Məhkəmə qərarları › İş №2(102)-5886/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5886/2021

29.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5886/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı qızının və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)3232/2021 nömrəli qət naməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh2 MTK tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.m. təşkil edən, 3 otaqlı, 241 saylı mənzil 28 dekabr 2013-cü il tarixli, 24 nömrəli müqavilə ilə 81600 manat məbləğində pul ödənilməklə, İddiaçı qızına verilmiş və MTK-nın 07 dekabr 2015-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tam ödənilmişdir. İddiaçı qızının notarial qaydada təsdiqlənmiş 29 oktyabr 2019-cu il tarixli ərizəsinə əsasən o, adına olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 120 kv.m. olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilindən və payından imtina etmiş, həmin mənzilin Cavabdeh1 adına yeni müqavilə bağlamaqla rəsmiləşdirilməsinə (bağışlanmasına və ya satılmasına) etiraz etmədiyini, mənzildən və paydan imtina ilə bağlı Cavabdeh2 MTK-ya qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını göstərmişdir. 01 noyabr 2019-cu il tarixli, 778 nömrəli müqavilə ilə Cavabdeh2 MTK tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən binada 4-cü giriş, 8-ci mərtəbədə, ümumi sahəsi 120 kv.m., 3 otaqlı, 241 saylı mənzil Cavabdeh1 verilmişdir. İddiaçı qızı tərəfindən notarial qaydada təsdiqlənmiş 25 iyul 2020-ci il tarixli ərizəyə əsas ən, o, Cavabdeh1 adına Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 120 kv.m. olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzili ilə bağlı Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 29 oktyabr 2019-cu il tarixli ərizənin qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki ümumi sahəsi 120 kv.m. olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ildə o, ailə tanışları olan Cavabdeh1 Cavabdeh2 MTK tərəfindən inşa edilən binada yaşayış mənzilini satmağa razılaşmış və Cavabdeh1 mənzilin dəyərini bir il ərzində hissə-hissə ödəyəcəyinə vəd etmişdir. İddiaçı cavabdehə etibar etmiş və 29 oktyabr 2019-cu il tarixdə cavabdehin adına yeni müqavilənin tərtib edilməsinə etiraz etməməsi barədə notarial ərizə tərtib etmişdir. Lakin, mənzilin dəyərindən heç bir məbləğ ödəməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)4038/2020 nömrəli qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən etibarsız hesab e dilməsi tələb edilən alqı-satqı müqaviləsi Cavabdeh1 və Cavabdeh2 MTK arasında bağlanmışdır. Müqavilə bağlanan zaman iddiaçının qeyd etdiyi əsasla əqdin şərtlərinin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı isə belə bir hal müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı qızı mənzilin satışına özü tərəfindən verilmiş razılığın etibarsız hesab edilməsini tələb edir. Lakin, iddiaçının bu tələbi əsassızdır. Belə ki, İddiaçı qızı notariat ofisinin təsdiqinə verdiyi ilk ərizəsində açıq şəkildə qeyd etmişdir ki, o, bu mənzildən imtina edir. Həmin mənzilin Cavabdeh1 adına yeni müqavilə bağlamaqla rəsmiləşdirilməsinə (bağışlanmasına və ya satılmasına) etiraz etmir. Qeyd edilən mənzildən və paydan imtina ilə bağlı Cavabdeh2 MTK-ya qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Odur ki, iddiaçının sonradan bu razılıqdan imtina etməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsi onun notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında bağlanmış, bu ərizənin etibarlılığı şübhə altında olmamış, iddiaçının müstəqil iradə ifadəsinin təzahürü olmuşdur. Bu ərizədə Cavabdeh1 tərəfindən iddiaçıya hissə-hissə ödəniləcək hər hansı puldan, yaxud başqa şərtdən bəhs edilməmiş, iddiaçı qeyd-şərtsiz mənzildən imtina etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-4038/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə ç ıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-3232/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-4038/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əqdin etibarsızlığının əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müfəssəl şəkildə müəyyən edilmişdir. İddiaçının hazırkı iddiasında istinad etdiyi hal, yəni müqavilə bağlandıqdan sonra tərəfin müqavilə öhdəliyini (lazımınca və ya ümumiyyətlə) icra etm əməsi əqdin etibarsızlığının əsası kimi müəyyən edilməmişdir. Öhdəliyin icra edilməməsi əqdin etibarsızlığı əsası kimi nəzərdə tutulmadığından, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbini təmin etməməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. İddiaçının ərizəsində istinad etdiyi əsasa gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hal, yəni cavabdeh tərəfindən öhdəliyin icra edilibedilməməsi hazırkı iddia tələbinə aid olmadığından, onun araşdırılması və ona münasibət bildirilməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğundan, iddiaçıya izah olunmalıdır ki, o, ayrı icraatda həmin əsasla borcludan öhdəliyin icrasını tələb edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahat ları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-3232/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə mənzilin dəyərinin cavabdeh tərəfindən ödənilməməsinə, cavabdehin mənzili alarkən iddiaçının pulunu ödəmək niyyətinin olmamasına, həmin əqdin aldatma nəticəsində bağlandığından etibarsız hesab edilməli olduğuna dair dəlillərə hüquqi qiymət verməmiş, ədalət mühakiməsinin çə kişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə dair prinsipi pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı qızı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh2 MTK məhkəmə iclasında nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri ba rədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyət siz əqdlər ola bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olun ur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qə tnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Əqdin etibarsızlığının əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV Fəslində göstərilmişdir. İddiaçının hazırki iddiada irəli sürdüyü dəlillər, yəni cavabdehlərdən Cavabdeh1 onun qarşısında üzərinə götürdüyü pul öhdəliyini icra etməməsi isə müqavilənin etibarsız hesab olunması üçün əsas kimi nəzərdə tutulmamışdır. Həmçinin bu hal iddiaçının həmin cavabdeh tərəfindən aldadılması kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehlər arasında bağlanılan mübahisələndirilən müqavilədə cavabdehlərdən hər hansı birinin iddiaçının xeyrinə üzərinə öhdəlik götürməsi göstərilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-3232/202 1 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar