini mərhum X2 (iddiaçının qardaşı) adma Ucar şəhəri, Nəsimi küçəsi, ərazisində Ucar rayon X4 qərarı ilə 450 kv, metr torpaq sahəsinin ayrılması, hə min torpaq sahəsinin daha sonra şəxsin vəfat etməsi səbəbilə yoldaşı hazırki iş üzrə Cavabdeh1 adına rəsmiləşdirildiyi və həmin torpaq sahəsində yarımtikili mövcud olması və mütəmadi olaraq orada tikinti işlərinin aparıldığı qeyd edilmişdir. İddiaçı da bu hala istinad edərək onların özlərinin artıq torpaq sahələinin və yarımtikili evlərinin olması və bu yaxınlarda həmin tikilinin başa çatacağı və dolayısilə cavabdehlərin onun evinə ehtiyaclarının olmayacağım bildirsə də bu faktlar (izahatın verilməsi, sənədin təqdim edilməsi) məhkəmə tərəfindən bilərəkdən və ya bilməyərəkdən kənarda saxlanılaraq qətnaməyə qeyd edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatla rı Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Hüseynova Əli qızı (həmçinin Cavabdeh4 nümayəndəsidir), Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin vəkili Abdullayev Ehtibar Vaqif oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnam ənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəz ərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya kollegiyası apelyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, apellyasiya kollegiyası qənaətini Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tаrixli qərаrına istinadən əsaslandırıb cavabdehin mənzilidən istifadə hüququna xitam verilməsi üçün 12000 manat kompensasiyanı qənaətbəxş hesab etsə də, həmin məbləğin qənaətbəxş olmasının nə ilə ifadə olunmasını, apelyasiya kollegiyasının yuxarıda özünün qeyd etdiyi kimi iddiaçının həmin məbləğlə razı olub-olmadığını düzgün müəyyən etməmiş, istinad etdiyi Konstitusiya Məhkəməsinin və qanunvericiliyin tələblərini, həmçinin işin hallarını düzgün nəzərə almamışdır. Belə ki, cavabdehlərin əvvəlki məhkəmə iclaslarında vermiş olduğu izahatlardan görünür ki, onlar 6000 manat kompensasiya məbləği ilə həmin məbləğin özlərinə ev ala bilməsi üçün yetərli məbləğ olmaması ilə razılaşmamış, iddiaçının onlara 20000 manat təklif edərsə, evdən çıxmağa razı olacaqlarını bildirmişlər. Buradan da aydın olan hal odur ki, apelyasiya məhkəməsinin özlüyündə ədalətli hesab etdiyi 12000 manat kompensasiya məbləği ilə Ucar şəhərində təx minən ev satın alınması mümkündür. Çünki, cavabdehlər vermiş olduqları izahatlarda ailə üzvlərinin say çoxluğunu önə çəkərək onların hamısının birgə yaşaması üçün 20000 manat pul vəsaitini yeni mənzillə təmin oluna bilmələri üçün kifayət hesab etmişlər. Cavabdehlərin kifayət hesab edib tələb etdikləri məbləğin adətən zərurət olan vəsaitdən nisbətən artıq olması təşəkkül tapmış ümumi məhkəmə təcrübəsi zamanı hər zaman özünü biruzə vermişdir. Belə olan halda məhkəmənin müəyyən etdiyi və ya ədalətli hesab etdiyi 12000 manat məbləği nəinki mülkiyyətçinin mənafeyinə daha yaxın, əksinə cavabdehlərin mənafeyinə daha yaxın məbləğ olmuşdur ki, bu da mülkiyyətçinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, həmçinin Konstitusiya Məhkəməsinin plenum qərarlarına da zidddir. Apellyasiya k ollegiyası isə cavabdehlərin özlərinə ev ala bilməsi məbləğində kompensasiya tələb etməsini, təklif edilən kompensasiyanın məqsədinin cavabdehlərin müəyyən müddət daxilində və davamlı surətdə, əvvəlki yaşayış şəraitinə uyğun mənzildə yaşamaq imkanın təmin edilməsi məqsədilə təklif edilməli olduğunu nəzərə almamış və qəbul etdiyi qətnaməni işin hallarına və qanunvericiliyin tələblərinə uyğun əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma ol madıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvv əlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Birinci instansiya məhkəməsinin əldə etdiyi rəydən görünür ki, oxşar şəraitli mənzillə bağlı kirayə haqqı 40-50 manat, cavabdeh tərəfindən təqdim edilmiş rəylə isə oxşar şəraitli mənzillə bağlı kirayə haqqı 200-250 manat təşkil edir ki, məhkəmənin rəyi nəzər alındıqda cavabdehlər təklif edilən 6000 manat kompensasiya məbləği ilə 10 il, özlərinin təqdim etdiyi rəy nəzərə alındıqda isə 3 il oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olurlar. Apelyasiya kolleg iyası isə bu hala “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarı ilə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait olub-olmamasına qarşılıqlı müqayisə həyata keçirərək hər hansı qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı tarixli Q ərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam veri lməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmçinin əlavə olaraq qeyd edilməlidir ki, kasasiya şikayətində qeyd edildiyi kimi, apelyasiya kollegiyası Ucar Bələdiyyəsi tərəfindən iddiaçının vəkil sorğusuna cavaba da hər hansı münasibət bildirməmiş, ədalətli hesab etdiyi kompensasiya məbləği olan 12000 manatı müəyyən edərkən həmin cavabda olan xüsusatları nəzərə almamışdır. Halbuki, işə apelyasiya məhkəməsində baxılarkən həmin sübut iş materiallarında olmuşdur. Çünki, sorğuya cavabda qeyd edilmişdir ki, Ucar şəhər sakini mərhum X2 (iddiaçının qardaşı) adına Ucar şəhəri, Nəsimi küçəsi, ərazisində Ucar rayon X4 qərarı ilə 450 kv, metr torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsinin daha sonra şəxsin vəfat etməsi səbəbilə yoldaşı hazırki iş üzrə Cavabdeh1 adına rəsmiləşdirildiyi və həmin torpaq sahəsində yarımtikili mövcud olması və mütəmadi olaraq orada tikinti işlərinin aparıldığı qeyd edilmişdir. Beləliklə göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublik ası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.06.2021-ci il tarixli, 2(107)-946/2021 nömrəli qət naməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09.06.2021-ci il tarixli, 2(107)946/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar