Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5883/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4000/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bakı şəhəri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5738/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı maddi yardım ödənilməklə cavabdehlərin mənzildən çıxarılması tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, cavabdehlər N qızının və qeyrilərinin Bakı şəhəri İddiaçınə və qeyrilərinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2175/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)5738/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-219/21 saylı, 02 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2175/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2175/2020 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5738/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və cavabdeh N qızına münasibətdə ləğv olunmuş və onlara münasibətdə yeni qətnamə çıxarılaraq, iddiaçı Bakı şəhəri İddiaçı “maddi ya rdım ödənilməklə mənzildən çıxarılma” barədə ilkin iddia tələbi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və cavabdeh N qızına münasibətdə təmin edilməmişdir. Qətnamə ilə həmçinin N qızının cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhəri İddiaçınə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “kompensasiya ödənilməsinə dair”, Cavabdeh11 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” və Cavabdeh1 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Bakı şəhəri İddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Bundan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən 27 sentyabr 2021-ci il tarixli məktub göndərilərək cavabdehlər Cavabdeh1 və N qızının kassasiya şikayətlərinin daxil olduğu göstərilərək işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti baxışdan çıxarılmalı və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uy ğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi işə baxarkən kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti baxışdan çıxarılmalı v ə cavabdehlər Cavabdeh1 və Mir-Əliyeva Aytən Həmid qızının kassasiya şikayətlərinin qəbulu məsələsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-409-cu və 417.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 08 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və cavabdehlər Cavabdeh1 və N qızı tərəfindən verilmiş kassasiya şikayətlərinin qəbulu məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5883/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5883/2021
13.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver